Vəfat etməzdən bir neçə həftə əvvəl аmerikalı аstronоm, fizik və astrobioloq Karl Saqan Marsın gələcək tədqiqatçılarına və ilk mühacirlərinə video-mesaj qoymuşdur. Saqan Marsın kəşfində, insan oğlunun Marsa ayaq basmasında, günəş sistemi və onun hüdudlarından kənarda həyat qurmağa cəhd etməkdə çox həvəsli idi və bu həvəs video-mesajda hiss olunur. Karl Saqanın gələcək Mars tədqiqatçılarına olan ismarıcını sizlərə təqdim edirik.
"Salam, mən, Karl Saqan. Bura, Nyu-York ştatında yerləşən İtaka şəhərində, Kornell Universitetində işlədiyim yerdir. Eşitmiş olarsınız, arxada, lap yaxınlıqda 200 futluq bir şəlalə var və mən düşünürəm ki, texnologiyanın yüksək inkişafı dövründə belə, bunun Marsda mövcudluğu qeyri-mümkündür.
Keçən əsrdə məxsusi olaraq Marsla bağlı bir-biri ilə əlaqəli elmlər və elmi ədəbiyyatlar yaradılmışdır.
Alimlər bir kəşf edirlər. Bu da elmi ədəbiyyat yazarlarını bu barədə yazmağa həvəsləndirir, gənc insanlar bu məqalələri oxuyurlar, maraqlanırlar, Mars barədə daha çox öyrənmək üçün alim olmağa qərar verirlər, alim olurlar, sonra özləri başqa elm və elmi ədəbiyyatlar yaradırlar. Marsa getməyə nail olmağımızda ən çox köməyi olan Amerikan raket texnikası pioneri, Robert Qoddardın həyatında mühüm faktor idi. Əlbəttə bu, mənim elmi cəhətdən inkişaf etməyimdə mühüm rol oynayırdı.
Bəlkə də fəlakətli nəticələrə səbəb olacaq kiçik asteroidlərdən birinin Yer kürəsinə dəyərək ona zərər verməsinin qarşısını almaq, həmin asteroidi Yer kürəsindən uzaqlaşdırmaq məqsədiylə ora getmisiniz və bu zaman biz Yer kürəsindən uzaqlaşıb, bir göz qırpımında Marsa gedə bilərik.
Bəlkə bir planetdə fəlakət baş verdiyi zaman başqa planetlərdə də insan toplusunun olmasının insanların nəslinin kəsilməsi ehtimalını azaldacağını düşündüyünüz üçün Marsa getmisiniz.
Siz bəlkə də aparıla biləcək möhtəşəm araşdırmaya görə Marsdasınız, bu maraq dolu dünyanın qapıları siz orada olduğunuz müddətdə açılacaq. Bəlkə də olmalı olduğunuza görə oradasınız, dünyada qaldığımız zamanın 99.9%-i biz köçəri həyat sürərək ovçuluq-yığıcılıqla (furajirlik) məşğul olduqdan sonra təkamül prosesi bizə dərin stimul bəxş etmişdir. Gediləcək növbəti yer Marsdır. Marsda olma səbəbiniz hər nədirsə, orada olduğunuza çox şadam. Sizinlə olmağı çox istərdim."Qaynaq: io9
0 şərh var:
Post a Comment