18 nəfərdən ibarət Amerikadan olan tədqiqat qrupu dənizdə sualtı robotları istifadə edərək hidrotermal ocaqları araşdırıb həyatın mənşəyi axtarışlarına başlayacaq. Tünd Enerji Biosfer Təhqiqat Mərkəzi (C-DEBİ) tərəfindən maliyyələşdirilən tədqiqat 4 dekabr tarixindən başlayaraq gələn ilin ilk günlərinə qədər davam edəcək.
Cənubi Kaliforniya Universitetində Yer kürəsi Elmləri və Bioloji Elmlər professoru olan və eyni zamanda Tünd Enerji Biosfer Təhqiqat Mərkəzinin başında duran Jan Amend deyir:
Amend tədqiqat gəmisində olmayacaq, amma buna baxmayaraq köməkçi assistent professor Beth Orcutt və Cənubi Kaliforniya Universiteti məzunu Mike Lee tərəfindən hazırlanacaq hesabatlarda bir çox elm adamı ilə birlikdə o da yer alacaq.
Tədqiqat qrupu biri idarə edilən, digəri də sərbəst olan iki ədəd sualtı robot istifadə edəcək. Başçılıq edən Geoff Wheat hesab edir ki, məqsəd yer üzünün ən əhəmiyyətli hissələrindən biri olan dəniz döşəməsi haqqında əhəmiyyətli məlumatlar toplamaqdır. Tədqiqatçı komanda bölgənin 1,000-10,000 litr arasında su tutumuna sahib olacağını təxmin edir.
Wheat deyir:
Əlavə olaraq, komanda dəniz döşəməsinin oksigendən məhrum bölgələrində yaşayan mikroblar haqqında daha çox məlumata yiyələnəcəklərinə ümid edir.
Belə tədqiqatlar sayəsində əldə olunan məlumatlar gələcəkdə bir gün Yerdən kənar həyat üçün istifadə edilə biləcək. Digər planetlərdə uc hissələrdəki sərt şərtlərdə həyat ola bilər. Üç həftə davam edəcək tədqiqatla, gündə 24 saat aparılacaq işlər yeni məlumatlara yiyələnməyə kömək olacaq.
Qaynaq: AstroBio , Press Room

"Bu olduqca həyəcan vericidir, çünki tədqiqat bizə suların böyük miqdarının okean döşəmələrində yavaş şəkildə irəlilədiyi ya da kanallardan sürətli şəkildə axıb getdiyi mövzusunda ətraflı məlumat almağımız üçün köməkçi olacaq."
Amend tədqiqat gəmisində olmayacaq, amma buna baxmayaraq köməkçi assistent professor Beth Orcutt və Cənubi Kaliforniya Universiteti məzunu Mike Lee tərəfindən hazırlanacaq hesabatlarda bir çox elm adamı ilə birlikdə o da yer alacaq.
Tədqiqat qrupu biri idarə edilən, digəri də sərbəst olan iki ədəd sualtı robot istifadə edəcək. Başçılıq edən Geoff Wheat hesab edir ki, məqsəd yer üzünün ən əhəmiyyətli hissələrindən biri olan dəniz döşəməsi haqqında əhəmiyyətli məlumatlar toplamaqdır. Tədqiqatçı komanda bölgənin 1,000-10,000 litr arasında su tutumuna sahib olacağını təxmin edir.
Wheat deyir:
"Okean döşəməsi okean üçün nəhəng filtr kimidir, okean döşəməsində axan suyun miqdarı, Yer üzərində axan bütün çaylardaki su miqdarına bərabərdir. Suya hansı elementləri qatdığını və sudan nələr çıxardığını öyrənməyimiz lazımdır."
Əlavə olaraq, komanda dəniz döşəməsinin oksigendən məhrum bölgələrində yaşayan mikroblar haqqında daha çox məlumata yiyələnəcəklərinə ümid edir.
"Onların bu cür ucqar yerlərdə necə yaşadıqları haqqında məlumat sahibi olmağa çalışırıq." - Wheat qeyd edir.
Belə tədqiqatlar sayəsində əldə olunan məlumatlar gələcəkdə bir gün Yerdən kənar həyat üçün istifadə edilə biləcək. Digər planetlərdə uc hissələrdəki sərt şərtlərdə həyat ola bilər. Üç həftə davam edəcək tədqiqatla, gündə 24 saat aparılacaq işlər yeni məlumatlara yiyələnməyə kömək olacaq.
Qaynaq: AstroBio , Press Room
0 şərh var:
Post a Comment