Alimlər siçanların beyninə insan orqanizminin bir neçə hüceyrəsini əlavə edərək, onların digərlərindən daha ağıllı olmasını təmin ediblər. Nəticədə modifikasiya olunmuş gəmiricilərin intellekt səviyyəsi ani olaraq artıb. Neyronlar (düşünmə prosesinə cavabdeh olan hüceyrələr) olduğu kimi qalsalar da, bütün qlial hüceyrələr (neyronların həyat fəaliyyətini təmin edən hüceyrələr), praktiki olaraq, "insaniləşib".
Roçester Universitetinin tibb mərkəzindən olan Stiv Qoldmen və həmkarları universitetə bağışlanmış embrionlardan inkişafdan qalma neyroqlial hüceyrələri xaric edərək, onları siçan balalarının beyninə yeridiblər. Hüceyrələr orada inkişaf edərək, astrositlərə çevrilib. Bu növ hüceyrələr düşünmə prosesində vacib rol oynayır: neyronlararası əlaqələri (sinapslar) gücləndirir. İnsan astrositləri siçanlardakından 10-20 dəfə böyükdür və sinapslararası siqnal ötürülmələrini nizamlayan qanqlilərin yüz dəfə çox miqdarına sahibdir.
Belə ki, siçan astrositlərini beynin marjinal hissələrinə sıxışdıran 300 min hüceyrənin il boyunca 12 milyona qədər artdığı müşahidə edilib. Bu da gəmiricilərin ağıl bacarıqlarına təsirsiz ötüşməyib. Onlar, zəif cərəyan zərbəsinin müəyyən səs əlaqəsini digərlərindən dörd dəfə yaxşı yaddaşda saxlayıblar.
İndi isə Qoldmen neyroqlial insan hüceyrələrini siçovullar kimi daha ağıllı laboratuar canlılara yeritmək fikrindədir. Artıq ilk inyeksiyalar edilib və hal-hazırda hüceyrələrin yayılma yolları təqib edilir. Buna baxmayaraq Qoldmen əmindir ki, yeni hüceyrələr siçanları heç də Homo sapiens'ə yaxınlaşdırmır.
Həmçinin oxuyun:
İlk dəfə insanın şüuru "söndürüldü"
İntellekt geni kəşf edildi
Yaşanmış qorxu irsən ötürülür

"Neyroqlial hüceyrələrin yeridilməsi onlara heç bir insani xüsusiyyət qazandırmır. Təcrübəmiz sadəcə heyvanın neyron şəbəkələri effektivliyini artırdı. Amma siçan elə siçan olaraq da qalıb", - Qoldmen qeyd edir.
Həmçinin oxuyun:
İlk dəfə insanın şüuru "söndürüldü"
İntellekt geni kəşf edildi
Yaşanmış qorxu irsən ötürülür
0 şərh var:
Post a Comment