Müdir və qaynananızın sizi bezdirdiyini düşünürsünüz? Həyatınızı işgəncə adlandırmağa tələsməyin. Bunun nə məna verdiyini həqiqi mənada üzərində sınamış insan heç vaxt bu kəlməni nahaq yerə işlətməz.
1. Çindəki bambuk ağacı işgəncəsi
Yəqin ki, bu əzablı edam üsulu haqda hər kəs eşidib. Ancaq burası da var ki, bu söz-söhbətlərin sadəcə əfsanə olduğu da istisna deyil, çünki işgəncə tətbiqinin bir sənədli dəlili belə müasir dövrə qədər gəlib çatmayıb.
Məsələ burasındadır ki, bambuk planetin ən tez yetişən bitkilərindən biridir. Bəzi çin sortları hətta bir günə bir metr uzanmağa qadirdir. Bu səbəbdən də işgəncə "təlimatı" belə idi: bambuk gövdələri bıçaqla elə itilənirdi ki, ucu biz payalar əldə edilirdi. Ardından bədbəxtin biri bambuk ağacından horizontal vəziyyətdə (qarnı ya da beli üstə) asılırdı. Başqa heç bir şey etməyə ehtiyac qalmırdı - bambuk özü uzanaraq qurbanın bədəninə soxulub, onun içərisində yetişirdi. Biçarə, bəlkə də, ağıla gələ biləcək ən ekstremal və əzablı ölümü dadırdı.
2. Siçovul işgəncəsi
Bambukdan heç də geri qalmayan digər bir işgəncə növü yenə həmin qədim çinlilər tərəfindən icad edilmişdi. Lakin hesab edilir ki, bunun üzərində işləyən və daha dəhşətli formaya salan məhz XVI-cı əsrin Niderland inqilabı lideri Didrik Sonoy olub.
Belə yerinə yetirilirdi: qurbanı soyunduraraq, masaya uzandırıb, əl-ayağını kəndirlə bağlayırdılar. Ardından onun sinəsinə və qarnına, içərisində ac siçovullar olan qəfəslər yerləşdirilirdi. Qəfəslərin xüsusiliyi bundan ibarət idi ki, döşəməsi yox idi; hər tərəfdən qəfəslə əhatə olunan siçovullar işgəncə verilənin birbaşa bədəni üzərində dururdular. Heyvanları daha da qıcıqlandırmaq üçün qəfəsin üst hisəsini bərk közərdilmiş kömürlərlə doldururdular. Közərdici hərarətdən xilas olmağa çalışan siçovullar, azadlığa çıxmaq üçün qurbanın bədənini gəmirməyə başlayırdılar.
3. "Dəmir qız"
Bu işgəncə aləti orta əsr inkvizisiyasının klassikası hesab olunur - bunu, yəqin ki, hər kəs görüb. "Dəmir qız" həqiqətən də mövcud olub, lakin onun hansı məqsədlər üçün istifadə edildiyi mövzusu tədqiqatçıları hələ də şübhə içərisində saxlayır. Bəlkə də bu dəhşətli alət tətbiq edilmirdi, sadəcə "günahkarları" qorxutma aləti olaraq istifadə edilirdi. Bu səbəbdən ki, alət katolik inkvizisiyasının qürub dövründə - XVIII-ci əsrin sonlarında hazırlanmışdı.
"Dəmir qız", içərisində biz tikanları olan metal və ya taxta sarkofaqdan ibarət idi. Qurbanı belə bir sarkofaqa yerləşdirib, bağlayırdılar. İçərisindəki tikanlar çox uzun olmadığından, cəzaçəkən ölümü tez dadmırdı. Tikanlar elə bir uzunluqda idi ki, həyati vacib orqanları dəlməyərək, qurbanın bədənini lazımi qədər deşirdi. Bu da olmazın əzab-ağrılara səbəb olurdu. Dəmir qızların bəzi variantlarının tikanları göz səviyyəsində nəzərə alınmışdı - bunun hansı nəticələri doğurduğu haqda isə ən yaxşısı bəhs etməyək.
4. Həşərat işgəncəsi
Bu işgəncəni həm də skafizm adlandırırlar. Yunancadan tərcümədə "skafium" təknə (tabaq, çanaq) mənasını verir. Skafizmin qədim Persiyada məşhur olduğu hesab edilir. Qurbanı çox da dərin olmayan bir təknə içərisinə yerləşdirir, tərpənməsinin qarşısını almaq üçün zəncirlərlə bağlayır və ardından zorla çoxlu bal və süd yedizdirirdilər. Beləliklə qurbanda diareya başlayırdı və bir qədər sonra o, öz "ifrazatlarının gölməçəsində" qalırdı. Əmin olmaq üçün qurbanı hələ bir dəfə də əlavə balla şirələyirdilər. Belə vəziyyətdə bədbəxti təknə içərisində bataqlıqda üzməyə buraxırdılar. Bu hələ dərdin yarısıdır - məsələ burasındadır ki, bal qoxusu kimi, ifrazatlar da qansoran həşəratları cəlb edir. Bəli. Bir neçə dəqiqəyə onun bədəni həşəratlar tərəfindən həqiqi mənada zəbt edilirdi. Onun diri-diri yeyildiyini əlavə etməyə ehtiyac varmı, yoxmu?
5. Mis öküz
Bu işgəncə alətini qədim yunanlar icad edib. Bu, misdən hazırlanmış içiboş öküz heykəli idi. Öküzün xüsusi qapısından qurbanı içəriyə salaraq və ardından qapını bağlayaraq, heykəlin altında od qalayırdılar. Qurban içəridə diri-diri qızarmağa başlayırdı, öküzün ağız hissəsindəki dəlikdən isə şir nəriltisini xatırladan, onun dəhşətli bağırtı səsləri çıxırdı. Hətta deyirlər ki, yandırılmış insanların sümüklərindən daha sonra bər-bəzək hazırlayaraq, bazarlarda satırdılar.
Orijinal məqalə buradadır
Həmçinin oxuyun:
Fantastikanın belə təxmin edə bilmədiyi 5 qeyri-adi planet
Ən məşhur elmdən kənar əfsanələr
Ev pişikləri haqda maraqlı faktlar

Salam . Mətndən istifadə etmək olar?
ReplyDelete