April 29, 2013

Australopithecus sediba İnsan təkamülünün ən əhəmiyyətli pilləsidir

Zürich Universitetindən olan bir qrup tədqiqatçı, insan təkamülünün qabaqcılları arasında yer alan, 2 milyon il əvvəl Cənubi Afrikada yaşamış Australopithecus sediba növünün necə göründüyünü ilk dəfə gözlər önünə sərdi. Australopithecus sediba, Afrikada başladığı qəbul edilən insan təkamülü prosesində ən əhəmiyyətli mərhələni meydana gətirmişdi.

Müasir insanların ortaya çıxmasından əvvəl təkamül müddətində iştirak edən Australopithecus sediba'nın üzü, elmi məlumatlara əsaslanaraq ilk dəfə canlandırıldı. Primitiv bir gediş tərzinə sahib olan Sediba, ön dişləriylə insana bənzərkən, tərəvəzlərlə bəslənir və vaxtının böyük bir hissəsini ağaclarda keçirirdi.

ScienceDaily elmi jurnalında yayımlanan araşdırmada insan təkamülünün əhəmiyyətli pilləsi olan Australopithecus sediba`nın necə göründüyü, hərəkət etdiyi və qidalandığı lk dəfə ətraflı şəkildə təqdim edildi.

Tədqiqatçı qrupun başında duran Lee Berger ScienceDaily'yə verdiyi açıqlamasında, Australopithecus sediba'nın ilkin hominidlərlə uyğunluq təşkil etməsiylə birlikdə Homo sapiens'lə də oxşarlıqları olduğunu, bu növün müasir insanlarda olan kəllə sümüyü, diş, çənə sümüyü, qollar baxımından olduqca bənzədiyini bildirdi.

Cənubi Afrika Respublikasının Witwatersrand Universitetində Təkamül Tədqiqatları sahəsində araşdırmaçı olan Berger həmçinin bunları dedi: "Sediba uğurlu bir 'keçid növü' nümunəsidir". Sediba fosili, Johannesburg şəhərinin yaxınlığındakı Malapa qazıntı sahəsində kəşf edilmişdir. Fosil təxminən 2 milyon il yaşındadır.

Sediba'nın dişləri üzərində aparılan araşdırmalar, bu növün, təxminən 2.1 milyon il əvvəl yaşamış olan Australopithecus africanus'la yaxın qohum olduğunu da göstərdi. Hər iki növ, müasir insanın da əcdadı qəbul edilən Homo erectus'la diş quruluşu baxımından bənzərliklər ortaya qoyurdu.

ABŞ-ın Ohio Dövlət Universitetindən olan antropoloq Debbie Guatelli-Steinberg:


"Bu ana qədər aparılan tədqiqatlar, Sediba'nın primitiv avstralopiteklər və müasir insanlar arasında bir körpü meydana gətirdiyini sübut edir. Sediba insan təkamülündə olduqca əhəmiyyətli bir ara keçid növüdür."

Bundan başqa Sediba'nın diş fosilində bitki elementlərinə aid mikroskopik parçalar tapılmışdır. Bu da növün davamlı olaraq bitkilərlə qidalandığını və hələ tam olaraq ət yeməyə uyğunlaşmadığını göstərir.

Sediba, omba və dizləri önə əyik və əyri bir şəkildə, tam təkmilləşməmiş bir yerişə malik idi. Elm adamları, bu tərz yerişin dik yerimə və ağac dırmaşma arasındakı təkamül əlaqəsini meydana gətirdiyi qənaətindədirlər.


Qaynaq: ScienceDaily
daha ətraflı...

April 9, 2013

Yumurta qoyan məməlilər digər məməlilərdən daha yavaş təkamülləşdi

Avstraliyada tapılan 100 milyon illik çənə sümükləri platypus (ornitorenk) kimi yumurtlayan məməlilərin digər məməlilərdən daha yavaş təkamül keçirdiyini göstərdi.

Yumurtlayan məməlilər, birdəlikli (monotrem) olaraq adlandırılır, ümumiyyətlə iki qrupa ayrılır: ördəkburunlu, düz döşəməli platypuslar (ornitorenk) və bəstəboylular, tikanlı qarışqa yeyənlər yexidna olaraq adlandırılır. İkisinin də təbii həyat bölgəsi Avstraliyadır. İkisi də qalıq qeydlərində qeyri-kafi göstərilir, monotrem ailə ağacını izləmək istəyən araşdırmaçılar ağırlıqla molekulyar məlumatlardan faydalanmışdır. Araşdırmaçılar, müəyyən gen ya da zülalın ardıcıllığında fərqliliklərin sayını hesablayaraq platypus (ornitorenk) və yexidnaların nə qədər zaman əvvəl iki qrupa ayrıldıqlarını təxmin etməyə çalışıblar.

Nəticələr çalışılmış gen ya da zülala bağlı olaraq müxtəlifdir və təxminlər 17 milyondan 80 milyona qədər əvvəldə hər hansı bir yerdə ayrıldığınə göstərir. Bəzi araşdırmaçılar Teinolophos olaraq adlandırılan yaşı 100 milyondan çox olan Avstraliyada yaşayan qədim canlının ilk platypus (ornitorenk) olub ola bilməyəcəyi ilə maraqlandılar. Əgər elədirsə, bölünmənin tarixi çox daha uzaqda davam edə bilər. Teinolophos skeletlərinin araşdırmalarından çıxan nəticə növün platypus ya da bəzi ümumi monotrem əcdadı olub olmadığını tam şəkildə ortaya qoymur. Austin'də Texas Universitetindən Timothy Rowe və araşdırmaçı qrup yoldaşları yüksək keyfiyyətli X-ray tomoqrafiya ilə araşdırmaq üçün darama yolu ilə kəllə sümüyünün şəklini çıxardılar.

Burun Rentgeni

Testlər böyüdülmüş kanalın çənəsi, şəkli və ölçüləri ilə çalışılan platypusların göstəricisi olduğunu, lakin yexidnaların göstəricisi olmadığını ortaya çıxardı. Müasir heyvanlarda, bu kanallar sinirlər və qanla birlikdə platypuslarda daha xüsusiyyətli dimdiyi təmin edir. Eyni şəkildə heyvanların dişlərinin araşdırılması platypuslarda ortaq xüsusiyyətlər göstərdi, amma yexidnalarda ortaq xüsusiyyət göstərmədi.

Bu, növün 100 milyon il əvvəl ortaya çıxmasından əvvəl bu iki qrup arasında ayrıldığını göstərdi. Bu iki nəticə necə uzlaşır? Platypus-yexidnanın ayrılması zamanı digər məməlilərdə müşahidə edilən ardıcıllıq dəyişməsinin nisbəti əsasa alınaraq hesablanmışdır. Amma əgər monotremlər digər məməlilərdən daha yavaş təkamülləşibsə, Rowe'un göstərdiyi kimi, tədqiqatçılar yığılan mutasiyalar üçün verilən zamanı əskik dəyərləndirmiş ola bilərlər. Rowe, bu monotremlərin həqiqətən yavaş bir təkamül əhvalatı ola biləcəyini söylədi.

Monotrem təkamülündə araları tam olaraq nə ifadə etdiyi müəyyən deyil. Rowe monotremlərin ümumiyyətlə yavaş maddələr mübadiləsinə və uzun artım zamanına sahib olduğunu iddia edir. Hər ikisi də nəzəri olaraq təkamül dəyişikliyinin nisbətini yavaşlada bilər. Əgər monotremlər ekoloji taxça üçün uyğun olsaydı bu da dəyişiklik üçün seçmə təzyiqinin azalmış olmasını gözləyə biləcəyimiz mənasını verərdi. Rowe, varlığın ehtimalla təkamülləşməyə ehtiyacı olmadığını düşündü, çünki onların ovçuluq qabiliyyətləri çox yaxşı idi: platypusun dimdikləri ovun yaydığı müəyyən elektrik siqnalları üçün olduqca həssas sinir uclarına malikdir.

David Wake, Kaliforniya Berkeley Universiteti təkamülçü bioloqu, bu kəşfin həqiqətən əhəmiyyətli olduğunu söylədi. Amma David Wake'in çənə sümüyü məsələsinə fərqli həlli var. O, canlının platypus olmadığını düşündüyünü söylədi. David Wake, daha əvvəl var olmuş digər köhnə bütün monotremlər haqqında heç bir şey bilmədiklərini söylədi. David Wake, gələcək fosil tapıntılarının çənə sümüyünün vəzifəsini dəyişdirə biləcəyini düşünür. Məsələn, kanal iki dəfə təkamülləşə bilər, əvvəl bir dəfə bölünmüş və sonra bölünərək. Əgər bu vəziyyətdə olsa, Avstraliyada çənə sümükləri bu cür olanlar platypus və yexidnalar arasında əvvəlcədən ayrılmış ola bilər.


Qaynaq: Nature
daha ətraflı...

Ara keçid gözümüzün önündə

Scelotes - ilana həddindən artıq çox bənzəyən canlı əslində bir kərtənkələ növüdür. Növün çoxunda ön ayaqlar yox olmuş (və ya çıxıntı halında qalmış) olsa da, bu növdə heç bir işə yaramayan ön ayaqlar hələ də durur. Növlərin hər birində qumu qazmağa yarayan, dəmək olar ki korlaşmış və sümük quruluşuna uyğun olmayan funksiyalara sahib olan arxa ayaqlar mövcuddur. Bu ayaqların sümük quruluşuna baxsaq, əvvəllər növün sürünmək yerinə ayaqları üzərində rahat yeriyə bildiyini görmüş olarıq. Ancaq təkamül prosesi nəticəsində bu sümüklər ayaqlarla birlikdə korlaşmışdır. Hər arxa ayağının ucunda iki kiçik pəncəcik var və bu pəncəciklər sayəsində torpağı qaza bilir. Ümumiyyətlə ayaqlarını yerimək üçün deyil, torpağı qazmaq üçün istifadə edir. İlanların necə təkamülləşmiş ola biləcəyinə dair möhtəşəm ara keçid nümunəsidir.
daha ətraflı...

April 8, 2013

Üzgəclər Necə Ayaq Oldular?

Onurğalıların sudan çıxıb quru həyatına başlaması həyatın tarixindəki əhəmiyyətli hadisələrdən biri olmuşdur. Cell Press jurnalının dekabr ayı buraxılışındaki "Developmental Cell" hissəsində olan araşdırma, əl və ayaqların təkamülünün, müəyyən genləri aktivə edən yeni DNT parçalarının qazanılmasıyla ortaya çıxdığını göstərir.

İspaniyanın Sevilla şəhərindəki Pablo də Olavide Universiteti CSIC'də işləyən Prof. José Luis Gómez-Skarmeta hadisəni belə şərh edib: "Hər şeydən əvvəl bu tapıntı, gen ifadəsi üzərindəki dəyişikliklərin bədənimizi necə dəyişdirdiyini anlamağımızı təmin etdi. Bəzi genetik xəstəliklər orqanların inkişafına mənfi istiqamətdə təsir edir. Üzvlərin meydana gəlməsindən məsul olan genlərin funksiyasını tam olaraq yerinə gətirə bilməməsi də SPD və HFGS kimi xəstəliklərə yol açır.
"

Üzgəclərin üzvlərə necə təkamülləşmiş ola biləcəyini anlamaq üçün Prof. Gómez-Skarmeta və Fernando Casares zebra balığı embrionunun üzgəcləri qisminə bədən parçalarının fərqliləşməsini idarə edən Hoxd13 geni əlavə etdilər. Çaşdırıcı bir şəkildə, genin əlavə olunduğu qismdə üzgəc toxumasının azaldığı müşahidə ediləcəkkən qığırdaq yaranması müşahidə edildi. Bu dəyişiklik yer heyvanlarının üzvlərinin meydana gəlməsinin əsas nöqtələrini yekunlaşdırır. Araşdırmaçılar, bu Hoxd13 nəzarət mexanizminin keçmişdə Hoxd13 geninin ifadə səviyyəsini artırıb-artırmadığını anlamaq üçün daha bir sınaq təşkil etdilər. Bunun üçün siçandaki embrionik üzvlərin ifadəsini idarə edən, lakin balıqlarda olmayan bir DNT nəzarət mexanizmi istifadə etdilər.

Prof. Casares, "Siçandan alıb zebra balığına köcürdüyümüz Hoxd13 nəzarət mexanizminin üzgəc layihəsinin meydana gəlməsini təmin edən geni aktiv etmə xüsusiyyəti olduğunu gördük. Bu nəticə, bu nəzarət mexanizmini aktivləşdirən molekulyar qurğunun balıqların və quru heyvanlarının son ortaq əcdadında olduğunu sübut edir" - deyə sözlərini bitirdi.


Qaynaq: ScienceDaily
daha ətraflı...

Darwin göyərçinlər barədə haqlı idi

İnsanlar göyərçin cinslərini istədikləri xüsusiyyətlərinə görə hər görünüşə, rəngə və davranış xüsusiyyətinə sahib olacaq şəkildə dəyişdirirdilər. Bu müxtəlifliyin mənbələri ilk dəfə Darwin tərəfindən tutulmuşdu və o da, öz göyərçinləri üzərində təkamül təcrübələri etmişdi. İndi isə bir neçə yerli və vəhşi göyərçin növünün genomları ilk dəfə düzüldü və bu sayədə, elm adamları, göyərçinlərin fərqli növ və cinslərinin günümüzdəki xüsusiyyətlərini necə qazandığını və bu xüsusiyyətlərin necə təkamülləşdiyini dəqiq şəkildə anlamağı bacardılar.

31 Yanvar 2013 tarixində, Science jurnalında nəşr olunan məqalə, məlum olan bütün göyərçinlərin vəhşi qaya göyərçinindən (Columba livia) təkamülləşdiyini göstərir. Salt Lake City'dəki Utah Universitetindən olan və məqaləni hazırlayan tədqiqatçılar arasında olan prof. Michael Shapiro belə deyir:



"Təcrübəmiz sayəsində, əvvəllər göyərçinlərə aid tək bir geni belə dəqiq bir şəkildə bilmirdik, lakin artıq əlimizdə göyərçinlərin bütün genomu olduğu kimi, hər bir xüsusiyyətin hansı gen tərəfindən idarə edildiyini biləcək qədər də ətraflı məlumata sahibik."

Tədqiqat fərqli göyərçin növləri arasındakı məlumat boşluqlarını tamamilə doldurur. Bu göyərçinlərin çoxunun mənşəyi Orta Şərqə söykənir. Darwin, bütün göyərçin növlərinin vəhşi qaya göyərçinindən təkamülləşdiyini irəli sürmüşdü. Shapiro araşdırmalarının nəticəsi Darwinin iddiasını təsdiqləməklə qalmayıb, bir addım daha irəliyə apardığını göstərir. Bundan başqa araşdırmanın nəticələrinə görə küçə göyərçinləri mərmi göyərçinlərinə çox yaxın bir qohum növdür.

Aparılan araşdırmanın Darwinin müşahidəyə söykənən təxminlərini təsdiqləməsi, Təkamül Nəzəriyyəsinin təməllərinin nə qədər möhkəm olduğunu və təkamülün fərqli tərəflərdən təsdiqlənə biləcəyini bir daha sübut etdi.


Qaynaq: Sciencemag
daha ətraflı...

Qayıdan Qırtlaq Siniri (Recurrent Laryngeal Nerve)

Bu sinir, birbaşa beyindən çıxan sinirlərdən biri olan "vagus"un qollarından biridir və qırtlaq üçün mühərrik funksiya və qəbul etmə qaynağıdır. Xüsusilə qalxanvari vəzi ilə yaxın əlaqəli bu sinir, qalxanvari vəzin alınması zamanı zərər görərsə nitq qüsurluluğuna səbəb ola bilər.

Şəkildə də açıqca görüldüyü kimi, sinir, nəfəs borusunun sağ və sol ağciyərə getmək üzrə ikiyə ayrıldığı nöqtədə geriyə doğru bir çıxış edir. Buradan da düz qırtlağa çıxır. Təxmini 20 sm qədər bir uzunluğa malikdir. Ancaq, bu sinirin simmetriyasında olan və sağ faqustan ayrılan qırtlaq siniri, soldakının əksinə yolu uzatmadan birbaşa qırtlağa çatır. Yaxşı, soldakı geri dönən qırtlaq sərhədinin belə onunla bir yol izləməsinin səbəbi nədir? Var olduğu iddia edilən dizaynerin səhvi ya da diqqətsizliyi nəticəsindəmi bu hala gəlmişdir yoxsa evolyusional keçmişəmi malikdir?

Dizayneri bir yana qoyaq, əlimizdə olan sübutlardan bəhs edək.

Canlı həyatın suda başladığı düşünülsə, baxmağımız lazım olanların balıqlar olduğunu görərik. Balıqların ürəyi, bizim dörd kameralı ürəyimizdən fərqli olaraq iki kameralıdır və qan, qarın aortası adlandırılan mərkəzi bir arteriyadan şaxələnir. Qarın aortası, hər iki tərəfdəki altı qəlsəməyə gedən (ən çox) altı qol cütlüyünə ayrılır. Daha sonra qan, zəngin bir şəkildə oksigenlə bağlanacağı qəlsəmələrdən keçir. Qəlsəmələrdən sonra, yenə altı cüt qan damarı tərəfindən toplanan qan, kürək aortası deyilən və balığın ortasından keçən tək bir böyük damarda birləşərək bədənin geri qalan hissəsinə dağılır. Altı qəlsəmə arteriyası cütü, balıqlarda bizdə olduğundan daha aşkar olan, onurğalıların seqmentləşmiş bədən planına bir dəlildir. Ovsunlayıcı bir şəkildə (ətraflı anatomik araşdırıldığında görüləcəyi üzrə) "qırtlaq kəmərləri" açıqca irsi qəlsəmələrdən törəmiş olan insan embriosunda aşkar görülür. Əlbəttə bu kəmərlər qəlsəmə funksiyası görmür, amma beş həftəlik insan embrionları qəlsəməli kiçik çəhrayı balıqlar olaraq qəbul edilə bilərlər.

Çox dərinə getmədən mövzuya geri dönəcək olsaq, balıqlarda olan vaqus sərhədinin son üç qəlsəmə bəsləyən qollara ayrılması və bu səbəblə bu qolların, əlaqədar qəlsəmə aortasının arxasından dolaşması son dərəcə təbiidir.

Sudan quruya və buradan da məməlilərə təkamül əsnasında, boyun ortaya çıxarkən qəlsəmələri dəyişməyə uğradaraq qalxanvari vəzi, qalxanvari-ətraf vəzini və qırtlağı meydana gətirmişdir. Keçmişdə qəlsəmələrə xidmət edən qan və sinir damarları isə artıq bu fərqli fiziki parçalara xidmət etməyə başlamışdır. Təkamül müddətində damarlar da bu orqanlara uyğunlaşma təmin edəcək şəkildə dəyişməyə başlamışdır. Bu dəyişikliklər əsnasında bir-birləri ilə olan sıralı əlaqələr də ortadan qalxmışdır və boyun ilə birlikdə kompleks bir quruluşa bürünmüşdür. Geri dönən qırtlaq siniri də bu qarışıqlıqda payına düşəni almışdır.
daha ətraflı...

Həyatın mənşəyini meydana gətirən molekullar suda birləşdi

DNT-nin daha yaşlı qohumu hesab olunan RNT-nin iki hissəsini bir yerdə tutan əsas cütlər yaşayan hüceyrələrdə molekulyar əlaqəsinin ən əhəmiyyətli nümunələrindən biridir. Elm adamları bu əsas(baza) cütlərinin əvvəldən həyatın parçası olduğuna və RNT-nin həyatın ilk polimerlərindən biri olduğuna əmindir. Amma burada bir problem var. RNT əsaslar polimer onurğayla əlaqəli olmadıqca suda baza cütü öz formasını almır və onlarla ildir həyatın mənşəyi elm insanlarını çaşdırır. Əgər əsaslar polimerlərindən əvvəl uyğunlaşmayıbsa, əsaslar, RNT polimerlərinin meydana gəlməsi üçün "prebiotik şorba"da bir çox molekuldan necə seçildi?

George Universitetinin araşdırmaçıları RNT-nin mənşəyi üçün alternativ nəzəriyyə araşdırır: araşdırmaçılar RNT bazalarının bu gün əlimizdəki bazalardan fərqli molekulların uyğunlaşmasından təkmilləşdiyini düşünür. Bu nəzəriyyə gedərək daha da parlaq görünür. RNT əsaslarına bənzər olan kiçik molekullarla birlikdə suda özbaşına toplanması son dərəcə normaldır. Bu "qabaqcıl-RNT əsaslar" kortəbii olaraq gen uzunluğu qədər xəttli çoxluğun içinə toplanır (fərz edək ki) və həyat genləri qabaqcıl-RNT bazalarından ya da bənzər molekullardan alınmağa başlanır. Bu araşdırmalar, Journal of American Chemical Society'də onlayn nəşr olundu.

Professor Nicholas Hud liderliyində elm adamları komandası tərəfindən edilən bu kəşf suda salxımlanacaq və RNT meydana gətirmə qabiliyyətinə sahib olacaq. Hudun qrupu qabaqcıl-RNT əsasına kiçik kimyəvi quyruq əlavə etdiyində bir şey olduğunu gördü və digər qabaqcıl-RNT əsasıyla birlikdə xəttli toplanmağı meydana gətirməyini müşahidə etdi. Çıxarılmış 18000 nəticə gözəl şəkildə sıralandı. "RNT-nin mənşəyini düşünmək babanın baltası paradoksunu xatırladır." - kimya və biokimya professoru Hud dedi. - "Əgər atanın qolu və sənin başın dəyişsə, bu eyni ox ola bilərmi? Biz eyni yolla RNT gördük. Kimyəvi strukturlar zamanla dəyişmiş ola bilər amma bu davamlı istifadədə idi, beləcə buna bənzər molekul olduğunu görə bilərik."

Hud 4 milyard il əvvəl başlayan prosesdən 100% əmin olduğunu etiraf etdi. Hudun sonrakı məqsədi, qabaqcıl-RNT əsaslarının genetik material olaraq funksiya görə bilən polimer yaratmaq üçün onurğa tərəfindən bağlanıb bağlanamadığını təyin etməkdir. George Tech Barselonada Biomedikal araşdırma üçün institut ilə birlikdə əməkdaşlıq etdi. Qabaqcıl-RNT-nin iki komponenti, öz-özünə salxımlanan sistem triaminopirimidin (TAP) törəmələri, TAPAS və siyanurik turşunu (CA) meydana gətirdi.

Həyatın mənşəyi sualına əsaslı cavab tapmağa əlavə olaraq, Hud özbaşına birləşmə əməliyyatının nanotellər kimi yeni materiallar yaratmaq üçün gələcəkdə istifadə edilə biləcəyini göstərdi. Həmçinin bu layihə Milli Elm Quruluşu (NSF) və NASA tərəfindən də dəstəklənildi.


Qaynaq: ScienceDaily
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top