Uzun illərdir insanları maraqlandıran ən əhəmiyyətli suallardan biri də kosmosda bizdən başqa sivilizasiyaların olub-olmadığıdır. Bu mövzuya dəqiq cavablar vermək olduqca çətindir. Bu günə qədər Yerdən kənarda başqa bir həyat əlamətinə rast gəlinməmişdir və izlədiyiniz bütün filmlərdəki yadplanetli görüntüləri saxta və fantaziya məhsuludur. Amma baxa bildiyimiz və ya görə bildiyimiz ərazi heç kainatın trilyonda biri deyil. Təkcə Samanyolu qalaktikasında 200-400 milyard sayda ulduz olduğunu və kainatda Samanyolu kimi milyardlarla qalaktika olduğunu düşündüyümüzdə, olduqca kiçik bir sahəni görə bildiyimiz aydın olur.
Son illərdə edilən kəşflərlə artıq uzaq qalaktikalar araşdırılmağa başlandı, Günəş sistemindən kənat planetlərin kəşi də sürətləndi. Kosmosun bir çox yerində həyatın yaşıllaşması üçün lazımlı şərtlərin mövcudluğu müəyyən olundu. Son hesablamalara görə yalnız Samanyolu qalaktikamızda Yerə oxşar 8 milyarddan çox planet mövcuddur. Bu planetlərdə lazımlı şərtlərin meydana gəlməsi nəticəsində həyat əlamətlərinə dair dəlillərin tapılması - alimləri heyrətləndirəcək kəşf olmayacacaq, amma eyni zamanda çox böyük əhəmiyyət daşıyan, kainat haqqında yeni məlumatlar təmin edəcək tapıntı olacaq. Bəlkə də ən maraqlı sual, başqa planetlərdə təbiət qanunlarının insanlar kimi ağıllı və kainatı qavrayan mədəni sivilizasiyalar təkamülləşdirib-təkamülləşdirə bilmədiyidir, daha doğrusu təkamülləşdirməsi üçün şəraitlərin olub-olmadığıdır. Belə olduğu halda, bizdən qat-qat inkişaf etmiş sivilizasiyalar mövcud ola bilər.
"Əgər bizdən daha çox inkişaf etmiş sivilizasiyalar varsa, niyə biz onları görə bilmirik ya da onlar bizimlə əlaqə qurmurlar, və ya gəlib planetimizi koloniyalaşdırmırlar?" Bunlar, insanları ən maraqlandıran suallardandır. Bu suallara verilə biləcək bir çox cavablar var, hansılar ki ehtimallar daxilindədir:
- Planetimiz inkişaf etmiş sivilizasiyalardan çox uzaqda ola bilər;
- Samanyolu qalaktikasında inkişaf etmiş yeganə sivilizasiya ola bilərik;
- Bizimlə əlaqə qura biləcək qədər inkişaf etməyə bilərlər;
- Bizimlə əlaqə yaratmaq üçün hər hansı bir səbəbləri olmaya bilər;
- Bizim qavraya bilmədiyimiz fərqli boyutlarda yaşaya bilərlər;
- Bizi özləri ilə müqayisədə 6 milyon il əvvəlki vəhşi əcdadımız kimi görə bilərlər;
- Bioloji həyatdan texnoloji həyata (kompyuter həyatı) keçid almış ola bilərlər;
- Planetlərini tərk edib köçəri kosmik həyat yaşaya bilərlər;
- Çoxları milyard və ya milyon illər əvvəl məhv olmuş ola bilər;
- Bizim onları koloniyalaşdırmağımızdan qorxa bilərlər və s.
Bir çox astrobioloqlarsa fərqli düşünürlər. İnsan növü bu yaxınlarda kosmik məkana daxil olmuşdur, hələ üzərindən 1 əsr belə keçməyib. Bu qalsın bir yana, kainatda bizdən başqa canlıların olub-olmadığını araşdıran sahə - astrobiologiya daha da gəncdir. Astrobioloqlar hesab edirlər ki, kainatdaki fərqli üstün sivilizasiyaların bizi və digər nisbətən inkişaf etmiş sivilizasiyaları koloniyalaşdırmaq üçün hər hansı bir səbəbləri olmamalıdır. Tariximizə nəzər yetirsək, insanoğlunun əsrlər keçdikcə daha da mədəniləşməsinə əmin ola bilərik, bu prosesin sonunda da "həqiqi sivilizasiya" qura biləcəyimiz inandırıcı görünür. Bizim kimi, inkişaf etmələri üçün lazımlı şərtlərə sahib olan kosmik qardaşlarımız da bu yolu getmiş olmalıdırlar. Bəziləri bizdən daha geridə, digərləri isə daha irəlidə ola bilərlər. Müasir alimlər arasında fikir fərqlilikləri olsa da, yenicə araşdırmağa başladığımız kosmik aləmin sivilizasiyalarının mədəni, hətta bizdən inanılmaz dərəcədə inkişaf etmiş növlər olduğu mübahisə obyekti olmaqla bərabər, qətiyyən şübhə altına da alınmır. Son olaraq, məşhur astrofizik, həmçinin ilk astrobioloqlardan olmuş Karl Saqanın bu sözlərini əlavə etmək istəyirik:

"Sübutun yoxluğu, yoxluğun sübutu deyil."
"Əgər kainatda yalnızıqsa, nə qədər məkan boşuna sərf olunmuşdur."
0 şərh var:
Post a Comment