September 30, 2013

Psevdogenlər

DNT'miz butövlükdə genlərdən ibarət deyil. DNT'mizdə mövcud olan genlər qədər psevdogenlər deyilən strukturlar da var. Psevdogenlər bir vaxtlar işləmiş, indi isə fəaliyyətini dayandırmış gen qalıqlarıdır. Məlum olduğu kimi, genin fəaliyyətini pozan bir zərərli mutasiya olduğunda, mutasiya daşıyan insan nəsil verməyərək ölür. Zərərli mutasiyalar adətən sonrakı nəsillərə ötürülə bilmir. Yəni, təbii seçmə bunun qarşısını alır.

Amma bunun çox əhəmiyyətli bir istisnası var. Bildiyimiz kimi hüceyrələr bölünərkən
DNT'mizdə kopyalanma səhvləri meydana gəlir. Mutasiyalar dediyimiz bu səhvlər genetik müxtəlifliyi təmin edir. Gen duplikasiyası dediyimiz çox nadir görülən xüsusi bir mutasiya da bunların arasındadır. Bu bir genin və ya bir neçə genin səhvən əlavə nüsxələrinin çıxarılması deməkdir. Məsələn səhvən A geni duplikasiya olunsa, canlının genomunda 2 ədəd A geni olacaq. Əlavə kopyalardan birində meydana gələn zərərli mutasiya itməyəcək. Genin digər kopyası onsuz da işlədiyi üçün, əlavə kopyadan mutasiya olsa bir sonrakı nəsillərə keçə bilər. Əlavə kopyalardaki zərərli mutasiyaların yaratdığı xarab genlərə psevdogenlər deyilir. Hər hansı 2 növdə eyni psevdogenlər olsa, bu psevdogenlər də eyni zərərli mutasiyalar nəticəsində meydana gəlmişdirsə, ortaq əcdad mövzusunda heç bir şübhə qalmır. Genomda təxminən 30.000 gen var. Nadir hadisə olan duplikasiyanın baş verməsi, həm də o qədər gen arasında eyni gendə olması və baş verdikdən sonra əlavə kopyanın yüzlərlə nukleotid arasında tamamilə eyni nukleotidə gəlməsi trilyonda birdən belə aşağı bir ehtimaldır. Bu canlıların psevdogenləri bu səbəbdən yarana bilməz. Bu trilyonda birdir. Elə isə ortaq əcdad tək çarədir. Funksiyasız serialların və səhvlərin paylaşılması təkamül deməkdir.




Canlılar arasında filogenetik ağac çəkmək üçün psevdogenləri istifadə edə bilərsiniz. Başqa bir əhəmiyyətli dəlil də bir-birinə yaxın növlərdə psevdogenlərin arasındakı fərqlərin az, uzaq növlərdə isə çox olmasıdır. İnsan və şimpanzenin təxminən 120 nukleotid ehtiva edən GULOP genində sadəcə 4 fərq var. İnsanın oranqutanla fərqi isə 8 nukleotiddir. Bu vəziyyətdə şimpanzenin bizə orantuqandan daha yaxın olduğunu deyə bilərik. Qısacası, bizim meymun dediyimiz şimpanzelər başqa bir meymun olan oranqutandan çox bizə, insanlara yaxın bir genoma malikdir. İnsan və oranqutanda tapılıb şimpanzelərdə tapılmayan və ya qorilla və insanda tapılıb şimpanzelərdə tapılmayan 1 ədəd belə psevdogen yoxdur. İnsanların pişiklərlə paylaşıb meymunlarla paylaşmadığı hər hansı bir psevdogen yoxdur. Çünki pişiklərlə paylaşdığımız bir psevdogen meymunlarla olan ortaq əcdadımızla da paylaşılmaq məcburiyyətində olduğu üçün digər meymunlarda da olmalıdır. Amma meymunlarla paylaşıb pişiklərlə paylaşmadığımız psevdogenlər var. Belə bir psevdogen, meymunlarla ortaq əcdadımızın pişiklərlə ortaq əcdadımızdan daha sonralar yaşadığını göstərir. Ən çox psevdogen paylaşdığımız növ şimpanzedir. Digər məməlilərə, sürünənlərə və balıqlara doğru getdikcə və müqayisə etdikcə paylaşılan genlər və psevdogenlər azalır.
Yazını dostlarla bölüş

0 şərh var:

Post a Comment

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top