Ənənəvi üç-dörd ölçülərdən (sola-sağa, irəli-geri, yuxarı-aşağı və yalnız irəli - gələcəyə) bezənlərə kainatın mənşəyini araşdıran kosmoloqlar maraqlı alternativlər təqdim etməyə hazırdırlar. Alimlərin dediyinə görə, bir neçə gün əvvəl kosmik mikrodalğa arxa plan şüalanmasında tapıldığı təsdiq edilmiş cazibə dalğaları izləri kainatımızın əslində Multikainat, yəni çoxlu kainatlardan ibarət hiperməkan içərisində üzdüyünü sübut edir.
Kainatın inflyasiya modeli
Əldə edilmiş nəticələr göstərir ki, məkan və zamanın inflyasiyası, başqa deyimlə, onun bütün ölçülərinin eksponensial genişlənməsi çox intensiv baş verirdi, bu da meydana gəlmiş bütöv strukturun kainatımızdan dəfələrlə böyük olduğuna dair məlumatlar təmin edir.
"İnflyasiya modellərinin əksər ssenarilərində Multikainatın yaranması nəzərdə tutulur", - Stenford Universitetindən olan keçmiş SSRİ və ABŞ fiziki Andrey Linde deyir. Qeyd edək ki, ilk dəfə 1983-cü ildə Sovet fiziki Andrey Linde Alan Qutun kainatın ilkin inflyasiya nəzəriyyəsini inkişaf etdirərək xaotik inflyasiya ssenarisini izah etmişdi.
Cazibə dalğaları izinə rast gəlmiş BICEP2 tədqiqat qrupunun əldə etdiyi nəticələr məkan-zamanın intensiv genişlənməsi prosesi modelini təsdiq edir. Məhz bu model əslində bir deyil, saysız qədər kainatın böyük Multikainat içərisində üzdüyünü göstərir. Böyük Partlayış (The Big Bang) hadisəsindən sonra da yeni kainatlar sürətlə yaranmağa davam edirdi.
"Multikainatın mövcudluğu kainatımızdaki bir çox hadisələri müvəffəqiyyətlə izah edir. Məsələn, Yerdə həyatın yaranmasını", - Massaçusets Texnoloji İnstitutundan olan Alan Qut qeyd edir.
Pulsuz yemək
Alan Qut Multikainatı pulsuz təklif edilmiş yeməklə müqayisə edir. Andrey Linde isə dəqiqləşdirir: "bu həm də saysız qədər yemək arasında seçim etməyin mümkün olduğu isveç masasıdır". Hər iki fizik hesab edir ki, Böyük Partlayışdan sonra meydana gəlmiş dünyalar tamamilə fərqli ola bilər. Ulduzlar, planetlər, qaz buludları və qalaktikalarla dolu kainatımız sonsuz kainat variasiyalarından yalnız biridir. Digər kainatların məkan, zaman, cazibə qüvvəsi, fotonlar, atomlar və s. anlayışlardan məhrum edildiyi xeyli mümkündür. Belə kainatları təsəvvür etmək belə çox çətindir.
Böyük Partlayış start nöqtəsindən xaotik inflyasiya ilə doğulmuş Multikainat çoxlu kainatlardan ibarətdir (bizim kainat da daxil olmaqla), hansılar ki bir-birindən hələlik naməlum sahələrlə təcrid ediliblər. Bu da göstərir ki, kainatımızın hesab edilən ölçüsü - təxminən 92 milyard işıq ili - fərqli ölçüləri, trayektoriyaları və fiziki xüsusiyyətləri olan digər kainatların yanında yalnız bir zərrədir.
Astrofizikanın sirrlərinin tapılması
Baxmayaraq ki Alan Qut Multikainat modelinin alovlu tərəfdarıdır, hətta o da etiraf edir ki, hələlik söhbət yalnız kosmoloqları uzun illərdir ki düşündürən hadisələrin izah edilməsində yardım təmin edən uyğun nəzəri modeldən gedir. Məsələn, 1988-ci ildə astrofiziklər kainatımızdaki qalaktikaların getdikcə daha yüksək sürətlə genişləndiyini kəşf etmişdilər, halbuki cazibə qüvvəsi səbəbindən hərəkətləri yavaşlamalı idi. 2011-ci ildə fizika üzrə Nobel mükafatı qazandıran bu tapıntı "qara enerji" adlanan enerji növünün mövcudluğunu zəruri edir, hansı ki kosmik ölçülərdə cazibə qüvvəsinin təsirlərinin qarşısını ala bilər.
Elə isə bu "qara enerji" nədir? Çikaqo Universitetindən olan Maykl Törnerin sözlərinə görə, qara enerji haqda bildiyimiz yeganə şey onun adıdır.
Kvant nəzəriyyəsinə əsasən, vakuumda subatom hissəciklər davamlı olaraq yaranmalı və yox olmalıdırlar, bu prosesdə də kosmos "qara enerji" ilə təchiz edilməlidir. Lakin müşahidə edilən hadisələri şərh etmək üçün vakuumun enerjisi nəzəri hesablamaların nəticələrindən 120 sıra artıq olmalıdır. Nəzəriyyə və praktikadaki bu cür dəhşətli uyğunsuzluq fizikləri çaş-baş qoyur.
Multikainat isə bu çətinliyi uğurlu şəkildə həll edir. Kosmosun saysız qədər kainata doğru inflyasion genişlənməsi bunlardan birində - bizim kainatda qara enerji rolunun mövcudluğunu mümkünsüz etmiş ola bilər. Digər kainatlarda isə qara enerji materiyanı sürətlə hər tərəfə itələyən nəhəng antiqravitasion təsirlər forması ala bilər.
Sim nəzəriyyəsinin 11 ölçüsü
Yalnız Multikainat modelinin cavab verə biləcəyi daha bir çətin sual məşhur sim nəzəriyyəsinin təklif etdiyi ölçü sayı ilə bağlıdır. Nəzəriyyəyə əsasən, subatom hissəciklər 11 ölçülü məkanda kiçik enerji simlərindən təşkil olunmuşdur. Bəs bu nəzəriyyəni bizə tanış olan dördölçülü məkan-zamanla bir yerə necə sığışdırmaq olar? Ola bilərmi ki, o, yalnız bizim kainatı deyil, Multikainatın hər növ və bütün kainatlarını izah etsin?
Sözün qısası, Lindenin də dediyi kimi "Multikainata xoş gəlmisiniz". Multikainat anlayışı fizikanın öndə gedən zəkalarını on illərdir yoran bir çox çətinliyi asan və müvəffəqiyyətlə izah etməyə qadirdir.
Həyat üçün lazımlı hər şey
Dahası da var. Multikainatla hətta fizikaya birbaşa aidiyyatı olmayan çətinlikləri belə aradan qaldırmaq mümkündür. Bunlardan biri "antropik prinsipdir": biz kainatı belə görürük, çünki yalnız belə bir kainatda müşahidəçi, insan yarana bilərdi.
Kosmoloqlar bizim kainatımızın sanki elə həyatın yaranması üçün hazırlandığını qeyd edirlər. Mümkün olan hər növ fiziki konstantlar, elektromaqnit və güclü qarşılıqlı təsirlərlə müqayisədə qravitasion qüvvələrin nisbi zəifliyi - sanki ulduzlar, planetlər, su, karbon birləşmələri, elə həyat da daxil olmaqla hər şey ideal şəkildə bir-birinə uyğunlaşdırılmışdır.
Əgər kainatımız Böyük Partlayış nəticəsində meydana gəlmiş yeganə dünya olsaydı, həyatın yaranması üçün belə vəziyyətlər qeyri-mümkün olardı. Amma əgər xaotik inflyasiya nəticəsində çoxlu kainatlar formalaşmışdırsa, belə halda bizimkinə oxşayan bu kainatlardan bir neçəsi fizika nöqteyi-nəzərindən canlılığın yaranması üçün real şans əldə edirlər. Həmin o şans ki, biz ondan yararlanmışdıq və hələ də yararlanmağa davam edirik.
Orijinal məqalə buradadır
Həmçinin oxuyun:
Qara dəliyin içərisində yaşayırıq?
Kvant fenomeni zamanı illüziyalaşdırır
Niyə əslində həyat mövcud deyil?
Tenorshare UltData Android Data Recovery Crack ultdata – Android Data Recovery – Your favorite for Android statistics recovery. Get better photos, contacts, news, movies, and everything you’ve lost.
ReplyDeleteMacrium Reflect Crack Download
Video Combiner Portable Crack
PDF Eraser Crack
I like your all post. You have done really good work. Thank you for the information you provide, it helped me a lot. I hope to have many more entries or so from you.
ReplyDeletetenorshare-whatsapp-recovery Crack
aiseesoft-mac-fonelab Crack
smadav-pro Crack