May 9, 2013

Genlər Necə Dəyişilir?


Bu mövzuda ilk öncə anlamalı olduğunuz ən əhəmiyyətli məsələ budur: genlərimiz xarici dünyanı "qavramır". Çünki sizi yaradan hər şey baxdığınızda "cansız" deyəcəyəyiniz və həqiqətən də cansız olan atomlar və molekullardır. Bunların fərqli birləşməsi nəticəsində karbohidratlar, yağlar, zülallar, və s. yaranır. Bunların cəminə və bunlar arasındakı topdan əlaqəyə isə biz "canlılıq" deyirik. Halbuki "canlı" və "cansız" deyə bir anlayış əslində yoxdur. Amma bu işin çox fərqli bir ölçüsü olduğu və ayrı bir qeydə layiq olduğu üçün bu məsələni keçirəm. Burada bilməyiniz lazım olan, genlərimizin ya da hər hansı bir başqa quruluş daşımızın ətrafı və mühiti qavramadığıdır.

Yaxşı bəs bu dəyişiklik necə baş verir?

 Belə: Mutasiyalar və ya crossing-over, transpozonal sıçrayışlar və bənzəri təsadüfi hadisələr nəticəsində genlərimiz davamlı olaraq və riyazi bir təsadüfilik daxilində dəyişir. Məlumat olaraq, yalnız mutasiyalar, gündə orta hesabla 10.000 dəfə baş verir, tək bir insanda. Bunlara meyoz əsnasında meydana gələn crossing-over'dəki genetik dəyişiklikləri, hər an meydana gələ biləcək olan transpozonal sıçrayışları və s. də əlavə etmək lazımdır. Onların nəticəsində, bir növə aid bir çox fərqli növ meydana gəlir. İnsanların bir-birinə bənzəməməsi buna görədir. Əslində heyvanların hamısının içində bir çox fərqlilik var, yalnız bunları bizim gözümüz vərdiş etmədiyi üçün görə bilmərik. Eynilə çinli olmayanların "Çinlilərin hamısı bə
nzərdir!" iddiası kimi. Əslində çinlilər də bizim hamımızı bir-birimizə bənzədir. Bunun səbəbi, onların içərisində yaşamadığımız və ya sadəcə çinli olmadığımızdır. Bənzər şəkildə, sprutlar ya da göyərçinlər arasında fiziki fərqlilikləri də bir baxışda görmək çətindir, ancaq "işlək" bir göz bunu ayırd edə biləcək.

 Təsadüfən meydana gələn saysız variant (növ) təbiət qarşısında bir növ imtahana tabedir. Çünki bu müxtəliflik ümumiyyətlə təsadüfən meydana gəlir. Lakin təbiət şərtləri müəyyən anlar daxilində, diqqətə çarpandır. Məsələn bu anda, normal şərtlər altında, 20 kiloqram olaraq doğulacaq olan bir it balası, keysəriyyə yolu ilə müdaxilə edilmədiyi müddətcə öləcək, çünki anasının qarnından çıxa bilməz. Yəni embrioloji inkişaf zamanı, hamiləlik müddətinin sonundakı kilonu nəzarət edən və ya bu xüsusiyyət üzərində təsiri olan genlərin təsadüfi dəyişməsi, 20 kq'lıq bir balanı meydana gətirə bilər, ancaq bu bala təbiətdə məğlub olar. Ya da qısa boylu zürafələr budaqlara çata bilməz və ya asan cütləşə bilməz (dişilər uzun boyluları seçir) və buna görə gec, tez məğlub olarlar. Nümunələr sonsuz sayda artırıla bilər.

Bu səbəbdən, təsadüfi meydana gəlmiş olan variantlardan bir qismi, təbiətə adaptasiya ola bilmədikləri üçün uduzur. Məğlub olmaq, ölmək ya da nəsil artırmamaq şəklində görülə bilər. Bunlardan birinin meydana gəlməsi, özündəki bu müxtəlifliyi var edən genlərin balalara ötürülməməsi deməkdir (ümumiyyətlə bu "zəif" fərd ölür ya da törəyə bilmir). Beləcə o "növ" yox olur. Digər tərəfdən, genlərindəki müxtəliflikdən təbii mühitə daha çox adaptasiya olacaq şəkildə var olan bir fərdin genləri onun həyatda qalmasına və ya törəməsinə qatqı təmin edir. Beləcə o dəyişilmiş gen balaya ötürülür.

Bu şəkildə kumulyativ bir irəliləyiş əldə edilir və nəsillər sonunda, populyasiyalarda davamlı olaraq (mühit şərtlərinin dəyişmədiyi düşünülərsə) müəyyən bir istiqamətə doğru bir gen təcrübəsi meydana gəlir. Təkamül budur. Çünki müəyyən bir nəsil sonunda, artıq canlılar o qədər çox dəyişir ki, bir müddət sonra bu genlərin təcrübəsi nəticəsində dəyişən fərdlər, əcdadlarıyla (araşdırdığımız populyasiyanın ilk başdakı fərdləriylə) cütləşə bilmirlər, çünki artım mexanizmləri də dəyişir. Buna biz "növləşmə" deyirik.

Uzun sözün qısası, genlər "dəyişikliklərin lazımlı olduğunu anlamırlar". Genlər, təsadüfi olaraq dəyişirlər. Daha sonra bu dəyişiklik, təbiətdə "test edilir". Əgər ki dəyişmə canlıya fayda təmin edirsə, gələcək nəsillərə daha çox köçürülür. Əgər gen zərərlidirsə, canlı məğlub olur və o gen ötürülə bilmir. Təkamül də bu şəkildə, hər zaman o andakı mühitə ən adaptasiya ola bilmiş fərdlərin həyatda qalmaları və nəsil artırmalarıyla çox dağınıq bir cığır üzərində irəliləyir. Bu məzmunda, beynin olduqca sıravi bir orqan olduğunu və genlər üzərində heç bir təsiri olmadığını düşünmək olar.

Yazını dostlarla bölüş

0 şərh var:

Post a Comment

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top