Floridadakı adalarda araşdırmalar aparan alimlər yerli bir kərtənkələ növündə sürətli təkamülləşmə nümunəsi təsbit etdilər. Kubadan gətirilən və arealı işğal edən başqa kərtənkələ növü səbəbilə bu yerli kərtənkələlər cəmi 15 ildə təkamül keçirdilər. Bu işğalçı növlərlə təmasa keçmələrindən sonra, yerli kərtənkələlər nəsillər keçdikcə ağacların daha yüksək hissələrində yaşamağa başladılar. Lakin bu, daha nazik budaqlara uyğun olacaq şəkildə, daha güclü bir yapışma (tutma) sahəsi tələb edirdi. Bu kərtənkələlərdə cəmi 15 il ərzində nazik budaqlara daha yumşaq bir şəkildə yapışa biləcək ayaq strukturları təkamülləşdi.
Bu dəyişmə, heyrətamiz sürətdə baş verdi: Kubadan gələn kərtənkələlərin həyat sahələrinə daxil edilməsindən yalnız bir neçə ay sonra, yerli kərtənkələlər ağacların daha yüksək hissələrinə qaçmağa başladılar. 15 il müddətində (bu onlar üçün 20 nəslə uyğun gəlir), ayaqlarının səthləri daha geniş bir sahəni örtəcək şəkildə təkamülləşdi; beləcə daha yapışqan vəziyyətə gəldilər.
Araşdırılan yerli kərtənkələ Carolina anoles adıyla tanınan yaşıl anoles kərtənkələsidir. Bu canlılar ABŞ-ın cənub-şərqində yaşayırlar. Ərazini işğal edən, Kuba və Baham adalarından gətirilən növ isə qəhvəyi anoles kərtənkələsidir. Qəhvəyi anoles kərtənkələsi Cənubi Floridada ilk dəfə 1950-ci illərdə görülməyə başladı. Böyük ehtimalla, Kubadan idxal olunan əkinçilik məhsullarıyla gətirildilər. O vaxtdan Floridada sürətlə yayılırlar.
Aparılan son araşdırma, bir-birinə rəqib olan növlər arasında müşahidə edilən, təkamülçü bioloqların "xarakterik köçürülmə" adlandırdıqları bir xüsusiyyətin nadir və zəngin nümunələrindən biridir. Belə vəziyyətdə fərqli ekoloji mühitlərdə üstün hala gəlmək istəyən növlərdə, bir-birlərinə üstün gələ bilmələrini təmin edən fərqli xüsusiyyətlər təkamülləşir. Bunun ən klassik nümunəsi, Darvinin araşdırdığı alacəhrələrdir. Qalapaqos Adalarındakı 2 alacəhrə növündə, fərqli qida mənbələrindən istifadə edə bilmək üçün fərqli dimdik strukturları təkamülləşmişdir.
Tədqiqatçılar yaşıl və qəhvəyi kərtənkələlərin eyni qida mənbələrindən və arealdan istifadə etdikləri səbəbindən yaşıl kərtənkələlərin sürətli təkamülünün stimullaşdırıldığını hesab edirlər.
Həmçinin oxuyun:
Dinozavrlar soyuqqanlı deyildi
Dinozavrların yaşadığı şərtlərdə insanlar nəfəs ala bilməzdi
Arxa üzvlərin təkamülü aydınlaşdırıldı

"Belə bir dəyişmə görəcəyimizi heç təxmin etmirdik. Lakin keçirdikləri təkamül sürəti və ölçüsü həqiqətən təəccüb doğurur. Bu təkamülü anlaya bilməyiniz üçün belə deyə bilərəm: əgər ki insanların boyu, bu kərtənkələlərin ayaqlarının təkamülləşmə sürətində təkamülləşmiş olsaydı, cəmi 20 nəsildə boy ortalamamız 1.75m-dən 1.93m-ə qalxardı. Başqa deyimlə, məsələn, ABŞ-dakı insanların boy ortalaması, hal-hazırda NBA-dəki basketbolçuların boy ortalamasına bərabər olardı. Hər nə qədər insanlar kərtənkələlərdən daha artıq yaşamış olsalar da, bu təkamül sürəti yenə də təkamülün normal ortalamasına görə çox yüksəkdir", - Austində yerləşən Texas Universiteti Təbiət Elmləri İnstitutunda işləyən və 24 oktyabr 2014-cü ildə Science jurnalında dərc olunan məqalənin baş müəllifi olan Yoel Stuart qeyd edir.
Araşdırılan yerli kərtənkələ Carolina anoles adıyla tanınan yaşıl anoles kərtənkələsidir. Bu canlılar ABŞ-ın cənub-şərqində yaşayırlar. Ərazini işğal edən, Kuba və Baham adalarından gətirilən növ isə qəhvəyi anoles kərtənkələsidir. Qəhvəyi anoles kərtənkələsi Cənubi Floridada ilk dəfə 1950-ci illərdə görülməyə başladı. Böyük ehtimalla, Kubadan idxal olunan əkinçilik məhsullarıyla gətirildilər. O vaxtdan Floridada sürətlə yayılırlar.
Aparılan son araşdırma, bir-birinə rəqib olan növlər arasında müşahidə edilən, təkamülçü bioloqların "xarakterik köçürülmə" adlandırdıqları bir xüsusiyyətin nadir və zəngin nümunələrindən biridir. Belə vəziyyətdə fərqli ekoloji mühitlərdə üstün hala gəlmək istəyən növlərdə, bir-birlərinə üstün gələ bilmələrini təmin edən fərqli xüsusiyyətlər təkamülləşir. Bunun ən klassik nümunəsi, Darvinin araşdırdığı alacəhrələrdir. Qalapaqos Adalarındakı 2 alacəhrə növündə, fərqli qida mənbələrindən istifadə edə bilmək üçün fərqli dimdik strukturları təkamülləşmişdir.
Tədqiqatçılar yaşıl və qəhvəyi kərtənkələlərin eyni qida mənbələrindən və arealdan istifadə etdikləri səbəbindən yaşıl kərtənkələlərin sürətli təkamülünün stimullaşdırıldığını hesab edirlər.
Həmçinin oxuyun:
Dinozavrlar soyuqqanlı deyildi
Dinozavrların yaşadığı şərtlərdə insanlar nəfəs ala bilməzdi
Arxa üzvlərin təkamülü aydınlaşdırıldı
0 şərh var:
Post a Comment