May 4, 2013

Biolüminesensiya: Canlılarda İşıq Saçma Xüsusiyyəti


Biolüminesensiya - canlı bir varlığın müxtəlif kimyəvi yollarla işıq çıxarmasıdır. Biolüminesensiya dəniz onurğalıları və onurğasızlarında, bəzi göbələklərdə, quruda yaşayan onurğasızlarda və bakteriyalarda müşahidə olunur. Bu canlılardan xüsusilə dəniz döşəmələrində yaşayan canlıların 90%-i biolüminesansiya xüsusiyyətinə malikdir və yaydıqları işıq əsasən yaşıl və mavi rənglərdədir. Dəniz canlıları xaricində çox görülməsə də, quruda yaşayan və biolüminesensiya edə bilən tanınmış canlılar İşıldaquşlardır (Coleoptera).

Biolüminesensiya edən canlılar Lusifer (piqment) və lusiferaz (ferment) kimyəvi maddələrini çıxarırlar. Bu kimyəvi maddələrdən Lusifer oksigenlə reaksiyaya girərək işıq çıxararkən, lusiferaz da bu reaksiyada sürətləndirmə vəzifəsini boynuna götürür. Bu reaksiya hüceyrə daxilində də, xaricində də reallaşa bilər. Bakteriyalarda isə biolüminesensiya lux operon deyilən bir operon tərəfindən nəzarət edilir. Bu reaksiya nəticəsində ortaya çıxan işığın 20%-dən azı termal radiasiyaya səbəb olur.

Son aparılan tədqiqatlara görə biolüminesensiya təxmini olaraq 50 fərqli soyda təkamülləşmişdir. Bəzi növlər istehsal etdikləri bu işığı ovunu tutmaq üçün istifadə edirlər, digərləri isə düşmənlərini çaşdırıb yoldan qaçmaq üçün. Hətta bəzi növlər bu işığı kamuflyaj üçün istifadə edir. Bunlardan bir neçəsinə nəzər yetirək.

Cookiecutter köpək balıqları: Biolüminesensiyanı kamuflyaj üçün istifadə edirlər, amma bədənlərinin alt hissələri qaranlıq qalır, beləcə kiçik bir balıq kimi görünür. Digər balıqlar bu növü asan ov hesab edib yaxınlaşdıqlarında isə köpək balığı tərəfindən ələ keçirilirlər. Aşağıda bu canlının şəklinə baxa bilərsiniz:



İşıldaquş: Cütləşmə dövrlərində işıldaquşlar qarın hissələrindən periodik olaraq işıq saçırlar.




Mürəkkəb balıqları: Bəzi mürəkkəb balıqları və xərçəngkimilər biolüminesensial kimyəvi qarışıqları mürəkkəb halında yayırlar.



Bakteriyalar: Bir çox bakteriya növündə ünsiyyət biolüminesensiya üzərində təsir edici rol oynayır. Yüksək hüceyrə sıxlığında kiçik molekullar istifadə edilərək biolüminesensiya genləri aktivləşdirilir.



İnsanlar: Təəccüblü səslənsə də, hər canlı növü bədənlərində meydana gələn kimyəvi reaksiyalar səbəbiylə insanlar da işıq yaymaqdadırlar. Lakin insanlardan fərqli olaraq yuxarıda sadalanan növlər bu xüsusiyyəti təkamül müddəti ərzində inkişaf etdirib aktiv olaraq istifadə etməyə başlamışdırlar. İnsan növü kimi bu xüsusiyyəti aktiv istifadə etməyənlərdə isə biolüminesensiya xüsusi kameralar və ya digər növlərə aid daha həssas gözlərlə müəyyən edilə bilər. PLoS One jurnalında yayımlanan bir məqalədə insanların bədənlərindən yayılan işıqlar təsbit edilmişdir. Tədqiqatçılar, bu işıqlandırmanın insan gözünün qəbul edə biləcəyi işıq dərəcəsindən 1000 dəfə az olduğunu, buna görə adi gözlə ayırd edə bilməyəcəyimizi bildirirlər.



Lakin hər işıq yayan canlının biolüminesensiya etdiyini demək yalnışdır. Bəzi dəniz mərcanları ətrafdan yayılan UV işığını əmərək, fluoressensiya və ya başqa dalğa halına çevirərək yayırlar. Bu, təbii ki biolüminesensiya nümunəsi deyil.

Qaynaqlar:

Nat Geo
Live Science
Guardian
Davidson College
Yazını dostlarla bölüş

0 şərh var:

Post a Comment

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top