"Kassini" zondu Saturnun peyki Titanın karbohidrogen tərkibli dənizlərinin birinin sahilində müəmmalı obyekt aşkar edib. Qəribə struktur zamanla yoxa çıxıb, ardından yenidən peyda olur.
Görünüşcə adanı xatırladan obyekt "Kassini" zondunun əldə etdiyi şəkillərdə ilk dəfə 2013-cü ilin iyulunda görülmüşdü. O vaxt kosmik cihaz Titanın üzərində keçirdi. Daha əvvəlki şəkillərdə isə həmin obyektə aid heç bir əlamət yoxdur. Bir neçə il əvvəl NASA mütəxəssisləri əldə etdikləri görüntüdə nəyin olduğunu aydınlaşdırmaq üçün həmin sahədə yeni çəkilişlər etmiş, lakin müəmmalı obyekt bu dəfə gözdən itmiş və alimlər tərəfindən "texniki xəta" kimi dəyərləndirilmişdi.
2014-cü ilin avqust ayında "Kassini" yenidən Titan üzərindən keçərkən yeni görüntülər qeydə alıb. Bu dəfə dənizin sahilində bir daha həmin müəmmalı struktura rast gəlinib. Alimlər hər hansı bir texniki yalnışlıq olmadığını anladıqdan sonra Titan dənizinin sahilindəki strukturun 160 kvadrat kilometr sahəni əhatə etdiyini bildirərək, onun mövcudluğunu təsdiqləyiblər. Obyektin nədən ibarət olduğunu isə hələlik dəqiqləşdirmək qeyri-mümkündür. NASA mütəxəssislərinin versiyalarına əsasən, qəribə obyekt dalğa və ya Titanda fəsil dəyişikliyi ilə əlaqədar meydana gələn naməlum təbii struktur ola bilər.
Müəmmalı obyektin görüntüləri və alimlərin rəyi NASA-nın bir neçə agentliklərinin saytlarında dərc edilib.
Həmçinin oxuyun:
NASA Titana göndəriləcək sualtı gəmini seçir
Europaya avtomatik zond göndəriləcək
Hindistan Marsa doğru

0 şərh var:
Post a Comment