October 28, 2013

"Mars One" layihəsi

Mars One, Marsda yerləşəcək insan koloniyası qurmaq üçün hollandiyalı təşəbbüskar, Bas Lansdorp başçılığında inkişaf etdirilməkdə olan layihədir. 2012-ci il iyun ayında elanı verilən plan bir neçə mərhələdən ibarətdir. 2016-ci ilə qədər bir əlaqə peyki ilə kəşfiyyatçı aparatı və daha sonra 2023-ci ildə daimi yaşayış üçün 4 astronavt göndərmək planlaşdırılır. Daha sonra da hər 2 ildə bir, 4 adamdan ibarət olan qrupların Marsa göndərilməsi layihənin planlarına daxil edilir. Layihə Nobel mükafatı laureatı fizik Gerard't Hooft tərəfindən dəstəklənir. Mars One layihəsi, 2012-ci ilin oktyabr ayında mənfəət məqsədi güdməyən bir vəqf kimi qurulmuşdur.

Mars One layihəsi, ilk baxışda nağıl və ya xəyali ssenari, hətta utopik gələ biləcək bir fikir zənn edilə bilər. Bu fikri reallaşdırmağın, insanoğlunun qaçınılmaz bir məcburiyyəti olduğuna inanan hollandiyalı alimlər necə bir addım atmaları lazım olduğunu düşünüb, həm insanları razı edəcək, həm də həyatlarını bu işə həsr edəcək könüllü namizədlər tapa biləcəkləri bir layihənin təməlini qoydular.

"Qırmızı planet Mars", Günəş sistemində Günəşə ən yaxın olan dördüncü planetdir, Roma mifologiyasındakı müharibə tanrısı olan Marsa həsr edilərək belə adlandırılmışdır. Yüzdə 95-i karbon qazı olan, incə atmosferə sahib olan Marsa, səthindəki dəmir oksid səbəbindən qızılı görünüşə sahib olduğu üçün Qırmızı Planet də deyilir. Radiusu 3.396 km, səthinin sahəsi 144.798.500 km ², Günəşdən uzaqlığı 227.900.000 km, bir gününün müddəti 24 saat 40 dəqiqədir. "Phobos" və "Deimos" adı verilmiş 2 peyki var.

İnsanlığın bir digər planetdə koloniya qurması və yerləşməsi məqsədli Mars One layihəsində iştirak etmək, pay sahibi olmaq və bu fürsəti qaçırmamaq üçün bir çox insanlar, qurumlar, hətta ölkələr dəstək olmağa başladılar. Bütün ciddi və təşkilati dəstəklər real olma, inkişaf etdililə bilmə, hədəflərini genişləndirmə yolunda layihənin olduqca sürətləndirilməsini təmin etdi. Mənfəət məqsədi güdmədiklərini açıqlayan, Mars One layihəsi müəllifi Bas Lansdorp və The Interplanetary Media Group, Yerə geri dönməmək şərti ilə ilk mərhələdə 2 kişi və 2 qadından ibarət olan qrup seçəcəklərini və Marsa göndərəcəklərini bildirdilər. Bundan sonrakı həyatları ərzində hər dəqiqələri davamlı olaraq kameralarla təqib ediləcək və bütün dünya tərəfindən izləniləcək.


Mars One düşərgəsi

Mars One, Marsda ilk insan bazasını qurmağı planlaşdırır. Plana görə, dörd astronavtdan ibarət olan ilk ekipaj Yerlə vidalaşıb Marsa uçacaq, səfər sonunda, 2023-ci ildə isə Marsa enəcək. Hər iki ildən bir bu bazaya göndəriləcək yeni astronavtlarla 2033-ci ildə Mars üzərində yaşayan və işləyən iyirmi adam olacağı hesab edilir. Astronavt seçkiləri prosesi 22 aprel 2013 tarixində başlamışdır. 

Mars One layihəsinin Yol Xəritəsi


2013: bazalardan biri tədris üçün inşa ediləcək.
2014: İlk əlaqə peyki buraxılacaq.
2015: Astronavt seçkiləri prosesi tamamlanacaq. (Dörd nəfərdən ibarət olan altı komanda)
2016: 2,5 ton ağırlığında olan qida vəsaiti daşıma tutumlu, SpaceX - Dragon modulu yanvar ayında hazırlanmağa başlanacaq.
2018: Kəşfiyyatçı aparat baza yerini müəyyənləşdirmək üçün Mars səthində işlərə başlayacaq.
2021: Dragon kapsulası ilə, bir kəşfiyyatçı aparat, iki həyat modulu, iki həyat dəstək modulu və iki dəstək modulu olaraq altı ədəd əlavə modulla birlikdə uçuş edəcək.
2022: Dörd nəfərdən ibarət olan ilk yerləşəcək qrup, "SpaceX Falcon Heavy" raketi ilə yola çıxacaq.
2023: İlk yerləşəcək qrup inkişaf etdirilmiş Dragon kapsulası ilə Marsa eniş edəcək.
2025: Dörd nəfərdən ibarət olan ikinci yerləşəcək olan qrup gələcək.
2033: Koloniya əhalisi sayı 20 nəfərə çatacaq.

İnşa ediləcək Mars One bazası

Mars One layihəsi mütəxəssislər və təşkilatlarla fikir mübadiləsi və texniki-iqtisadi əsaslandırma tədqiqatları apararaq, bu fikrin maliyyə, psixoloji və etik yönlərini müzakirə etdi.

Əgər siz də bu qeyri-adi macəraya qatılmaq və ya ən azı Marsda yaşamağa namizəd olanlar arasında seçim etmək istəyirsinizsə, Mars One layihəsinin internet saytından müraciət edə və ya səsvermədə iştirak edə bilərsiniz.

Sayt: mars-one.com
daha ətraflı...

İnsanda variasiyalar müşahidə edilir?

İnsanlarda indi variasiyaların (təkamülün yaratdığı müxtəlifliklər) yaranmadığını və müşahidə edilmədiyini düşünürsüz? Yanılırsız.

İnsanda da, digər bütün canlılarda olduğu kimi çox geniş genetik variasiya mövcuddur. Bu variasiya, əgər vəhşi təbiətdə yaşasaydıq, bizə ciddi üstünlükləri və ya mənfi cəhətləri təmin edəcəkdi. Bunların seçilməsi və ya uduzması nəticəsində, nəsillərə ötürülən genlərin frekansı dəyişəcəkdi. Beləcə növ fərqliləşəcəkdi. Təkamül də belə baş verir.

Hal-hazırda bu baş verir. Lakin daha yavaş və daha səssiz şəkildə. İnsan, vəhşi təbiətdən özünü təcrid edərək təkamülünü yavaşlatdı, ancaq tamamilə dayandırmadı və yəqin ki heç vaxt da dayandıra bilməyəcək.

Ətrafınıza yaxşı baxın və variasiyaları görməyə çalışın. Nə qədər çox olduğunu, təbiətdə necə fərqli funksiyaları ola biləcəyini və bu səbəbdən təbiətdə düşündüyünüz fərdə hansı üstünlükləri və ya mənfi cəhətləri təmin edə biləcəyini təxmin etməyə çalışın. Beyninizi işlədin.

Yuxarıdaki şəkildə bu variasiyalardan sadəcə birini görürsünüz. Bu, yapışıq-barmaqlılıq (sindaktiliya) vəziyyətidir. Bu nümunə çox aydın olanıdır, bir çox başqa aydın ola bilməyən nümunələr də var: Ətrafınızdakı insanların göz qapaqlarına baxın və fərqliliklərini görməyə çalışın. Qulaqlarına baxın. Çənələrinə və yanaqlarına baxın. Alınlarına və qaşlarına baxın. Qollarına və ayaqlarına baxın. Hara baxırsınız baxın, diqqətli baxdığınızda özünüzü inanılmaz bir müxtəlifliyin içərisində görəcəksiniz. Gördüyünüz müxtəlifliklərin bəziləri insanın gələcək təkamülündə onu üstün mövqeyə daşıya biləcək xüsusiyyətə sahib ola bilər, bəziləri də, təbii ki, təbiət tərəfindən məğlub olunmağa həbs edilə bilər. İnsan üçün yeni şəraitdə faydalı olan hər hansı bir variasiyanın mütləq təkamüllə dəstəklənəcəyini unutmayın. Mövcudluqlarından belə bəzilərimizin xəbərsiz olduğu bu müxtəlifliklər təkamülün xammalıdır.
daha ətraflı...

October 27, 2013

Uçan ilanlar

Biz elə gəlir ki, uçan ilanlara Hollivud filmlərindən və gecə qarabasmalarından başqa heç bir yerdə rast gələ bilmərik. Amma Cənubi və Cənub-Şərqi Asiyada, havada müəyyən məsafə qət edə bilən ilanlar yaşayır.

Uçma qabiliyyətinə sahib olan bu sürünənlər Chrysopelea paradisi növündən olan ilanlardır. Uçuşdan qabaq onlar ağac budaqlarının sonuna sürünüb oradan latın J hərfini xatırladan formada sallanırlar. Uçuş üçün planlaşdırdıqları istiqaməti seçərək müvafiq tərəfə çevrilirlər. Ardından isə budaqda qalan quyruq hissəsi ilə özlərini havaya ataraq, eynən yerdə olduğu kimi, havada da lazım olan yerə istiqamət təyin edirlər. Bu üsulla uçan ilanlar havada hətta 100 metrə qədər məsafə qət etməyə qadirdirlər.

Uçuş müddətində ilanların dairəvi bədəni inanılmaz dərəcədə düz olur. Uçan ilan havada qabırğalarını düz tutur və qarnını içəriyə doğru çəkir. Beləcə bədəninin altında çökük səth yaradır. Bu transformasiya onun bədənini tam aerodinamik formaya çevirir.


Bu gün bu ilan növü haqda bizə çox az şey məlumdur. Lakin, uçuş mexanizmlərini ov prosesində daha tez hərəkət etmək (bir ağacdan digər ağaca keçmək üçün yerə enib yenidən yuxarıya sürünməkdən daha yaxşı və sərfəli yol, bir ağacdan digər ağaca atdanma, süzmə, daha sonra isə üçma xüsusiyyətini inkişaf etdirməkdir) və ya ovçu canlılardan qaçma prosesində təkmilləşdirdikləri hesab edilir. Buna baxmayaraq havada bir çox uça bilən məməlilərdən, misalçün, uçan dələlərdən daha müvəffəqiyyətlidirlər.

Qaynaq: WhyEvolutionIsTruenat-geo.ru
daha ətraflı...

Miller-Urey təcrübəsi ilə əlaqədar əsassız iddialar

İddia 1.

Millerin təcrübəsini etibarsız edən əhəmiyyətli hissə, amin turşularının meydana gəldiyi iddia edilən dövrdə atmosferdə amin turşularının hamısını parçalayacaq qədər oksigen olması idi. Millerin gözardı etdiyi bu hәqiqәt, yaşı 3,5 milyard il olaraq hesablanan daşlardakı oksidləşmiş dəmir və uran yığınlarıyla aydın oldu.

Oksigen miqdarının, bu dövrdə təkamülçülərin iddia etdiyindən daha çox olduğunu göstərən başqa tapıntılar da ortaya çıxdı. Tədqiqatlar, o dövrdə Yer səthinə təkamülçülərin təxmin etdiklərindən 10 min qat daha çox ultrabənövşəyi şüa tәsir etdiyini göstərdi. Bu miqdarda ultrabənövşəyi şüaların atmosferdəki su buxarı və karbon 4-oksidi ayıraraq oksigeni yaratması isə qaçınılmaz idi.


Bu vəziyyət, oksigen nəzərə alınmadan aparılmış olan Millər təcrübəsini tamamilə etibarsız edirdi. Əgər təcrübədə oksigen istifadə edilsəydi, metan karbon 4-oksidə və suya, ammiak isə azot və suya çevriləcəkdi. Digər tərəfdən, oksigenin olmadığı bir mühitdə (hələ ozon təbəqəsi mövcud olmağından) ultrabənövşəyi şüalara birbaşa məruz qalacaq olan amin turşularının dərhal parçalanacaqları da aydın idi. Nəticə etibarilə, qədim primitiv Yerdə oksigenin mövcud olması da, olmaması da amin turşuları üçün məhv edici mühit demək idi.

Cavab 1.

• Yerdə həyatın 3,8 milyard il əvvəl başladığı hesab edilir. Əhəmiyyətli olan məsələ, həyat başlamazdan əvvəlki dövrdə atmosferdə kafi miqdarda sərbəst O2 olub-olmadığıdır. Elm dairəsindəki məşhur fikir həyatın meydana gəlməsindən əvvəl atmosferdəki sərbəst O2 nisbətinin 0,1% və ya daha az olduğu istiqamətindədir. Onsuz da 2,5 milyard ildən daha qədim qayalarda tapılan dəmir və uran miqdarlarından da o zamanki atmosferdə sərbəst oksigenin bu miqdarda olduğu aydın olur. Bunların yanında Yer qabığının mantiya təbəqəsində aparılan kimyəvi tədqiqatlar planetin meydana gəldiyi dövrdə atmosferdə oksigen olmadığını göstərir. Həmçinin 2,3 milyard il əvvəlinə qədər atmosferdəki oksigen miqdarının artmadığı da məlumdur. Atmosferdəki oksigen miqdarı, fotosintez edə bilən canlıların təkamülləşməsiylə birlikdə artmağa başlamışdır. Bununla belə, təxminən 2,5 milyard illik bir qədim qayada oksidləşməmiş serium tapılmışdır, bu da yüksək miqdarda oksigendən ibarət olduğu iddia edilən atmosferin şərtlərinə uyğun deyil.

UV (ultrabənövşəyi) şüaların su buxarı və karbondioksidi parçalayaraq oksigen ortaya çıxardığı ilə əlaqədar deyilənlər isə tamamilə həqiqəti əks etdirmir. Primitiv qədim atmosferdə həyatın meydana gəldiyi hesab edilən dövrdə ozon təbəqəsi onsuz da var idi. Ozonda, suda və su buxarında bol miqdarda oksigen atomları mövcud idi. Amma yuxarıda da qeyd edildiyi kimi, sərbəst oksigen olduqca az miqdarda idi. Miller-Urey təcrübəsində yaranan strukturların parçalanmasına səbəb ola biləcək şey sərbəst oksigendir, su buxarı, ozon və ya digər molekulların içindəki oksigen atomları deyil. Oxşar şəkildə, UV şüaların amin turşularını dərhal parçalayacağı iddiası da həqiqi deyil. Bunun bir səbəbi, həyatın ilk olaraq okeanların dərinliklərində geotermal yarıqların ətrafında, yəni UV şüalarından çox uzaqda başlamış olduğu iddiasıdır. Həmçinin, Yer kürəsinə düşən meteoritlərdə olan amin turşuları bu iddianı etibarsız etməyə yetərli olacaq, çünki bu meteoritlər həm kosmosda, həm də atmosferə girdikdən sonra ozon təbəqəsinə gələnə qədərki mərhələdə Günəşdən yayılan UV şüalarına birbaşa məruz qalırlar.

Bunlardan başqa aparılan digər tədqiqatlarda, UV şüalarına birbaşa məruz qalan RNT və DNT molekullarının azotlu əsaslarının, UV şüalarını absorbsiya edərək molekulun ümumi quruluşunun pozulmasına maneə törətdiyi görülmüşdür. Azotlu əsaslar UV şüası altında, müəyyən bir mənada, qurban verilərək ümumi quruluşun qorunmasını təmin edir. Həmçinin sadə üzvi maddələri olan bir mühit UV şüalarına məruz qaldıqda, bəzi kimyəvi bağların qoparaq yeni bağlar meydana gəlməsinə səbəb olduğu və beləcə daha kompleks molekulların meydana gəldiyi müşahidə edilmişdir.



İddia 2.

Amin turşularının, təcrid edilmədən bu kimyəvi maddələrlə eyni mühitdə buraxılmaları vəziyyətində isə, bunlarla kimyəvi reaksiyaya girib parçalanmaları və fərqli mürəkkəb maddələrə çevrilmələri qaçınılmaz idi.

Həmçinin təcrübə nəticəsində ortaya bol miqdarda sağ-əlli amin turşusu çıxmışdı. Bu amin turşularının varlığı, təkamülü öz məntiqi daxilində belə çürüdürdü. Çünki sağ-əlli amin turşuları, canlı quruluşunda istifadə edilə bilməyən amin turşuları idi. Nəticə etibarilə, Millerin təcrübəsindəki amin turşularının meydana gəldiyi mühit canlılıq üçün əlverişli deyildi, əksinə meydana gələcək molekulları parçalayıcı və yandırıcı turşu məhlulu xüsusiyyətində idi.


Cavab 2.

Miller-Urey təcrübəsində meydana gələn amin turşularının çoxu deyildiyi kimi sağ-əlli deyildi. Stanley Miller, bir reportajda təcrübə nəticəsində əldə edilən sağ-əlli (D amin turşusu) və sol-əlli (L amin turşusu) amin turşularının saylarının bərabər olduğunu açıqlamışdı. Canlılardakı zülalların böyük bir hissəsi L amin turşularından meydana gəlir. D amin turşuları bakteriyların hüceyrə divarlarında tapılır, həm də bol miqdarda. Həmçinin, Yerə düşən meteoritlərdə L amin turşularının D amin turşuları ilə müqayisədə daha çox olduğu müşahidə edilmişdir. Bununla belə, yaranan mühitin dağıdıcı olduğu iddiası da həqiqi deyil. Onsuz da bunu dəstəkləyən və ya izah edən hər hansı bir elmi qaynaq yoxdur, yəni iddia tamamilə uydurmadır.

Görüldüyü kimi, ortaya atılan iddialar tamamilə əsassız və elmdən kənardır. Miller-Urey təcrübəsi vasitəsilə Təkamül Nəzəriyyəsinə hücum etmək istəyirlər, amma insanlara həqiqətləri deyil, arzuladığı şeyləri izah edir və insanları bunlara inandırmağa çalışırlar. Ən əsası, insanları aldadırlar. Bunları şüurlu şəkildə etdikləri üçün iddiaları sadəcə saxtakarlıq adlandırılmalıdır.


Qaynaqlar: ScientificAmericanOxfordJournals

1. Chang, S. 1994. The planetary setting of prebiotic evolution. In S. Bengston, et. Early Lifə on Earth. Nobel Symposium nömrə. 84. Kolumbiya University Press, New York. p. 10-23.
2. Orgel, L. E., 1998. The origin of lifə - how long did itələ taxa? Origins of Lifə and the Evolution of the Biosphere 28: 91-96.
3. Copley, J. 2001. The Story of O. Nature 410:862-864.
4. Turner, G. 1981. The development of the atmosphere. In: The Evolving Earth, et. L. R. M. Cocks. London: British Museum, 121-136.
5. Kump, L. R., J. F. Kasting, M. E. Barley. 2001. Rise of atmospheric oxygen and the "upside-down" Archean mantle. Geochemistry, Geophysics, Geosystems -G3, 2, Paper number 2000GC000114.
6. Rye, R., and H. D. Holland. 1998. Paleosols and the evolution of atmospheric osygen: a critical review. American Journal of Science 298:621-672.
7. Murakami, T., Utsinomiya, S., Imazu, Y. and Prasad, N. (2001). "Direct evidən tərəfindən of late Archean to early Proterozoic anoxic atmosphere from a product of 2.5 Ga old weathering." Earth Planet. Sci. Lett., 184(2): 523-528.
8. Mulkidjanian, A. Y., D. A. Cherepanov and M. Y. Galperin. 2003. Survival of the fittest before the beginning of lifə: selection of the first oligonucleotideliyə polymers by UV light. BMC Evolutionary Biology 3:12.

9. Mullen, Leslie. 2003. Shining light on life's origin.
10. Bernstein, M. P., S. A. Sandford, L. J. Allamandola, J. S. Gillette, S. J. Clemett and R. N. Pərdəyə. 1999. UV irradiation of polycyclic aromatic hydrocarbons en ices: Production of alcohols, quinones, and ethers. Science 283: 1135-1138. Ayrıca baxın: Ehrenfreund, P., 1999. Molecules on a space odyssey. Science 283: 1123-1124.
11. Cooper, G. et/ət al/götür. 2001. Carbonaceous meteorites as a source of sugar-related organic compounds for the early Earth. Nature 414: 879-883. Ayrıca baxın: Sephton, M. A., 2001. Life's sweet beginnings? Nature 414: 857-858.
12. Max P. Berstein, Scott A. Sandford, Luis J. Allamandola, " Life's fara-Flung Raw Materials"Scientific American, İyul 1999, 281:42-49.
daha ətraflı...

October 26, 2013

Ən uzaq və ən qədim qalaktika tapıldı

Astronomlar indiyə qədər gözə dəymiş ən uzaq və ən qədim qalaktikanı tapdıqlarını açıqladılar. z8_GND_5296 adı adı verilən qalaktikanın, kainatın yaranmasından 700 milyon il sonra meydana gəldiyi məlum oldu.

Xabl Kosmik Teleskopu və ABŞ-ın Hawaii adasındakı Keck Rəsədxanasında yerləşən Keck I teleskopu tərəfindən aparılan müşahidələr tarixi bir kəşfə imza atdı. Keck I-in müşahidələrini və Xabl məlumatlarını istifadə edən astronomlar, təxminən 13.1 milyard il əvvəl meydana gəldiyi qeyd edilən
z8_GND_5296 qalaktikasını tapdılar.

Nature jurnalında nəşr olunan tədqiqatda iştirak edən ABŞ-ın Texas Universitetindən olan Stiven Finkelşteyn bunları dedi:


"Bu cür kəşflərin həyəcan verici tərəfi, Kainatın əvvəllər nəyə oxşadığı haqqında bizə məlumat verməsindən qaynaqlanır. İşıq sürətinin sabit olması, bu səbəbdən bizə çatması üçün müəyyən zaman alması, bu qalaktikaların bu an olduğu kimi görülməməsinə səbəb olur. z8_GND_5296'nın 13 milyard il əvvəlki halını görürük. Bu zaman, Böyük Partlayışdan bu yana keçən vaxtın yüzdə 95'ini təmsil edir."


Finkelşteyn həmçinin Space.com'a verdiyi açıqlamasında, "z8_GND_5296'nın meydana gəldiyi zaman yaşayan qədim ulduzların ehtimalla hələ də var olduğunu, amma bu gün daha böyük qalaktikaların parçaları halına gəldiyini düşünürük" deyə bildirdi.

Xablın geniş kosmosda qalaktika axtaran CANDELS layihəsi bu günə qədər təxminən 100 min qalaktika kəşf etmişdir. Nature jurnalında dərc edilən yeni tədqiqata görə alimlər bu qalaktikaların 43-nü araşdırmışdır.

Tədqiqata görə  z8_GND_5296 qalaktikası bizim Samanyolu qalaktikasından, ulduz istehsalı baxımından daha məhsuldardır. Samanyoluda hər il Günəşə oxşayan bir və ya iki ulduz formalaşır, yeni tapılan qalaktikanın isə 13 milyard il əvvəlindən bu günə qədər hər il 300 yeni ulduz istehsal etdiyi aydın oldu.

Qaynaq: Nature
daha ətraflı...

"Jurassic Park" reallığa çevrilə bilər

Vaşinqtonda yerləşən Amerikan Təbiət Tarixi və Milli Muzeyində işləyən paleontoloq Dale Greenwalt və tədqiqatçı qrupu yeni tapılmış dişi ağcaqanad fosilinin qarnında qorunmuş qan nümunələri tapdı.

"Jurassic park həqiqətə çevrilə bilər." - Bu sözlərin müəllifi paleontoloq prof. Dale Greenwalt'dur. Tədqiqatın nəticələri PNASNature jurnallarında onlayn dərc edildi. Alimlərin fikrincə, ABŞ-ın Kansas əyaləti sərhədlərində ötən ay tapılmış 46 milyon illik ağcaqanad fosilinin qarnında sıxışmış halda aşkar edilən qan nümunələri köməyi ilə kopyalama üsulu istifadə edilərək qədim dinozavr növləri yenidən həyata qaytarıla bilər.

Dale Greenwalt Nature jurnalına açıqlama verdi:


"46 milyon il əvvəl yaşamış bir qan əmici uçan həşərata aid yaxşı qorunmuş fosil tapmaq böyük uğurdur. Ağcaqanadın qarnı partlamağa hazır bir şar kimi idi. Fosil olduqca yumşaq quruluşdadır. Qarnında çox sayda növə aid hemoqlobini pozulmamış qan nümunələri olduğunu gördük. Əlimizdə, təəssüf ki, bu fosilin qarnındakı qan nümunələrini ayırd edə biləcək texnologiya yoxdur. Növlərə aid qan nümunələri ayırd edilə bilsə qədim dövrlərdə yaşamış növlərə aid DNT kimi çox sayda məlumata sahib ola biləcəyik. Bəlkə də bu növləri kopyalama üsulu ilə yenidən həyata qaytara biləcəyik."


Fosili araşdıran, Oregon Əyalət Universitetində fosilləşmiş həşəratlar sahəsi üzrə mütəxəssis olan paleontoloq prof. George Poinar isə jurnala verdiyi açıqlamada bunları dedi:


"Bu qan əmici ağcaqanadın müasir dövrə qədər məhv olmadan çata bilməsi böyük şansdır. Fosildəki hər detal rahatlıqla görülür. Belə fosillər hər vaxt tapılmır. Məni heyrətləndirən, ilk tədqiqatda fosilin qarın hissəsində onurğalı canlılara aid olan qan birləşmələrinin milyonlarla il keçməsinə baxmayaraq pozulmadan qorunmağı idi. Çox çaşmışdım. Həqiqətən də bu tapıntı olduqca əhəmiyyətlidir. Kim bilə bilər, bəlkə də Jurassic Park öz dinozavrları ilə birlikdə reallığa çevrilə bilər."


Qaynaq: Nature
daha ətraflı...

Yeni fotosintez üsulu

Çinli kimyaçılar, Günəş şüası olmadan biolüminesensiya üsuluyla fotosintez edə bilən bir sistem inkişaf etdirdiklərini açıqladılar. Təcrübə məşhur Chemistry World jurnalında onayn dərc edildi.

Fotosintez gün işığı altında karbondioksid və suyun, karbohidratların quruluş daşı olan qlükozaya və oksigen qazına çevrilməsi əməliyyatıdır. Fotosintez hüceyrəli orqanizmlərdən tutmuş bitki növlərinə qədər bir çox canlı növündə edilir. Fotosintez üçün gün işığı və xlorofil piqmentinə ehtiyac duyulur. Prof. Shu Wang'in başçılıq etdiyi çinli kimyaçı elmi-tədqiqatçı qrup, gün işığı olmayan bir mühitdə luminol adı verilən qan ilə reaksiyaya girdikdə, mavi-yaşıl rəngdə işıq saçan bir amin ilə hidrogen peroksidi, horseradish peroxidase fermenti (HRP) katalizatorunda oksidləşdiyində mavi rəngdə işıq yaydığını fərq etdi. Biolüminesensiya adı verilən bu üsul ilə istilik və radiasiya nisbətinin sıfır olduğu bir mühitdə bitki mənşəli həyat formalarının günəş işığında fotosintez edən həyat formalarına görə daha çox sürətli fotosintez etdiyi aydın oldu. Biolüminesensiya ilə edilmiş bir sistem işıq yayan diode (LED) və fluoressensiya lampalara nəzərən çox daha məhsuldar enerji istehsal edir və bitkilərin ehtiyac duyduğu işığı yayır. Beləcə işıq altında bir bitki forması daha çox sürətli və məhsuldar fotosintez reallaşdırır.

Qaynaq: ChemistryWorld
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top