Alimlər Hubble teleskopu sayəsində suya sahib olan 5 müxtəlif planet kəşf etdikləri xəbərini yaydılar. İlk dəfə bir tədqiqatda, birdən çox planetdə təyin edici nəticələr təqdim edən ölçü işləri aparıldığı açıqlandı.
İki ayrı tədqiqat qrupunun apardıqları işlər atmosferlərində su izləri saxlayan beş planetin tapılmasını təmin etdi. Astrophysical Journal'da dərc edilən araşdırmanın müəllifi, NASA Goddard Kosmik Uçuş Mərkəzindən olan Avi Mendell deyir:
Tədqiatçılar planetlərin atmosferlərini analiz etmək üçün ulduzlarıyla Yer arasından keçərkən əldə edilən məlumatları istifadə edirlər. Bu müddətdə peyk və teleskoplar ulduzlar tərəfindən yayılan dalğa uzunluqlarından hansılarının blok edilmədiyini qeydə aldı. Ən son mərhələdə Hubble'ın tapdığı trilyonlarla kilometr uzaqlıqdaki planetlərin atmosferlərini araşdıra bilən Wide Field Camera 3-dən əldə edilən məlumatlara müraciət edildi.
Su izlərini göstərən infraqırmızı dalğa uzunluqlarını araşdıran tədqiqatçılar bu məlumatlardan faydalanaraq dalğaları gözdən keçirdilər. Tədqiqatda iştirak edən Maryland Universitetindən olan L. Drake Deming "Xarici planetlərin atmosferini araşdırmaq olduqca çətindir. Amma tədqiqatda kifayət qədər dəqiq siqnal əldə etməyi və suyun izini tapmağı bacardıq" dedi.
Tədqiqatçılar siqnal sıxlığının gözlənildiyi qədər yüksək olmadığını və bu vəziyyətin planetlərin dumanla örtülü olmasından qaynaqlandığını bildirdilər. Buludlu atmosferlərdən sisli havalarda çəkilən fotoşəkillərdə rənglər bulanıq olur və planetlərdən alınan siqnalların sıxlığı azalır. Həmçinin su siqnallarının profili və əhəmiyyətli molekulların siqnalları dəyişikliyə uğrayır.
Hər biri ulduzuna yaxın olan WASP-17b, HD209458b, WASP-12b, WASP-19b və XO-1b adı verilən planetlərin bir növ "istiyupiterlər" olduğu deyildi. Kaliforniya Texnologiya İnstitutundan olan Heather Knutson araşdırma məqaləsində bunları dedi:
Qaynaq: NASA

"Bir çox planetdə su izinə rast gəldiyimizə əminik. Apardığımız işlər isti və soyuq planetlərdə nə qədər su olduğunu müqayisə etmək üçün böyük əhəmiyyət daşıyır."
Tədqiatçılar planetlərin atmosferlərini analiz etmək üçün ulduzlarıyla Yer arasından keçərkən əldə edilən məlumatları istifadə edirlər. Bu müddətdə peyk və teleskoplar ulduzlar tərəfindən yayılan dalğa uzunluqlarından hansılarının blok edilmədiyini qeydə aldı. Ən son mərhələdə Hubble'ın tapdığı trilyonlarla kilometr uzaqlıqdaki planetlərin atmosferlərini araşdıra bilən Wide Field Camera 3-dən əldə edilən məlumatlara müraciət edildi.
Su izlərini göstərən infraqırmızı dalğa uzunluqlarını araşdıran tədqiqatçılar bu məlumatlardan faydalanaraq dalğaları gözdən keçirdilər. Tədqiqatda iştirak edən Maryland Universitetindən olan L. Drake Deming "Xarici planetlərin atmosferini araşdırmaq olduqca çətindir. Amma tədqiqatda kifayət qədər dəqiq siqnal əldə etməyi və suyun izini tapmağı bacardıq" dedi.
Tədqiqatçılar siqnal sıxlığının gözlənildiyi qədər yüksək olmadığını və bu vəziyyətin planetlərin dumanla örtülü olmasından qaynaqlandığını bildirdilər. Buludlu atmosferlərdən sisli havalarda çəkilən fotoşəkillərdə rənglər bulanıq olur və planetlərdən alınan siqnalların sıxlığı azalır. Həmçinin su siqnallarının profili və əhəmiyyətli molekulların siqnalları dəyişikliyə uğrayır.
Hər biri ulduzuna yaxın olan WASP-17b, HD209458b, WASP-12b, WASP-19b və XO-1b adı verilən planetlərin bir növ "istiyupiterlər" olduğu deyildi. Kaliforniya Texnologiya İnstitutundan olan Heather Knutson araşdırma məqaləsində bunları dedi:
"Hubble və digər tədqiqatlarla əldə edilən məlumatlar bir çox nəhəng sistemlərdə su siqnallarının aşağı və ya heç olmadığını göstərdi. İstiyupiterlər üçün sisli atmosfer ümumi vəziyyət ola bilər."
Qaynaq: NASA
0 şərh var:
Post a Comment