May 8, 2014

Hokinq: "Süni intellekt bəşəriyyətin ən böyük səhvi ola bilər"

Məşhur astrofizik Stiven Hokinq bu yaxınlarda verdiyi açıqlamada inkişaf etdirilməkdə olan avtomat maşınlar və səs köməkçisi SİRİ kimi süni intellekt robotlarının insanlıq üçün təhlükəli ola biləcəyini bildirib. Astrofizikin dediyinə görə, süni intellektli robotların bizə qarşı təhlükəsini qiymətləndirməməyimiz bəşəriyyətin ən dəhşətli səhvi ola bilər.

"Bütün bu nailiyyətlərimiz növbəti illərdə gözlədiklərimizin fonunda qaralacaq. Süni intellekt bəşəriyyət tarixinin ən vacib hadisəsi olacaq. Amma əgər risklərdən vaxtında qaçmağı öyrənməsək, təəssüf ki, bu, sonuncu hadisə də ola bilər", - Hokinq deyir.

Astrofizik hesab edir ki, gələcəyin süni intellektli robotlarının qarşısını ancaq elə robotlar ala bilər. Texnoloji eraya addım atmağımızla robotların inkişafı qaçılmaz hal alacaq. Texnologiyalar insanı üstələyərək maliyyə bazarını, elm sahəsini, silah hazırlanmasını, bir sözlə hər şeyi ələ alacaq.

Hokinq qeyd edir ki, süni intellekti yaratmağa başlamadan əvvəl bunun nələrə səbəb ola biləcəyini daha ciddi araşdırmaq lazımdır. Alim "şüurlu" robotların mövcud olduğu texnoloji gələcəyin dəhşətli ssenarilərindən uzaq durmağı təklif edir.

Həmçinin oxuyun:

Hokinq mərci udduğunu hesab edir
Stiven Hokinq sağala bilər
Hokinq: "Qara dəliklər mövcud deyil"
Yazını dostlarla bölüş

2 şərh var:

  1. Anonymous5/09/2014

    xahis edirəm yazılarınızda qaynaq göstərin, əks halda yazıların bir qram dəyəri yoxdu. şayədən fərqsizdi.

    ReplyDelete
  2. Birinci abzasda qaynaq yerləşdirilib. Mənbəsiz məlumatlar yayımlamırıq.

    ReplyDelete

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top