Alimlər bu ilin mart ayında möhtəşəm kəşfə imza atdıqları xəbərini yaymışdılar. Belə ki, onlar fon radiasiyasında illər əvvəl Albert Eynşteynin Ümumi Nisbilik Nəzəriyyəsində irəli sürdüyü cazibə dalğaları izlərini aşkar etdiklərini dünyaya çatdırdılar. Elm ictimaiyyətində bu uğurun hətta Nobel mükafatı qazandıracağı iddia edildi. Lakin yeni xəbər hər kəsi məyus etdi: tədqiqatçılar səhvən cazibə dalğaları əvəzinə ulduzlararası tozu müşahidə ediblər.
BICEP layihəsi ətrafında toplaşan bir qrup alim öz kəşflərini bayram etməyə hazırlaşırdı. Mütəxəssislər Böyük Partlayış (The Big Bang) hadisəsindən sonra kainatın inflyasion genişlənməsini təsdiq etdiklərinə əmin idilər. O vaxt alimlər ilkin cazibə dalğalarının nəticəsi olan fon radiasiyasının foton polyarizasiyasını aşkar etdiklərini açıqlamışdılar. Cazibə dalğaları Böyük Partlayışdan dərhal sonra formalaşmış məkan-zaman "alacalanmasıdır". Kəşf Antarktidada yerləşən teleskop aləti vasitəsilə edilmişdi.
Fon radiasiyasının foton polyarizasiyası müşahidələri dünyanın bütün elm ictimaiyyətinin marağına səbəb olmuşdu. Lakin bir müddət sonra kəşfə imza atan alimləri bir sıra suallar narahat etməyə başladı. İlk öncə elm dünyası təcrübənin metodikası ilə maraqlandı, hətta bəzi alimlər tapıntını ictimaiyyətə açıqlamaq üçün hələlik erkən olduğunu vurğuladılar. İkinci vacib aspekt isə bu idi ki, BICEP tədqiqatçıları cazibə dalğaları əvəzinə səhvən ulduzlararası tozları qeydə almış ola bilərdilər. Təəssüf ki, belə də oldu.
Tapıntıya əvvəldən şübhə ilə yanaşanlar alimlərin, ulduzlararası tozun yaratdığı polyarizasiyanı tez-tələsik cazibə dalğalarına aid izlər olaraq qəbul etdiklərini bildirdilər. Şübhələrinin əsaslı olduğu məlum oldu.
BICEP tədqiqatçıları ulduzlararası tozun foton polyarizasiyasının təsirini öyrənmək üçün özgə təqdimatın nəticələrini öz məqsədləri üçün istifadə etdilər. Üstəlik söhbət Planck rəsədxanasının əldə etdiyi məlumatlardan, başqa deyimlə, BICEP ilə rəqabətdə olan başqa alim qrupundan gedirdi. Yəni, mart ayındaki kəşfin müəllfiləri Planck-ın əldə etdiyi nəticələri öz araşdırdıqları obyektə ekstrapolyasiya etdilər.
Amma Planck komandası daha dolğun nəticələr ortaya qoyaraq, ulduzlararası tozun kainatın hər yerini əhatə etdiyini və təsirinin əvvəllər hesab ediləndən dəfələrlə yüksək olduğunu sübut etdi. Aydın oldu ki, BICEP tədqiqatçılarının araşdırdığı kosmik məkanda ulduzlararası toz polyarizasiya səviyyəsindən fərqlənməyən gurultu səviyyəsi meydana gətirir. Elə məhz bu gurultu da səhvən cazibə dalğalarına aid edilibmiş.
Yuxarıda qeyd edilənlərə baxmayaraq, kainatın inflyasion modeli şübhə altına alınmır. Sadəcə indi alimlər daha böyük səy göstərərək yeni dəlilləri aşkar etmək məcburiyyətindədirlər. BICEP və Planck-dan olan alimlərdən ibarət iki komanda dünya elminin maraqları üçün daha sıx əməkdaşlıq quracaqlarına və ortaq fəaliyyətə başlayacaqlarına razılıq veriblər.
Həmçinin oxuyun:
Nobel mükafatına layiq kəşfə imza atıldı
Hokinq mərci udduğunu hesab edir
Kompüter modeli zaman səyahətini təsdiqlədi

0 şərh var:
Post a Comment