Yupiterin dörd ən böyük peykindən biri olan, hələ Qalileo Qaliley tərəfindən kəşf edilən Europanın qalın buz təbəqəsi altında maye suyun mövcud olduğuna dair dəlillər var. Bu gün Europa yadplanetli həyatının yaşayışı üçün ən əlverişli səma cismlərindən biri hesab edilir.
NASA 2025-ci ildə bu əsrarəngiz peykin öyrənilməsi və qalın buz təbəqəsi altında həyatın olub-olmadığının daha dəqiq aydınlaşdırılması üçün oraya avtomatik zond göndərməyi planlaşdırır. Layihəyə 2015-ci ildə start veriləcək.
Daha əvvəl Avropa Kosmik Agentliyi və Rusiya Federal Kosmik Agentliyi Europanın öyrənilməsi layihəsinin planlarını birgə müzakirə etmişdilər, lakin sonradan tədqiqatların digər peyk - Qanimedin öyrənilməsinə sərf ediləcəyi bildirildi. Həmçinin alimlər yüksək radiasiya səviyyəsi səbəbindən Europaya uçuşun bir o qədər də real görünmədiyi qənaətinə gəlmişdilər.
2012-ci ilin mayında rəsmən qəbul edilmiş "JUpiter ICy moon Explorer" layihəsi tədqiqatlar üçün 2015-ci ildə 17,5 milyard dollar alacaq. 2022-ci ilin iyununda buraxılacaq orbital zond isə 2030-cu ilin yanvarında Yupiter sisteminə çatacaq.
Həmçinin oxuyun:
Yupiterin peyki Europada su fışqırdı
Yadplanetlilərə çox yaxınlaşmış ola bilərik
Dinozavrların qatili həyatı kosmosa yaydı

"Europa missiyası olduqca çətindir, çünki zond həddindən artıq yüksək radiasiya şərtlərində işlər aparmalıdır. Çox işləməli olacağıq. Zondun buraxılması 2020-ci illərin ortalarında gözlənilir", - NASA-nın əsas maliyyəçilərindən olan Beth Robinson qeyd edir.
Daha əvvəl Avropa Kosmik Agentliyi və Rusiya Federal Kosmik Agentliyi Europanın öyrənilməsi layihəsinin planlarını birgə müzakirə etmişdilər, lakin sonradan tədqiqatların digər peyk - Qanimedin öyrənilməsinə sərf ediləcəyi bildirildi. Həmçinin alimlər yüksək radiasiya səviyyəsi səbəbindən Europaya uçuşun bir o qədər də real görünmədiyi qənaətinə gəlmişdilər.
2012-ci ilin mayında rəsmən qəbul edilmiş "JUpiter ICy moon Explorer" layihəsi tədqiqatlar üçün 2015-ci ildə 17,5 milyard dollar alacaq. 2022-ci ilin iyununda buraxılacaq orbital zond isə 2030-cu ilin yanvarında Yupiter sisteminə çatacaq.
Həmçinin oxuyun:
Yupiterin peyki Europada su fışqırdı
Yadplanetlilərə çox yaxınlaşmış ola bilərik
Dinozavrların qatili həyatı kosmosa yaydı
0 şərh var:
Post a Comment