January 7, 2015

"İkinci Yer" olmağa namizəd planet tapılıb

Yadplanetli həyatının yaranması və inkişaf etməsi üçün əlverişli şərtlər daşıyan ekzoplanetlər sırasına daha biri əlavə olunur. Amerika Astronomiya Cəmiyyətinin hər il təşkil olunan iclasında yenicə tapılmış 8 ekzoplanetin siyahısı təqdim edilib. NASA-dan olan 26 alimin də iştirak etdiyi iclasda, siyahıdaki planetlərdən birinin "İkinci Yer" olduğu...
daha ətraflı...

January 6, 2015

Maya sivilizasiyasının yox olma səbəbi nədir?

Qədim Amerika xalqı olan mayaların tarixin səhnəsindən ani silinməsi bir çox şübhələrə səbəb olur. Bu şübhələrin bəzisinin elmi əsası olsa da, digərləri sadəcə iddia olaraq qalır. Psevdoelm həvəskarları olan konspiroloqlar mayaları hətta qədimdə Yerdə yaşamış və günlərin bir günü naməlum səbəblərdən buranı tərk edərək, fantastik planetlərinə köç...
daha ətraflı...

Superkütləli qara dəlikdən rekord miqdarda tullantı

Astronomlar "Çandra" kosmik rentgen rəsədxanası köməyilə Süd Yolu qalaktikasının mərkəzində yerləşən superkütləli qara dəliyin tullantı atdığını müşahidə ediblər. Qeyd edilir ki, bu, kosmik tarix ərzindəki ən böyük miqdarda tullantı atılması hadisəsidir. Qalaktikamızın mərkəzində Oxatan A (Sgr A) adlı superkütləli qara dəlik yerləşir. Bu qara...
daha ətraflı...

January 4, 2015

Kral Davudun dövləti mövcud olub

Arxeoloqlar kral Davud və Süleymanın yaşamış olduqlarını və e.ə. IX-X əsrlərdə İsrailə başçılıq etdiklərini göstərən yeni dəlillər əldə ediblər. Onlar, İsrailin cənub bölgəsində, Qəzza yaxınlığında palçıqdan hazırlanmış möhürlər tapıblar. Möhürlərin üzərində rəsmi yazışma işləri üçün planlaşdırılmış əl basmalarını aşkar edən alimlər, bu ərazidə...
daha ətraflı...

Seks nə vaxt yaranıb?

Alimlərdən ibarət beynəlxalq kollektivin gəldiyi yeni qənaətə görə, seks təxminən 385 milyon il əvvəl meydana gəlib. Belə çoxalma üsulundan ilk dəfə Microbrachius dicki adlı zirehli balıqlar yararlanıblar. Tədqiqatçılar tarixdə ilk dəfə məhz bu heyvanların kürütökmə üsulunu unudaraq, sekslə artmağa başladıqlarını qeyd edirlər. Buna qədər...
daha ətraflı...

January 3, 2015

"Dawn" zondu Serera ilə görüşə hazırlaşır

Tarixi görüşə az qalıb. NASA-nın rəsmi saytından alınan məlumata görə, avtomatik planetlərarası zond "Dawn" 2015-ci ilin mart ayında cırtdan planet olan Sereranın orbitinə daxil olacaq. "Dawn" (Şəfəq) zondu Vesta asteroidi və cırtdan planet Sereranın öyrənilməsi məqsədilə öz kosmik səyahətinə 2007-ci ilin sentyabr ayında start vermişdi. Cihazın...
daha ətraflı...

Zülallar DNT-yə ehtiyac olmadan digər zülalları yaradır

Biologiya kitablarından DNT-nin zülalları meydana gətirəcək məlumatları saxladığını öyrənmişik. Zülallar, bədənimizdəki proseslərin böyük bir qismini idarə edən kimyəvi maddələrdir. 2 yanvar 2015 tarixində "Science" jurnalında dərc olunan bir məqalə, dərs kitablarımızdakı məlumatları sarsıdacaq bir kəşfin reallaşacağını göstərir: zülalların...
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure