Oksford Universitetindən olan mütəxəssislərin rəyinə görə, insan gemonunun cəmi 8,2%-i funksiyaya malikdir, yəni orqanizmin biokimyəvi reaksiyalarında müəyyən rol oynayır.
Genetiklərin əldə etdiyi yeni məlumatlar iki il əvvəlki nəticələrdən kifayət qədər fərqlənir. 2012-ci ildə ENCODE (DNT Elementlərinin Ensiklopediyası) layihəsi ilə məşğul olan alimlər genomumuzun 80%-dən artıq miqdarının funksional olduğunu iddia edirdilər.
Belə iddia iki genetikin şübhələrinə səbəb olub. Bir çox mütəxəssislər hesab edir ki, "biokimyəvi funksiyanın" tərifi şişirdilir. Yalnız orqanizmə açıq təsirləri olan DNT aktivliyi növlərini funksional adlandırmaq olar.
Oksforddan olan alimlər təkamül mexanizmi vasitəsilə məhz hansı DNT aktivliyi tipinin ciddi rola malik olduğunu anlamağa çalışıblar. Onlar, məməlilərin təkamülü prosesində insan genomunun son 100 milyon ildir təsir görməmiş hissəsini izləyiblər. Ekspertlərin dediyinə görə, bu faktor genlərin əhəmiyyət göstəricisidir - funksiyaları çox vacib olduğundan informasiyada qalmalıdırlar.
Kompüter analizi siçanlar, dovşanlar, itlər, atlar və əlbəttə ki insan kimi müxtəlif məməlilərin DNT sekvensiyalarını bir-biri ilə müqayisə etmək üçün şərait təmin edib. Nəticədə məlum olub ki, insan genomunun cəmi 8,2%-i funksionaldır, üstəlik bu genlər də əhəmiyyət səviyyəsinə görə fərqlənir. Genlərimizin yalnız 1%-dən bir qədər artıq miqdarı zülalların kodlaşdırılmasına nəzarət edir, hansılar ki bütün kritik dərəcədə vacib bioloji proseslərdə iştirak edirlər. Digər 7% gen isə insan orqanizminin müxtəlif hissələrində zülal kodlaşdıran genlərin hər hansı faktorlardan asılı olaraq aktiv-deaktiv edilməsi ilə məşğul olur.
"Müasir genetikaya əsasən, bütün DNT sekvensiyaları insan orqanizmində vacib rola malikdir. Əslində isə insan genomunun yalnız kiçik bir hissəsi funksionaldır", - Kris Rends qeyd edir.
Geriyə qalan 91,8% genom hissəsi isə "tullantı DNT" adlanan təkamülün qalıq materialı hesab edilir. Massaçusets Texnologiya İnstitutundan olan Manolis Kellis bildirir ki, yarasız hesab edilən tullantı genom hissəsini də nəzərə almaq lazımdır.
"Biz təkamül etmişik və bu proses qarmaqarışıqdır. Bu geriyə qalan DNT həqiqətən də yalnız doldurucudur. Bu, tullantı deyil, bir gün bizə lazım ola bilər. Lakin əsas mövzu bundan ibarət deyil, - Certon Lanter əlavə edir.
Həmçinin oxuyun:
İnsan DNT-sinin ikinci kodu tapıldı
Psevdogenlər yeni genləri meydana gətirir
Süni DNT-ə sahib orqanizm yaradıldı
daha ətraflı...
Boston Universitetindən olan alimlərin apardığı araşdırma dini tərbiyənin uşaqların uydurma və reallığı ayırd etmə bacarığına gözə dəyəcək səviyyədə təsir göstərdiyini təsdiqləyib.
Bir neçə etapdan ibarət olan tədqiqatda 5-6 yaşlı uşaqlar iştirak edib. İlk öncə məktəb yaşına çatmamış uşaqlara baş qəhramanı tamamilə real insan olan adi bir həqiqi hadisə danışılıb. Növbəti mərhələdə isə dini ailələrdə böyümüş uşaqlarla, onların dini tərbiyədən kənar mühitdə böyümüş həmyaşıdları arasında kəskin fərq olduğu aydın olub. Belə ki, tədqiqatçılar onlara real həyatda mümkünsüz görünən Tanrı müdaxilələri ilə bağlı dini əhvalatlar danışdıqda, uşaqların baş qəhramana dair düşüncələri anidən dəyişilib.
Hələ məktəb təhsilinə qədəm qoymamış, kilsə və ya kilsə məktəblərini ziyarət edən uşaqlar dini əhvalatın baş qəhramanını real insan adlandırıblar, digər yanda isə dünyəvi tərbiyə almış uşaqlar əminliklə eşitdikləri əhvalatın yalan olduğunu deyiblər.
Bundan başqa fərqli tərbiyələrin uşaqların mühakimə etmə və fikir irəli sürmə bacarıqlarında da iz qoyduğu məlum olub. Cadugarlıq və fantastik hadisələrdən bəhs edən qeyri-real əhvalatlara qulaq asan uşaqlar yenə ikiyə bölünüb: dini təlimlərlə tanış olmayan uşaqlar əhvalat qəhramanlarını uydurma adlandıraraq, əfsanəni reallıqdan ayırd etmədə daha fəal olublar. Dindar ailələrdən olan həmyaşıdları isə əksinə olaraq fantastikanı ciddi qəbul edərək, qeyri-real hadisələrin kökündə Tanrının olduğunu bildiriblər.
"Dini tərbiyə uşaqların reallığı uydurmadan ayırd edə bilmə bacarığına güclü təsir göstərir. Bu təkcə dini deyil, həm də fantastik əhvalatlara aiddir. Dünyəvi uşaqların uydurma kateqoriyasına aid etdiyi hadisələri dini tərbiyə almış həmyaşıdları şübhəsiz həqiqət kimi qəbul etdilər", - tədqiqatın başında duran Ketlin Korrivau qeyd edir.
Həmçinin oxuyun:
Dinin insan təkamülündəki bazisi tapıldı
Təkamül nöqteyi-nəzərindən Dinlər və Tanrılar
Nuhun dairəvi gəmisi inanclıları narahat etdi
daha ətraflı...
Sağalmaz xəstəlik olan yan amiotrofik sklerozdan əziyyət çəkən nəzəri fizik Stiven Hokinq hesab edir ki, həkimlər sağalmaz xəstələrə preparatların ölümcül dozasını təyin etməlidirlər - sözsüz ki əgər onlar buna ehtiyac duyursa.
Stiven Hokinq "yaşamaq yoxsa yaşamamaq?" sualındaki seçim azadlığına səsləyir. Məşhur fizik hesab edir ki, intihar - seçimdir, hansının ki hüququna hər kəs malik olmalıdır, xüsusilə də sağalma ehtimalı olmayanlar. Fizikin dediyinə görə, bununla əlaqəli olaraq, həkimlər sağalmaz xəstəliklərdən əziyyət çəkən insanlara ölümcül dərman dozaları yazaraq, son günlərində onlara dəstək olmalıdır.
Böyük Britaniyada 18 iyul tarixində assistentli ölüm üzrə qanun layihəsinin ikinci oxunuşu baş tutub. Evtanaziyadan fərqli olaraq burada xəstə razı olduqda özü-özünə ölümcül doza yeridir. Evtanaziyada isə bu işi xəstənin razılığı ilə həkim yerinə yetirir.
Assistentli ölüm üzrə Britaniya qanun layihəsinə əsasən, xəstəliyin terminal mərhələsində həkimlər, ölümünə yarım ildən az müddət qalmış insanlara ölümə səbəb olacaq güclü preparat dozaları təyin edə biləcəklər.
Həkimlər tənəffüs borusu yeridilməsi əməliyyatı zamanı Stiven Hokinqin də intihar etmək arzusu olduğunu qeyd edirlər.
Həmçinin oxuyun:
Stiven Hokinq sağala bilər
Hokinq: "Süni intellekt bəşəriyyətin ən böyük səhvi ola bilər"
Hokinq sayəsində öyrəndiklərimiz
daha ətraflı...
Alimlər Çin ərazisində ən böyük dördqanadlı lələkli dinozavr növünə aid fosilləşmiş qalıqlar aşkar etməyə nail olublar. Növ dörd qanadı ilə yanaşı həm də uzun quyruq lələklərinə sahib olub.
Changyuraptor yangi adı verilmiş yeni lələkli dinozavr növü uçmağı kifayət qədər yaxşı bacaran yırtıcı idi. Təbaşir dövründə mövcud olmuş canlı Çinin indiki Lyaonin vilayətində yaşayıb. Təxminən 30 sm uzunluğa malik quyruq lələkləri ornitopodlara aid olmayan bütün dinozavrlar arasında ən uzunu hesab edilir. Mütəxəssislər qeyri-adi lələkləri sayəsində çoxqanadlı dinozavrın uçuşda yavaşlaya bilmək və yerə təhlükəsiz eniş etmək üstünlüyü əldə etdiyini qeyd edirlər.
Changyuraptor yangi erkən lələklilərə aid yeni mikroraptor qrupu növüdür. Bu qədim sürünənlər üzərində aparılacaq araşdırmalar uçuş kimi bir fenomenin necə formalaşdığına aydınlıq gətirməklə qalmayıb, həm də lələkli dinozavrlardan quşlara təkamül zəncirini bərpa edəcək. Fosillər Çinin Bohai Universitetindən olan alimlər və onların ABŞ-ın Los-Anceles ətrafı Təbiət Tarixi Muzeyindən olan həmkarları tərəfindən aşkar edilib.
Burun ucundan quyruq sonuna qədər 132 sm uzunluq təşkil edən canlı arxeoloqların indiyəcən rast gəldiyi ən böyük dördqanadlı dinozavrdır. Müasir qartal və albatros kimi quşlardan daha böyük ölçülərə malikdir.
Yeni dinozavrın arxa üzvlərindəki lələklər qeyri-adi şəkildə uzundur, bu da, alimlərin dediyinə görə, onların uçuşda vacib rola malik olduğundan xəbər verir. Əldə edilmiş nəticələrə əsasən, qədim dino-quş uzun quyruğunu isə öz ağırlığını kompensasiya etmək və uçuşunu stabilləşdirmək üçün istifadə edirdi.
Həmçinin oxuyun:
Yer tarixinin ən böyük quşu tapıldı
Lələklərin sirli mənşəyi: uçuş yoxsa "cazibədarlıq"?
Dimdik uçuş üçün deyil, qidalanmaq üçün idi
daha ətraflı...
Tarix ərzində insan göylərdə yaşayan "sehrli varlıqlarla" əlaqə yaratmağa çalışıb. İlk əvvəl tanrı və mələk, zamanla isə yadplanetli anlayışı formalaşıb. Elmin təmin etdiyi faktlarla onların da bizim kimi həyata əlverişli planetə, oksigenə, suya möhtac ola və texnoloji səviyyədə bizdən dəfələrlə üstün ola biləcəklərinə əmin olmuşuq.
NASA mütəxəssisləri verdikləri son sensasion açıqlamada Yer sakinlərinin çoxdan gözlədiyi yadplanetlilərlə əlaqə yaradılmasının cəmi iki onillik, yəni 20 il sonra sonra baş tuta biləcəyini bildiriblər.
Amerika Kosmik Agentliyi və Masaçusets Texnologiya İnstitutundan olan Sara Ziger 2035-ci ilədək yadplanetli sivilizasiyalarla əlaqə qurulacağına şübhə etmir. Alim qeyd edir ki, tezliklə elmi və texnoloji inkişafın qazandırdığı imkanlarla hansı ulduzlar ətrafında Yerə oxşar planetlərin mövcud olduğunu dəqiq və rahatlıqla anlayacağıq.
Yadplanetli sivilizasiyalardan yayılmış ola biləcək siqnalların qeydə alınması ilə aktiv olaraq məşğul olan Yerdənkənar Sivilizasiyaların Axtarışı üzrə Tədqiqat Mərkəzi (SETI) nümayəndələri yeni nəsil güclü teleskoplar və informasiya bərpası alqoritmi kimi üstünlüklərlə yaxın perspektivdə əsrlərdir qaranlıq qalmış bu sualın cavablandırılacağına ümid edirlər.
Həmçinin oxuyun:
Əlaqənin çətinlikləri
Yadplanetlilərə çox yaxınlaşmış ola bilərik
Zəmilərdəki sirli dairələrin müəllifi tapıldı
daha ətraflı...
Sutkada 6-8 saat yuxu yatırsınızsa hansı xəstəliklərə meylli ola və neçə illik ömür yaşaya bilərsiniz? 10 saat yatsaz necə? Bəs 11 sutka oyaq qalsaz vəziyyətiniz necə olar?
Qəribə səslənsə də yuxunun nə səbəbləri, nə də təkamül mənşəyi elmə praktiki olaraq məlum deyil. Axı təbiət nöqteyi-nəzərindən yuxunu əlverişli və məqsədəuyğun hesab etmək doğru deyil. Əgər insan və ya bir heyvan yuxuya dalırsa şüuru bir neçə saatlığına sönmüş olur. Belə vəziyyətdə canlının yırtıcılara qurban olma şansı bir neçə dəfə artır.
Bununla belə alimlər səbəbləri olmasa da, yuxunun əlverişlilikdəki bəzi qanunauyğunluqlarını aşkar etməyə nail olublar. Məsələn, məlum olub ki 6-8 saat yuxu yatan yetkin insanlara uzunömürlülük xarakterikdir. Yuxu azlığı isə əksinə diabet və ürək-damar xəstəlikləri kimi bir sıra problemlərə səbəb olur. Xroniki yuxusuzluq da həmçinin sadalanan xəstəliklərlə yanaşı piylənmə, depressiya və beyin zədələnmələri ilə əlaqələndirilir.
Bəs heç yatmasaq nə olar? İlk yuxusuz gecədən sonra insan beynində mezolimbik sistem aktivləşərək, qana dofamin atır. Bu təsirin nəticəsi olaraq insan daha enerjili, pozitiv və seks planında aktiv olur. Yaxşıdır, elə deyil? Tələsməyin, ən pisi qabaqdadır. İlk öncə beyində qərar verməyə və nəticələri qiymətləndirməyə nəzarət edən strukturlar deaktivləşir. Özünüidarə zəifləyir. Yorğunluğun meydana çıxması ilə reaksiyaların sürəti yavaşlayır və ətraf aləmi dərk etmə funksiyaları azalır.
İkinci yuxusuz gecədən sonra insan orqanizmində qlükoza mübadiləsi və immum sistemi fəaliyyəti pozulmağa başlayır. Yuxusuz qalmış üçüncü gecədən sonra isə ilk hallüsinasiyalar meydana gələ bilər.
Elmi təcrübə çərçivəsində ən uzunmüddətli yuxu məhdudiyyəti 264 saat və ya 11 gün davam etdirilib. Məlum səbəblərdən təcrübə yarıda qoyulub. Soruşa bilərsiniz ki, bu prosesdə alimlər nəyi aydınlaşdırmağa nail olublar. Nəticələr gözlənilməz olub: 11 yuxusuz gecə keçirmiş insanda dağınıqlıq və əsəbilik müşahidə olunsa və ətraf aləmi dərki çətinləşsə də, yuxusuzluğun orqanizmə heç bir mənfi təsiri olmayıb. Tibbi mənada bütün orqanlar normal işləməyə davam edib - nə beynin fəaliyyətinə zərər dəyib, nə də psixiki pozulmalar meydana gəlib. Lakin qeyd etmək lazımdır ki, təcrübə elə bu mərhələdəcə dayandırılıb. Bu səbəbdən yuxusuzluğun davam etdiriləcəyi təqdirdə orqanizmin funksiyalarının pozulmayacağına heç bir zəmanət verilə bilməz.
Siçanlar üzərində aparılmış sınaqlar göstərmişdi ki, iki həftəlik yuxu məhdudiyyəti bu heyvanlarda ölümlə nəticələnir. Amma ölümün səbəbinin yuxusuzluq olduğuna da tam əmin olmaq "elmi" deyil, çünki orqanizmin dayanması davamlı ayıltmalarla əlaqəli ola bilər. Bəlkə də bu problemin həlli fatal ailə yuxusuzluğu tədqiqatlarından sonra aydın olacaq. Bu, beynin elə bir nadir genetik xəstəliyidir ki, insan davamlı və daha ağır yuxu pozğunluqlarından əziyyət çəkir. Bu xəstəliyə yoluxduqda faktiki olaraq insan yuxusuzluqdan əziyyət çəkir, hansı ki ilk öncə hallüsinasiyalara, daha sonra isə psixiki pozuntulara gətirib çıxarır, məntiqi son isə ölüm olur. Belə yuxusuzluq formasından əziyyət çəkmiş insanların sayı yüzdən artıq olmasa da, xəstəlik müşahidə edildikdən sonra orta ömür müddəti 18 ayı aşmır. Dəhşətli yuxusuzluq xəstəliyi proqressivləşdikcə daxili orqanlar ard-arda sıradan çıxır. Başqa deyimlə lazımi miqdarda yuxu almamaq tez ölümə bərabər olmasa da, yuxusuzluğun davam etdirilməsi orqanizmə mənfi təsir göstərə və bu da sonda ölümcül nəticələr doğura bilər.
Orijinal məqalə buradadır
Həmçinin oxuyun:
Yuxularımıza necə nəzarət edə bilərik?
İlk dəfə insanın şüuru "söndürüldü"
IQ və yuxu əlaqəsi
daha ətraflı...
Alimlər 1983-cü ildə aşkar edilmiş qalıqları araşdıraraq onların Yer tarixində mövcud olmuş ən böyük quşa aid olduğu qənaətinə gəliblər. Quş yeni Pelagornis sandersi növünə aid edilib.
Uçan dəniz quşunun qanadlarının açılması 6-7,5 metr təşkil edirdi, bu da müasir Yerin ən uzun qanadlı quşu olan albatrosdakından 2 dəfə uzundur.
Mütəxəssislər bu quş növünün paleogen dövründə meydana çıxdığı, təxminən 4 milyon il əvvəl isə nəslinin kəsildiyi qənaətindədirlər. Quş havada rahat uça bilsə də, bədən və qanad ölçülərinin uçuşda və enişdə maneələr törətdiyi istisna olunmur.
Flight 1.25 proqramlı kompüter modeli növün çəkisi, forması və qanad strukturu xüsusiyyətləri nəticələri əsasında P. sandersi-nin böyük ehtimalla uçuşa cəhd etdikdə qanadlarından faydalanmadığını göstərib: uçmaq üçün bu quş, eynən deltaplaneristlər kimi qaçaraq hündür sıldırım qayalardan tullanırdı. Ardından isə hava axınları köməyilə irəliyə istiqamətlənirdi.
Bununla yanaşı alimlər növün suda uçuşa cəhd edə bilmədiyini qeyd edirlər. Bu səbəbdən dəniz quşu qida axtarışına çıxdıqda suya sürətli eniş etməyib, su səthindəki balıq və kalmarları ələ keçirərək yoluna davam edirdi.
Həmçinin oxuyun:
Lələklərin sirli mənşəyi: uçuş yoxsa "cazibədarlıq"?
Ən qədim pterodaktil tapıldı
Quşların qanadlarının təkamülü aydınlaşdırıldı
daha ətraflı...