Yerdənkənar sivilizasiyaların axtarışı və onlarla əlaqə yaradılması üsullarına dəyişikliklər edilməlidir, alimlər hesab edir. Yarım əsrə yaxındır axtarışda olan ağıllı kosmik qardaşlarımızdan səs-soraq yoxdur. Yüksək intellektli yadplanetli varlıqların kosmosa yaydığı siqnalların axtarışı nəticə verməyibsə, bəlkə səhv bizdən qaynaqlanır?
Kainatımız o qədər böyük bir yerdir ki, burada həyatın yalnız Yerdə inkişaf etmiş ola biləcəyi versiyası şübhəli səslənir. Bir neçə onillikdir ki, alimlər həyat əlamətləri ola biləcək, həyat üçün əlverişli şərtlərə malik astronomik obyektlərin axtarışındadırlar. Hər hansı bir planetdə həyatın hansı yollarla yaranmış ola biləcəyi və ya uzaq kosmosda yadplanetli varlıqların sivilizasiya səviyyəsinə qədər inkişaf edib-etmədikləri məhz astrobiologiya adlı gənc elm sahəsinin cavab tapmağa çalışdığı suallardır.
Bununla əlaqəli olaraq ötən əsrin ortalarında SETI (yadplanetli sivilizasiyalarının axtarışı üzrə tədqiqat mərkəzi) layihəsinin təməli qoyuldu. Layihənin məqsədi dar diapazonda yüksək intellektə sahib yadplanetlilərin kosmosa yaydıqları radiosiqnalların axtarışından ibarət idi. Lakin SETI digər ehtimalı da gözardı qoymur: işdir, əgər qabaqcıl texnologiyaya malik yadplanetlilər bizimlə könüllü şəkildə əlaqə yaratmaq istəsə, onların ünvanlı mesajını cavabsız qoymaq nə dərəcədə düzgün olardı?
Berklidə yerləşən Kaliforniya Universitetindən olan Devid Messerşmitt kosmosa yayılmış ola biləcək potensial yadplanetli sivilizasiyası siqnallarının axtarışı strategiyasına bəzi dəyişikliklər edilməsinin lazım olduğunu irəli sürür. Hesab edir ki, dar diapazonda davamlı siqnal ötürmək üçün yadplanetli sivilizasiyaların enerji ehtiyatı kafi miqdarda olmaya bilər və ya belə diapazonda böyük enerji israfının qarşısını almaq üçün, ona qənaət etmək istəyə bilərlər. Başqa deyimlə, əgər söhbət bizdən dəfələrlə artıq inkişaf etmiş varlıqlardan gedirsə, belə üsul onlara əlverişsiz və "baha" başa gəlməlidir. Professor Messerşmitt qeyd edir ki, əvəzində daha geniş tezlik diapazonunda tək-tək və qısa siqnalların axtarışı ilə məşğul olmaq daha effektivdir.
Bunun üçün Messerşmitt rəsədxanaların qəbul edici cihazlarını yenidən tənzimləmək və qeydə alınan siqnalların bərpasına nəzarət edən proqram təminatını modifikə etməyi təklif edir.
"Lakin Yerdənkənar sivilizasiyalara aid izlərin dar diapazonda da axtarışı davam etdirilməlidir", - hər iki axtarış texnikasının vacib olduğunu hesab edən Messerşmitt, deyir.
Yadplanetlilərlə heç vaxt əlaqə qura bilməyəcəyimizə bir çox səbəblər var. Onlar bizdən xeyli uzaqda ola da, bizimlə əlaqə yaratmaq istəməyə də bilərlər. Doğma planetimiz olan Yerdə bu qədər qarışıq və müxtəlif canlı davranışlarına rast gəliriksə, oxşar amma bizim üçün yad ola biləcək, anlamadığımız yadplanetli zəkasının bizə qarşı "biganəliyini" niyə nəzərə almayaq ki? Hər halda Dreyk tənliyi qalaktikada tənha olduğumuz ehtimalının olmadığını göstərir. Bəlkə də bu mühüm sirrə məhz professor Messerşmittin irəli sürdüyü yeni üsulun tətbiqi sayəsində aydınlıq gətirilmiş olacaq və nəhayət anlayacağıq: "onlar" yoxdur yoxsa biz səhv edirdik?
Həmçinin oxuyun:
* "Yadplanetliləri taparıq... siyasətçilər qoysa"
* Kainatdaki həyatı qamma-partlayışlar məhv edir
* 20 il sonra yadplanetlilərlə ilk əlaqə yaradılacaq
daha ətraflı...
Yerin yaxınlığından ötüb keçən 300 metrlik 2004 BL86 asteroidini radioteleskopla müşahidə edən alimlər, onun ətrafında 70 metrlik peykin dövrə vurduğunu fərq ediblər.
Dünən dünya astronomiya ictimaiyyətinin diqqəti Yerin 1,2 milyon km yaxınlığından keçən 2004 BL86 adlı asteroidə tuşlanmışdı. Bu, astronomik ölçülərlə Yerlə Ay arasındaki məsafənin 3 qatına bərabərdir. 10 il əvvəl aşkar edilmiş asteroidi bütün dünyadan minlərlə həvəskar və mütəxəssislər izləyirdi.
Kaliforniyada yerləşən Deep Space Network-un güclü radioteleskopu həmin müddətdə asteroidin 20 fotoşəklini qeydə adıqdan sonra, alimlər kosmik obyektin ölçülərinə bir qədər düzəliş etməli olublar - daha əvvəl asteroidin yarım kilometr uzunluqda olduğu hesab edilirdi. Lakin ən maraqlı hadisə 2004 BL86 asteroidi ətrafında dövrə vuran 70 metrlik peykin mövcudluğunun təsdiq edilməsi oldu. Müasir astronomik dəyərləndirmələrə əsasən, 200 metrlik və daha böyük Yerətrafı asteroidlərin yalnız 16%-i bir, nadir hallarda isə iki kiçik peykə sahib olur.
Yerlə növbəti asteroidin (məhz 1999 AN10 asteroidinin) görüşü 2027-ci ildə baş tutacaq. Bu kosmik cismin ölçüsü təxmini 800-1800 metr olaraq qiymətləndirilir. 2016-cı ildə NASA-nın həyata keçirməyi planlaşdırdığı OSIRIS-REx adlı kosmik missiyada isə Yerətrafı asteroidlərdən biri 101955 Bennu-ya aparat göndəriləcək.
Həmçinin oxuyun:* Yarımkilometrlik asteroid Yerə yaxınlaşır
* "Dawn" zondu Serera ilə görüşə hazırlaşır
* Asteroidin "anatomik atlası" tərtib olundu
daha ətraflı...
Böyük asteroid qurşağına daxil olmuş NASA-nın "Dawn" kosmik zondu, onun ən böyük obyektlərindən olan cırtdan planet Sereranın ilk yaxından fotoşəklini çəkib.
Sereranın bu görüntüsü hələlik 27 piksel ölçülü bort kamerası matrisasındaki ləkəyə oxşayır. Buna baxmayaraq bir sıra fotoşəklin bərpası nəticəsində 950 kilometrlik səma cismi üzərindəki kraterləri artıq ayırd etmək mümkün olub.
Fotoşəkillər 383 min kilometr uzaqlıqdan lentə alınıb - bu, Yerlə Ay arasındaki məsafədən bir qədər azdır. İlkin görüntülər Sereraya yaxınlaşma hazırlıqları işində və oriyentasiyada böyük əhəmiyyət daşıyır. Çoxdan gözlənilən bu hadisənin bu ilin 6 mart tarixində baş tutacağı hesablanıb.
Serera (Ceres) - Yerə ən yaxın cırtdan planet və asteroid qurşağının ən iri obyektidir. "Dawn" zondu daha əvvəl, 2012-ci ildə qurşağın ikinci ağır cismi olan Vesta asteroidini 210 kilometr hündürlükdən araşdırdıqdan sonra, cırtdan planetə doğru yol almışdı. Aparatın Sereranın orbitinə fevral ayının sonlarında daxil olub, bir neçə ayı orada keçirəcəyi nəzərdə tutulur.
İndiyədək Sereraya aid əldə edilmiş ən uğurlu fotoşəkillər kosmik teleskop Xabbl (Hubble) tərəfindən 2003 və 2004-cü illərdə çəkilib. Yanvar ayının sonunda "Dawn" zondunun çəkəcəyi fotoşəkillər isə əvvəlkilərdən daha keyfiyyətli olacaq ki, bu da Sereranın əslində nəyə bənzədiyini daha yaxşı görməyimizi təmin edəcək. Geriyə yalnız gözləmək qalır.
Həmçinin oxuyun:
* "Dawn" zondu Serera ilə görüşə hazırlaşır
* Yarımkilometrlik asteroid Yerə yaxınlaşır
* Titanda müəmmalı obyekt aşkar edildi
daha ətraflı...
1980-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qədim ölümcül çiçək xəstəliyi üzərində qələbə çalındığını açıqlamışdı. Genişmiqyaslı vaksinasiya proqramları və dünya həkimlərinin səyi nəticəsində bir vaxtlar milyonlarla insanın ölümünə səbəb olan xəstəliyin təhlükəsi aradan qaldırılmışdı. Mütəxəssislərin rəyinə görə, 2015-ci il daha bir ölümcül xəstəlik üçün son ola bilər. Bu xəstəliyin adı drakunkulyozdur.
Elə də ölümcül olmasa da, uzun müddət davam edir və adətən əlilliyə səbəb olur. Bu, orqanizmə əsasən kirli su vasitəsilə düşən rişta qurdlarının yoluxdurduğu helmintoz parazitidir. Sürfələr bağırsağa düşdükdə onun divarını gəmirməyə başlayır və limfatik sistem yoluyla bədənə yayılırlar. İnkişaf edib, artaraq, dişiləri dərialtı toxumaya miqrasiya edir. Burada onlar hətta 80 sm-ə qədər uzana bilərlər. Daha sonra dərini deşib, bədənlərinin bir ucunu çölə çıxararaq, yeni sürfələrini suya atırlar.
Yaxın keçmişdə drakunkulyozun olduqca yayılmış xəstəlik olmasına baxmayaraq, bu gün bu xəstəliyə sadəcə Afrika və Asiyanın tropik ölkələrində rast gəlmək olar. ÜST-ün 1986-ci ildəki statistikasına əsasən, hər il nematodlar (yumru qurdlar) ümumilikdə 21 ölkədən 3,5 milyon insanı məhv edirdi. Xəstəliklə mübarizə üçün misilsiz səylər göstərildi və artıq 2000-ci ildə xəstələrin sayı 75 minə düşdü. Ötən il isə bu xəstəlikdən əziyyət çəkən insanların sayı rekord miqdara - cəmi 126 nəfərə endirildi. ÜST mütəxəssisləri tezliklə, bəlkə də bir neçə ay sonra drakunkulyozun tamamilə məhv edildiyini açıqlayacaqlarını deyirlər.
Xəstəlik üzərində qələbə bir sıra yollarla əldə edilib. Bu xəstəliyi cəmi bir parazit növü meydana gətirir. Yoluxma prosesi elmə məlum olduğundan, onunla mübarizə də çətin keçmir. Sadəcə yoluxma yolunu bağlamaq kifayətdir ki, infeksiya dayansın. Drakunkulyozla mübarizə strategiyası da olduqca ağıllı idi. Belə ki, pandemik ərazilərdə yaşayan sakinlərin, xəstəlik yayılması ilə bağlı xəbərdarlıq etməsi tələb olunur, onlara çoxlu sayda ucuz su təmizləyən filtrlar təklif olunur və hər yeni xəstəlik yayılması hadisəsi xəbərinin çatdırılması müqabilində 100 dollar dəyərində mükafat ödənilirdi. Bütün bu addımlar nəticəsiz qalmadı - tezliklə bəşəriyyətin düşmənlərinin sayı bir az da azalacaq.
Həmçinin oxuyun:
* Bağırsaq bakteriyaları insanı manipulə edir
* Xərçəng xəstəliyi müalicəsinin yeni strategiyası təqdim edildi
* Şizofreniyanın təbiəti genetikdir
daha ətraflı...
Ötən ilin may ayında yenidən aktivləşdirilmiş "Kepler" kosmik teleskopu Günəş sistemi yaxınlığında bir neçə ekzoplanet aşkar etməyə nail olub. Bu ekzoplanetlər Yerlə müqayisə edilə biləcək ölçüdədir.
Tapılmış planetlər, Günəş sisteminə ən yaxın parlaq obyektlərdən biri olan və şir bürcü ulduz qrupunda yerləşən EPIC 201376065 ulduzu ətrafında dövrə vurur. Mütəxəssislər ulduzun parlaqlığındaki yırğalanmalara diqqət yetirərək, əyri parıltıları analiz ediblər. Tədqiqat Avropa cənub rəsədxanası, həmçinin bir sıra ABŞ rəsədxanaları köməyilə aparılıb. Nəticədə planetlərin bəzi vacib göstəriciləri (obyektə qədərki məsafə, radius və s.) hesablanıb.
Hər üç planet kifayət qədər kiçik ölçüdədir və kiçik superyerlər kateqoriyasıa aid edilirlər. Onları həm də Yerin "əkizləri" deyə adlandırırlar. Planetlərin radiusu Yerinkini təxminən 2 dəfə üstələyir. EPIC 201367065 ulduzu isə kiçik soyuq qırmızı cırtdanlardandır, ölçüsü və kütləsi Günəşin analoji göstəricilərindən təxminən 2 dəfə azdır. EPIC 201367065 bizdən 150 işıq ili uzaqlıqda yerləşsə də, kosmik ölçülərlə bu məsafə "yaxın" hesab edilir.
NASA-nın astronomik peyki olan "Kepler" teleskopu, ekzoplanetlərin aşkar edilməsi üçün planlaşdırılan yüksəkhissiyatlı fotometrlə təchiz olunub. Həmin cihaz 12 may 2013-cü ildə sıradan çıxmış, lakin təxminən bir il sonra, 30 may 2014-cü ildə alimlərin səyilə yenidən "canlandırılaraq", yeni "K2" missiyasına keçid almışdı.
Aşkar edilmiş ekzoplanetlərin sonraki tədqiqatları üçün artıq kosmik teleskop "Xabbl"ın (Hubble) imkanlarından yararlanılacaq. Alimlər növbəti araşdırmalarda ekzoplanetlərin atmosferi, kimyəvi tərkibi, kütləsi və sıxlığı ilə maraqlanacaqlar. Ümumiyyətlə qeyd edilmiş ulduz sistemi elmə mühüm məlumatlar təmin edə bilər. Belə ki, bu sistemin planetlərinin birində hətta maye sudan ibarət okeanın mövcud ola biləcəyi ehtimal edilir.
Həmçinin oxuyun:* "Kepler" dirildi: Yeni ekzoplanet tapılıb
* "New Horizons" yuxudan oyandı: Pluton araşdırmaları başlanır
* "İkinci Yer" olmağa namizəd planet tapılıb
daha ətraflı...
Fakt faktlığında qalır ki, alimlər arasında qadınlar azlıq təşkil edir. ABŞ-dan olan psixoloq mütəxəssislər bəşəriyyətin ikinci gözəl yarısının elmdə hansı səbəbdən zəif təmsil olunduğunu izah etməyə çalışıblar. Tədqiqatın nəticələri olduqca gözlənilməz olub.
Sorğuda 1800 nəfər, xüsusilə professorlar və aspirantlar iştirak edib. Bu insanlar ən müxtəlif elm sferalarında işləyən mütəxəssislərdir. Onların hər birisinə, həyatdaki sahələrində uğur əldə etmək üçün əsas məqsədlərinin nə olduğu ilə bağlı sual ünvanlanıb. Sorğuda iştirak edənlərin təxminən yarısı uğurun əsas faktorunun dahiyanəlik olduğunu deyiblər. Digər iştirakçılar isə hövsələlik və zəhmətsevərlik kimi keyfiyyətləri daha üstün tutublar.
Məlum olub ki, fizika və ya fəlsəfə kimi elm sahələrində bir növ "dahilər kultu" mövcuddur. Məhz bu tip fənnlərdə qadınların azlıq təşkil etdiyi aydın olub. Buna baxmayaraq tədqiqatçılar heç də qadınlar arasında dahilərin az olduğunu demirlər - səbəb tamamilə fərqli ola bilər. Burada söhbət təsirlənmə qabiliyyətindən gedir. Kişilər və qadınlar qeyri-adi bacarıq ehtiyacını fərqli şəkildə dərk edə bilərlər - kişi meydan oxunması və ya çağırışı məmnuniyyətlə qəbul edərkən, qadını belə elm sahəsi "qorxudacaq".
Alimlər tədqiqatı cəmi bir hipotezlə məhdudlaşdırmayıblar. Gəldikləri qənaətə görə, elm dünyasında az saylı qadın olduğu, ağır iş yükü, iş yerləri uğrunda yüksək rəqabət və kişilərin analitik düşünməyə daha yaxşı uyğunlaşdıqları faktı ilə bağlıdır. Lakin "dahilər kultu" hipotezi daha obyektiv qiymətləndirilib.
İndi isə alimlər qadınların qeyri-adi düşünmə tələb edən istiqamətlərdən uzaq durduqlarının şüurlu şəkildə edildiyi, yaxud onların elm rəhbərləri tərəfindən diskriminasiyaya məruz qaldıqlarını aydınlaşdırmağa çalışırlar.
Həmçinin oxuyun:* Dini tərbiyə almış uşaqlar reallıqla xülyanı ayırd edə bilmir
* Televizor seyr etmək insanın təkamülünü gecikdirir
* Kişi və qadın beyni arasında fərq tapıldı
daha ətraflı...
Alimlər "Ukok Kadın" adlı məşhur Altay şahzadəsinin mumiyasını diriltməyi bacarıblar. Deyilənlərə görə, şahzadə olduqca qəddar və qisaskar xarakterə sahib olub.
1993-cü ildə qalıqları tapılmış Ukok Kadının ən problemli hissəsi kəlləsidir. Qərbli mütəxəssislər buz təzyiqinin kəllə üzərində təsiri olduğuna baxmayaraq, ikinci adı "Oçı-bala" olan şahzadənin surətini canlandırıblar.
İlk öncə modelin hazırlanması üçün plastilindən istifadə edilib, ardından isə xüsusi silikon-rezin qarışığından hissə-hissə əzələ qatı və dəri yığılıb. Alimlər daha sonra saç və kiprik rənglənməsi detallarına keçid alıblar. Belə ki, şahzadənin saç düzümünün yaradılması üçün onun başına 100 min tük əkilməsinə ehtiyac olub. Altay şahzadəsinin çiyni, bədənində aşkar edilən tatunun eynisi ilə bəzədilib.
Alman mütəxəssislər sifətin 75% dəqiqliklə, burun sümüyünün bir hissəsi, saç və göz rəngləri bilinmədiyi səbəbindən isə digər 25%-in interpretasiya ilə hazırlandığını qeyd edirlər. Ümumən şahzadənin yeni zahiri görünüşü daha əvvəl hesab edildiyindən xeyli fərqlənir.
Ukok şahzadəsi (Altay şahzadəsi, Oçı-bala, Kadın) - 1993-cü ildə qədim Ak-Alax qəbristanlığında aparılmış arxeoloji qazıntılar gedişatında tapılmış mumiyanın adıdır. 2001-ci ildə aparılmış DNT analizi Kadının, selkuplar və ketlərin də aid olduğu pazırık mədəniyyəti nümayəndəsi olduğunu göstərib.
Həmçinin oxuyun:
* Türk genomunun 8%-i monqol genlərindən ibarətdir
* Mumiyalarda yüksək xolesterin və tatu aşkar edildi
* Maya sivilizasiyasının yox olma səbəbi nədir?
daha ətraflı...