Yeni bir tədqiqatın nəticələrinə görə neandertallar avropalılardan çox, şərqi asiyalıların genomlarına qatqı təmin ediblər. Bu gen dəstləri orqanizmin UV şüalarına və xərçəng şişinə qarşı müqavimətini artırmağa yardım edir.
İnsanlar kimi neandertallar və denisovalar da Afrikada təkamülləşmişdir, lakin bizdən daha tez Avrasiyaya köç etmişdirlər. Neandertallar və denisovaların genom oxunması layihələrindən aydın oldu ki, bu növlər daha sonralar müasir insanlarla Avrasiyada qarışmışdırlar. Bu səbəbdən müasir insan DNT-lərində digər qohumlara aid 1-4% genlərə rast gəlinir. Xüsusilə vurğulamaq olar ki, müasir insanlar neandertallar və denosivalardan immun sistemi işinə cavabdeh olan genləri almışdırlar.
Molecular Biology and Evolution jurnalında yayımlanan məlumata görə, Şanxayda yerləşən Fudan Universitetindən (Çin) olan Li Jin və həmkarları müasir insan genomunu neandertal və denisovalarınki ilə müqayisə etmək qərarına gəldilər. Nəticədə "neandertallardan qalmış miras" hesab edilən, 18 gendən ibarət olan 3-cü xromosom regionunu aşkar etdilər. Bu genlərdən bəziləri orqanizmin B tipli UV şüalanması, ondaki hialuron turşusu mübadiləsi və xərçəng şişləri artımının yatırılması reaksiyalarına cavabdehdir.
Nəticələrdən biri göstərdi ki, bu gen dəstləri şərqi asiyalıların genomlarına əlavə olunduqda köklü amerikalılar hələ onlardan ayrılmamışdı (15-20 min il əvvəl). Avrasiya ərazisində bu genlərə yapon genomlarının 49%, şərqi çinlilərin isə 65%-ndə rast gəlinir, Avropa və cənubi Asiyada isə bu hal yalnız şərqi Asiya yerliləri ilə nadir qarışmalarda baş verir.
Alimlər qeyd edirlər ki, apardıqları tədqiqat neandertallardan müasir şərqi asiyalılara gen ötürüldüyünü və onların avropalılardan daha çox şərqi asiyalılara yaxın olduğunu təsdiq edir.
Qaynaq: Oxford Journals , ScienceDaily

Salam. 1 sual vermey isderdim. Bildiyime gore neandartallarla muasir insan evlenseydi ovlad dunyaya getire bilmezdiler. bu haqda ne deye bilersiz ?
ReplyDeleteBu melumati telekanallarin birinde esitmisem ne qeder dogru oldugunu bilmirem.
Salam. Yayılan xəbərlərin bəzilərində neandertallarla homo sapiensin cütləşə bildiyi və balanın meydana gələ bildiyi qeyd edilir, digərləri isə əksini iddia edir. Mövzu haqqında facebook səhifəmizdə məlumat paylaşmağa çalışacağıq.
Delete