ABŞ-ın Vaşinqton Universitetindən olan tədqiqatçılar insan DNT-sinin "əks" tərəfini tapdıqlarını açıqladılar. Bu kəşfin insan DNT-sinin daha yaxşı oxunması və anlaşılması üçün bir növ vasitə olduğu hesab edilir. Tədqiqatın nəticələri 13 dekabr 2013 tarixində Science jurnalında dərc edildi.
DNT-nin bu "ikinci kodu" molekulyar genetiklərə mutasiya proseslərinin əsasları və mahiyyətini anlamaq üçün məlumat təmin edir. Alimlər uzun müddət gizli qalmış bu ikinci kodun tapılmasıyla bir çox xəstəliklərin sağaldılmasının mümkün olacağını bildirirlər.
Bu vacib kəşfə imza atan Vaşinqton Universitetindən olan genetik prof. John Stamatoyannopoulos apardıqları təcrübədə əsas məqsədin insan genomunun bioloji funksiyalarının kod dəstinin öyrənilməsi olduğunu qeyd etdi.
Zülal yaratmada DNT-nin "təlimatlar" alma mənbəyi olduğu elm adamlarına uzun müddətdir ki məlum idi, yeni tapıntı isə onlara DNT-nin "ikinci dilinin" də mövcud olduğunu göstərdi. Alimlər bu "dillərdən" birincisin amin turşularının ardıcıllığına cavabdeh olduğunu bilirdilər. DNT-nin ikinci dili isə sanki birincinin üzərinə yerləşdirilmiş şəkildədir və əlavə təlimatlar təqdim edir.
Bu ikinci dil birincinin üstündə gizlənərək və mürəkkəb qarşılıqlı təsirə sahib olduğu üçün 40 ildən çoxdur ki elm adamlarından qaçırdı. Beləliklə, DNT-nin bəzi kodonları iki fərqli funksiya daşımalıdır. Bunlardan biri zülal ardıcıllıqlarının kodlaşdırılması, digəri isə genlər üzərində nəzarətdir. Son anda onlar sabitləşdirici amil kimi də çıxış edə bilərlər.
Alimlər bu tapıntının insan genomu layihəsindən sonra ikinci ən əhəmiyyətli irəliləyiş olduğunu hesab edirlər.
Qaynaq: RedOrbit

0 şərh var:
Post a Comment