İnsanların əksəriyyətini elm qane etmir və bunun başlıca səbəbi ziyalı olmadıqları deyil, infantil (uşaqlıq dövrünün xüsusiyyətlərini saxlayan) düşüncə və xasiyyətə sahib olduqlarıdır.
Psixoloqlara çoxdan məlumdur ki, rasional kateqoriya kimi "bilik" həyatımızın istənilən sferasında çox az rola malikdir. Psixologiyada hətta belə bir xüsusi termin mövcuddur ki, insan üçün faydalı olan hər hansı bir şeyin daxili qeyri-rasional xoşagəlməzliyini xarakterizə edir - müqavimət. O cümlədən, elmə qarşı müqavimət maariflənmə yoxluğundan və ya savadsızlıqdan bir o qədər də qaynaqlanmır; əsasən, insanın bu biliklərə yiyələnmək istəmədiyindən dolayı meydana gəlir. İnsan üçün yaradana, ruha, qeyri-maddi aləmə və s. inanmaq daha rahat və komfortludur, çünki psixologiya nöqteyi-nəzərindən bu qərar daha bəsit və təhlükəsizdir. "Əgər tanrı yoxdursa, mən və yaxınlarımın qayğısına kim qalacaq", "məni incidən insanı kim cəzalandıracaq", "niyə yaşayıram", "kimə (nəyə) bel bağlaya bilərəm" və ya "əgər ölsəm cənnətə filan düşməyəcəm, sadəcə yox olacam", "çəkdiyim əzabların qarşılığında mükafatlandırılmayacam", "əgər tanrı yoxdursa, demək hər hansı bir etik norma da yoxdur, istədiyimi edə bilərəm" və s. - bir çox insanlar acı reallıq çərçivəsində bu suallarına cavab tapmağı bacarmırlar.
Amerikalı tədqiqatçıların gəldiyi qənaətə görə, cəmiyyətdə elmi biliklərə qarşı yönləndirilmiş kütləvi xoşagəlməzliyin və batil inancların sürətlə yayılmasının ən vacib səbəblərindən biri, müasir elmi nəticələrin insan psixikasının anadangəlmə xassə və meyllərilə, habelə ictimai şüura oturuşmuş stereotiplərlə uyğunsuzluq təşkil etməsidir. Beləliklə, "elmə qarşı müqavimət" adını almış fenomen inkişaf etməkdədir.
Son bir neçə il ərzində bu mövzunu maraqlandıran bir çox araşdırmalar aparılıb. Nəticələrə əsasən, "elmə qarşı müqavimətin" bəzi aspektləri, göründüyü qədərilə, bütün xalqlara və mədəniyyətlərə xasdır və bunların mənşəyi uşaq psixikasının dərin xüsusiyyətlərində gizlənir.
Əslində "körpələr dünyaya tam biliksiz göz açır" demək yalnış olardı. Onlar çox yaxşı dərk edir ki, əşyalar qalın, müəyyən bir sıxlıqda və zamanda sabit olurlar (bəli, körpələrdə zaman anlayışı da var, sadəcə bir qədər fərqlidir). Anlayırlar ki, insanların bu və ya digər bir hərəkətinin məqsədi var, onların emosiyaları hər hansı bir hadisəyə verdikləri reaksiyadır və s.
Uşaqların bu "təməl bilikləri" olmasa idi, öyrənmə bacarığına da sahib olmazdılar. Amma bu biliklər bir yandan da uşaqlara (dolayısı ilə də bir neçə il sonra uşaq ağlını itirməyən yetkinlərə) zərərlidir, çünki onların "darıxdırıcı" və "anlaşılması çətin olan" elmi məlumatları qavramasına maneəçilik törədir. Bütün əşyaların hər hansı bir dəstək olmadan yerə düşməsi ilə bağlı uşaq təsəvvürü, müəyyən bir yaşa qədər (8-9 yaş) onlara Yerin dairəvi olduğu faktını anlamağa mane olur.
Uşaqlarda olduğu kimi, uşaqlıq ağlını qoruyub-saxlayan yetkin insanlarda da təkamülə qarşı kütləvi "inancsızlıq" bununla əlaqələndirilir ki, uşaq onu əhatə edən ətraf-aləmində bir "məna", kiminsə "məqsədyönlü fəaliyyətini" görməyə meyllidir. Ümumiyyətlə uşaq psixikası olduqca eqosentrikdir - o, özünü bir çox hadisələrin səbəbi, dünyanın mərkəzi kimi görür. Şüursuzca davranır və etdiklərinin mənasını anlamır. Düşünür ki, "əgər valideynləri dalaşırsa, demək burada günahkar o özüdür" və ya "analar uşaqlarını böyütmək üçün yaşayırlar". Ağlına belə gəlmir ki, digər insanlar (ana) yorula, xəstələnə və ya pis əhval-ruhiyyədə ola bilər. Bunların hər birisi uşağın normal və təbii eqoizmi, eqosentrizmi ilə bağlıdır, hansını ki tədricən, əlavə şiddətə yol vermədən, uşağın hansı yaşda olduğunu nəzərə alaraq və mütləq surətdə aradan qaldırmaq lazımdır. Bununla yanaşı uşaqda anadangəlmə, bioloji ümumi üstünlüyə meyllilik var: "Mən - ən yaxşısıyam". Bunun, qismən, uşaqlıq acizliyinə kompensasiya olaraq formalaşdığını demək olar. Bu səbəbdən bizim möcüzəvi şəkildə cənnət bağında tanrı tərəfindən yaradılmış olmadığımız və meymunlardan ayrılaraq təkamülləşdiyimiz qalsın bir yana, bu gün də taksonomiyada meymun qrupu içərisində yer aldığımız kimi faktları qəbul etmək bir çox yetkin insanlara dəhşətli dərəcədə çətin görünür.
"Dörd yaşlı uşaqlar əmindir ki, mövcud bütün əşyalar nəyəsə görə mövcuddur" - bu, bir müddət əvvəl aparılmış xüsusi bir tədqiqatın nəticələridir. Məhz; şirlər ona görə mövcuddur ki, insanlar zooparkda onlara baxsın, buludlar ona görə mövcuddur ki, yağış yağsın və s. Bu tədqiqat həmçinin uşaqların, onları əhatə edən hadisələrə kreasionistik izahlar tələb etmələrinə olan meylliliyini təsdiqləyir (ətraf-aləmdəki hər şeyi bir kimsə və nə üçünsə yaradıb). Eyni xarakteri bəzi yetkin insanlarda da müşahidə etmək olar: "İnsanın həyatında bir məna var", "Başıma gələnlər etdiklərimin qarşılığıdır", "Tanrı insana qaldıra bilməyəcəyi yükü daşıtmaz", "Alın yazısından qaçmaq olmaz", "Bu iş qismətdə var idi" və s. Həyatda bir çox hadisələr həqiqətən əvvəldən "planlaşdırılmış" kimi görünə bilər, lakin bunun "alın yazısı" və ya "qismətlə" deyil, şüursuz uşaqlıq travmaları ilə əlaqəli olduğunu bir çoxlar bilmir.
Uşaq ağlının daha bir özəlliyi dualizmdir. Bu ideyaya əsasən, maddiyyat və mənəviyyat arasında (bədən və ruh, beyin və şüur arasında) prinsipial fərq var. Bütün bu xüsusiyyətlər yetkinlərdə də qorunub-qalaraq, qəribə, bəlkə də mənasız sosial diskussiyaların yaranmasına gətirib çıxarır: heyvanlar, insan embrionları və ya kök hüceyrələri üzərində eksperimentlər aparmaq olarmı, axı onların da "ruhu" ola bilər. Hətta bəzi hallarda vəkillər cinayətkarların törətdikləri cinayətdə günahlandırılmalı olub-olmadıqları sualını qaldırırlar - onlar ki, axır-əvvəl, "beyin fəaliyyətinin əmr etdiyi kimi" davranırlar. Belə çıxır ki, burada günahkar olan insan deyil, onun beynidir...
Bəzi reaksiyalar da müəyyən qədər sivil ənənələrdən qaynaqlanmış olmalıdır. Misal üçün, müasir elmin beşiyi dövlətlərindən biri olan ABŞ-da təkamül nəzəriyyəsinə düşmən kəsilən insanların sayı avropa ölkələrilə müqayisədə daha çoxdur. Lakin digər qütbdə yerləşən Rusiyada "elmə qarşı müqavimət" daha zəifdir.
Elmi ideyalar cəmiyyətdə dəstəklənməyəndə, yetkin insanlarda infantil düşüncə tərzinə meyllilik daha da möhkəmlənir. Əgər belə bir cəmiyyətin elmi ideyaya qarşı "elementar sağlam düşüncəyə" zidd olmayan və pərəstişəlayiq "qaynaqlara" əsaslanan psevdoelmi alternativi varsa, "elmə qarşı müqavimət" olduqca güclənəcək. ABŞ-da təkamül biologiyası və neyrobiologiyanın qarşılaşdığı vəziyyət, faktiki olaraq, belədir: bu elm sahələrinin çıxardığı nəticələr, adlı-sanlı siyasətçilər və din xadimlərinin dedikləri qalsın bir yana, hətta adi uşaq ağlına belə ziddir.
Nəyə görə zidd göründüyünü bu yazı ərzində izah etməyə çalışdıq. Ən azından bir şey təsəlli verir ki, psevdoelm yoluxdurucuları olan kreasionistlər, astroloqlar və metafiziklərin heç bir günahı yoxdur. Günahları varsa belə, bu, təbiidir. Onlar, "beyinlərinin əmr etdiyini" yerinə yetirirlər.
İstinad buradadır
Həmçinin oxuyun:
"Niyə əslində həyat mövcud deyil"
Darvinin iki əsri: Onun və bizim səhvlərimiz
Ruhları biz yox, beynimiz görür

0 şərh var:
Post a Comment