NASA-nın sıradan çıxmış hesab etdiyi kosmik teleskop "Kepler" yenidən işə düşüb. "K2" missiyası gedişatında əldə edilmiş nəticələr göstərir ki, teleskop yeni yad planetlərin axtarışına davam edə biləcək vəziyyətdədir.
"Kepler" orbitə 2009-cu ildə buraxılmışdı. Cihazın əsas vəzifəsi ekzoplanetləri, həmçinin Yerinkinə oxşar şərtlərə malik, həyat üçün əlverişli planetləri aşkar etmək idi. 2013-cü ilin may ayında isə teleskopun bortunda sınıq meydana gəlmiş, stabilizasiya bacarığı sıradan çıxmış və layihə üzərindən xətt çəkilmişdi. Ən azından, o vaxt belə hesab edilirdi.
İndi isə məlum olub ki, cihazın nasazlığı müvəqqəti imiş. Amerikalı mühəndislər teleskopu "həyata qaytarmağın" yolunu tapmağa nail olublar - onlar, günəş şüası təzyiqini stabilizator kimi istifadə etmək qərarına gəliblər. Nəticədə "Kepler" yenidən işə düşərək, "K2" missiyasına qaldığı yerdən davam edib.
Teleskopun "koma" vəziyyətinə düşmədən əvvəl topladığı məlumatları analiz edən alimlər, aparatın nəinki tam sağ-salamat olduğunu, həm də yeni ekzoplanet tapdığını aşkar ediblər. HIP 116454b adı verilən yeni planet superyer kateqoriyasına aiddir, Yerdən 2,5 dəfə böyükdür və Günəş sistemindən 180 işıq ili uzaqlıqda yerləşən HIP 116454 adlı ulduz ətrafında dövr edir.
Alimlər qeyd edir ki, "Keplerin" işə düşməsi sayəsində superyer və qaz nəhəngi kateqoriyalarına aid edilən ekzoplanetlərin konkret fərqlilikləri məlum olacaq.
Həmçinin oxuyun:
"New Horizons" yuxudan oyandı: Pluton araşdırmaları başlanır
"Fila" modulu kometdə üzvi birləşmələr tapmışdı
Yaponiya kosmosdan enerji əldə edəcək

"Keplerin əldə etdiyi məlumatlar Yerdən böyük, Neptundansa kiçik planetlərin qalaktikada daha çox rast gəlindiyini göstərir. Lakin belə planetlərdən Günəş sistemimizdə yoxdur. K2 missiyası oxşar planetlərin öyrənilməsi üçün idealdır", - layihənin nümayəndələrindən olan Stiv Hauell izah edir.
Həmçinin oxuyun:
"New Horizons" yuxudan oyandı: Pluton araşdırmaları başlanır
"Fila" modulu kometdə üzvi birləşmələr tapmışdı
Yaponiya kosmosdan enerji əldə edəcək
0 şərh var:
Post a Comment