Müasir alimlər tərəfindən qəbul olunmuş məşhur kainatın genişlənməsi nəzəriyyəsi təkzib edilə bilər. Heydelberq Universitetindən olan alman fizik Kristof Vetterix, demək olar ki 100 il bundan əvvəl astronomlara kainatımızın genişləndiyinə dair məlumatlar vermiş qalaktikalarda qırmızı işıq yayılması hadisəsini gözdən keçirmək qərarına gəldi.
Qırmızı işıq yayılması nədir? Hər bir kimyəvi element elektromaqnit dalğalar udur və ya yayır və beləcə hər birisi spektrdə unikal xətt görüntüsü yaradır. Bu, uzaqlaşan obyektlərin radiasiyasının spektral analizi üçün istifadə edilir, misalçün ulduzların. Əgər obyekt uzaqlaşırsa, xəttlər spektrin qırmızı hissəsinə doğru hərəkət edirlər. Bu proses də qırmızı işıq yayılması adlandırılır.
Məhz bu hadisəni Edvin Xabbl 1920-ci ildə öz teleskopu vasitəsilə müşahidə etmişdi. Bir çox qalaktikaların yaydığı radiasiya qırmızı işıq yayılması effektini verirdi və getdikcə daha da sürətlənirdi. Bundan çıxarılan nəticəyə görə də qalaktikalar bir-birindən uzaqlaşaraq kainatı şar kimi şişirtməli, yəni genişləndirməli idi.
Prof. Vetterix isə sensasion açıqlamasıyla bunun başqa versiyasını irəli sürdü: qırmızı işıq yayılması hadisəsi qalaktikaların atomlarının daxilindəki hissəciklər, əsasən elektronların kütləsi ilə əlaqəlidir. Əgər atomlar kütlə itirirlərsə spektrdə xəttlər qırmızıya doğru çəkiləcək, kütlə artıqda isə spektral xəttlər bənövşəyi hissəyə çəkiləcək.
Bu fakta əsaslanaraq, Vetterix çox əvvəllər atomların kütləsinin daha az olduğu, lakin sonralar daha da artdığı qənaətinə gəldi və bu hadisəni də qırmızı işıq yayılması ilə əlaqələndirdi. Kütlənin dərəcəsi hər hansı bir qalaktikanın Yerdən nə qədər uzaq və ya Yerə nə qədər yaxın olmağından asılıdır. Tədqiqatın nəticələri Nature jurnalının iyul 2013 buraxılışında dərc edildi.
Vetterixin bu yeni iddiası hələ ki qəti cavablar vermir, əksinə kainatla əlaqədar tapılması lazım olan yeni maraqlı suallar doğurur. Əgər onun yeni nəzəriyyəsi haqlı çıxsa inflyasiya nəzəriyyəsi ilə birlikdə Böyük Partlayış (The Big Bang) nəzəriyyəsi də təkzib ediləcək. Ümumiyyətlə Böyük Partlayış nəzəriyyəsi son illərdə daha çox tənqidə məruz qalır. Bir digər fizik Rocer Penrouz 2012-ci ildə bu nəzəriyyənin etibarsızlığı və bir çox suallara cavab verə bilmədiyi ilə bağlı açıqlama vermişdi.
Başqa bir alternativ fərziyyəyə görə isə kainatın genişlənmə prosesi ilə qalaktikalarda atom kütləsinin artımı prosesi eyni anda baş verə bilər.
Qaynaq: Nature
Qırmızı işıq yayılması nədir? Hər bir kimyəvi element elektromaqnit dalğalar udur və ya yayır və beləcə hər birisi spektrdə unikal xətt görüntüsü yaradır. Bu, uzaqlaşan obyektlərin radiasiyasının spektral analizi üçün istifadə edilir, misalçün ulduzların. Əgər obyekt uzaqlaşırsa, xəttlər spektrin qırmızı hissəsinə doğru hərəkət edirlər. Bu proses də qırmızı işıq yayılması adlandırılır.
Spektrdə xəttlərin qırmızıya doğru çəkilməsi |
Prof. Vetterix isə sensasion açıqlamasıyla bunun başqa versiyasını irəli sürdü: qırmızı işıq yayılması hadisəsi qalaktikaların atomlarının daxilindəki hissəciklər, əsasən elektronların kütləsi ilə əlaqəlidir. Əgər atomlar kütlə itirirlərsə spektrdə xəttlər qırmızıya doğru çəkiləcək, kütlə artıqda isə spektral xəttlər bənövşəyi hissəyə çəkiləcək.
Bu fakta əsaslanaraq, Vetterix çox əvvəllər atomların kütləsinin daha az olduğu, lakin sonralar daha da artdığı qənaətinə gəldi və bu hadisəni də qırmızı işıq yayılması ilə əlaqələndirdi. Kütlənin dərəcəsi hər hansı bir qalaktikanın Yerdən nə qədər uzaq və ya Yerə nə qədər yaxın olmağından asılıdır. Tədqiqatın nəticələri Nature jurnalının iyul 2013 buraxılışında dərc edildi.
Vetterixin bu yeni iddiası hələ ki qəti cavablar vermir, əksinə kainatla əlaqədar tapılması lazım olan yeni maraqlı suallar doğurur. Əgər onun yeni nəzəriyyəsi haqlı çıxsa inflyasiya nəzəriyyəsi ilə birlikdə Böyük Partlayış (The Big Bang) nəzəriyyəsi də təkzib ediləcək. Ümumiyyətlə Böyük Partlayış nəzəriyyəsi son illərdə daha çox tənqidə məruz qalır. Bir digər fizik Rocer Penrouz 2012-ci ildə bu nəzəriyyənin etibarsızlığı və bir çox suallara cavab verə bilmədiyi ilə bağlı açıqlama vermişdi.
Başqa bir alternativ fərziyyəyə görə isə kainatın genişlənmə prosesi ilə qalaktikalarda atom kütləsinin artımı prosesi eyni anda baş verə bilər.
Qaynaq: Nature
0 şərh var:
Post a Comment