October 2, 2013

"Din ilə Təkamül arasında uzlaşmaz ziddiyyət yoxdur"

Francisco Ayala, rahib olmaq üçün 5 il ilahiyyat oxumuşdu, amma Xristianlığı yaymağa çalışan bir rahib yerinə genetik və təkamül biologiyası professoru oldu. İndi 75 yaşında dünyanı gəzib təkamül nəzəriyyəsini izah edir.

İspan prof. Ayalanın ən maraqlı xüsusiyyəti, din ilə təkamül nəzəriyyəsi arasında hesab edildiyi kimi uzlaşmaz, bir-birini inkar edən bir qarşıdurma olmadığını iddia etməsidir. Bu, onu ortaq yol axtaran mülayim bir elm adamından çox məntiqli bir insan edir. Çünki ona görə din başqa, təkamül nəzəriyyəsi isə başqadır. Faradey İnstitutunun təşkil etdiyi "Darvini Xatırlama Simpoziumu" üçün İstanbula gələn Ayalayla danışdıq.



- İllərdir universitet şagirdlərinə təkamül nəzəriyyəsini izah edirsiniz. Sizə gəlib "Bunu oxumaq istəmirəm, çünki dini inancımla üst-üstə düşmür" deyənlər oldu?

- O qədər... Kaliforniya Universitetində birinci kurs tələbələrinə Biologiyaya Giriş dərsləri verməklə vəzifələndirilmişdim. Təbii ki ilk dərsdə nə izah edə bilərsiniz, Darvin və təkamül nəzəriyyəsini. Dərsin sonunda bir çox tələbə yanıma gəlib "Prof. Ayala, imtahanda nə lazımdırsa onu yazacağam, amma bunu bilin ki ürəyimdə təkamül nəzəriyyəsinə inanmıram" deyirdi. 

- Cavabınız nə olurdu?

- Belə düşünən şagirdlərin çoxu ya katolik, ya da protestant olurdu. Onlara "bazar günü kilsəyə gedin və ayindən sonra rahibə təkamül nəzəriyyəsi oxumağın bir təhlükəsi olub olmadığını soruşun" deyirdim. Bir sonrakı həftə "haqlıymışsınız, rahib təsdiqlədi" deyirdilər. ABŞ da bir çox insan, dini inancla təkamül nəzəriyyəsi arasında bir qarşıdurma olduğunu zənn edir, halbuki fanatik olmayan heç bir din xadiminin təkamül nəzəriyyəsiylə problemi yoxdur. Təkamül nəzəriyyəsinə inanıb eyni zamanda qatı dindar da ola bilərsiniz.

- Təkamül nəzəriyyəsi bir yaradan olduğunu inkar etmir deyirsiniz…

- Niyə etsin ki… Məşhur ateist Richard Dawkins çox ağıllı bir adamdır, təkamül nəzəriyyəsini də əskiksiz izah edir. Lakin bir yerdə səhv edir, təkamül nəzəriyyəsini Tanrının yoxluğuna dəlil olaraq göstərir. Təkamül nəzəriyyəsi Tanrının varlığını nə inkar edir, nə də təsdiq edir. Çünki elm, təbiətdəki fenomenləri açıqlamaqla məşğuldur. Tanrı isə fövqəltəbii bir varlıq deyilmi? Bu mövzuda elm nə deyə bilər ki? Təkamül nəzəriyyəsi iddia edir ki, insanlar təbii bir müddətin sonunda, zamanla meydana gəlmişdir. Din də bunu inkar etmir. Düşünürəm ki, bir müqəddəs kitabı fənn kitabıymış kimi oxumaq dinə edilə biləcək ən böyük pislikdir.

- Elə isə Adəm və Həvvanı necə izah etmək olar?

- Augustinus 3-cü əsrdə dünyanın 7 gündə yaradıldığını izah edən Yaradılış Kitabına fəlsəfi bir baxımdan yanaşmağımız lazım olduğunu, kitabın əsl mənasıyla 7 gündən danışmadığını demişdi. Baxın, İncil insanlara cənnətə necə gedəcəklərini izah etmək üçün yazıldı, cənnətin ya da dünyanın necə yaradıldığını göstərmək üçün deyil. Adəm və Həvva hekayəsi təbii ki insanlığın Tanrının varlıqları olduğundan bəhs edir, amma altında yatan əsl mesaj budur: "Bir olun!". Çünki o dövrdə insan irqi düşmənliklə qovrulurdu. Yaradılış Kitabının sosial mesajı var idi, bunu demək istəyirəm.

- "Yer üzündəki orqanizmlər o qədər mükəmməldir ki, mütləq şüurlu bir varlıq tərəfindən yaradılmış olmalıdırlar" deyən kreasionistlərin Xristianlığa zərər yetirdiyini deyirsiniz. Niyə?

- Əgər kreasionistlərin dediyi kimi, insan bədənini Tanrı hazırlamışdırsa, veriləcək bir çox sual yaranır. Məsələn, hamiləliyin yüzdə 20-i ilk iki ayda uşaq düşməsi ilə nəticələnir, çünki insanın artım sistemi mükəmməl deyil, bu yalnız bizim dövrümüzdə deyil, əvvəllərdə də belə olmuşdur. Bu ildə 20 milyon uşaq düşməsi deməkdir. Kreasionistlərin dediyi doğrudursa, Tanrı ən böyük abortçu olmurmu? Halbuki Darvinə görə insan bədənindəki səhvlər, tamamlanmamış təkamülün nəticələridir, Tanrıyla bir əlaqəsi yoxdur. Son kitabımda da izah etdiyim kimi Darvin, nəzəriyyəsiylə əslində dinə çox böyük bir hədiyyə vermişdir.

- Necə yəni?

- Elm dünyası inkişaf etməmişdən əvvəl dünyada baş verən yaxşı şeylər Tanrıdan mükafat, fəlakətlər isə bir cəza olaraq şərh olunurdu. Artıq hər şeyin səbəbini bilirik. Təkamül nəzəriyyəsi də niyə mükəmməl canlılar olmadığımızı açıqlayır. Əskik qalmış ya da təbii olan pis şeylərin hesabını Tanrıdan soruşmağımıza ehtiyac yoxdur, təkamül nəzəriyyəsi ağıllarımızdaki sualları cavablayır.

- Təkamül nəzəriyyəsinin çox möhkəm dəlilləri varsa, insanlar necə qarşı çıxa bilir? Koperniklə ya da Nyutonla zidd düşən yoxdur, Darvin niyə şübhə ilə qarşılanır?

- Siz bilmirsiniz yəqin, Nyutonla eyni fikirdə olmayan, cazibə qüvvəsinə inanmayan qruplaşmalar da var. Məsələn, Cənubi Kaliforniyadaki "Yer Düzdür" adlı təşkilat.

- Məşhur ispan yazar Francisco Ayalayla qohumluğunuz varmı?

- Hamı onu mənim atam hesab edir. Amma xeyr, heç bir qan qohumluğu yoxdur. Yenə də özünü çox yaxşı tanıyaram, çünki ikimiz də eyni ildə ABŞ-a köçmüşdük. 1960-cı illərin əvvəli idi, Nyu-Yorkdakı bir ispan ailənin verdiyi qonaqlıqda tanış olmuşduq. İndi də İspaniyada onu ziyarət edirəm.

- Sizin ABŞ-a gəlmə səbəbiniz nə idi?

- Genetik olmağa qərar vermişdim. Amma başımızda Franco varkən bu mümkündürmü?! Franco dövrü İspaniyada elmin təzyiq altında qaldığı dövr idi. Genetika mütəxəssisləri həbs edilirdi. Onlardan biri mənə, əgər həqiqətən genetika mövzusunda irəliləmək istəyirəmsə ABŞ-a getməyim lazım olduğunu dedi və bir ünvan verdi. 20-ci əsrin təkamül və genetika sahəsindəki ən böyük müəllimi Theodosius Dobzhansky Nyu-Yorkdakı Kolumbiya Universitetində idi, onun yanına getməliydim. Elə də etdim.

- Siz universitetdə genetika oxumadan əvvəl ilahiyyat təhsili almışdınız, rahib olacaqdınız. Sonra nə oldu?

- Dindar sayıla biləcək katolik ailəsində böyüməyimə baxmayaraq anam, atam və qardaşlarım mənim niyə rahib olmaq istədiyimi anlamamışdılar, hətta bu qərarıma bir az qarşı çıxmışdılar. Tamamilə şəxsi maraq və istəyim səbəbiylə Madrid Universiteti Fizika bölməsini bitirdikdən sonra İlahiyyata daxil oldum. Rahib olmaq istəyirdim. Amma təhsilimin qurtarmasına bir neçə il qalmış elm marağımı cəlb etməyə başladı. Məzun olmadan əvvəl müəllimlərimə rahiblik etməyəcəyəmi, genetika və təkamül nəzəriyyəsində mütəxəssisləşəcəyəmi dedim. Etiraz edən olmadı, nə ailədən, nə də müəllimlərdən.

- 5 il ilahiyyat oxumuş olmağınız sizi daha yaxşı bir elm adamı etdimi?

- Hesab etmirəm. Bəli, ilahiyyat təhsilim məni fərdi olaraq inkişaf etdirmiş ola bilər, amma iki çox fərqli intellektual intizamdan danışırıq. Biri din, digəri elm. Bir-birinə qarışmaq, ya da yardım etmək kimi vəzifələri yoxdur. Amma dini məlumatım heç bir zaman elmimə zərər yetirmədi, çünki ikisini də ayrılıqda daşıya bildim.

- Hələ də dindar katoliksinizmi deyə soruşsam ayıb olar?

- Olmaz, amma mən cavab verməkdən qaçıram. Çünki "din və təkamül nəzəriyyəsi arasında bir mübarizə yoxdur" deyən bir elm adamıyam. Əgər dindaram desəm, təkamülçülər "Elmə din qarışdırır, çünki dindardır" deyəcək. Yox, deyiləm desəm, yaradılışçılar "Təbii ki dindar deyil, çünki təkamül nəzəriyyəsini müdafiə edərək dindar olmaq mümkün deyil" deyəcək. Mənim fərdi inancımın izah etdiklərimin qarşısına keçməsini istəmirəm. Yaradılışla əlaqədar kitablar çap edib ABŞ-da paylayan bir türk var, Adnan Oktar. Verdiyi məlumatlar başdan ayağa gülüncdür!

Təkamül nəzəriyyəsiylə əlaqədar ildə 50-dən çox konfrans verirsiniz. Sizi çətin vəziyyətə salmaq üçün suallar hazırlayıb gələnlər olurmu?

- Əlbəttə, elələri var. Kreasionistlərin hər vaxt qarşıya qoyduğu klassik nümunələrlə danışarlar: "Bakteriya çox mükəmməldir, təkamül müddəti bunu açıqlaya bilmir" kimi iddialar. Hamısına səbrlə cavab verirəm. Arada İncildən yazılar oxuyurlar. Onları cavablamaqda da heç bir çətinlik çəkmirəm, çünki mənim dini məlumatım onlarınkından çox daha təmiz, dərin və əhatəlidir. Yəni bir kreasionistin mənimlə bacarması çox çətindir.

- Deyək ki bir ölkə məktəblərdə təkamül nəzəriyyəsi deyil, yaradılış nəzəriyyəsini oxutmağa qərar verir. O ölkənin halı necə olar?

- Nə olacaq, fəlakət! O ölkədə rasionalizmin həyatı təhlükədə olar. Təkamül nəzəriyyəsinin izah edilmədiyi biologiya dərsi, Hitlerin ya da Roma İmperiyasının keçilmədiyi tarix dərsi kimidir. Kreasionistlər dünyanın hər yerində 20-ci əsrin əvvəllərindən bəri aktiv lobbilər qururlar. Müvəffəqiyyətli olduqlarını görmək məni çox narahat edir. Məsələn, yaradılışla əlaqədar kitablar çap edib ABŞ-da paylayan bir Türk var, Adnan Oktar. Pul xərcləyib, gözəl fotoşəkillər çəkib kitablar hazırlayır. Bunu deməliyəm ki: İçindəki məlumatların hamısı əsassızdır! Bu gün məktəblərdə bu kreasionizmin oxudulduğunu ya da bunun bir variant olaraq şagirdlərə təqdim edildiyini təsəvvür edə bilmirəm. Elə isə astronomiyanın yanında astrologiya da, kimyanın yanında əlkimya da oxudaq?!



Qaynaq: sekulyarizm.orgHurriyet
Yazını dostlarla bölüş

0 şərh var:

Post a Comment

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top