Yeni bir tədqiqatın nəticələri bir daha təsdiq edir ki, neandertallar və Homo sapiens fərqli növlər olub.
"SUNY Downstate" tibb mərkəzindən olan mütəxəssislər müasir texnologiyaların köməyilə neandertalların modern insanın alt növünü deyil, tamamilə fərqli növü təmsil etdikləri versiyasına güclü dəlil əldə ediblər. Alimlər Homo sapiens və Homo neanderthalensis növlərinin burun müqayisəsi analizləridən sonra belə qərara gəliblər. Qeyd etmək yerinə düşər ki, dəyişkənliklərilə fərqləndiyi üçün burnun forması və ölçüsü antropoloji araşdırmalarda vacib diaqnostik əlamət hesab edilir.
Tədqiqatda antropoloqlar əldə olan kəllə sümüklərini öyrənib, daha sonra isə burun boşluğunun iç strukturunun 3D rəqəmsal görüntüsünü yaradan xüsusi sistemdən yararlanıblar. Ətraflı araşdırmanın ardından neandertalların yuxarı nəfəs yollarının bizimkindən fərqli funksiyaya malik olduğu bəlli olub. Antropoloqlar qeyd edir ki, Homo neanderthalensis'in bədən quruluşu planı da həmçinin insandakından fərqlənir, buna görə də bu iki növü bir-birindən ayırmaq lazımdır.
Əgər neandertallar bu gün də yaşasaydılar, ən yaxın bioloji qohumlarımız şimpanzelər deyil, məhz onlar olacaqdı - genetika da bunu təsdiqləyir. Uzun müddətdir ki, elm ictimaiyyətində nəsli kəsilmiş növ olan Homo neanderthalensis'in bizdən ayrı, yoxsa bizim alt növümüz olduğu mövzusunda müzakirələr gedirdi. Son illərdə tapılan qalıqlar və müasir metodlar sayəsində artıq neandertalların müstəqil növ olduğu versiyası daha çox məşhurluq qazanır.
Neandertalların nəslinin kəsilməsinin əsas səbəbi, müasir elmi tapıntılara əsasən, bizimlə rəqabət apara biləcək gücdə olmamaları idi. Bəzi tədqiqatçılar isə bunun səbəbinin, neandertalların daha soyuq və daha quru iqlimlərdə yaşamalarını mümkünsüz edən spesifik burun quruluşu olduğunu hesab edirlər.
Həmçinin oxuyun:
Neandertallar mərhələlərlə təkamülləşib
Neandertallar bizə genlərinin 20%-i verdi
Siqaret asılılığı neandertallardan qaynaqlanır

0 şərh var:
Post a Comment