Planetimizdəki suyun mənşəyi mövzusunu əhatə edən mübahisələr yenidən qızğın xarakter alır. Churyumov-Gerasimenko kometi yaxınlığındaki su buxarının tərkibinə dair məlumatlar əldə edildikdən sonra, suyun Yerə kometlər vasitəsilə düşdüyü versiyası şübhələr doğurmağa başlayıb.
Uzun müddətdir ki, elm ictimaiyyəti Yerdəki suyun mənşəyi sualına cavabın "kometlər" olduğunu iddia edirdi. Alimlər ilkin okeanların buxarlanmasından sonra, müasir qlobal okeanın suyunun planetimizə məhz kometlərlə gətirilmiş olduğunu düşünürdülər.
Bu mövzu onsuz da daha əvvəldən şübhəli idi, çünki komet nəzəriyyəsi konkret sübutlara ehtiyac duyurdu. Bu yerdə alimlərə köməyə bəzi kometlərə çatmış və oradaki mövcud buz halında suyun tərkibini öyrənmiş kosmik cihazlar gəlir.
Burada qeyd etmək vacibdir ki, şərti olaraq, kometləri Neptun orbitinin hüdudlarından kənarda yerləşən Koyper Qurşağı'ndan gələn "yaxın" və orbitləri daha geniş ərazini, hipotetik sahə olan Oort Buludu'nun xarici hüdudlarını əhatə edən "uzaq" kateqoriyalarına ayırmaq olar.
1986-cı ildə kosmik zondlar vasitəsilə Halley adlı "uzaq" kometin nüvəsi öyrənilmişdi. Məlum olmuşdu ki, nüvəsindəki suyun (buzun) tərkibi Yerdə rast gəlinən suyun tərkibindən xeyli fərqlənir. Bu səbəbdən də o vaxt astronomlar Oort Buludu'ndan olan kometlərin çətin ki Yerdəki okeanların yaranmasında rol oynamış ola biləcəyi qənaətinə gəlmişdilər.
Üç il əvvəl isə alimlər Koyper Qurşağı'ndan olan Hartli-2 kometinin məlumatlarına yiyələnib, komet buzu hissəciklərindəki deyterium izotopu payı kimi əsas parametrə əsaslanaraq, oradaki suyun tərkibinin planetimizdəki suyun tərkibi ilə oxşar olduğuna aydınlıq gətirmişdilər. Beləliklə də, Yeri su ilə təmin etmiş kosmik cismlərin məhz "yaxın" kometlər olduğu yəqin edilmişdi.
İndi isə, avqust ayında Churyumov-Gerasimenko kometi orbitinə çatmış "Rozetta" kosmik zondu Yerə yeni məlumatlar ötürərək, alimləri daha əvvəlki nəticələri yenidən gözdən keçirməyə vadar edib. Əldə edilmiş son nəticələrə əsasən, komet buzunun tərkibindəki deyterium Yer suyu tərkibindəkindən xeyli çoxdur. Yəni, Yer suyunun mənşəyində "yaxın" kometlərin rolu olduğu nəzəriyyəsi şübhə altına alınır.
Tədqiqatın müəlliflərindən olan Bern Universiteti professoru Ketrin Altveqq isə hesab edir ki, son məlumatlara əsaslanaraq, Yerə suyun kometlərlə olmasa da, asteroidlərlə gətirilmiş ola biləcəyinin mümkün olduğunu demək olar.
Bu tədqiqatın nəticələri ilə çox da razı qalmayan Merilend Universitetindən olan Maykl Eyhern isə bildirir ki, "Rozetta" zondunun qazandırdığı məlumatlar möhtəşəmdir, lakin kometlərin Dünya okeanının formalaşmasında rolu olduğunu tam istisna da etmir - ehtimalla, su başqa bir komet tipi vasitəsilə Koyper Qurşağı'ndan Yerə gətirilib. Hər halda yekun qərarlara gəlmək üçün tədqiqatların davam etdirilməsi vacibdir.
Həmçinin oxuyun:
"Fila" modulu kometdə üzvi birləşmələr tapmışdı
Kometlər "amin turşusu fabrikləri" ola bilər
Yerlə toqquşmuş asteroid okeanları turşulaşdırdı

0 şərh var:
Post a Comment