Showing posts with label Məqalələr. Show all posts
Showing posts with label Məqalələr. Show all posts

October 16, 2013

Süni Seçmə

Növyaranma mexanizmləri mövzusunda bir neçə ay əvvəl ilk olaraq təbiətin ən güclü qanunlarından biri olan Təbii seçməni mümkün olduğu qədər ətraflı izah etməyə çalışdıq. Bunu Süni seçmədən qabağa salmağımız, əvvəlcə bir təbiət qanununu sizlərə tanıdıb, daha sonra isə onun praktik tətbiqi olan Süni seçməni tanıtmaq istəyimizdən qaynaqlanırdı. Əsrlərdir insanların, fərqində olmadan ya da tam olaraq anlamadan istifadə etdikləri Süni seçməni açıqlayaraq təkamülü izah etməyə çalışmaq insanların gözündə müəyyən bir obraz yaratmaq məqsədiylə daha asan olur. Bunu bilən Darvin də, Təbii seçmə nəzəriyyəsini irəli sürmədən əvvəllər bütün detallarıyla Süni seçməni oxucularına ətraflı izah edə bilirdi. Onsuz da Darvinin təbiətdə baş verən bu Təbii seçmə prosesini qavramasının əsas səbəbi, Süni seçməni çox yaxşı bildiyi idi. Biz də, əvvəlcə Təbii seçməni sizlərə təqdim etmək istədik, indi isə bu həqiqətin kəşfinə səbəb hesab edilə biləcək digər bir qanun, Süni seçməyə nəzər salaq.


Süni seçmə necə tətbiq olunur?


Süni seçmə, xüsusilə bəzi canlılar tərəfindən digər canlılar üzərində şüurlu olaraq tətbiq olunan seçməyə deyilir. Təbii seçməni qavrayan birinin Süni seçməni dərk etməsi olduqca asan olacaq. Çünki Süni seçmə bir canlının, bir digər canlının törəməsini və həyatda qalmasını (canlılığın iki təməl zərurilikləri) öz istəkləri daxilində məhdudlaşdıraraq və ya istiqamətləndirərək, müəyyən funksiyaların nəsillər ərzində seleksiyası nəticəsində, seçən növ tərəfindən ən "istənilən" fərdlərin əldə edilməsini hədəfləyir. Bunun ən sadə və ən fundamental nümunəsi insanın öz məqsədləri istiqamətində digər növləri əhilləşdirib dəyişdirərək yeni növlər əldə etməsidir. Amma misalları sonda göstərəcəyik. Süni seçməni daha da ətraflı izah etmək istəyirik.

Təbii seçmə, təbiətdəki müxtəliflik daxilində mühitə adaptasiya olmaq baxımından ən üstün fərdlərin seçilib artaraq özlərindəki bu üstün genləri balalarına köçürməsi deməkdir. Bu, süni yollarla, seçici faktor təbiət şərtləri olmadan, bir növün tam istəkləri və ya məqsədlərinə uyğun olaraq da edilə bilər. Bu üsulla növlərin dəyişilməsinə səbəb olan təbiət qanununa Süni seçmə deyilir.


Süni seçmə əvvəlcə müəyyən bir xüsusiyyətin bir canlı qrupunda istənilməsi ilə başlayır. Təbii ki, arzulanan bu özəlliyin ən azından ilkin bəzi xüsusiyyətlərinin populyasiyanın "genetik hovuzu" içərisində meydana gəlməsi gözlənilir. Bir inəyi uçma funksiyası qazanma üçün seçməyə tabe tutsaz, demək hədəf uçma məqsədli bir Süni seçmədir. Bu, milyonlarla illik Süni (və ya Təbii) seçmə nəticəsində əldə edilə bilər. Bəli, əgər lazımlı seçmə olsa və ya tətbiq olunsa bu əldə edilə bilər. Amma bu çox uzun müddət davam edəcək. Yəqin ki, insanlığın nəslinin kəsildiyi bir dövrə qədər məşğul olmaq lazımdır. Çünki inəklər uça biləcək xüsusiyyətə sahib deyillər, həmçinin uçmaları üçün lazımlı olan əsas şərtlərin də heç birinə sahib deyillər (bunun üçün lazımlı olan ön üzvlərin boş, havada qalması, arxa üzvlər üzərində hərəkət etmə, aerodinamik quruluşdur). Amma, misalçün, vəhşi pələnglərin evlərdə daha sakit, daha kiçik, daha kövrək şəkildə seçilməsi və bu istiqamətdə bir təkamülün təmin edilməsi mümkündür. Çünki bu, həm quruda yaşayan və dörd ayaq üzərində hərəkət edən bir heyvanın uçmağa başlamağı kimi böyük bir hadisə tələb etmir., həm də müasir pələng populyasiyası içərisində hal-hazırda bu seçmələri tətbiq etməyə uyğun genetik və fiziki xüsusiyyətlərə sahib olan fərdlər var. Qısaca, Süni seçmə ilə bir növü təkamülləşdirmədən əvvəl, ömrümüzün buna çatacağından əmin olmalıyıq. Çünki təkamül olduqca yavaş hərəkət edən prosesdir.


Daha sonra, o populyasiya içərisindəki müxtəliflikdə bu xüsusiyyəti daşıyan fərdlər seçilir və öz aralarında cütləşdirilirlər. Sakit və kiçik pələnglərin davamlı bir-birləriylə cütləşdirilməsi kimi. Vəhşi təbiətdə bu mümkün olmaya bilər. Məsələn, vəhşi təbiətdə sakit və kiçik bir pələng, daxili təbiətindəki vəhşilik az olduğundan ovları uğurlu şəkildə edə bilməyəcək və ən erkən ölənlərdən biri olacaq. Üstəlik sakit bir pələngin vəhşi təbiətdə yenə özü kimi sakit bir digər pələnglə çütləşəcəyinə ehtimal həddindən artıq azdır. Amma Süni seçmə birbaşa hədəfə istiqamətlidir. Yalnız şüurlu və seçmə gücünə sahib olan bir növ (məsələn insan) davamlı istiqamətləndirilmiş bir seçmə tətbiq edərək, sakit və kiçik pələnglərin davamlı bir-birləriylə çütləşməsini və balalar arasında da ən sakitlərinin böyüyəndə davamlı olaraq yenə sakit fərdlərlə cütləşməsini təmin edə bilər.

Bunun xaricində qalanların isə çütləşməsinə şərait yaradılmayacaq və ya məhdudlaşdırılacaq. Beləcə, gərəksiz enerji və zaman itkisinin baş verməməsi üçün tədbir görüləcək. Nəsillər ərzində doğulan balalarda əvvəldən arzulanan xüsusiyyəti ən çox daşıyanlar yetişdirilərək özləri kimi bu xüsusiyyəti daha çox daşıyan əks cinsdən olan fərdlərlə çütləşdiriləcəklər. Bu üsulla, nəsillər keçdikcə arzulanan xüsusiyyət daha da sıx görünməyə başlayacaq və bir müddət sonra bu şəkildə süni olaraq təcrid edilən fərdlər əvvəlki əcdadlarıyla çütləşə bilməyəcək hala gəldiklərində növyaranma prosesi və dolayısı ilə təkamül reallaşmış olacaq. Ümumiyyətlə Süni seçmə nəticəsində növyaranma prosesi tam baş vermir və ya tam baş verməsi üçün süni seçməyə tabe tutulan canlının yenidən təbiətə buraxılması lazımdır (lakin öz əcdadları hesab olunan canlılarla eyni mühitlərə yox, çünki yenidən onlarla qarışa bilərlər və çox az müddət sonra seçmə pozula bilər). Çünki seçmənin idarəçilik altında olduğu və kənardan müdaxilə faktoru olduğu səbəbiylə canlıda seçilən genlər sabit hal ala bilmir, davamlı olaraq bir istiqamətə doğru məcburi olaraq, canlının öz istəkləri daxilində olmadan, çox az müddət ərzində və çox tez sürüşdürülür. Bu da, Süni seçmə ilə əldə edilmiş populyasiyaları öz əvvəlki həyatlarına qaytardıqdan sonra yalnız bir neçə nəsil içərisində köhnə xüsusiyyətlərinə yenidən dönmələrinə səbəb ola bilər. Amma daha şüurlu, sabit və dəqiq olaraq edilən seçmə nəticəsində, bir daha heç vaxt geri qayıda bilməyəcək növlər əldə edilə bilər. Bu, seçməni aparan növün bu sahədə mütəxəssis olub-olmadığını göstərəcək.


Süni seçmənin tarixi

Süni seçmə, ilk olaraq romalılar tərəfindən istifadə edilmişdir. Əkinçiliklə məşğul olan romalılar müəyyən xüsusiyyətlərə sahib olan heyvan və bitkiləri öz aralarında cütləşdirərək, istənilən xüsusiyyətdəki balaların doğulma şansını artırmışdırlar. Daha sonralar fars Əbu Reyhan Biruni, 11-ci əsrdə yazdığı "Hindistan" adlı kitabında Süni Seçməyə bir çox nümunələr vermişdir. Son olaraq isə Darvin, mövzu üzərində çox uzun illər işləmiş və bir çox əhilləşdirmə əməliyyatı aparmış mütəxəssis olaraq, "Növlərin Mənşəyi" adlı əsərində və "Əhliləşdirmə Altındaki Bitki və Heyvanlardaki Müxtəliflik" adlı kitablarında bu mövzuya geniş yer ayırmışdır. Təbii seçmə nəzəriyyəsinin də başlanğıcına Süni seçmə məlumatını yerləşdirmişdir. "Süni seçmə" terminini ortaya atan və bu seçmə növünün daha əraflı və tam dəqiq izahını ilk dəfə verən də Darvin olmuşdur. Darvin, Süni seçmənin və dolayısi ilə təkamülün təsirini Növlərin Mənşəyi'ndə belə izah edir:


"Seçmə müddəti uzun vaxt ala bilər, amma insanın süni seçmənin gücünü istifadə etdiyi təqdirdə, ola biləcək dəyişikliklərin hər hansı bir sərhədini görə bilmirəm."


Süni seçmə nümunələri

Süni seçməyə bir çox nümunə vermək olar. Bir neçəsinə toxunaq:

1) Yabanı kələmdən süni seçmə ilə əldə edilən yeni növlər


Yabanı kələm (Brassica oleracea), Süni seçmə nəticəsində meydana gələn təkamülün ən gözəl nümunələrindən biridir. Brassica cinsi Cənubi Avropa sahillərində və Qərbi Avropada yaşayır. İnsanlar, bu kələm cinsinin fərqli xüsusiyyətlərini öz istəkləri daxilində Süni seçmə istifadə edərək seçmiş və özlərinin təyin etdiyi istiqamətlərdə təkamül keçirməsini təmin etmişdir. Bunun nəticəsində, hal-hazırda hamımızın tanıdığı və tez-tez istifadə etdiyimiz və bu seçmədən əvvəl təbiətdə heç vaxt mövcud olmamış bu tərəvəzlər əldə edilmişdir: kələm, brokkoli, gül kələmi, Brüssel kələmi, quru kələm, buruq kələm, yer kələmi və Çin kələmi. Bütün bu tərəvəzlər bir tək yabanı kələmin davamlı seçilmələrə tabe tutulmasıyla yaradılmışdır.

2) Qarğıdalı

Qarğıdalı da, təbiətdə yetişən teosinte adlı bir bitkinin davamlı olaraq Süni Seçməyə uğradılması nəticəsində əldə edilmişdir. Teosinte çox az dənəyə sahib olan bitkidir (şəkildə solda gördüyünüz növ). Davamlı olaraq bol dənəli olan teosinte'lər öz aralarında hibridizasiyaya uğradılaraq müasir bol dənələri olan qarğıdalıların təkamülləşməsinə səbəb olmuşdur.




3) Baş heyvanlarda süni seçmə tətbiqi

Bu gün alıb bişirdiyimiz ətlər, ümumiyyətlə hər dövrdə ən çox və ən keyfiyyətli ətə sahib olan
inək, qoyun, donuz və s. heyvanların davamlı olaraq digər ən keyfiyyətli ətə sahib olan fərdlərlə çütləşdirilməsi nəticəsində əldə edilir. Beləcə, heyvanları yetişdirməklə məşğul olan şəxslərin tək bir heyvandan əldə etdikləri xeyir daha yüksək olur. Əhilləşdirilmiş baş heyvanların hamısı 10.200 il əvvəl vəhşi təbiətdəki 80 zubrun (Avropa bizonu) süni seçməsi nəticəsində təkamülləşməyə başlamışdır və bu hadisə genetik olaraq təsdiq olunmuşdur. Hal-hazırda həmin əcdad zubrların nəsli kəsilmiş olsa da, bu əcdadın çox sayda tam qorunmuş fosili tapılmışdır.

Üsul olduqca funksionaldır və növlərin çox sürətli təkmilləşməsini təmin edir. Bir neçə nəsil ərzində əcdad xüsusiyyətlərini itirməsi və ya bu xüsusiyyətlərin tamamilə dəyişməsi ilə nəticələnir. Məsələn, ev inəklərinin əcdadları olan Bos primigenius növü inəklər balaladıqdan sonra orta hesabla gündə 4-5 litr süd verə bilirdilər və bu miqdar balaları üçün yetərli idi. Amma hal-hazırda Süni seçməni istifadə edilərək bu inəklərdən yaradılan Bos taurus növündən olan ev inəkləri balaladıqdan sonra gündə orta hesabla 50 litr süd verirlər. Aradakı fərq həqiqətən inanılmazdır. Bunu mümkün edən tək şey, davamlı olaraq daha çox süd verə bilən fərdlərin törəməsinə şəraitin yaradılması, digərlərinin isə maraq dairəsində qalmayıb nəsli kəsilərək uduzmasıdır.

Üsul çox sadədir: hər inək birdən çox sayda bala doğur və bu balaların genetik strukturları
bir-birlərindən fərqlidir. Bu fərqlilik, yetkin olub artdıqları zaman verə biləcəkləri süd miqdarına da təsir edir. Məsələn, gündəlik 10 litr süd verə bilən bir ananın balalarının hamısı gündə 10 litr süd verəcək xüsusiyyətlərdə ola bilməyəcək. Bəziləri gündə 8-9 litr, əksəriyyəti anaları kimi 10 litr, digərləri isə analarından daha çox, 11-12 litr süd verəcəkdir. Bu "digər" balaların törəməsinə icazə verilməsi nəticəsində, davamlı olaraq artan (bəzi hallarda müvəffəqiyyətsiz olan və azalan) süd istehsal imkanlarına çatmaq mümkündür. Bunu edən süni seçmədir. Bu yeni nəsillər əcdadlarından o qədər fərqlidir ki, bir yerə gətiriləcək olsalar artıq bir-birləriylə cinsi birləşmə etməyəcək qədər ayrılmış ola bilərlər, etsələr belə bala meydana gəlməz, çünki əcdad növlərin cinsi strukturlarıyla müasir nümayəndələrin cinsi strukturları uzun müddət qarışmadığından bir-birini tanımayacaq. Bu hadisə növyaranma prosesinin başlanğıcı hesab olunur.

4) Ev itləri

Bütün müasir ev itləri iki alt növə aiddir: Canis lupus familiaris və Canis lupus Dingo. Bunların
hər birisi, vəhşi qurd (canavar) adıyla tanıdığımız Canis lupus'un alt növləridir. Minillər əvvəl insanlar, yaşadıqları ərazilərə ən çox yaxınlaşan, ən az yırtıcı olan, ən güclü olan və s. xüsusiyyətlərə görə seçdikləri vəhşi qurdları əhilləşdirmiş və bu xüsusiyyətlərinə görə seçmə tətbiq etmişdir. Müasir bu çox fərqli it müxtəlifliyi minillərdir tətbiq olunan bu seçmələrdən, insan amilindən qaynaqlanır. Bu it növlərinin hər birisi öz aralarında cütləşə bilir (bunun səbəblərindən biri insanın seçməyə daha az peşəkarcasına yanaşmasından irəli gələn davamlı qarışmalarıdır) və hal-hazırda pitbul kimi itlər əldə etmək üçün istənilən xüsusiyyətlərə sahib olan itlər öz aralarında cütləşdirilir. Məsələn, bir Golden Retriever ilə bir Rottweiler bir-birlərindən nə qədər fərqli görünsələr də, eyni alt növə aiddirlər (Canis lupus familiaris), bir-birləriylə rahat cütləşə bilirlər. Əlbəttə ki, daha uzun müddət davam edən sərt izolyasiyalar meydana gəlsə növyaranma prosesi qaçılmaz olacaq.

5) Atlar

Dünyanın ən sevilən atları olan İngilis atları, Ərəb atlarının davamlı olaraq ən sürətli və güclülərinin seçilməsi nəticəsində əldə edilmişdir. Hal-hazırda bu seçmə hələ də süni olaraq davam etdirilir.

6) Göyərçinlər

Darvinin Süni seçməni kəşf etməsinə səbəb olan canlılar inəklər və ya digər nümunələr deyil,
dövrün aristokratlarının xobbi olaraq saxladıqları göyərçinlər idi. Darvin, yaşayan çox sayda və bir-birinə heç də oxşamayan göyərçin növlərinin hər birisinin Columba Livia adlı qaya göyərçinindən, xobbiçilərin istəkləri istiqamətində nəsillər içərisində təkamülləşdiyini fərq etmişdi. Bolin göyərçinindən (Columba Bolin) Kamerun göyərçininə (Columba sjostedti), Nilqiri göyərçinindən (Columba elphinstonii) limon göyərçininə (Columba larvata) qədər onlarla müxtəlif növ göyərçin, qaya göyərçininin müəyyən xüsusiyyətlərinin seçilməsi nəticəsində təkamülləşmiş olmalı idi. Bir neçə ay bundan əvvəl aparılan tədqiqatda Darvinin, hər hansı bir dəlilsiz və sübutsuz, amma dahiyanə olaraq fikirləşdiyi və ortaya atdığı bu iddiası təsdiqləndi.

Darvin bu mövzuya illər ərzində diqqət yetirdi, bir çox əhliləşdirmə və hibridizasiya mütəxəssisləri ilə göyərçinlər haqqında yazışdı və söhbət etdi. Etdiyi təcrübələrin nəticəsində, növlərin insan istəyiylə təkamülləşə biləcəyini və əcdadlarından tamamilə fərqli xüsusiyyətlər qazana biləcəyini, hətta müəyyən bir mərhələdən sonra artıq əcdadlarıyla cütləşməyəcək qədər dəyişilə biləcəyini kəşf etdi. Bunu mümkün edən qanuna Süni seçmə adını verdi, çünki süni yollarla, təbiətin etməyəcəyi edilirdi.

Süni seçmənin bir çox üsulları var. Hal-hazırda bakteriyalar arasında Süni seçmə tətbiq olunaraq bəzi dərmanlar hazırlanır.

Süni seçmənin bir mənfi təsiri var: növdaxili müxtəlifliyi azaltdığından (davamlı istənilən xüsusiyyətlərə sahib olan fərdlər seçilir və digərlərinə əhəmiyyət verilmir) xəstəliklərə, epidemiyalara və bəzi zəifliklərə səbəb olur. Məsələn, davamlı süd verməsi istiqamətində seçmə edilən bir canlı təbiətdə sərbəst buraxıldıqda yaşama ehtimalı azalır. Bu da həmçinin süni seçmə ilə növyaranma prosesinin baş verməsi ehtimalını azaldır. Bu səbəblə Süni seçmənin tətbiq edildiyi yerlərdə çox ciddi nəzarətə ehtiyac olur.

Yerdə yaşayan canlılar arasında Süni seçmə tətbiq edə bilən yeganə növ insan deyil. Məsələn,
Atta columbica növündən olan qarışqalar yuvalarında artan saysız fərqli göbələk qrupundan ən sıx olaraq bazidiomiset qrupundan olan göbələklərin həyatda qalmasına səbəb olurlar və digərlərini məhv edirlər. Bunun səbəbi, bazidiomisetin ifraz etdiyi kimyəvi maddələrin qarışqaların düşmənlərini yuvadan uzaq tutması ilə əlaqəlidir. Eynilə bizim süd məhsuldarlığı baxımından inəkləri seçməyimiz kimi, qarışqalar da, ifraz edilən kimyəvi maddə baxımından göbələkləri seçirlər və süni olaraq, istəkləri istiqamətində təkamülləşdirirlər. Bu nümunə, vəhşi təbiətdə də ehtiyaclardan doğan seçmə təzyiqinin mövcud ola bildiyini dəqiq olaraq göstərir.


Qaynaq: 

daha ətraflı...

September 30, 2013

Psevdogenlər

DNT'miz butövlükdə genlərdən ibarət deyil. DNT'mizdə mövcud olan genlər qədər psevdogenlər deyilən strukturlar da var. Psevdogenlər bir vaxtlar işləmiş, indi isə fəaliyyətini dayandırmış gen qalıqlarıdır. Məlum olduğu kimi, genin fəaliyyətini pozan bir zərərli mutasiya olduğunda, mutasiya daşıyan insan nəsil verməyərək ölür. Zərərli mutasiyalar adətən sonrakı nəsillərə ötürülə bilmir. Yəni, təbii seçmə bunun qarşısını alır.

Amma bunun çox əhəmiyyətli bir istisnası var. Bildiyimiz kimi hüceyrələr bölünərkən
daha ətraflı...

August 24, 2013

Timsahların Təkamülü

Bəzi elmdən kənar qaynaqların iddialarında tez-tez müraciət etdikləri bu arqumentlərə yəqin ki rast gəlirsiniz: timsahlar və tarakanlar milyon illər ərzində "təkamülləşməyiblər", bu səbəbdən də Təkamül Nəzəriyyəsi etibarsızdır. Bu yazımızda timsahlara və timsahların təkamülünə toxunmaq istəyirik, daha sonrakı yazılarımızda isə tarakanlardan da bəhs edəcəyik.

İlk olaraq terminlər haqqında bir məlumatlandırma ilə başlayaq: "timsah" əslində yalnızca bir ailədir.
daha ətraflı...

Kembri Partlayışı

900 - 635 milyon il əvvəl

Kembri dövründən əvvəlki dövr Yer tarixinin ən uzun dövrüdür və Yer kürəsinin ilk meydana gəldiyi zaman olan 4.6 milyard il əvvəlindən, 542 milyon il əvvəlinə qədər davam etmişdir. Bu, dünyanın dövrümüzə qədərki bütün ömrünün 88%-ə bərabərdir. Canlılıq (ilk konservatlar), Yer kürəsinin meydana gəlməsindən təxminən 600-800 milyon il sonra, 3.8-4 milyard il əvvəl ortaya çıxmışdır. Çox uzun illər (Kembri dövrünə qədər) dünyaya yalnız tək hüceyrəli bakteriyalar hökm etmişdir. Ən qədim bakteriyalar 3.8-3.46 milyard il əvvəlinə aiddir.

İlk çox hüceyrəli canlılara isə ilk dəfə təxminən 700-900 milyon il əvvəl rast gəlirik. Yəni təxminən
daha ətraflı...

August 3, 2013

Təkamül Nöqteyi-nəzərindən Dinlər və Tanrılar

Bu dəfə sizlərə təkamül nəzəriyyəsi nöqteyi-nəzərindən dinin inancların və tanrıların varlığını, insanların təkamülündə hansı əhəmiyyətə sahib olduqlarını ətraflı şəkildə izah etməyə çalışacağıq. Başlamadan əvvəl, düşünürük ki, bunları əlavə etməliyik.

Niyə belə bir yazı hazırlayırıq?

Bu suala çox əhatəli, heç bir müzakirəyə girmədən və heç bir şəxsi inanca və bu inancların spesifik iddialarına toxunmadan cavab verəcəyik. Biz işin elmi tərəfindəyik və əlbəttə ki, bu mövzu da, bizə görə, təbiətdəki hər bir fakt kimi elmi olaraq açıqlana bilər. Dediyimiz kimi, bu yazıda heç bir elmdən kənar müzakirəyə girməyəcəyik.

daha ətraflı...

May 31, 2013

Təbii Seçmə

Bu yazımızda təbiət gerçəyi olan Təkamülün ən təsirli və güclü mexanizmindən, Təbii Seçmədən bəhs edəcəyik. Xüsusilə, Təbii Seçmənin əhəmiyyəti və gücünü izah etməyə çalışacağıq. Bu səbəbdən oxuyarkən darıxmayacağınızı və yeni məlumatlar öyrənə biləcəyinizi düşünürük.

Yazımızda, Təbii Seçməni daha qısa cümlələrlə, dəqiq bir şəkildə izah etmək istəyirik: İlk olaraq, canlılarda genetik müxtəliflikdən irəli gələn bir çox fərqlilik olduğunu bilirik. Məsələn siz, əkiz olmayan bir qardaşınızdan və ata-ananızdan olduqca fərqlisiniz. Bu xarici görünüşün cəminə "fenotip" deyilir. Bunu təyin edən genetik quruluşun cəminə isə "genotip" deyilir. Genotipiniz, fenotipinizi və digər hər şeyinizi təyin edir. Təbii Seçmə, fenotiptəki fərqliliklərlə əlaqədar yaşadığı mühitə daha uyğun olan canlıların həyatda qala bilməsi, oxşar şəkildə uyğun olmayanların məğlub olaraq yox olması deməkdir. Həyatda qala bilən və ya daha asan şəkildə qala bilən bir canlı, törəyə biləcək və balalarına öz genetik materialının yarısını (meyoz bölünmə) ötürə biləcək. Bu yarım genetik materialın içərisində özünü təbiətə qarşı üstün edən genlərin olma ehtimalı da yüksəkdir. Hər bala, genlərinin yarısını anasından, digər yarısını isə atasından alır. Bunların cəminin yaratdığı müxtəliflik, əgər balanın mühitə daha adaptasiya olmasını təmin edirsə, bala daha asan həyatda qalır, böyüyür və törəyir. Bunun nəticəsində, özünü daha üstün edən kombinasiyanın yarısını balalarına köçürür. Təbii Seçmə, bu şəkildə, davamlı olaraq, nəsillərə aid fərdləri məğlub etdirir və ya "sürüşdürür".

Təbii Seçmə ilk etapda xarici xüsusiyyətlər üzərində təsirli olur. Yəni, genetik xüsusiyyətlərinizin (genotip) necə olduğuna baxılmadan, bunların xarici xüsusiyyətləriniz üzərindəki təsirləri araşdırılaraq, Təbii Seçmənin işləmə mexanizmi aydın ola bilər.

Təbii Seçmənin çox qədim bir tarixi var. Bəzi canlıların təbiətə qarşı təsadüfi bir şəkildə daha üstün hala gəldikləri fikirini ilk irəli sürən adam e.ə. 450-ci illərdə yaşamış olan Empedokldur. Daha sonra şagirdi Lukretius, daha sonra Aristotel, əl-Cehiz kimi adlar həyat mübarizəsini təyin etmiş və inkişaf etdirmişdir. Həmçinin Biruni, təbiətdə bu tip bir seçmə olduğunu irəli sürmüşdür. 18-ci əsrdə bir müddət fasilədən sonra təkrar gündəmə gələn Təbii Seçmə fikri, Pierre Luis Maupertius tərəfindən aktuallaşmışdır. Lakin bütün bunların fikirlərindən yola çıxıb, möhtəşəm bir müşahidə gücü və müqayisə qabiliyyətiylə, ətraflı şərhləriylə irəli sürən və o günə qədərki Platonçu və Lamarkçı izahlardan təmizləyən adam, 19-cu əsrin dahisi olaraq xatırlanan Çarlz Robert Darvin'dir.

Çox uzun sürəcəyi üçün, bu fikrin Darvində necə inkişaf etdiyini izah etməyəcəyik. Amma bir neçə əhəmiyyətli məsələdən bəhs etmək lazımdır. Darvin, Biql səfərinə çıxdığı illərdə, Christ's College'də oxuyurdu. Bura, rahib alimlər yetişdirən bir teologiya (din-elm) məktəbi idi. Burada Darvin, məşhur bir botanikaçı teoloq olan John Stevens Henslow'un rəğbətini qazanmışdı. Henslow təbiətdə müəyyən səbəblərdən bu qədər böyük bir müxtəliflik və canlılar arasında kiçik fərqliliklər olduğunu düşünürdü. O dövrə qədər bir çox insan İncildəki yaradılışı təsdiq etməyə çalışmışdı, lakin konkret dəlillərə çatılmamışdı. Bu səbəblə Henslow, İncildəki yaradılışın gözəlliyi və gücünü sübut etmək və konkret tapıntılar əldə etmək üçün, ən parlaq şagirdlərindən biri olan Çarlz Darvini seçmiş və Biql gəmisinin çıxacağı səfər üçün Kapitan Robert FitzRoya onu təklif etmişdi. Yəni Darvin, həmin vaxt rahib olmaq üçün təhsil alırdı və güclü bir şəkildə yaradılışa inanırdı. Biql təklifini qəbul etmə səbəbi də təbiətə olan inanılmaz eşqi və yaradılışı elmi olaraq isbat edən ilk adam olma arzusu idi. Darvinin səfəri tam 5 il davam etdi və yaradılışı sübut etmək baxımından xəyal qırıqlıqlarıyla dolu keçdi. Lakin heç bir zaman, Təkamül Əleyhdarlarının iddiasındakı kimi Qalapaqos adalarında "vəhy enmiş kimi" Təbii Seçmə qanununu tapmadı; onsuz da özündən əvvəlki bir çox insan bu fikri irəli sürmüşdü. O isə, bu fikirlərin nə qədər doğru, yaradılış inancının isə nə qədər əsassız olduğunu, 5 illik çalışma və tədqiqatlar nəticəsində gördü və bu müşahidələrini elmi bir təlim halına gətirdi. Bu təliminin mərkəzinə də, eynən Cazibə Qüvvəsi kimi bir fakt olan Təbii Seçməni yerləşdirdi.

Təbii Seçmə, həqiqətən də olduqca güclü və təsirli bir təbiət qanunudur. Çünki vəhşi təbiət, bu anda evinizdə oturduğunuzda xəyal edə bilməyəcəyiniz qədər kompleks proseslər üzərinə qurulmuşdur və ən kiçik bir səhv ölümlə nəticələnir. Hərçənd heç bir canlı mükəmməl olmadığı və Müxtəliflik Mexanizmləri sayəsində davamlı olaraq canlılar arasında bəzi fərqliliklər meydana gəldiyi üçün (əkiz olmayan qardaşınızdan və ata-ananızdan nə qədər fərqli olduğunuzu düşünün), təbiətdə bəzi canlılar mühitə uyğunlaşmış, bəziləri isə uyğunlaşa bilməmişdir. Bu, təbiətdə davamlı bir seçmənin olmasını da özü ilə gətirməkdədir. Çünki ilkin canlılıqdan bəri təkamülləşən "var olma məqsədimiz" aydındır: Həyatda qalmaqtörəmək. Bunun xaricindəki bütün həyat məqsədləri (sənət, musiqi, əyləncə, dinclik, din, və s.) insan tərəfindən zəkanın təkamülüylə birlikdə uydurulmuşdur və başqa heç bir canlıda bu ikincil həyat məqsədləri yoxdur. Bu ikincili məqsədlərin təbiət üçün heç bir mənası yoxdur və etibarsızdır. Bu uydurulmuş həyat məqsədlərindən hər hansı birini və hətta heç birini etmədən nəslinizi və varlığınızı davam etdirə bilərsiniz - ki təbiət üçün əhəmiyyətli olan, nəslin artırılmasıdır. Məsələn, insan növü həyatda qalma mübarizəsinə son versə və ya törəməkdən imtina etsə, ən yaxşı ehtimalla 90 ildə tək bir insan fərdi belə həyatda qalmaz və insan növünün nəsli kəsilər. Bu səbəblə, insanların da, özü kimi olan digər bütün heyvanlar və canlılar kimi var olmasında tək məqsədi həyatda qala bilmək və çoxalmaqdır.

Təbii Seçmə, təməl olaraq bunlardan birincisiylə, həyatda qalmaqla əlaqəlidir. Təbiətdəki bəhs etdiyimiz müxtəlifliklər səbəbiylə, üstün olanlar davamlı olaraq seçilir və gələcək nəsillərə özlərindəki üstün xüsusiyyətləri təmin edən genləri köçürmə şansı əldə edirlər. Bunun nəticəsində, hər dəfəsində, bir qədər daha çox üstün gen köçürülür və hər yeni nəsildə meydana gələn bala fərdlərin mühitə daha da adaptasiya olmaları təmin edilir. Buna "təcrübəli seçmə" (təcrübəli təkamül) deyilir.

Bu yerdə, mövzuyla əlaqəli bir başqa təbiət həqiqətini vurğulamalıyıq: Təkamül keçirən fərdlər deyil, populyasiyalar və nəsillərdir! Bunu anlamaq, bir neçə digər yazımızda da bildirdiyimiz kimi çox əhəmiyyətlidir. Bu, bir çox səhvləri aradan qaldıracaq. Bu qanunun iddia etdiyi budur: Canlılar, tək-tək təkamülləşmirlər. Yəni heç bir X canlısının tək bir fərdi (məsələn bir antilopun ya da insanın) ömrü ərzində dəyişib təkamül keçirə bilməz. Bunun yerinə, bir nəsildəki ya da populyasiyadakı ən üstün fərdlər davamlı olaraq seçilir və balalarına genlərini köçürürlər. Beləcə, nəsillər boyunca, təcrübəli bir irəliləmə müşahidə edilir; tək-tək fərdlərdə və fərdlərin ömürləri boyunca deyil. Qısacası, Təkamülü araşdırmaq üçün tək bir canlını ələ alıb müşahidə edə bilməzsiniz, o canlının nəsillər boyu, bütün qohumlarını (əcdadlardan müasirlərə qədər) ələ almağınız və araşdırmağınız lazımdır.

Bunun nəticəsində, məsələn bir mühitdə daha güclü pəncələrə sahib olmaq bir üstünlükdürsə, davamlı olaraq, eyni populyasiya daxilindəki ən güclü pəncəlilər həyatda qalmağı daha asan bacaracaq. Bunun nəticəsi nədir? Artmaq üçün daha çox enerjiyə sahib ola biləcəklər, daha üstün hala keçərək dişiləri daha asan özlərinə cəlb edə biləcəklər və hətta dişilər daha asan ov edən erkəkləri seçəcəyi, erkəklər daha müvəffəqiyyətli dişiləri seçəcəyi üçün yenə üstün mövqeyə keçmiş olacaqlar. Hətta, daha asan ov edən bir fərdin cütləşmək üçün yalnız daha çox enerjisi deyil, daha çox zamanı da olacaqdır. Bu kimi faktorlar sayəsində daha çox törəyə biləcək və özündəki güclü pəncə variasiyasını təmin edən genləri balalarına (gələcək nəsillərə) köçürə biləcəklər. Beləcə balalarda da bu xüsusiyyətin görünməsi ehtimalı artacaq. Digər tərəfdən, gücsüz pəncəli bir fərd, ov etməyə çalışdığından çoxalmağa zaman və enerji tapa bilməyəcək və ya dişilərə təsir edə bilməyəcək və ölüb, artma şansını tamamilə itirəcəkdir. Bu səbəblə də özündəki bu nisbi olaraq zəif variasiyaya səbəb olan genləri balalarına köçürə bilməyəcək. Seçmə məhz belə işləyir.

Burada bunu anlamaq çox əhəmiyyətlidir: Pəncə nümunəmizdə olduğu kimi və ya ağılınıza gələ biləcək hər hansı bir başqa nümunə üçün əhəmiyyətli olan, ətrafmühit şərtləridir. Təkamül araşdırıldıqda, mütləq çox istiqamətli bir tədqiqat aparmaq lazımdır. Çünki Təkamülə təsir edən yüzlərlə, minlərlə amil ola bilər. Məsələn, 100 il boyunca bir mühitdə güclü pəncələrə sahib olmaq üstünlük təmin edə bilər, amma çox sürətli qaçmaq o qədər də əhəmiyyətli olmaya bilər. Lakin mühitdə meydana gələ biləcək hər hansı bir dəyişiklik (ov-ovçu tarazlıqlarının dəyişməsi, quraqlıq, zəlzələlər, bitki örtüyünün dəyişməsi, iqlim və s.) nəticəsində tarazlıqlar tərsinə dönə bilər və güclü, qalın, əzələli pəncələrə sahib olmaq yerinə, daha sürətli qaçmaq üstün hala gələ bilər. Bu vəziyyətdə, seçmə də anında tərsinə dönəcək və güclü pəncəlilərin yerinə sürətli qaçanlar dəstəklənəcək. Bu da, seçmənin və dolayısı ilə təkamülün tək bir istiqaməti olmadığını göstərir. Əvvəldən təyin edəcəyiniz və ya təxmin etməyə çalışacağınız istiqamət, əvvəldən təxmin edilə bilməyən ətraf şərtləriylə birlikdə davamlı və təsadüfi olaraq istiqamət dəyişdirir.

Eyni zamanda, tək bir xüsusiyyətin dəyişməsi də tək istiqamətli deyil. Məsələn pəncənin təkamülləşə bilməsi üçün, yalnız pəncəni təşkil edən əzələlərin inkişafı kifayət deyil. Bu əzələlərin bağlandığı sümüklər, sümükləri bir-birinə bağlayan bağlar, qonşu əzələlər, buna bağlı olaraq beyindəki bəzi idarəetmə mərkəzləri, bu bölgələrin dəyişməsinə bağlı olaraq bəzi digər orqanlar, bu orqanların dəyişməsinə bağlı olaraq bəzi sistemlər, pəncələrin inkişafına bağlı olaraq sinir və qan dövranı sistemləri və bir çox amil təkamülləşməli və bu pəncə təkamülünə adaptasiya ola bilməlidir. Yəni pəncə təkamülləşsə də, lakin beynin pəncəni nəzarət edən hissəsi bu yeni vəziyyətə adaptasiya ola bilməsə, bu yenə canlı üçün uğursuz olacaq. Və ya pəncə təkamülləşərsə, pəncəni qidalandıran damarlar və sinirlər buna görə adaptasiya ola bilməzlərsə, pəncə gücsüz qalacaqdır. Dediyimiz kimi, Təkamül çox istiqamətlidir və tək bir baxımdan araşdırıla bilməz.


Təbii Seçmənin 3 əsas növü var:

1) İstiqamətli Təbii Seçmə

İstiqamətli Təbii Seçmə, az əvvəlki pəncə nümunəmizdə olduğu kimi, müəyyən bir xüsusiyyətin üstün olduğu vəziyyətlərdə, Təkamülün müvəqqəti o istiqamətə doğru irəliləməsi və o xüsusiyyətə sahib olan fərdlərin üstün mövqeyə keçmələridir. Amma bu istiqamətin davamlı və təbiət şərtlərinin təsadüfi dəyişməsiylə dəyişə biləcəyini unutmayın. Seçmə adı sizi çaşdırmasın.

















Yuxarıda görə biləcəyiniz kimi, İstiqamətli Təbii Seçmə nəticəsində, orijinal populyasiyadakı bir xüsusiyyətin paylaşılması, başqa bir oriyentasiyaya doğru, istiqamətli olaraq sürüşür. Yuxarıdakı qrafikdə üfüqi oxa "pəncə gücü" yazılsa, güclü pəncələrin üstünlüklü olduğu bir vəziyyətdə, pəncə gücü davamlı olaraq artmağa meylli olacaq və qrafik sağa (daha güclü pəncələrə) doğru sürüşəcək.


2) Stabilləşdirici Təbii Seçmə

Bir populyasiyadakı fərdlərin hər bir xüsusiyyəti, təməl olaraq bir qrafik göstərir. Məsələn insan növü üçün ağırlıq paylaşılmasına baxsaq, orta ağırlıqdakı fərdlərdən daha çox taparıq: təsadüfi 100 nəfər kişi seçsək, bunların 60-70 nəfəri orta kişi ağırlığı olan 80-90 kq. arasında olacaqdır. Amma bu 100 adamın içərisində, orta hesaba görə daha az sayda zəif kişi (60-70 kq.) və yenə az sayda kök kişi (100-110 kq.) olacaq. Bu da, qrafik olaraq bir parabola əyrisi əldə etməyimizə səbəb olur.

Beləliklə, bəzən uclarda olmaq üstün olmamağa səbəb ola bilər. Məsələn, bir insan körpəsi normal olaraq 3-4 kq və 45-55 santimetr olaraq doğulur; çünki ana bətnindən çıxa bilmək üçün orta hesabla bu xüsusiyyətlərdə olmaq lazımdır. lakin xüsusilə kilo baxımından bu sərhədlərə uyğun gəlməyən körpələr, doğum əsnasında ölə bilərlər. Yəni çox ağır və ya həddindən artıq zəif doğulan körpələr, ya ana bətnindən çıxa bilməyəcək ya da həyatda qala bilmək üçün lazımlı olan ağırlığa sahib ola bilməyəcəklər. Bu səbəblə də ölərək məğlub olacaqlar və hər vaxt orta vəziyyətə, çəkiyə sahib olanlar üstün olacaq.

Bunun nəticəsində, orta vəziyyətli fərdlərin sayı daim artacaq və müəyyən bir yerdə sabitlənmə meydana gələcək. Bu cür seçmənin qrafiki aşağıdakı kimidir:





















Yuxarıda gördüyünüz kimi, xüsusiyyət paylaşması baxımından uclarda qalanlar uduzacaq və ortalardakı fərdlər dəstəklənəcəkdir. Bunun nəticəsində uc tərəfdəki fərdlər həyatda qala bilməyib sayları azalacaq və ortalardakı fərdlərin sayı artacaq. Buna, stabilləşdirici təbii seçmə deyilir.

3) Pozucu (Dizruptiv) Təbii Seçmə

Bu vəziyyətdə isə, parabola əyrisinin ortasındakı fərdlər üstünlüksüz mövqedə qalacaq və uclardakılar üstün mövqeyə keçəcəklər. Məsələn bir bitki üçün, çox uzun boylular yüksəkdən uçan heyvanlar tərəfindən, alçaq boylular isə yerə yaxın yaşayan heyvanlar tərəfindən tozlandırılacaq. Amma orta boya sahib olanların səviyyəsində yaşayan bir heyvan yoxdursa, tozlanmaları çətinləşəcək və çoxala bilməyəcəklər. Bu vəziyyətdə, uclarda olan fərdlər üstün mövqeyə keçəcək və saylarını artıracaqlar. Bu tip seçməyə aid qrafik aşağıdakıdır:



















Qrafikdən çıxarılacaq çox əhəmiyyətli bir nəticə var: Pozucu Təbii Seçmə, bir populyasiyadakı fərdləri ikiyə bölməyə meyllidir və bu, növyaranma prosesini inanılmaz dərəcədə dəstəkləyən bir xüsusiyyətdir. Pozucu Təbii Seçmə sayəsində ikiyə bölünən bir populyasiyadan, fərqli istiqamətlərdə təkamül keçirməsi nəticəsində yeni növlər ortaya çıxacaqdır.

Aydın olduğu kimi, Təbii Seçmə təbiətdə fərqli formalarda baş verə bilər.

Son olaraq, Təbii Seçmə və Təkamül əlaqəsinə dair son söz demək istəyirik: İnsanların çoxu indiki vaxtda təbiətdə bir seçmə olduğunu istər istəməz qəbul etməkdədirlər, çünki bu Cazibə Qüvvəsi qədər aydın və müşahidə edilə bilən bir faktdır. Lakin həmin insanların bəzilərinin Təkamülü rədd ettiklərini görürük. Halbuki bu, Cazibə Qüvvəsini qəbul edib, bizim tikdiyimiz bütün binaların Cazibə Qüvvəsi sayəsində inşa edilə bildiyini rədd etmək kimi bir vəziyyətdir. Çünki Təbii Seçmə varsa, Təkamül qaçılmazdır. Fərdlər arasındakı fərqliliklər Təbii Seçmə sayəsində ayırd edilir və bu, davamlı olaraq növlərin dəyişilməsinə səbəb olur. Ümumiyyətlə insanların qəbul etməkdə çətinlik çəkdiyi hissə, növlərin bir-birinə çevrilməsidir. Bunu, saxtakar məlumat qaynaqları bir siçanın filə çevrilməsi kimi izah etməyə çalışdıqları üçün, anlamaq çətinləşməkdədir. Amma yazılarımızı oxuyanların asanca görə biləcəyi kimi, növyaranma prosesi bu demək deyil və kifayət qədər yavaş reallaşır. Məsələn Pozucu Təbii Seçmədə gördüyümüz kimi, bir populyasiya, müəyyən bir xüsusiyyət baxımından ikiyə bölünə bilir (məsələn bir ağac, bir meymun, bir siçan populyasiyası). Daha sonra, bu ikiyə bölünmüş fərdlər, fərqli mühitlərdə yaşamaq məcburiyyətində qalır və öz mühitlərinə aid bir seçməyə məruz qalırlar. Təcrübəli Seçmə sayəsində zamanla, kiçik dəyişilmələr keçirirlər. Sonda isə, Növləşmə Mexanizmləri adlı yazımızda bəhs etdiyimiz üsullarla bir-birlərindən fərqliləşirlər. Hər nə qədər yeni yaranan nəsillər, əcdad nəsillərə oxşasa də, onlarla cütləşə bilməyəcək qədər fərqli və morfoloji olaraq da fərqli ola bilirlər. Bu Təkamüldür. Təbii Seçməni qəbul edib, Təkamülü rədd etmək məlumatsızlıq və məntiqsizlikdir.


Süni seçmə haqqında olan yazımızı da oxumağınız məsləhət görülür.


Qaynaqlar:

discovery.com
actionbioscience.org

wikipedia.org
biology-online.org
daha ətraflı...

May 27, 2013

Arxeologiya və Zaman Əlaqəsi

İbtidai-icma (Prehistory) Arxeologiyası Nədir?


Geoloji dövrlər hesaba qatılaraq araşdırıldıqda, yaşadığımız planetin 4.5 milyard ildir mövcud olduğu məlum olur. İlk formalaşan kontinental qabıq, ultramafik xüsusiyyətdəki (dəyişməyə davamlı olaraq açıq) qayalardan meydana gəlməkdə idi. Varlığın həyatı baxımından böyük əhəmiyyət kəsb edən suyun mənşəyi isə Prekambri dövrünə aid edilir.
daha ətraflı...

May 25, 2013

Saxta Fosil Nədir?

Təkamül təliminə qarşı əldə bayraq kimi istifadə edilən iddialardan biri budur: "Təkamülçülər saxta fosillərlə insanları aldadır, onları meymun olmaqda ittiham edirlər! Piltdown Adamı, Yava Adamı kimi fosillər ortaya qoyaraq insanların təkamül keçirdiklərini deməyə çalışırlar! Halbuki bu fosillərin saxta olduğu X tarixdə X adlı şəxs tərəfindən aşkar edilib!
daha ətraflı...

May 20, 2013

Mutasiyalar

Bu yazımızda mutasiyalara ətraflı toxunacağıq və bəlkə də bəzi qaranlıq və çətin anlaşılan məsələləri aydınlaşdırmaq baxımından ən əhəmiyyətli yazılarımızdan biri olacaq. Çünki təəssüf ki bu gün bəzi elmdən həqiqi mənada anlayışı olmayan qaynaqlar və elm yerinə bu qaynaqları çatdıran Təhsil Nazirliyi kimi təhsil müəssisələri üzündən mutasiyalar, Təkamül Nəzəriyyəsinin mərkəzinə yerləşdirilməyə çalışılır. Bunun səbəbi aydındır: Elmi bir həqiqətə, lakin içərisindəki təsadüfilik ünsürləri önə çıxarılaraq, "Baxın, hər şeyə təsadüf gözüylə baxırlar!" şəklində şərhlər edərək elmə, elmin və elm insanlarına gözü bağlı təhqir edərək hücum edirlər. Bu insanların və təşkilatların etdiyi də açıq-aşkar budur. Hələ mövzu haqqında zəngin məlumata sahib olmayan
daha ətraflı...

May 10, 2013

İnsanın Təkamülü

Bu dəfə sizlərə insanın təkamülündən bəhs edəcəyik. Uzun bir mövzu olduğuna görə birbaşa izaha keçmək istəyirik. Dərhal başlayaq.

Ümumi olaraq, fosillər üzərindən irəliləsək, bilməyimiz lazım olan şey, yer qabığında dərinlərə endikcə zamanda geriyə getdiyimizdir. Çünki ilk fosilləşən sümüklər, yer qatlarının ən altında iştirak edir, üzərinə bir çox qat minmişdir. Həmçinin arxeologiya, paleontologiya və paleoantropologiya olduqca yavaş irəliləyirlər. Qazma metodlarını görmüsünüz, görməmisinizsə də, Böyük Kanyon qədər dərin çuxurlar qazmaq üçün belə yalnız diş fırçaları istifadəsi nümunəsini verə bilərik. Çox yavaş irəliləmək məcburiyyətindədirlər, çünki qalıqlar çox həssasdırlar və asanca dağıla bilərlər. Bu da, təkamül dəlillərinə çatma sürətimizi azaldır; lakin əlbəttə bu dərd deyil, əldəki məlumatlarla belə təkamül dəfələrlə və asanlıqla təsdiq edilir.

daha ətraflı...

May 9, 2013

Genlər Necə Dəyişilir?


Bu mövzuda ilk öncə anlamalı olduğunuz ən əhəmiyyətli məsələ budur: genlərimiz xarici dünyanı "qavramır". Çünki sizi yaradan hər şey baxdığınızda "cansız" deyəcəyəyiniz və həqiqətən də cansız olan atomlar və molekullardır. Bunların fərqli birləşməsi nəticəsində karbohidratlar, yağlar, zülallar, və s. yaranır. Bunların cəminə və bunlar arasındakı topdan əlaqəyə isə biz "canlılıq" deyirik. Halbuki "canlı" və "cansız" deyə bir anlayış əslində yoxdur. Amma bu işin çox fərqli bir ölçüsü olduğu və ayrı bir qeydə layiq olduğu üçün bu məsələni keçirəm. Burada bilməyiniz lazım olan, genlərimizin ya da hər hansı bir başqa quruluş daşımızın ətrafı və mühiti qavramadığıdır.

Yaxşı bəs bu dəyişiklik necə baş verir?

 Belə: Mutasiyalar və ya crossing-over, transpozonal sıçrayışlar və bənzəri təsadüfi hadisələr nəticəsində genlərimiz davamlı olaraq və riyazi bir təsadüfilik daxilində dəyişir. Məlumat olaraq, yalnız mutasiyalar, gündə orta hesabla 10.000 dəfə baş verir, tək bir insanda. Bunlara meyoz əsnasında meydana gələn crossing-over'dəki genetik dəyişiklikləri, hər an meydana gələ biləcək olan transpozonal sıçrayışları və s. də əlavə etmək lazımdır. Onların nəticəsində, bir növə aid bir çox fərqli növ meydana gəlir. İnsanların bir-birinə bənzəməməsi buna görədir. Əslində heyvanların hamısının içində bir çox fərqlilik var, yalnız bunları bizim gözümüz vərdiş etmədiyi üçün görə bilmərik. Eynilə çinli olmayanların "Çinlilərin hamısı bə
nzərdir!" iddiası kimi. Əslində çinlilər də bizim hamımızı bir-birimizə bənzədir. Bunun səbəbi, onların içərisində yaşamadığımız və ya sadəcə çinli olmadığımızdır. Bənzər şəkildə, sprutlar ya da göyərçinlər arasında fiziki fərqlilikləri də bir baxışda görmək çətindir, ancaq "işlək" bir göz bunu ayırd edə biləcək.

 Təsadüfən meydana gələn saysız variant (növ) təbiət qarşısında bir növ imtahana tabedir. Çünki bu müxtəliflik ümumiyyətlə təsadüfən meydana gəlir. Lakin təbiət şərtləri müəyyən anlar daxilində, diqqətə çarpandır. Məsələn bu anda, normal şərtlər altında, 20 kiloqram olaraq doğulacaq olan bir it balası, keysəriyyə yolu ilə müdaxilə edilmədiyi müddətcə öləcək, çünki anasının qarnından çıxa bilməz. Yəni embrioloji inkişaf zamanı, hamiləlik müddətinin sonundakı kilonu nəzarət edən və ya bu xüsusiyyət üzərində təsiri olan genlərin təsadüfi dəyişməsi, 20 kq'lıq bir balanı meydana gətirə bilər, ancaq bu bala təbiətdə məğlub olar. Ya da qısa boylu zürafələr budaqlara çata bilməz və ya asan cütləşə bilməz (dişilər uzun boyluları seçir) və buna görə gec, tez məğlub olarlar. Nümunələr sonsuz sayda artırıla bilər.

Bu səbəbdən, təsadüfi meydana gəlmiş olan variantlardan bir qismi, təbiətə adaptasiya ola bilmədikləri üçün uduzur. Məğlub olmaq, ölmək ya da nəsil artırmamaq şəklində görülə bilər. Bunlardan birinin meydana gəlməsi, özündəki bu müxtəlifliyi var edən genlərin balalara ötürülməməsi deməkdir (ümumiyyətlə bu "zəif" fərd ölür ya da törəyə bilmir). Beləcə o "növ" yox olur. Digər tərəfdən, genlərindəki müxtəliflikdən təbii mühitə daha çox adaptasiya olacaq şəkildə var olan bir fərdin genləri onun həyatda qalmasına və ya törəməsinə qatqı təmin edir. Beləcə o dəyişilmiş gen balaya ötürülür.

Bu şəkildə kumulyativ bir irəliləyiş əldə edilir və nəsillər sonunda, populyasiyalarda davamlı olaraq (mühit şərtlərinin dəyişmədiyi düşünülərsə) müəyyən bir istiqamətə doğru bir gen təcrübəsi meydana gəlir. Təkamül budur. Çünki müəyyən bir nəsil sonunda, artıq canlılar o qədər çox dəyişir ki, bir müddət sonra bu genlərin təcrübəsi nəticəsində dəyişən fərdlər, əcdadlarıyla (araşdırdığımız populyasiyanın ilk başdakı fərdləriylə) cütləşə bilmirlər, çünki artım mexanizmləri də dəyişir. Buna biz "növləşmə" deyirik.

Uzun sözün qısası, genlər "dəyişikliklərin lazımlı olduğunu anlamırlar". Genlər, təsadüfi olaraq dəyişirlər. Daha sonra bu dəyişiklik, təbiətdə "test edilir". Əgər ki dəyişmə canlıya fayda təmin edirsə, gələcək nəsillərə daha çox köçürülür. Əgər gen zərərlidirsə, canlı məğlub olur və o gen ötürülə bilmir. Təkamül də bu şəkildə, hər zaman o andakı mühitə ən adaptasiya ola bilmiş fərdlərin həyatda qalmaları və nəsil artırmalarıyla çox dağınıq bir cığır üzərində irəliləyir. Bu məzmunda, beynin olduqca sıravi bir orqan olduğunu və genlər üzərində heç bir təsiri olmadığını düşünmək olar.

daha ətraflı...

"Atam da insandır, uşağım da insan olacaq, eləysə fərqli bir növ necə meydana gələ bilər?"

Bir çox insanlar təkamülün necə gerçəkləşdiyini anlamırlar və adətən belə bir sual ortaya qoyurlar: "Atam da insandır, uşağım da insan olacaq, o zaman təkamül necə reallaşa bilər, fərqli bir növ necə meydana gələ bilər?Bu yazıda sizlərə bu hadisənin necə baş verdiyini izah etməyə çalışacağıq.

İlk öncə bunu demək lazımdır ki, təkamül və növləşmə 100-200 il ərzində gerçəkləşən bir hadisə deyil. Bunun baş verməsi üçün milyon illərə ehtiyac duyulur (təbii ki bu illər ərzində təkamülün sürəti azala və arta bilər). Zamanı axıb gedən bir fakt olaraq düşünəcək olsaq, bu anda hər birimiz bu zaman içərisində hərəkət etməkdə olan varlıqlarıq. Bu səbəbdən doğuluruq, böyüyürük, artırıq və ölürük. Bütün bunları orta hesabla 70-80 il içərisində edirik. 80 ilimizi kağıza kiçik bir xətt olaraq çəkdiyimizi düşünün.

Daha sonra, bu 80 ili göstərən xəttin başına, ana və atamızı əlavə etdiyimizi fərz edin. Onların birləşməsi nəticəsində biz var ola bildik. Biz onlardan doğulmuş olan bir fərdlərik. Və bəli, onlar kimi insanıq. Lakin diqqət yetirməyimiz lazım olan məsələ budur: Onlardan ciddi şəkildə fərqli xüsusiyyətlərimiz var. Davranışlarımız fərqlidir. Zəkamız fərqlidir. Meyllərimiz fərqlidir. Fiziki xüsusiyyətlərimiz müəyyən bir dərəcədə fərqlidir.

Daha da geriyə gedək. Ana və atamız üçün də 80 illik bir ömür xətti çəkək. Onların da ana və atalarını əlavə edək. Daha sonra onların da 80 illik ömür xəttlərini çəkək və onların da ana atalarını doğuş hissələrinə əlavə edək. Beləcə geriyə doğru getdiyimizdə, davamlı olaraq, ən azından uzun bir müddət insan fərdləri ilə qarşılaşarıq, bu qaçılmazdır. Lakin, məsələn 10 nəsil, 20 nəsil, deyək ki 50 nəsil geriyə getdiyimizdə, təxminən 4.000 il geriyə getmiş olarıq. Təkamül Biologiyası və onu maraqlandıran sahələr sayəsində bilirik ki 4.000 il əvvəl insan yenə insan idi. Amma yəqin ki, o dövrün fiziki, davranış və genetik xüsusiyyətləri baxımından günümüzdən tamamilə fərqli idi. İnsanların meylləri fərqli idi. Boyları fərqli idi. Ömürləri bizimkindən çox qısa idi, əksəriyyəti 30 yaşına çatmadan ölürdü. Həyatları təməldən fərqli idi. Bu, onların yetişdirilmə formalarını, bu səbəbdən bütün xüsusiyyətlərini dəyişdirirdi. Deyək ki ömürləri yenə 80 il idi (əslində 30 il qədər olsa da). Həmişə bir ömrü 80 il olaraq düşünərək daha da geriyə gedək...

Həmçinin buradakı bir başqa əhəmiyyətli məsələ, geriyə getdikcə daha çox insanı əhatə edən "nəsil ağacları" ilə toqquşmağımızdır. Yəni məsələn indiki vaxtda Azərbaycanda yaşayan bir A insanının nəsil ağacını çəkərək geriyə getdiyimizi düşünək. 4.000 il əvvələ qədər geri getdiyimizdə, yolda Gürcüstan, Ermənistan, İran, İraq, Türkiyə, Yunanıstan və s. ölkələrdən və hətta çox daha uzaq ölkələrdən insanların nəsil ağaclarını işin içinə daxil etməyə başlayarıq. Çünki bəlkə bizim 50-ci nəsildən babamızın soyu, Dünyanın tamamilə fərqli bir nöqtəsində idi. Yalnız köçlər və fərqli səbəblərlə, 50-ci nəsildən olan babamızın uşaqlarının və nəvələrinin fərqli istiqamətlərə dağılmasından ötəri o soy bizə qədər gəldi. Bu, Təkamül Müddətini anlamaq mövzusunda əhəmiyyətli bir məsələdir. Buna az sonra qayıdacağıq.

Dövrümüzdən 100 nəsil geriyə getdiyimizdə, 8.000 il geriyə getmiş olacağıq. Hələ insan, insandır. Lakin artıq 100 nəsil əvvəlki bir fərdi alıb, günümüzdəki bir fərdlə müqayisə edəcək olsaq, fərqliliklər siyahısı daha da uzun olacaq. Bioloji olaraq hələ "insan" (Homo sapiens) olan insan, fiziki olaraq olduqca fərqlidir. Daha da geriyə, 200 nəsil, 300 nəsil, 500 nəsil, 1.000 nəsil, deyək ki 2.500 nəsil getdiyimizdə, 200.000 il geriyə getmiş olarıq. Artıq bu nöqtədə ələ alacağımız bir insan fərdi ilə, günümüzdən ələ alacağımız insan fərdi o qədər fərqlidir ki, eyni növ olduqlarını söyləmək mümkün olmayacaq. Çünki hər insan ana-atadan, həmişə insan balalar doğulsa da, təbiətdə, xüsusilə vəhşi mühitdə yalnız müəyyən xüsusiyyətlərə sahib fərdlər həyatda qala bilirlər. Bu da, fiziki xüsusiyyətlərin müəyyən şəkillərdə seçilməsi və ötürülməsi deməkdir. Bu səbəbdən, yalnız ana/ata ilə bala əsasında baxsaq həmişə eyni növdən fərdlər doğulur. Lakin qarşılaşdırmağımızı və araşdırmağımızı daha geniş zaman aralığına bölsək, fərqliliklərin artmasından ötəri eyni canlıdan bəhs etdiyimizi iddia etmək getdikcə çətinləşəcək.

200.000 il əvvəl yaşayan Cro Magnon insanı, ən ilkin müasir insan fərdləri olaraq tanınmaqdadır. Əgər ömür xəttlərini daha da geriyə aparıb, on minlərlə nəsil geriyə getsəniz görəcəyiniz şey, getdikcə insandan uzaqlaşıb vəhşi heyvanlara bənzəyən fərdlər olacaq. Hər biri ana atasından alacaq, onları təkrarlayacaq, bənzəyəcək fərd kimidir. Amma araşdırma etdiyimiz aralığı genişlətdikcə bənzərliklər getdikcə azalacaq.

Bu şəkildə geriyə gedərək, əgər ömrün 80 ildə sabit olduğunu fərz etsək, 75.000 nəsil (6 milyon il) geriyə gedəcək olsaq qarşılaşacağımız, "insan" olmasını gözlədiyimiz fərdlər, indiki vaxtda görməyə vərdiş etdiyimiz şimpanzelərə bənzəyən canlılara çox bənzəyəcək. Bəlkə hələ insana aid bəzi xüsusiyyətlər görmək mümkün olacaq, ancaq əsla "Bəli, bu bildiyimiz insandır" demək mümkün olmayacaq. Lakin o canlının nəsli günümüzə doğru təqib edilsə, davamlı olaraq hər bir fərdin balaları ələ alınsa, hər səfərində kiçik fərqliliklər və təbiət tərəfindən, cütləşmə nəticəsində yaradılan müxtəliflik üzərində edilən seçmə nəticəsində, nəsillər sonunda getdikcə fərqləndirmə olduğu görülə bilər.

Burada başa düşülməsi lazım olan bir başqa məsələ budur: 6 milyon il əvvələ getdiyimizdə gördüyümüz əcdadların "şimpanzelərə" bənzədiyini dedik; ancaq bu əcdadlar qətiliklə şimpanze deyildirlər! Açıqlayaq: Necə ki, insan fərdlərindən birindən başlayıb keçmişə doğru getdiyimizdə, davamlı olaraq daha çox nəsil ağacını daxil etməyimiz lazımdırsa, 6 milyon il əvvəlinə getdiyimizdə də, şimpanzelərin nəsil ağaclarıyla qarşılaşdığımızı və bizim nəsil ağaçlarımızının onlarınkıyla toqquşduğunu görərik. Yəni, müasir dövrdə Azərbaycanda yaşayan bir insandan başlayıb geriyə doğru getdiyimizdə və eyni şəkildə müasir dövrdə Konqo çayı, Afrika ətrafında yaşayan şimpanzedən başlayıb geriyə getdiyimizdə, bizim və onların nəsil ağaclarının tam 6 milyon il, hətta bəlkə daha da əvvəlində toqquşduğunu görə bilərik. Bu da, insanlarla şimpanzelərin yaxın qohumluğunu ortaya qoyur.

Bu bizə, Təkamül Biologiyasının möhtəşəm inteqrativ və açıqlayıcı gücünü bir daha göstərir: Eyni növə aid fərdlərin nəsil ağaclarını toqquşdurmaq üçün daha yaxın keçmişə getməyimiz kifayət edərkən, fərqli növləri toqquşdurmaq üçün çox daha gerilərı getməyimiz şərtdir. Ancaq kifayət qədər geriyə getsək, məsələn 47.500.000 nəsil geriyə gedəcək olsaq, yəni təxminən 3.8 milyard il əvvəlinə qədər bu nəsil ağacını davam etdirsək, yolda qarşılaşdığımız bütün canlıların nəsil ağaclarının bir-birləriylə toqquşduğunu görə bilərik, bu da əslində yer üzündə yaşayan bütün canlıların bir hüceyrədən təkamül etdiyini və bir-birləriylə qohum olduğunu göstərir. O zamandan günümüzə doğru yaxınlaşdığımızda isə, davamlı olaraq bölünmələr olacaq, fərdlərin fərqli istiqamətlərə, fərqli coğrafiyalara, fərqli təkamül pillələrinə sürünməyi nəticəsində fərqli növlər meydana gələcək. Bu növlər, dediyimiz kimi çox uzun illərin keçməsi nəticəsində meydana gəlməkdədir. Bəli, ana-atadan bənzər fərd doğulacaq; lakin müəyyən fərqliliklərə sahib olan fərdlərin, fərqli istiqamətlərə dağılıb, fərqli seçmə təzyiqləri altında qalmaları nəticəsində, nəsillər sonunda fərqli növlər meydana gələcəkdir.

Yəni nəsil ağacımızı geriyə doğru təqib etsək, əvvəl şimpanzelərlə, sonra qorillalarla, sonra oranqutanlarla, sonra tək-tək digər "primates" ya da primat qruplarıyla, sonra digər məməlilərlə, sonra yavaş-yavaş sürünənlərin nəhəng qruplarıyla, və s. şəklində bütün canlılarla addım-addım nəsil ağacımızın toqquşduğunu görərik. Bir bananla ortaq əcdadlarımızı (təbii ki, nə bitkiyə, nə də heyvana bənzəyən bu əcdad, sadə bir təkhüceyrəli orqanizmdir) görmək üçün milyardlarla il geriyə getmək lazım olarkən, bir balıq ilə ortaq əcdadımız üçün yüz milyonlarla il geriyə, bir məməli ilə ortaq əcdadımızı görmək üçün on milyonlarla il geriyə, bir primatla ortaq əcdadımızı görmək üçün milyonlarla il geriyə, bir Kanadalı ilə ortaq əcdadımızı görmək üçün yüz minlərlə il geriyə, uzaq qohumumuz ilə ortaq əcdadımızı görmək üçün bir neçə nəsil geriyə, qardaş və ya bacımızla ortaq əcdadımızı görmək üçünsə tək bir nəsil geriyə getməyimiz, yəni öz valideynlərimizə baxmağımız kifayətdir.

Beləcə, Darwin, bu ovsunlayıcı kəşfini sadəcə bu sözlərlə izah edirdi: "Bu həyat fikrində ehtişam var!"

Ümidvarıq yazımız ağlınızdakı bir çox qaranlıq qalan sualların üzərindən xətt çəkmişdir. Həmçinin, təkamülün və növləşmənin daha da geniş izahını almaq istəsəniz Növləşmə və Növləşmə Mexanizmləri adlı yazımızı oxumağınızı məsləhət görürük.
daha ətraflı...

May 8, 2013

Krossinq-over

Bu yazımızda sizlərə Təkamülün əsas olmasa da, ikinci mexanizmləri hesab olunan, amma əhəmiyyətli dəyişikliklərə səbəb olan proseslərdən bəhs edəcəyik. Dərhal izaha keçək.

Bu mexanizmlər, yazımızın içərisində görəcəyiniz kimi, eynilə mutasiyalar kimi təbiətə canlılıq baxımından müxtəliflik və vəsait təmin edən mexanizmlərdir. Hər hansı bir seçmə xüsusiyyətləri yoxdur. Lakin bildiyiniz kimi Təkamül, təbii proseslər içərisində canlılar arasındakı fərqliliklərin təbiət şərtləri daxilində "seçilməsi" və ya "ayırd edilməsi" nəticəsində meydana gəlir. Bu səbəbdən bu ikinci mexanizmlər və mutasiyalar olmasaydı, hər hansı bir canlı müxtəlifliyi təmin edilə bilməzdi və Təkamül baş verməzdi. Mutasiyaların yüzlərlə fərqli növünü bilirik. Üstəlik, bundan çoxunu da, bu yazımızda toxunacağımız ikinci mexanizmləri də biləcəyik.

Bu səbəbdən Təkamül biologiyasını anlamaq baxımından bu mexanizmlərin bilinməsi də çox böyük əhəmiyyət kəsb edir. Təkamüldən bir az anlayışı olan insanlar təkamül müddəti üçün müxtəlifliyi təmin edən tək ünsürün mutasiyalar olduğunu zənn edirlər. Halbuki bundan daha çoxu var və bu yazımızda sizə bunlardan bəhs etmək istəyirik. Ümid edirik ki faydalı olacaq.


Krossinq-over (Chromosomal Crossover ya da Gen Ötürülməsi), homoloji xromosomlar arasında meydana gələn genetik material (gen) ötürülməsidir. Bu nöqtədə homoloji xromosomları təyin etməkdə fayda görürük:

Homoloji xromosomlar, eyni uzunluqda, eyni sentromer (xromosom mərkəzi) mövqesinə sahib olan, eyni boyama naxışını daşıyan və hər bir lokusda (gen bölgəsi) eyni xarakterə sahib olan genləri daşıyan xromosom siyahısına deyilir. Homoloji xromosom cütləri daxilində, cütlərdən biri anadan, digəri atadan gəlir. Hər xromosomdan, iki ədəd xromatid olur və bunlara qardaş xromatidlər adı verilir. Aşağıda bunu görə bilərsiniz:




Meyoz bölünmə zamanı, Profaz-I mərhələsində sinapsis deyilən bir hadisə meydana gəlir (aşağıdaki fotoşəkildə göstərilmişdir) və homoloji xromosomlar bir-birləriylə düyünlənirlər. Bu düyün, Profaz-I mərhələsinin ortalarında başlayır və sonuna qədər davam edir. Bu müddət ərzində, homoloji xromosomların bir-biriylə bölgələri yer dəyişdirə bilər. Bu hadisəyə krossinq-over deyilir. Aşağıda bu hadisə göstərilmişdir:




İndi, çox irəli getmədən bir məlumatı vurğulamaq istəyirik: DNT dediyimiz molekul son dərəcə sıravi atomlar kolleksiyasıdır. Yalnız bu atomlar kolleksiyasının milyonlarla illik seçmə müddəti nəticəsində ona qatdığı biokimyəvi vəzifələr insanı heyrətləndirir və fövqəltəbii bir molekulmuş kimi düşünməsinə səbəb olur. Halbuki daha əvvəl də izah etdiyimiz kimi DNT də adi fizika və kimya qaydalarına tabedir, normal biokimyəvi reaksiyalar nəticəsində istehsal olunur və bütün funksiyasını bu biokimyəvi reaksiyalar sayəsində görür. Yəni onu "təsirli" edəcək heç bir əlavə xüsusiyyəti yoxdur. Bu vəziyyət, crossing-over hadisəsiylə daha da dəqiqləşir: Homoloji xromosomlar üzərindəki genlər də DNT-ni meydana gətirən atomlar və molekullar yığınıdır. Genlər bir araya gələrək DNT-ni və xromosomları meydana gətirirlər. Bu genlərin quruluşu da, olduqca sıravi biokimyəvi molekullar olduğu üçün və hər hansı bir şüura sahib olmadıqları üçün bölünmə zamanı yan-yana gəldiklərində və bir-birlərinə deydiklərində hansı xromosoma aid olduqlarının "fərqində ola bilməyəcəkləri" üzündən sıravi fizika və kimya qanunları daxilində (itələmə-çəkmə qüvvələri kimi ) bir xromosomdan digərinə keçə bilirlər. Çünki genlərin "oturduqları" bölgələr, bildiyimiz fiziki və kimyəvi bağlarla tutulur və yer dəyişdirən genlərin quruluşu bir-birinə olduqca bənzər olduğu üçün, yer dəyişmə nəticəsində xromosomda bir uyğunlaşmama meydana gəlir. Yəni irəli bir texnologiyayla krossinq-over'ə hər an müdaxilə etsək, əvvəldən hazırlamaq istədiyimiz gen kombinasiyasını, yer dəyişdirmə bölgəsinə yerləşdirə bilərik və xromosomların təbiri yerindədirsə "ruhu belə duymaz". Nəticədə fiziki və kimyəvi xüsusiyyətləri uyuşduqdan sonra, orada olan maddənin məzmunu hər hansı bir əhəmiyyət kəsb etmir.

Daha çox uzatmadan davam edək. Krossinq-over hadisəsi ilk dəfə 1909-cu ildə Frans Alfons Janssens tərəfindən müşahidə edilmişdir və "chiasmatic" olaraq adlandırılmışdır. Lakin sonradan, 1916-cı ildə, məşhur Amerikalı təkamülçü bioloq Thomas Hunt Morgan tərəfindən detalları da ortaya çıxarılmış, təcrübi olaraq göstərilmiş və "Təkamül Nəzəriyyəsinin Bir Tənqidi" (A Critique of the Theory of Evolution) adlı məqaləsində "krossinq-over" hadisəsini izah etmişdir. Hal-hazırda "chiasma" krossinq-over hadisəsi zamanı dəyişdirilən genlərin bir-birinə toxunduğu bölgə olaraq xatırlanır. Aşağıdakı fotoşəkil, Morganın krossinq-over'i izah etmək üçün istifadə etdiyi fiqurdur:




Krossinq-over'in çox da mürəkkəb olmayan biokimyası vardır: Spo11 adlı bir zülalın DNT ilə görüşməsi sonrasında meyotik rekombinasiya əməliyyatı dediyimiz bir əməliyyat başlayır. DNT-nin cüt spiralvari quruluşu helikaz kimi fermentlər vasitəsilə açılır. Eqzonükleaz fermentlərindən bir neçəsi sayəsində DNT-nin 5 'ucları həzm etdirilir və 3' ucları çıxarılmağa başlanır. Dmc1 və Rad51 zülalları tək lentli DNT hissələrini örtür və nükleoproteinlər formalaşır. Rekombinaz fermentləri sayəsində DNT lentlərindən birinin qırıq ucları, qarşı xromatidi işğal edir. Tək lentli DNT-nin 3 'ucunda olan DNT-Prime tamamlayıcı lentin genetik quruluşunun digər tərəfdəki lentə keçməsinə səbəb olurlar. Bu sırada meydana gələn xromatid ucları görüşdüyü bölgələrə chiasma, dəyişmə hadisəsinə isə crossing-over deyilir. Krossinq-over'i və parçaları izah edən gözəl bir digər vizual əlavə edək:





Daha yuxarıda da ifadə bildirdiyimizkimi, eukariotların hamısında hər bir hüceyrə bir genin iki fərqli kopiyasını daşıyır. Bu nüsxələrin hər birinə allel deyilir. Hər bir bala, hər hansı bir xüsusiyyətlə əlaqədar olaraq, ana və atasından bir allel alır. Bu səbəbdən meyoz bölünmə zamanı bir fərdin çıxardığı qametlər (artım hüceyrələri), bir sıra allelə malikdir. Bu fərdin, cütləşəcəyi fərdin artım hüceyrələri də, digər bir allel sırasına sabibdir. Bunlar, döllənmədən sonra bir araya gələrək hər bir fərddəki genetik vəsaiti meydana gətirirlər. Bu sayədə hər bir fərddə, ana və atasından gələn bir gen dəsti (allel seti) olur. Aşağıda, bu anlayışlar gözəl bir şəkildə göstərilmişdir:




Əgər krossinq-over olmasaydı, hər bir qamet tək tip allel seti daşayır olacaqdı. Krossinq-over sayəsində bu allel arasında dəyişmə meydana gəlir, beləcə saysız fərqli kombinasiya əldə edilir. Bu da, demək olar ki, hər bir spermanın və yumurtanın bir-birindən fərqli olmasını təmin edir (təbii ki mutasiyalar və daha sonra bəhs edəcəyimiz digər ikinci mexanizmlər ilə birlikdə). Qısaca krossinq-over, allellərin təsadüfi qarışığına səbəb olan təbiət hadisəsidir.

Krossinq-over əsnasında, genlərin mövqeləri dəyişmir. Bir xromosom üzərindəki bütün genlər, olması lazım olan yerlərində qalırlar. Yalnız, qarşı homoloji xromosomu meydana gətirən xromatidlərdən birindən (hər bir xromosomda iki ədəd qardaş xromatid olur) allel alınır ya da ona allel verilir. Bu sayədə, baladan ana-atanın genlərinə aid hər hansı bir kombinasiya nəzəri olaraq tapılır. Sıralamada deyil, daşınılan xüsusiyyətlərdə dəyişiklik meydana gəlir. Bu, Mendelin 3-cü qanunu:Sərbəst Paylaşma Qanunudur
.

Burada əhəmiyyətli bir məsələ də, krossinq-over'in hər gendə eyni ehtimalla yaranmadığıdır. Bunun səbəbi genetik məsafə dediyimiz və yuxarıda bəhs etdiyimiz təkamülçü bioloq Morganın şərəfinə, vahid olaraq Morgan (Mo) ilə ölçülən məsafədir. Bu məsafə bir xromosom üzərindəki genlərin bir-birindən uzaqlığını təyin edir. Çox sadə olaraq, krossinq-over'də hər genin yer dəyişdirmə şansının eyni olmama səbəbi, bir-birinə yaxın genlərin, bərabərcə ötürülmə şanslarının daha yüksək olmasındandır. Məsələn ABCDEFGHIJKLMNOPR şəklində genlər olduğunu fərz etsək və chiasma bölgəsinin mövqesindən ötəri B qarşı tərəfə köçürüləcəksə, A ilə C-dən də onunla birlikdə köçürülmə ehtimalı, P'nin köçürülmə ehtimalından çox daha yüksəkdir. Bunun səbəbi, əlbəttə, DNT-nin bir tam olması və fiziki, kimyəvi qüvvələrlə genlərin bir-birinə bağlı olmasıdır. Köçürmə zamanı köçürülən parça, qonşularını da özü ilə aparmağa çalışacaq.

Təbii ki, DNT "mükəmməl" bir molekul olmadığı üçün, tez-tez bu mexanizmdə səhvlər meydana gəlir və bunun nəticəsində krossinq-over'lər bir mutasiyaya çevrilə bilirlər. Yer dəyişdirmək üzrə qopan hissələr bəzi hallarda qarşı tərəfə çata bilmir. Və ya qarşıya keçən parçalara, mühitdə olan bəzi nükleotidlər yapışaraq artıq və səhv parçaların meydana gəlməsinə səbəb ola bilər. Bütün bunlar, çox vaxt problemli fərdlərin meydana gəlməsinə səbəb olsa da, bəzi hallarda uc dərəcədə amma sağlam fərdlərin var olmasına səbəb olur. Tamamilə sağlam ilə tamamilə xəstə arasındakı sonsuz ehtimal canlıların müxtəlifliyinə səbəb olur.

Bütün bunlardan aydın ola biləcəyi kimi, krossinq-over sayəsində canlılar arasında çox müxtəlif tiplər var olurlar. Bu tiplər həyata gəldikdən sonra, daha əvvəl açıqladığımız seçmə mexanizmlərinə tabe tutulurlar. Və bunlar arasında, həyata gəldikləri mühit şərtlərinə ən uyğun olanlar həyatda qalıb varlıqlarını davam etdirə, nəsl artıra biləcək və özlərini güclü edən kombinasiyaları balalarına ötürəcəkdir. Mühit şərtlərinə uyğun olmayan genetik kombinasiyalara sahib olanlar, daha doğrusu sahib olduğu genetik kombinasiyaya görə əldə etdiyi fiziki xüsusiyyətlər həyata gəldiyi təbiət şərtlərinə uyğun olmayanlar isə məğlub olduqları üçün bu "pis" kombinasiyaları balalarına ötürmürlər. Ən azı, yalnız Təbii Seçmə yolu ilə olan Təkamül təkcə bu şəkildə işləyir.

Göründüyü kimi, əslində başa düşülməsi çətin heç bir şey yoxdur. Fərd istəsə, bu təbiət qanunlarını asanlıqla anlaya bilər və hadisələrin meydana gəlmə zəncirini kiçik parçalara bölərək necə təkamülləşdiyini görə bilər. Bu sayədə, təbiətdəki hər bir fenomen açıqlana və Təkamül sayəsində canlılarda meydana gələn hər cür müxtəliflik asanlıqla izah oluna bilər.
daha ətraflı...

May 3, 2013

Təkamülü Təcrübəylə Müşahidə Etmək İstəyənlərə: Lenski Təcrübəsi

Bildiyiniz kimi indiki zamanda bir çox insan Təkamülün "müşahidə edilə bilinməyən" olduğunu düşünür. Əlbəttə ki, bir elm olaraq Təkamül "müşahidə olunmayan" və ya "müşahidə olunmamış" deyil; tam tərsinə, hər an, hər saniyə müşahidə edilməkdədir. Bu yazımızda sizlərə Təkamülün həqiqətən, bir insan ömrü müddətində, böyük səy və çalışqanlıqla da olsa müşahidə oluna biləcəyini göstərmək istəyirik. Elm düşmənləri, Təkamül Qaydasının qarşısına çıxarkən, "Təkamülün müşahidə oluna bilmədiyi" arqumentini istifadə edirlər. Təkamül, həqiqətən də bu insanların iddia etdiyi kimi heç bir zaman "müşahidə olunmamış"dır?

Burda göstərəcəyimiz təcrübə, Prof. Dr. Riçard Lenskinin 20 il sərf etdiyi və Təkamülün laboratoriya şəraitində müşahidə oluna biləcəyini sübut edən təcrübəsidir. Öncə, təcrübəni reallaşdıran insandan bəhs etmək istəyirik, çünki o bu hörməti haqq etmişdir:



Riçard Lenski, 13 Avqust 1956-cı ildə doğulmuş Amerikalı Təkamülçü Bioloqdur. Lenski, Oberlin Kolleci məzunudur və doktorluğunu Şimali Karolina Universitetində almışdır. Hal-hazırda Miçiqan Dövlət Universitetində alimlik etməkdədir. 1996-cı ildə prestijli elm mükafatı MacArthur Fellowshipi qazanmış, 2006-cı ildə isə Amerika Birləşmiş Ştatları Milli Elmlər Akademiyasının üzvü seçilmişdir. 17 Fevral 2010 tarixində Milli Elmlər Akademiyası Təkamülü Müşahidə Araşdırmaları Elm və Texnologiya Mərkəzini qurmuşdur.

Lenski, son vaxtlarda Təkamül və elm düşmənlərinin sıx müraciət etdiyi və Viki Vəqfinə aid "wiki Conservapedia"nın qurucusu və sahibi Andrew Schlaflyı ictimai platformada etdikləri məktublaşmada qəti bir zəfərlə susdurması və elmi bilməyənlərin elmlə başa çıxa bilməyəcəyini göstərməsiylə bilinməkdədir.

İndi isə təcrübəyə keçək:

Lenski və qrupu, başlanğıcda eyni populyasiyaya aid Escherichia coli bakteriyalarından ələ alıb, bunları 12 qrupa ayırmışlar. Beləcə bir-biri ilə başlanğıcda az qala eyni, 12 fərqli bakteriya populyasiyası əldə edilmişdir. Təcrübə 24 Fevral 1988 tarixində başladılmışdır.


Təcrübədə E. coli bakteriyalarının istifadə edilmə məqsədi, bakteriyaların bölünmə sürətinin 20 dəqiqə olmasıdır. Yəni bu bakteriyalar, hər 20 dəqiqədə 1 dəfə bölünürlər, dolayısıyla Təkamül müddətində 1 nəsli yalnız 20 dəqiqədə keçmək mümkündür. Müqayisə etmək baxımından, insanların ömrünün 80 il olduğunu və bu müddətdə ortalama 30 yaşına çatdıqlarında çoxaldıqlarını, beləcə 1 nəslin keçilməsinin 30 il qədər sürdüyünü və bu səbəblə bir insanın ömüründə ən çox 2 və ya 3 insan nəsli görə biləcəyini, bütün növlər arasında bilinən növləşmə sürətlərinin ortalaması alındığında, bir növdən yeni iki növün meydana gələ bilməsi üçün keçməsi lazım olan nəsil sayının təxminən 1000 qədər olduğunu qeyd etmək istəyərik. 1000 nəsil, insan üçün 300000 il, E. coli bakteriyası üçün təxminən 333 saat, yəni 14 gündür. Aradakı fərqi görə biləcəyinizi təxmin edirik.


Lenski, bu 12 fərqli bakteriya qrupunu götürərək davamlı çoxalmalarına şərait yaratdı. Hər bir qrupu, minimal böyümə mühitində (texniki bir termindir və bir canlının yaşaması üçün lazım olan minimum şərtləri ifadə edir) saxlamağa başladı. Hər yeni gündə, böyüyən populyasiyanın %1-lik qismini yeni bir qab içərisinə götürərək, "1 nəsil" olaraq işarələdi. Lenskinin istifadə etdiyi E. colilər, mühitdə bol qida olmadığı üçün yuxarıdakı məlumatdan daha yavaş törəyirdilər, hər 150 gündə 1.000 nəsil verməkdəydilər ( bu belə insanlarınkıyla müqayisə edilə bilməyəcək qədər sürətlidir). Lenski, bu nəsilləri Ara(-) və Ara(+) adlı bir arabinoz operonu üzərindən işarələdi və nəsilləri ayırd etməyə başladı. 12 koloniyadan 6-sı Ara(-), 6-sı Ara(+) olaraq işarələndi.

Lenski, Təkamül keçmişini araşdıra bilmək üçün "fosil dəlillərinə" sahib olmalı idi. Bunun üçün, bu şəkildə hər gün nəsilləri yazarkən, 500 nəsildə bir, yəni 75 gündə bir əldə etdiyi son nəsildən bir neçə üzvü kriyoprotektan içərisində qliserol ilə birlikdə "dondurdu" və beləcə, eynilə qalıqlarda olduğu kimi kəsilməli amma davamlı bir qeyd əldə edə bilməyi bacardı. Kriyoprotektan və qliserol içərisində saxlanan bakteriyalar, istənildiyi zaman təkrar "həll edilərək" həyatlarını davam etdirə bilməkdədir, bu da bakteriyalarda meydana gələn dəyişmələri araşdırmaq üçün yaxşı bir fürsətdir.

Lenski, davamlı olaraq bakteriyaların ortalama müvəffəqiyyətini (mean fitness) izlədi və nəsillərdən götürdüyü nümunələr üzərində əlavə təcrübələr etdi, ancaq ana nəslə əsla toxunmadı və bir təkamül müddəti şəklində izlədi və qeyd etdi.

Fevral 2010 tarixinə gəlindiyində, bakteriyalar çoxdan 50000 nəsli keçib bölünməyə davam etməkdəydilər. Bu miqdar, statistik olaraq E. coli genomunda olan bütün tək nukleotidlərin keçirə biləcəkləri mutasiyaları bir neçə dəfə keçirə biləcəyi qədər kafi müddət deməkdir.

Təcrübə, sizin də görə biləcəyiniz kimi 22 il sürdü. Bu müddətdə bir çox elmi inqilab yaşandı, internet insanların həyatına tam olaraq daxil olmağı bacardı, televiziyalar, radiolar, avtomobillər inkişaf etdi, kosmosa dəfələrlə peyk göndərildi. Ancaq bunların yanında çox maraqlı bir hadisə baş verdi: Təkamül, laboratoriyada, insanların öz gözləriylə müşahidə edildi:

Təcrübənin başlanğıcında, bir çox xüsusiyyət 12 fərqli koloniya tərəfindən paylaşılmaqda idi, çünki eyni populyasiyaya aiddilər. İlk illərdə, hər bir populyasiyanın ortalama müvəffəqiyyəti sürətlə artdı, ancaq 20.000-inci nəsildən sonra bu artım yavaşladı. Ata növlə müqayisədə yeni nəsillər daha böyük hüceyrə həcmlərinə çatdılar və populyasiyadakı fərdlərin sıxlığı azaldı. Ayrıca hər bir koloniya, qlükoza istifadə etmək baxımından atalarına görə daha müvəffəqiyyətli hala gəldi. Bunlar reallaşırdı, çünki gerçəkdə, təbii mühitlərində E. coli bakteriyaları bolca yemək tapmaqda və sərbəst yayıla bilməkdəydi. Ancaq məhdud qida mühitində və sahədə, bunlar ola bilməz və fərqli istiqamətdə təkamül müddəti başlayır.

12 nəsildən 4-ündə DNT təmiri mövzusunda problemli mutasiyalar meydana gəldi. Bu da, bu nəsillərdə daha çox mutasiya meydana gəlməsinə səbəb oldu. Lenski, 20.000 nəsil sonunda yüz milyonlarla nöqtə mutasiyası meydana gəldiyini; ancaq bunların 10 ilə 20 dənəsinin populyasiya içərisində fayda verdiyi üçün sabitləndiyini və cəmi, neytral mutasiyalarla birlikdə koloniyalarda 100 mutasiyanın sabitləndiyini (populyasiya üçün norma halına gəldiyini) təsbit etmişdir.

2008-ci ildə isə Lenski və yoldaşları daha da ciddi, əhəmiyyətli və həyəcanverici bir adaptasiya kəşf etdilər. Bu adaptasiya, 12 populyasiyadan yalnız 1-ində meydana gəlmişdi: E. coli bakteriyaları, daha əvvəl heç sahib olmadıqları bir xüsusiyyət olaraq sitrat molekullarını hüceyrə içərisinə alıb həzm edərək enerji istehsalını bacaracaq şəkildə təkamülləşmişdilər!

E. coli bakteriyaları sitrat molekulunu nəinki həzm etmək, heç hüceyrə içərisinə belə ala bilmirlər, çünki molekul çox böyükdür. Hətta bu xüsusiyyət, E. colinin xəstəlik törədici bir bakteriya olan Salmonelladan ayırd edilə bilməsini təmin etməkdədir. Ancaq təxminən 33.127-inci nəsildə, 12 populyasiyadan birində inanılmaz bir say artımı təsbit edilmişdir. Alimlər, bunun səbəbini araşdırdıqlarında, minimal böyümə mühiti daxilində olan sitrat molekullarının o populyasiyaya aid bakteriyalar tərəfindən həzm edilməyə başladığını kəşf etmişlər. Bu da, digər populyasiyalara görə bakteriyaların həyatda qalma şansını artırmaqdadır, çünki bu daha çox qida deməkdir (digər populyasiyalar sitratı həzm edə bilməyib, yalnız qlükoza ilə kifayətlənmək məcburiyyətindədir).

Lenski, dərhal əlində tutduğu krionik qalıqlara baxaraq, hansı nöqtədə bu xüsusiyyəti qazandıracaq mutasiyaların əldə edildiyini tapmağa çalışmışdır. Bu araşdırması nəticəsində, 31.000 ilə 31.500-üncü nəsillər arasında bir mutasiya meydana gəldiyini və bu mutasiya sayəsində sitratın həzm edilə bilməyə başladığını kəşf etmişdir. Ayrıca, sitratı həzm edə bilən E. coli bakteriyalarının çöldən gəlmədiyindən əmin olmaq üçün bir çox genetik işarələyici ilə nəticələri test etmişlər və bakteriyaların Ara operonu ilə işarəli olan orijinal bakteriyaların nəslindən olduğundan əmin olmuşlar.

Bütün bunlar daha da maraqlı bir kəşfə səbəb olmuşdur: 31.000-inci nəsildən əvvəlki nəsillərdən bakteriyalar götürüb, bunları başqa qablarda çoxalmağa davam etdirdiklərində, sitrat həzminin spontan olaraq yenidən təkamülləşdiyini görmüşlər. Ancaq 20.000 nəsildən əvvəl götürdükləri heç bir bakteriya, bu xüsusiyyəti təkamülləşdirməmişdir. Daha detallı etdikləri araşdırmalar nəticəsində bunun səbəbinin, 20.000 nəsildən sonra meydana gələn bir ön-faydalı-mutasiyadan qaynaqlandığını tapmışlar. Bu, o deməkdir ki: Bu mutasiya, sitratı həzm edə bilməyə səbəb olan ikinci mutasiyanın reallaşma şansını artırmaqdadır. Bu səbəbdən bu ilk mutasiyanı keçirən fərdlər, asanca sitratı həzm edə bilmələrinə səbəb olacaq mutasiyaya da açıq olmaqdadırlar. Ancaq bu ilk mutasiyaya sahib olmayan fərdlərin, tək səfərdə bu ana mutasiyaya çatmaları o qədər aşağı bir ehtimaldır ki, bunun reallaşması mümkün deyil. Ancaq bir dəfə ilk mutasiya reallaşdımı, nəhəng əhəmiyyətdəki bir hadisənin reallaşmasını təmin edən ikinci mutasiya asanca reallaşa bilməkdədir.

Həmçinin, bir başqa ümumi təkamül də hər bir populyasiyanın, daha əvvəl də dediyimiz kimi, çox daha yumru və iri hüceyrələrə sahib olacaq şəkildə təkamülləşməsidir. Bunu da araşdırdıqlarında, səbəbini tapa bildilər: Bir başqa mutasiya, Penisillin Bağlayıcı Zülal adlı bir zülalı sintez edəcək genin xüsusiyyətini dəyişdirmişdir. Və bu kəşf də başqa bir kəşfə aparmışdır: Bu zülalın dəyişməsi hüceyrə böyüklüyünü və yumruluğunu artırmışdır; ancaq eyni zamanda osmotik stressə qarşı dayanıqlığını aşağı salmışdır. Bu səbəbdən bu bakteriyalar, ata növlərə görə sabit ekoloji şərtlərdə daha qısa müddətdə yaşaya bilməkdədirlər.



Görüldüyü kimi Lenski Təcrübəsi, möhtəşəm nəticələrə imza atmış bir təcrübədir. Bu təcrübədə Lenski və həmkarları, açıq bir şəkildə bir növün, daha əvvəl heç sahib olmadığı və heç də kiçik əhəmiyyəti olmayan, nəhəng bir dəyişməni bacara bildiyini göstərmişdir. Onsuz da Təkamül bu dəyişmələrin zaman içərisində sayca və keyfiyyətcə yığılması nəticəsində, nəvə növlərin əcdadlarıyla cütləşə bilməyəcək qədər fərqliləşməsi deməkdir. Əgər E.coli bakteriyaları, cinsi olaraq cütləşən fərdlər olsaydılar, bir müddət sonra bu tip xüsusiyyətlər və bu xüsusiyyətlərin genlərdəki əks olunmaları o qədər çox olacaqdı ki, təcrübənin ən başındakı qablardakı fərdlərlə cütləşdirilməyə çalışıldıqlarında genləri uyğunlaşmayacaq və balalar çıxara bilməyəcəkdilər. Beləliklə, Təkamül tam olaraq budur.

Təkamülün gerçək olmadığını iddia edənləri, təcrübəni təkrar etməyə və ancaq ondan sonra şərh verməyə dəvət edirik.
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top