October 26, 2013

Ən uzaq və ən qədim qalaktika tapıldı

Astronomlar indiyə qədər gözə dəymiş ən uzaq və ən qədim qalaktikanı tapdıqlarını açıqladılar. z8_GND_5296 adı adı verilən qalaktikanın, kainatın yaranmasından 700 milyon il sonra meydana gəldiyi məlum oldu.

Xabl Kosmik Teleskopu və ABŞ-ın Hawaii adasındakı Keck Rəsədxanasında yerləşən Keck I teleskopu tərəfindən aparılan müşahidələr tarixi bir kəşfə imza atdı. Keck I-in müşahidələrini və Xabl məlumatlarını istifadə edən astronomlar, təxminən 13.1 milyard il əvvəl meydana gəldiyi qeyd edilən
z8_GND_5296 qalaktikasını tapdılar.

Nature jurnalında nəşr olunan tədqiqatda iştirak edən ABŞ-ın Texas Universitetindən olan Stiven Finkelşteyn bunları dedi:


"Bu cür kəşflərin həyəcan verici tərəfi, Kainatın əvvəllər nəyə oxşadığı haqqında bizə məlumat verməsindən qaynaqlanır. İşıq sürətinin sabit olması, bu səbəbdən bizə çatması üçün müəyyən zaman alması, bu qalaktikaların bu an olduğu kimi görülməməsinə səbəb olur. z8_GND_5296'nın 13 milyard il əvvəlki halını görürük. Bu zaman, Böyük Partlayışdan bu yana keçən vaxtın yüzdə 95'ini təmsil edir."


Finkelşteyn həmçinin Space.com'a verdiyi açıqlamasında, "z8_GND_5296'nın meydana gəldiyi zaman yaşayan qədim ulduzların ehtimalla hələ də var olduğunu, amma bu gün daha böyük qalaktikaların parçaları halına gəldiyini düşünürük" deyə bildirdi.

Xablın geniş kosmosda qalaktika axtaran CANDELS layihəsi bu günə qədər təxminən 100 min qalaktika kəşf etmişdir. Nature jurnalında dərc edilən yeni tədqiqata görə alimlər bu qalaktikaların 43-nü araşdırmışdır.

Tədqiqata görə  z8_GND_5296 qalaktikası bizim Samanyolu qalaktikasından, ulduz istehsalı baxımından daha məhsuldardır. Samanyoluda hər il Günəşə oxşayan bir və ya iki ulduz formalaşır, yeni tapılan qalaktikanın isə 13 milyard il əvvəlindən bu günə qədər hər il 300 yeni ulduz istehsal etdiyi aydın oldu.

Qaynaq: Nature
Yazını dostlarla bölüş

0 şərh var:

Post a Comment

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top