September 25, 2013

19-cu Əsrin Dahisinin Ölümü

 

Mixail Enqelqardın (1861-1915) “Çarlz Darvin, onun həyatı və elmi fəaliyyəti”(rus) kitabındandır.

Onun ağlı qocalmadı. İllər keçsə də, onun zehni itmədi və şübhəsiz ki, onun öz işıqlı fikirləri kütlənin digər üzvlərinin qaranlıqda batmamasına kömək edəcəkdi. Təbii ki, əgər ölüm onun işlərini yarımçıq kəsməsə idi. “Mən arzu edirdim ki, yenə də gənc və qüvvəli olum, çünki mən araşdırmaların hansı istiqamətdə getməli olduğunu artıq görürəm.” Bunu Darvin ölümündən bir qədər əvvəl demişdir.
daha ətraflı...

İnsanın Əcdadı "Lucy" Yeniləndi

Elmi araşdırmalar nəticəsində kəşf edilən yeni fosillər sayəsində "Lucy" adı verilən məşhur fosilin həyatdakı həqiqi görünüşü yeniləndi. 3.2 milyon yaşındakı insanabənzər növün rekonstruksiya edilmiş halı ötən Cümə günü sərgiləndi. Yeni görünüş əvvəlkinə görə daha cılızdır, diqqətə çarpan bir boya, daha nəzik biləyə və əyri ayaq quruluşuna sahibdir. Qabırğalarına və müasir dövrdə yaşayan şimpanze və qorilla kimi Afrika meymunlarına söykənərək hazırlanan əvvəlki rekonstruksiyalarında konus şəklində bir qarına və qabarıq bir göbəyə sahib idi. Bu da, Australopithecus afarensis növündən olan Lucy'nin eynilə şimpanzelər kimi ağaclarda daha çox vaxt keçirdiyini bildirirdi.

Lakin ötən bir neçə il içərisində A. afarensis növünə aid olan yeni qabırğa sümükləri və bir ədəd ayaq sümüyü kəşf edildi. Qabırğa sümükləri qıvrım idi və bu da, müasir insanlar kimi "çəllək" tipli qarını olduğuna dair məlumatlar verirdi.

Cümə günü keçirilən konfransa qatılan Kolumbiya Missuri Universitetindən olan paleoantropoloq Carol Ward fosili və yeni rekonstruksiyanı tanıtdı. Lucy'nin yeni rekonstruksiyasında ayaq sümüyünün diqqətə çarpan xüsusiyyətləri elmi konfransa qatılanlara izah edildi. Bu vəziyyət Lucy və qohumlarının uzun müddət vaxtını yerdə keçirdiyini göstərir. Amma yenə də Lucy ehtimalla ağaclara asanlıqla dırmaşa, hətta ağaclarda yata da bilirdi.

Şəkildə gördüyünüz rekonstruksiya Cleveland Təbiət Tarixi Muzeyindən olan paleoantropoloq Yohannes Haile-Selassie və fosil rekonstruksiyası ilə məşğul olan John Gurche tərəfindən konfrans əsnasında, muzeydəki İnsan Təkamülü bölməsində sərginin iştirakçılarına nümayiş etdirildi.

Qaynaq: Sciencemag
daha ətraflı...

September 23, 2013

Pələng Genom Xəritəsi Hazırlandı

Cənubi Koreyanın Genom İnstitutu və BGI başçılığındaki elmi qrup 9 yaşındakı bir erkək Sibir pələnginin (Panthera tigris altaica) ilk dəfə bütöv genom xəritəsini hazırlamış və onu ağ Benqal pələngi, aslan və qar leopardı daxil olmaqla digər böyük pişikkimilərin genomları ilə müqayisə etmişdir.

Tədqiqatın nəticələri məşhur elmi jurnal olan Nature Genetics'də 17 sentyabr tarixində onlayn yayımlandı.Tədqiqatçılar Sibir pələnginin (Amur pələngi adıyla da

məşhurdur) BGI'nin inkişaf etdirdiyi "SOAPdenovo" adlı xüsusi bir proqram vasitəsilə bütün genom quruluşunu sıralayaraq bir xəritədə topladılar. Nəticədə Sibir pələnginin genomunda 20,226 ədəd zülal kodlaşdıran gen və 2,935 ədəd RNT kodlaşdıran gen olduğu aydın oldu. Qoxu qəbuledici həssaslığı, amin turşusu daşıma və digər metabolik fəaliyyətlərlə əlaqədar genlər digər böyük pişik növlərinin gen quruluşuyla müqayisə edildikdə yüzdə 95% nisbətində uyğunluq olduğu məlum oldu.

Tədqiqatçılar yeni nəsil sıralama texnologiyası istifadə edərək Sibir pələngi ilə birlikdə Benqal pələngi, Afrika aslanı , bəbir , pantera və digər yerli böyük pişiklərin genomlarını müqayisə edərək genlər arasındakı uyğunluğu da müəyyən etdilər. Bu test nəticəsində Sibir pələnginin amin turşusu metabolizminin digər pişik növlərindən fərqli olduğu, ətlə qidalanma vərdişlərinin isə fərqli yollarla təkamülləşdiyi aydın oldu. Həmçinin tədqiqatda pişik növlərinin əzələ güclərini, enerji istehsalı metabolizmini, eşitmə sinirləri və qoxu reseptorlarını idarə edən genlərin pələng növlərində digərlərilə müqayisədə daha çox inkişaf etmiş olduğu və digər pişik növlərinə görə daha sürətli təkamül keçirdikləri elm dünyasına məlum oldu.

Qaynaq: ScienceDaily , Nature
daha ətraflı...

August 28, 2013

Yeni element kəşf edildi

İsveçdə yerləşən Lund Universitetindən olan tədqiqatçılar əvvəllər məlum olmayan bir kimyəvi elementin varlığını təsdiqləyən yeni dəlillər əldə etdilər. Bu yeni və olduqca ağır olan elementə hələ ki ad verilməmişdir.

Lund Universitetindən olan fiziklər tərəfindən aparılan tədqiqatda atom nömrəsi 115 olan və yeni olduğu hesab edilən elementin mövcudluğu təsdiqləndi. Təcrübə Almaniyadakı GSI tədqiqat mərkəzində aparıldı. Çıxan nəticə daha əvvəllər Rusiyadakı tədqiqat qruplarının etdiyi təcrübələri bir daha təsdiqlədi.

Lund Universiteti Fizika bölməsindən olan prof. Dirk Rudolph: 


''Bu çox müvəffəqiyyətli və eyni zamanda yaxın tarixdə bu sahədə edilən ən əhəmiyyətli kəşfdir.''


Yeni kimyəvi elementin müşahidələri xaricində tədqiqatçılar eyni zamanda super-ağır olan atom nüvənin quruluşuna və xüsusiyyətlərinə daha dərin bir dünyagörüşü təqdim edən məlumatlara yiyələnə bildilər.

Bu yeni super-ağır elementə hələ ki ad verilməmişdir. Fizik və kimyaçılar birliyini meydana gətirən üzvlərdən ibarət olan komitə tapılan bu yeni elementin tam təsdiqlənməsi üçün son elmi kəşfləri nəzərdən keçirəcəkdir.

Atom nömrəsi 115 olan bu kimyəvi element üçün dəlillər 27 avqust tarixində The Physical Review Letters adlı elmi jurnalda təqdim edilmişdir.

Qaynaq: LundUniversity
daha ətraflı...

August 25, 2013

Balina təkamülünü maraqlandıran tapıntı

ABŞ-ın Virginia ştatında Miosen dövrünə aid 15 milyon illik balina kəllə sümüyü tapıldı. Fosil köməyi ilə gələcəkdə balinaların təkamülü haqqında ətraflı məlumata yiyələnəcəyi bildirilir.

Virginia ştatındaki Potomac çayının sahili Miosen dövrü (23,03-5,33 milyon il əvvəli) balinalarının təkamülünə işıq tuta biləcək əhəmiyyətli bir kəşfə ev sahibliyi edir.

Calvert Dəniz Muzeyi üzvlərinin dediyinə görə, 15 milyon yaşında olduğu təxmin edilən "dişsiz balina" növündən olan bir balinanın kəllə sümüyü dəqiq araşdırılmışdır. Paleantoloq John Nance, təxminən 7,5 metr uzunluğunda olduğu hesab edilən bu balinanın hələlik yalnız kəllə sümüyünə rast gəldiklərini bildirdi.

Paleantoloji qrupun başında duran John Nance, balina kəllə sümüyünü "yeni kəşflərin başlanğıcı" olaraq xarakterizə etdi. Miosen dövründə iqlimin bu günlə müqayisədə daha mülayim olduğunu və okeanın bu gün örtdüyü sahədən daha çoxuna yayıldığını deyən Nance, uçurumun Miosen dövrünə aid olan başqa heyvan fosillərini də bünyəsində saxlayır ola biləcəyini irəli sürdü.

Qaynaq: Washingtonpost
daha ətraflı...

7500 illik ayaqqabı

İran, Ermənistan və Türkiyə sərhədinə yaxın bir ərazi olan Vayots Dzor'da bir mağarada ən qədim dəri ayaqqabısı tapılmışdır. Miladdan əvvəl 5500-ci ilə aid olan ayaqqabı mağarada torpağa basdırılmış halda idi. Torpaq altında qaldığı üçün ayaqqabının bağları dövrümüzə qədər möhkəm qala bilmişdir.

Ayaqqabının bir qadına aid olduğu hesab edilir. Ayaqqabının ölçüləri araşdırıldıqdan sonra 38 nömrə olduğu məlum olmuşdur.

Cork Universitetindən olan arxeoloq Ron Pinhasi "Əvvəl ayaqqabı qalıqlarının Miladdan əvvəl 600 ya da 700 il əvvəlinə aid olduğunu düşünürdük. Çünki ayaqqabı çox yaxşı qorunmuş vəziyyətdə idi" deyir. Karbon testi nəticəsində e.ə. 5500-ci ilə tarixlənən ayaqqabının tapıldığı Vayots Dzor bölgəsindəki dağlarda o dövrdə xırda əkinçilik birlikləri mövcud idi.
daha ətraflı...

August 24, 2013

Timsahların Təkamülü

Bəzi elmdən kənar qaynaqların iddialarında tez-tez müraciət etdikləri bu arqumentlərə yəqin ki rast gəlirsiniz: timsahlar və tarakanlar milyon illər ərzində "təkamülləşməyiblər", bu səbəbdən də Təkamül Nəzəriyyəsi etibarsızdır. Bu yazımızda timsahlara və timsahların təkamülünə toxunmaq istəyirik, daha sonrakı yazılarımızda isə tarakanlardan da bəhs edəcəyik.

İlk olaraq terminlər haqqında bir məlumatlandırma ilə başlayaq: "timsah" əslində yalnızca bir ailədir.
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top