April 8, 2013

DNT kosmosda meydana gəldi?

NASA, DNT-nin hissəciklərinin, yəni həyatın hissəciklərinin kosmosda meydana gəlmiş ola biləcəyini göstərən yeni dəlillər tapdı. Sübut, Yerdə həyatın meydana gəlməsini təmin edən hissəciklərin ilk olaraq kosmosda meydana gəlmiş ola biləcəyini göstərir. Tədqiqatı aparan NASA mütəxəssisləri, üzərində DNT elementləri olan bəzi meteoritlərin bu komponentləri kosmosdan gətirdiyini düşünür.

Bu, NASA-nın eyni mövzudakı yeganə tədqiqatı deyil. Goddard Kosmos Uçuş Mərkəzi mütəxəssisləri, buna bənzər işlərin 1960-cı ildən bəri aparıldığını xatırladır. Ancaq, tədqiqatçılar daha əvvəl meteoritlərdə tapılan DNT hissəciklərinin kosmosdamı, yoxsa sonradan Yerdəki həyat formalarındanmı meydana gəldiklərindən əmin ola bilmirdilər. NASA mütəxəssisi Michael Callahan, "Bu hissəciklərin əslində ilk olaraq kosmosda meydana gəldiyinə dair əlimizdə ilk dəfə dəlil var" dedi.

Alimlər daha əvvəl asteroid və kometalarda həyat meydana gətirmə bacarığına malik olan kimyəvi maddələr olduğuna dair fərqli dəlillər əldə etmişdi. Məsələn, Wild 2 adlı kometada canlıların əhəmiyyətli bir parçası hesab olunan zülalları meydana gətirən bəzi amin turşularının mövcudluğu müəyyən olunmuşdu.

NASA-nın internet saytında yer alan xəbərə görə Antartikadan gətirilən meteoritlərdə DNT-nin nukleobaz olaraq adlandırılan parçasını meydana gətirən adenin və guanin'lərə rast gəlindi. Mütəxəssislər bu komponentlərin Yer üzündə formalaşmış ola bilməyəcəyini iddia edirlər, çünki həmin komponentlərə bizim planetdə bu halda rast gəlinmir. Bütün bu tapıntılar "həyatın" bizim planetdə yox, kosmosda formalaşıb sonradan bizim planetə düşdüyünü göstərir. Mütəxəssislər, meteoritlər üzərində yer üzünə dəydikdən sonra parçalara ayrılan DNT hissəciklərinin daha sonra həyatı meydana gətirən DNT bloklarına çevrildiyini hesab edirlər. Araşdırma, Proceedings of the National Academy of Sciences jurnalında nəşr olundu.

Qaynaq: NASA
daha ətraflı...

Həyatın kimyəvi mənşəyini maraqlandıran yeni kəşf

York Universitetindən olan orqanik kimyaçılar həyatın quruluş daşlarını təşkil edən karohidratların mənşəyinin müəyyən olunması istiqamətində əhəmiyyətli irəliləyiş qeyd etdilər.

York Universitetinin kimyaçısı Prof. Paul Clarke başçılığında qrup prebiotik dünyada meydana gələ bilən müddəti yenidən yaratdı.

Nottingham Universitetində həmkarları ilə birlikdə işləyərək sıravi şəkərlərin - treoz və eritroz - necə inkişaf etdiyini göstərən istiqamətdə ilk addımı atdılar. Bu araşdırma Organic & Biomolecular Chemistry'də nəşr olundu.

Bütün bioloji molekullar sağ əl formu ya da sol əl formu olaraq əldə edilə bilərlər. Biologiyada bütün şəkərlər molekulların sağ əl formunu təşkil edir və hətta bütün amin turşuları peptid və zülalların sol əl formunu təşkil edir.

Araşdırmaçılar əksəriyyətlə sağ əl formunun istehsalı ilə nəticələnən şəkərlərin meydana gəlməsini katalin etmək üçün sadə sol əlli amin turşularını istifadə etdilər. Bu karbohidratların necə meydana gəldiyini və təbiətdə sağ əl formunu nə üçün dominə etdiyini açıqlaya bilər.

Prof. Clarke:



"Həyatın mənşəyi haqqında bir çox təməl suallar var. Bu əslində biologiyaya aid edilməlidir, lakin həyat üçün təkmilləşən cansızların yalnız canlı halına gəldiyindən sonra. O nöqtəyə qədər hər şeyin kimya olduğuna elmdə şübhə edilmir. Həyatın kimyəvi mənşəyini anlamağa çalışdıq. Maraqlı suallardan biri karbohidratların haradan gəldiyidir, çünki karbohidratlar DNT və RNT-nin quruluş daşlarıdır. Sadə şəkərlərin -treoz və eritroz- necə meydana gəldiyini göstərmək üçün yolun ilk addımını biz atdıq. Bir çox elm adamının həyat başladığında ətrafda olduğuna əmin olduğu materialların çox sadə dəstindən bu şəkərləri yaratmağa nail olduq."



Qaynaq: ScienceDaily
daha ətraflı...

İbrahimov...

İbrahimov — 1982-ci ilin avqust ayında Beynəlxalq Astronomiya Birliyinin Baş Assambleyasında Azərbaycan ve Sovet astrofiziki, dünyada ilk dəfə Mars planetində qeyri-üzvi birləşmələrin (metal və s.) əsasını təşkil edən molekulların mövcudluğunu kəşf edən Nadir İbrahimovun şərəfinə adlandırılan Mars səthindəki kraterdir.

Nadir Baba oğlu İbrahimov (1932 −1977) — Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Azərbaycan və Sovet astrofizikidir.

Nadir İbrahimov əsasən Günəş sisteminin bir çox planetlərinin atmosferinin fizikasının tədqiqatları ilə məşğul olurdu. İbrahimovun şərəfinə Mars planeti səthində krater adlandır
ılıb.
daha ətraflı...

Öldükdə 21 Qram Kütlə İtiririkmi? Ruh Varmı ?

ƏFSANƏ: İnsanlar öldükləri anda 21 qram yüngülləşirlər. Bu, bədəndən çıxan ruhun ağırlığıdır. Elm adamları X ildə bağlı bir vakuumda etdikləri təcrübə ilə bunu təsdiq etmişlərdir.

HƏQİQƏT: Ruh, elmi bir anlayış deyil və əslində yoxdur. İnsanların anlaya bilmədikləri davranışları və ümumi olaraq insanın həyatda olmasının "qüdrətini" açıqlamaq üçün uydurduqları, bədən-üstü olduğunu iddia etdikləri və əsla ölmədiyini düşündükləri (çünki şüurlu olan insan ölmək fikrindən qorxur, əsla ölməyəcəyini və ya öldükdən sonra yeni və əbədi bir həyata başlayacağını düşünür) bir əfsanədir. Mövzumuz heç də ruh anlayışı olmadığından burada saxlayırıq.

Elm tarixində heç bir zaman tamamilə vakumlanmış bir mühitdə, bir canlı, insan öldürülərək həddindən artıq həssas tərəzilərlə bir ölçüm təcrübəsi edilməmişdir. Bu, insanların şəxsi fikirlərini dəstəkləmək üçün elmi çirkin əməlləri ilə təhrif etmələrinə acı bir nümunədir.

Bu nağılın ortaya çıxması belə olmuşdur: 11 Mart 1907 tarixində New York Times qəzetində (səhifə 5) və Aprel 1907 tarixində American Medicine jurnalında çıxan bir məqaləyə görə Massachusetts'dəki bir xəstəxanada işləyən həkim Duncan MacDougail, ruhun varlığını isbat etmək və ağırlığını ölçmək üçün vakumlu olmayan bir mühitdə, kütlə itkisinin ola biləcəyi bir şəkildə, bir təcrübə hazırlamışdır və ölməkdə olan 6 xəstəsinin ölüm anını təqib etmişdir. Bu xəstələrdən yalnız biri 3/4 ons (təxminən 21 qram) kütlə itirmişdir. Digər beşində heç bir kütlə itkisi olmamışdır. Həkim 15 itlə təcrübəni təkrar etmiş və kütlə dəyişməsinə rastlamayaraq "İnsanların ruhu vardır, lakin itlərin yoxdur.." şəklində əsassız bir nəticəyə çatmışdır. Təcrübə onsuz da başdan müvəffəqiyyətsiz olmuşdur (idarəli olmadığı üçün). Təkcə, məsələn kütlə itkisinin heç bir mənası yoxdur (statistikada belə həssas bir təcrübə üçün yüzlərlə nümunə lazımdır, tək bir adamın məlumatı məna ifadə etmir); yazar qalan 5 nümunədəki kütlə qeybi olmamasını isə "texniki axsaqlıq" olaraq təyin etmişdir (bu da eynən mənasız bir açıqlamadır); ölüm anı dövrümüzün müasir texnikalarıyla belə tam olaraq müəyyənləşə bilməz (həkim, məqaləsində 40 dəqiqəlik bir zaman ərzində dəyişmələri qeyd etdiyini bildirmişdir). Qısaca, edilən təcrübə məşhur mədəniyyətdə bir əfsanə olmağı bacarmış, ancaq heç bir elmi əsası olmayan, zəif bir sınaqdır. Həqiqi bir elm adamının, 6 insan və 15 it üzərində edilən bir təcrübədə, 5 insanda və 15 itin hamısında hər hansı bir kütlə mübadiləsi olmursa, yalnız 1 dəyişməyə baxaraq insanların "ruh" u olduğunu demək yerinə, 5 insan və 15 itə baxaraq heyvanların fövqəl hər hansı bir xüsusiyyətə sahib olmadıqlarını və ya ən azı ölüm zamanı kütlə itkisinin əhəmiyyət verilməyəcək miqdarda olduğunu və ekoloji / fiziki ünsürlərə bağlı olduğunu çıxarması lazım idi.

ELMİ CAVAB: İnsan bədəni öldükdən sonra yüngülləşir, lakin bu 21 qram olaraq heç bir elmi təcrübədə ölçülməmişdir və əsla sabit bir dəyər deyil. Öldüyümüzdə sidik kisəsi boşalaraq içəridə olan sidik çölə çıxır; rektum boşalaraq bağırsaqlarımızdaki nəcis çölə çıxır; ağciyərlərimiz boşalaraq saxladıqları havanı çölə buraxırlar və hətta dərimizdə bəzən bədən mayeləri çölə axır (məsələn ağızımızdan tüpürcək axa bilər). Bütün bunların cəmi, insanlarda fərqli yüngülləşmələrə səbəb ola bilər və bu çox təbiidir. Bunu, onsuz da var olmayan ruh kimi bir elmdən kənar anlayışın ağırlığına əlaqələndirmək mənasızdır (onsuz da metafizik olduğu iddia edilən bir varlığın, fiziki xüsusiyyətlərlə təyin olunması başlı başına bir ziddiyyətdir).
daha ətraflı...

Neandertal DNT-si düzüldü

Almaniya Leipzig'dəki Max Planck Təkamül Antropologiyası Universitetindən olan elm adamları cənub Sibirdə 2010-cu ildə tapılan Neandertala aid bir ayaq barmağı sümüyünü istifadə edərək insanın var olmuş ən yaxın qohumu hesab olunan Neandertallara aid genomun 50 qatını başdan sona sıraladı. 1.79 gigabayt sahə örtən genomun 99.9 %'lik qismi insanın gen düzülüşünü təkrar edir. Mitoxondrial DNT və nüvə DNT-si üzərində aparılan araşdırmalardan isə, müasir insan olaraq bilinən biz Homo sapiens növündən qohumlarımıza 1%'lik bir gen ötürülməsi olduğu görülür. Bu da insanlar ilə Neandertalların qarşılaşaraq çütləşdikləri fikrini yenidən təsdiqləyir.

Baş tədqiqatçı Svante Pääbo mövzuyla əlaqədar bunları söyləyir: "Neandertal genomu, bu gün yolda gedən hər hansı bir müasir insanınkı qədər əskiksiz şəkildə ortaya qoyuldu."

Elm adamları hazırda bu yeni genom sıralamasını əllərindəki hissə-hissə olan genomlar ilə müqayisə edirlər. Hissələrdən biri keçən il nəşr olunan Denisova genomuna aiddir. Fotoşəkildə Neandertallar, Denisovalar və müasir insanların təkamül ağacı dəqiq bir şəkildə ortaya qoyulmuşdur.

Pääbo: "Neandertal və Denisovaların keçmişi və müasir insanın ayrıldığı nöqtədən etibarən olan genetik dəyişikliklər haqqında əhəmiyyətli məlumatlar əldə edəcəyik."


Qaynaqlar: Sciencemag , Theverge
daha ətraflı...

Yararlı Mutasiya Nümunələri

1) E. coli bakteriyası normal olaraq laktozanı parçalaya bilmir (laktoza intoleransı). Lakin Boston Universitetindən Prof. John Cairns və qrup həmkarlarının etdikləri və New Scientist jurnalında nəşr olunan bir təcrübə nəticəsində, Mu adlı bir bakteriofaq (bakteriyaları infeksiyalaşdıran bir virus) istifadə edilərək genetik materialda olan beta-galactosidase genində meydana gətirilən bir mutasiya sayəsində bakteriyaların laktozu həzm edə bilməyə başladıqları ortaya çıxmışdır. Daha sonradan fərqli üsullarla bənzər təcrübələr təkrarlanmış və eyni nəticələr əldə olunmuşdur. Bu da bakteriyalar baxımından bir yararlı mutasiya nümunəsi olaraq qarşımıza çıxmaqdadır.

2) 2001-ci ildə aparılan bir tədqiqatın nəticəsinə görə, insanlarda olan CCR5 adlı bir gendə meydana gələn 32 silinmə tipi mutasiya nəticəsində bu gen baxımından homoziqot fərdlərdə HIV müqaviməti, heteroziqotlarda isə HIV əlamətlərinin ortaya çıxmasında gecikmə meydana gəldiyi sübut edilmişdir. Bu, yararlı mutasiyalara bir nümunədir.

3) Bennett, Mittler və Lenski'nin Evolution jurnalında nəşr etdikləri bir araşdırmaya görə araşdırmaçılar 2.000 nəsil boyunca 37 santiqrad dərəcədə yaşamağa uyğun E. coli bakteriyası yetişdirmişlərdir. Daha sonra bu populyasiyadan 3 nümunə populyasiya alınıb 32 dərəcədə, 37 dərəcədə və 42 dərəcədəki mühitlərə yerləşdirilmiş və 2.000 nəsil daha keçməsi gözlənilmişdir. Bu nəsillərin adaptiv müvəffəqiyyətləri (təkamül dəyişmələri) davamlı təqib edilmişdir. İlk anda 32 dərəcəyə buraxılan nəslə görə, 2.000'-ci nəsil 10% daha adaptiv müvəffəqiyyətə sahib olan fərdlərdən meydana gəlmişdir, yəni populyasiya içərisində yeni istiliyə qarşı bir təkamül prosesi baş vermişdir. Oxşar şəkildə, 42 dərəcəyə buraxılan ilk nəsilə görə, 2.000'-ci nəsil 20% daha müvəffəqiyyətlidir. 37 dərəcədə buraxılan fərdlərdə heç bir adaptiv dəyişiklik müşahidə olunmamışdır. Bu vəziyyətin nəsillər içərisində meydana gələn mutasiyalara bağlı bir müxtəlifliyin seçilməsindən və yığılmasından qaynaqlandığı təsdiq edilmişdir. Bu da yararlı mutasiyaya bir nümunədir.

Daha bir neçə nümunə də artırmaq olar. Həmçinin bir mutasiya eyni zamanda həm yararlı, həm də zərərli ola bilər. Misalçün, bədənimizdəki bir bakteriyada baş verən mutasiya bakteriya üçün yararlı hesab olunacaq, çünki bu sayədə bizim immunitet sisteminizdən qurtulmağın yolunu tapan variasiyalar meydana gələcək. Bunların da təbii seçmə ilə dəstəklənməsi nəticəsində orqanizmimiz bakteriyanın köləsi halına gələcək və bu proses bizi ölümə doğru aparacaq. Gördüyünüz kimi bir mutasiya bakteriya üçün yararlı, insan üçün isə zərərli oldu. Buna səbəbdən də bir mutasiya növünə iddialı şəkildə zərərli və ya yararlı demək yalnış olardı.
daha ətraflı...

İnsanın Əcdadlarının Dəriləri Nə Rəng İdi?

Dövrümüzün insanlarının son əcdadlarının dəri rənginin qara olduğunu deyə bilərik. Yəni bu günki ağ dəri rənginin, qara dəri rəngindən təkamülləşdiyi məlumdur.

İnsanların son 1.7 - 1.2 milyon ildir az qala tüklərini tamamilə itirmiş bir canlı qrupu olduğunu bilirik (ki bu dövrdə də bildiyimiz qədəriylə bizlər, yəni Homo sapiens növü tapılmırdı). Bu tük tökülməsinin mənbələri 4 milyon il əvvəlinə qədər uzana bilər.

Tükləri hələ də olan, insanabənzər primat əcdadlarımıza dönəcək olsaq (ki bu ən az 4-6 milyon il geriyə getmək deməkdir), bu canlıların dərilərinin açıq-qara olduğunu deyə bilərik. Çünki tüklər, UV şüalarının böyük nisbətdə qarşısını alırdı və əlavə bir melanin qoruma layına ehtiyac duyulmurdu. Yalnız az miqdarda, bədənə cüzi əsmərlik verəcək qədər UV şüası kafi olacaqdı. Bu günkü tüklü meymunlarda da bənzər vəziyyətləri görürük.

Lakin insan növü, tüklərini itirdikdən sonra Afrika kimi ölümcül istiliklər və şüaların gəldiyi bir coğrafiyada, sözün tam mənasıyla "lüm-lüt" qalmışdı. Bu səbəblə, nəsillər içərisində, doğumdan etibarən daha tünd bədənli insanlar üstünlüklü hala gəlmiş və melanosit hüceyrələri daha çox melanin istehsal edəcək şəkildə adaptasiya olmuşdur.

Bütün bunlar, insanın 4 milyon il əvvəlki əcdadlarından, təxminən 150.000 il əvvəl, Homo sapiensin ilkin fərdləri ilk olaraq Afrikadan çıxaraq Uzaq Şərq və Şimali Avropa ərazilərinə köç edənə qədər, hər keçən nəsildə daha tünd bədənli və zənci fərdlərin ortaya çıxmasına səbəb olmuşdur. Sonradan, yayıldığı yeni coğrafiyalardakı UV şüası miqdarına adaptasiya olan növümüz, bir-birindən fərqli bədən rəngləri təkamülləşdirmişdir. Bunlardan ən geniş yayılmış olanlarından biri isə ağ dəri rəngidir.
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top