Alman fiziklər bır sıra eksperiment keçirərək protonun maqnit hərəkətini dəqiq ölçməyə çalışıblar. Tədqiqatlarla müasir elmin ən böyük sirlərindən biri aydınlaşdırıla bilər. Nature jurnalında dərc edilən məqalədə içərisində yaşadığımız dünyanın necə formalaşdığına dair cavabların axtarışından bəhs edilir.
Qəbul edilmiş nəzəriyyəyə əsasən, 13 milyard il əvvəl Böyük Partlayış (The Big Bang) toqquşduqda annihilyasiya oluna biləcək eyni miqdarda maddə və antimaddə doğurub. Sual yaranır: əgər kainatımızın əvvəlki mərhələlərində eyni miqdarda maddə və antimaddə mövcud idisə, həmin antimaddə hara yox oldu və yaşadığımız kainat niyə əsasən maddədən ibarətdir?
Son illər ərzində fiziklər bu sirrin üstünü açmağa çalışırdı. Ən perspektiv istiqamətlərdən biri hissəcik və antihissəciklərin maqnit hərəkətinin müqayisəsidir. Onlar arasındaki hətta cüzi fərq belə mövcud maddə və antimaddə assimetriyasını izah edə bilər.
Alman fiziklərin apardığı genişmiqyaslı tədqiqatlar bu sualların cavablandırılmasına kömək edəcək. Son tədqiqatda alimlər vacib nəticələrə yiyələndiklərini qeyd edirlər. Belə ki, ilk dəfə ayrı protonun maqnit hərəkətini dəqiqliklə ölçməyə nail olublar. Nəticələr Penninq tələsində ələ keçirilmiş hissəcik spektroskopiyası vasitəsilə əldə edilib. Tədqiqatın başında duran Andreas Mozer indiyədək bu vacib ölçünün heç vaxt bilavasitə ölçülmədiyini qeyd edir.
Hazırladıqları məqalədə alimlər protonun maqnit hərəkəti ölçüsünün dəqiqlik dərəcəsinin üç dəfə yaxşılaşdırıldığını bildirirlər - 0,000000003-ə qədər. Beləliklə, son 42 il ərzində ilk dəfə bu cür vacib fundamental konstant dəqiqləşdirilib. Penninq tələsində ayrı hissəcikləri istifadə edən yeni metodika tezliklə antiprotonun maqnit hərəkətinin daha dəqiq ölçülməsində tətbiq ediləcək.
Həmçinin oxuyun:
Antiqravitasiya axtarışları başlandı
İşıqdan materiya əldə ediləcək
Nobel mükafatına layiq kəşfə imza atıldı

0 şərh var:
Post a Comment