Bir insanın yaşına, cinsiyyətinə, qidalanmağına, fəaliyyət miqdarına, genetik xüsusiyyətlərinə və fəsillərə görə dəyişən nisbət olsa da, həqiqətən əl dırnaqlarımız ayaq dırnaqlarımızdan 3-4 dəfə daha sürətli uzanır. Bir əl dırnağının kökdən uca qədər özünü yeniləməsi 6 ay qədər davam edir, ayaq dırnaqları üçün isə bu proses 12-24 aya bərabərdir. Əl dırnaqlarının uzanma sürəti ayda orta hesabla 3-4 millimetrdir, ayaq dırnaqları üçün isə bu 1 millimetrdir.
Bəs bunun səbəbi nədir?
Bununla əlaqəli hal-hazırda 2 nəzəriyyə mövcuddur. Birincisi, əllərin ayaqlara görə ürəyə daha yaxın olmağından qaynaqlanır. Bu səbəblə əl dırnaqları ayaqlara görə daha yaxşı və daha çox qida və oksigen qəbul edə bilir və buna görə də daha sürətli uzanır. Qidalar kapilyar damarlar vasitəsilə dırnaqlarımızın altındakı sədəfə ötürülür və buradan hüceyrələr doyuzdurulur.
İkinci nəzəriyyə isə, dırnaqlarımız və altında yerləşən hüceyrələrin keçirdikləri travmatik təsirlərlə əlaqələndirilir. Əl dırnaqlarımız, ayaqlarla müqayisədə daha çox xarici təsirlərə, zərbələrə və fiziki təzyiqlərə məruz qaldığı üçün, bu faktorların təsiri altında böyümə prosesi sürətlənir və əl dırnaqlarımız ayaqlardakına görə daha sürətli inkişaf edir. Buna dəlil kimi fiziki cəhətdən möhkəm insanların sağ əllərindəki dırnaqlarının sola görə daha sürətli uzanmağı göstərilə bilər.
Səbəbi nə olursa olsun, dırnaqlar onsuz da oxşar şəkildə uzanırlar. Dırnaqların ana maddəsi hesab olunan keratin saçımızda, dərimizdə, hətta heyvanların buynuzlarında da var. Dırnaqlar, dırnaq matrixi deyilən quruluş üzərindəki təzyiqin təsiri altında istehsal olunan keratinin, daha əvvəldən çıxan dırnağı çölə doğru itələməsi səbəbiylə uzanır. Bunlarla parallel şəkildə, barmaq uzunluğunun da dırnaq uzanma sürətinə birbaşa təsir etdiyi məlumdur. Yəni, uzun barmaqlı insanların dırnaqları daha sürətli uzanır. Həmçinin həddindən artıq dieta müddəti və qeyri-kafi zülalla qidalanma dırnaq uzanmasını yavaşladır. 30 yaşdan aşağı olan fərdlərdə dırnaq uzanma sürəti daha yüksəkdir. Yazda dırnaqların daha sürətli uzandığı müşahidə edilmişdir.
Qaynaq: University of Southern California

0 şərh var:
Post a Comment