Ağlı insanlardan, demək olar ki, fərqlənməyən şimpanze "Nataşa" elm dünyasını təəcübləndirir. Nataşa insanlar və heyvanlar arasında müəyyən etdiyimiz fərqlilikləri alt-üst edir.
Uqandada yerləşən bir zoo-parkda yaşayan Nataşa adlı 22 yaşındakı şimpanze, insanın zəkasından geri qalmayan ağlı ilə hamını heyrətləndirməyi bacarır.
"Dahi şimpanze" olaraq qiymətləndirilən Nataşa, yalnız insanlara xas olduğu hesab edilən empatiya qurma, anlayış göstərmə və əməkdaşlıqla çətinlikləri həll etmə bacarıqlarına sahibdir. Nataşa'nın xüsusi bir heyvan olduğu, 1998-ci ildə Uqandada eynən insan kimi əl və ayaqlarını dənizdə yuyarkən baxıcısının onu izləməsi ilə məlum oldu.
Əvvəllər özünə doğru yaxınlaşan ziyarətçiləri gördüyündə onları bilərəkdən görməzlikdən gələn və nadincləşən Nataşa, qısa müddətdə onları qonaq kimi qarşılama xüsusiyyətini inkişaf etdirdi. Ziyarətçilərini barmaqlarıyla yanına çağıran Nataşa daha sonra onlara su ataraq zarafat edirdi. Nataşa'nın qeyri-adi xüsusiyyətləri mütəxəssislər tərəfindən araşdırıldı.
Öyrənmə qabiliyyəti insanınkı ilə eynidir!
Almaniyanın Max Planck İnstitutu üzvlərinin heyvanlar üzərində apardığı tədqiqatda, baxıcılardan zoo-parkdakı 100 heyvan içərisindən üç ayrı sahədə ən ağıllı olanlarını gətirmələrini istədilər. Nataşa, həm fiziki, həm sosial, həm də psixoloji baxımdan bütün sahələrdə birinci seçildi. Çünki, davranışları test edilən Nataşa digər şimpanzelərdən daha yaxşı ünsiyyət qura, ətrafındakı insanlardan yeni şeylər öyrənə və hadisələri manipulyasiya edə bilirdi. Digər canlı növləri bir çox davranışları yalnız öyrədildikdən və əhilləşdirildikdən sonra edə bilir, amma şimpanzelər artıq bu cür davranışlara və xüsusiyyətlərə özləri, kənardan müdaxilə olmadan, yalnız müşahidələrlə yiyələnə bilməyə başlayıblar.
Yemək saatı gəldikdə əllərini bir-birinə vuraraq baxıcılarının diqqətini çəkən Nataşa, bu yolla simpatiya yığaraq daha çox yemək ala biləcəyinə ümid edir. Nataşa'nın qeyri-adi xüsusiyyətləri, şimpanzelərin ağlının insan ağlına olduqca yaxınlaşa bildiyini göstərən ən əhəmiyyətli sübut olaraq qəbul edilir.
ABŞ-ın Lowa Universitetindən olan bioloq-antropoloq Jill Pruetz, Nataşanı araşdırdıqdan sonra şimpanzelərin ağıl tutumunun və vəhşi həyata baxışlarının kökdən dəyişildiyini iddia edir. Bu əhəmiyyətli hadisədə insanların da böyük rolu olduğunu qeyd edən Pruetz, yaxın gələcəkdə qohumlarımız olan şimpanzelərin daha da ağıllanacağını bildirir. Yaponiyanın Kyoto şəhərində bir elmi tədqiqat mərkəzində yaşayan Ayumu adlı şimpanze isə insanların çətinlik çəkdiyi riyazi tənlikləri həll edə bilir.
Qaynaq: DailyMail

0 şərh var:
Post a Comment