ABŞ və Avstraliyadan olan alimlərin irəli sürdüyü yeni hipotezə əsasən, kainatda haradasa eynən bizim həyat yolumuzu gedən kopiyalarımız mövcuddur. Sadəcə orada hadisələr fərqli istiqamətdə inkişaf edir. Məsələn, insanlarla dinozavrlar bu gün də bir yerdə yaşayır və ya İkinci Dünya Müharibəsi ümumiyyətlə baş verməyib. Daha əvvəllər də oxşar mövzular irəli sürülmüşdü, yeni hipotezin müəllifləri isə belə yanaşmanın bir çox kvant mexanikası sullarını cavablandıracağına ümid edirlər.
İdeyanın müəllifi Hovard Vayzman bizə məlum kainatın mövcud çoxlu sayda kainatlardan sadəcə biri olduğunu hesab edir. Hipotezə görə, bütün kainatlar realdır və oxşar ssenarilərlə yaşayırlar, onlardan bəziləri isə bizimki ilə oxşardır. Kainatlar arasındaki fərqlilikləri meydana gətirən isə kvant toqquşmalardır - bunlar nə qədər güclüdürsə, kainatlar bir-birindən bir o qədər uzaqlaşaraq, fərqliləşirlər.
Fizikada bütün hadisələrin bir yerə yığıla bilməyəcəyi hesab edilir. Ağır obyektlərin dünyasında klassik mexanika və Eynşteynin nisbilik nəzəriyyəsi hökm sürür, elementar hissəciklərin aləmi isə kvant mexanikası qanunlarına tabedir. Belə bölünmə alimləri uzun müddətdir ki, narahat edir və onlar yeni fizikaya qapı açmaq üçün Hər Şeyin Nəzəriyyəsini (The Theory of Everything) hazırlamaq üzərində baş sındırırlar.
Klassik və kvant mexanikalarını barışdırmaq üçün edilən daha əvvəlki cəhdlər müxtəlif riyazi strukturların yaradılmasından ibarət idi. Köhnə bir interpretasiya klassik kainatı çoxlu sayda kvant kainatların mövcudluğunun nəticəsi kimi təqdim edir. Bu nəzəri yanaşma 1950-ci ildə amerikalı Hyu Everett tərəfindən izah olunub.
Everettin köhnə hipotezindən fərqli olaraq, Vayzman və həmkarlarının ideyası mövcud klassik kainatların bir-biri ilə davamlı və qarşılıqlı əlaqələrinin olduğunu mümkün sayır. Kainatların hər biri özlüyündə klassik Nyuton fizikası qanunlarına tabedir. Bu kainatların qarşılıqlı əlaqələri isə kvant dünyasına aid edilən hadisələri doğurur.
Alimlər bu əlaqələri riyazi olaraq izah etməyə cəhd ediblər. Misal üçün, kvant fizikasında tunel effekti adı ilə tanınan hadisə mövcuddur: kvant xüsusiyyətlərə sahib hissəcik (məsələn foton) müəyyən energetik baryerdən keçdikdə, öz enerjisinin baryerin enerjisindən daha az olmasını təmin edir - baryer isə mütləq keçilməlidir. Klassik mexanika belə hadisəni şərh etməyə qadir deyil, kvant dünyada isə belə hadisələrə tez-tez rast gəlinir.
Vayzman bildirir ki, öz ssenarisinə əsasən, iki klassik dünya müxtəlif istiqamətlərdən energetik baryerə yaxınlaşdıqda, onlardan biri sürəti artıracaq, digəri isə nəticədə geriyə sıçramış olacaq. Beləcə hərəkətdə olan dünya fəth edilməz kimi görünən baryeri keçəcək və kənardan bu proses sanki hissəciyin kvant tunelləşdirilməsi kimi görünəcək.
Mütəxəssislər tezliklə yanaşmalarını praktiki olaraq təsdiqləyə biləcək eksperiment barədə düşünməyi planlaşdırırlar.
Həmçinin oxuyun:
"Interstellar" və zaman səyahəti mövzusu
Bizi əhatə edən reallıq holoqram ola bilər
Multikainatda yaşayırıq?

"Bizim hipotezimiz kvant dünyasında irəliyə fundamental sıçrayışdır", - Qriffit Universitetindən olan professor Vayzman qeyd edir.

"Əlbəttə ki, bütün tapmacalara cavab tapa bilmədik, sadəcə bəzi kvant hadisələrin mövcud çoxlu sayda klassik dünyaların qarşılıqlı əlaqələri ilə izah oluna biləcəyini iddia edirik. Hipotezimiz hələlik kvant dolanışıqlığı hadisəsini izah edə bilmir, bunun üzərində də işlər aparırıq", - Vayzman deyir.
Mütəxəssislər tezliklə yanaşmalarını praktiki olaraq təsdiqləyə biləcək eksperiment barədə düşünməyi planlaşdırırlar.
Həmçinin oxuyun:
"Interstellar" və zaman səyahəti mövzusu
Bizi əhatə edən reallıq holoqram ola bilər
Multikainatda yaşayırıq?
0 şərh var:
Post a Comment