Amerikalı genetiklər bir neçə bərpa edilmiş neandertal genomunu müasir Asiya və Avropa insanlarının genomları ilə müqayisə etdikdən sonra qədim insan növünün Homo sapiens'ə əvvəllər hesab edildiyi kimi 1-4% deyil, təxminən 20% DNT və gen verdiyini aydınlaşdırdılar. Əlaqədar məqalə 29 yanvar 2014 tarixində Science jurnalında dərc edildi.
Neandertallar və denisovalar Avrasiyaya insanın əcdadlarından daha tez köç etmişdilər. Qədim insan növlərinin genom araşdırmaları nəticələri daha sonraki illərdə onların bizim əcdadlarımızla Asiya və Avropada qarışdığını göstərmişdi və müasir insan genomunda 1-4% neandertal genləri olduğu qənaətinə gəlinmişdi. Bu genlərin insanda, əsasən, immun sisteminə nəzarət etdiyi hesab edilirdi.
Vaşinqton Universitetindən (ABŞ) olan Joshua Akey və həmkarı Benjamin Vernot insan və neandertalların genişmiqyaslı genom müqayisəsi işlərini apardıqdan sonra onların müasir insan genomuna əvvəllər hesab edildiyindən daha çox DNT payı verdiyini gördülər. Bu üzrə son elmi məlumatları gözdən keçirən Akey və Vernot insan və neandertal genlərinin tək-tək müqayisələrinin aradaki struktur fərqləri və uyğunluqlarını dəqiq olaraq izah etmədiyini anladılar, çünki qədim Yerin müxtəlif ərazilərində yaşamış iki qohum növün genomları arasında yenə də kifayət qədər fərqliliklər olduğu gözə dəyirdi. Alimlər bir neçə neandertal genomunu 379 avropalı və 286 asiyalının DNT quruluşları ilə müqayisə edərək bu çətinliyi aradan qaldırmaq qərarına gəldilər.
Müqayisələrin nəticələrini birləşdirdikdən və bütün təkrarları sildikdən sonra alimlər müasir insan genomunda 1-4% deyil, 20% neandertal izi tapdıqlarını təəccüblənərək qeyd etdilər. Əldə edilən fakt qədim insanlar və neandertallar arasında davamlı və sıx əlaqələrin olduğunu bir daha təsdiqləyir.
Tədqiqatın başqa bir maraqlı nəticəsinə görə iki qohum növ arasında bu əlaqə və qarışmalardan sonra çox nadir hallarda balalar doğula bilirdi. Alimlər bu üzrə aparılacaq növbəti tədqiqatlarla birgə denisova genomları üzərində aparılacaq işlərin də nəticələrini gözlədiklərini bildirdilər.
Qaynaq: Sciencemag , LiveScience

0 şərh var:
Post a Comment