Bioloqlar laboratoriyada Mars şərtlərinə oxşar mühit yaradaraq, oraya metan istehsal edən Yer mikroorqanizmlərini yerləşdiriblər. Tədqiqatın nəticələrinə əsasən Yerin ən qədim və primitiv orqanizmlərindən olan metanogenlər Marsda yaşamağa qadirdir.
Metanogenlər - enerji qaynağı kimi hidrogen və karbondioksid köməyilə metan istehsal edən arxeylərdir. Bu təkhüceyrəli orqanizmlərə bataqlıqlarda, iri buynuzlu mal-qara bağırsağında və ayrılan orqanik materiallarda rast gəlmək olar. Anaerob metanogenlər nə oksigenə, nə də orqanik qida maddələrinə ehtiyac duyur. Onlar həmçinin yerin altında yaşamağa qadirdir, bu səbəbdən də Marsda yaşamağa ən ideal namizədlərdəndir.
Arkanzas Universitetindən olan aspirant Rebekka Mikkol laboratoriyada iki metanogen növünün süni Mars şərtlərindəki davranışını araşdırıb. Mikkolu, hər şeydən əvvəl, Marsın donma və ərimə tsikllarında bu orqanizmlərin sağ qalıb-qala bilməyəcəyi maraqlandırırdı. Təcrübədə arxeylər, onların artması üçün təhlükəli olan aşağı temperaturlara tab gətirməli oldular.
Hipotezlərə əsasən, bu gün də Marsda metan istehsal edən orqanizmlər yaşayır. 2004-cü ildə alimlər Mars atmosferi tərkibində metan tapmışdılar, onun mənşəyi isə hələ də mübahisə mövzusudur. Bioloq Timoti Kral bu versiyalara əsaslanaraq, Mars səthi altında metanogen kimi yadplanetli orqanizmlərin aşkar ediləcəyinin istisna olunmadığını qeyd edir.
Həmçinin oxuyun:
Qədim Mars gölləri həyatı tam dəstəkləyirdi
Marsa aid ən qədim meteoritlər
Marsın ilk sakinləri uşaq doğmayacaq

"Marsın səth temperaturu Mars sutkaları ərzində ani dəyişikliklərə məruz qalır: -90°C və 27°C arası. Marsa düşmüş istənilən orqanizm sağ qalmaq üçün bu cür temperatur dəyişikliklərinə uyğunlaşmalıdır. Araşdırılan hər iki metanogen növü Marsın ənənəvi donma və ərimə tsikllarından sağ çıxmağı bacardı, bu isə o deməkdir ki, onlar Qırmızı planetin səthinin altında yaşamağa qadirdir", - Rebekka Mikkol izah edir.
Hipotezlərə əsasən, bu gün də Marsda metan istehsal edən orqanizmlər yaşayır. 2004-cü ildə alimlər Mars atmosferi tərkibində metan tapmışdılar, onun mənşəyi isə hələ də mübahisə mövzusudur. Bioloq Timoti Kral bu versiyalara əsaslanaraq, Mars səthi altında metanogen kimi yadplanetli orqanizmlərin aşkar ediləcəyinin istisna olunmadığını qeyd edir.
Həmçinin oxuyun:
Qədim Mars gölləri həyatı tam dəstəkləyirdi
Marsa aid ən qədim meteoritlər
Marsın ilk sakinləri uşaq doğmayacaq
0 şərh var:
Post a Comment