May 25, 2013

Saxta Fosil Nədir?

Təkamül təliminə qarşı əldə bayraq kimi istifadə edilən iddialardan biri budur: "Təkamülçülər saxta fosillərlə insanları aldadır, onları meymun olmaqda ittiham edirlər! Piltdown Adamı, Yava Adamı kimi fosillər ortaya qoyaraq insanların təkamül keçirdiklərini deməyə çalışırlar! Halbuki bu fosillərin saxta olduğu X tarixdə X adlı şəxs tərəfindən aşkar edilib!


Cavab vermək istəyirik:

Piltdown Adamı (Eoanthropus dawsonii) qətiliklə bir saxtakarlıqdır və elm tərəfindən (bəli) bu saxtakarlıq ortaya çıxarılmışdır. Amma, Yava Adamı (Pithecanthropus erectus) qətiliklə saxta deyil. Saxta olan bu saxtakarların iddialarıdır. Əgər elmi bir iddia varsa, bu yenə elm adamları tərəfindən araşdırılmalıdır.

 

Piltdown Adamı (Eoanthropus dawsonii)

Yava Adamı (Pithecanthropus erectus)


Yaxşı, bu saxta fosillər nədir, haradan gəlirlər? Elmə güvənə bilərikmi, Təkamül təlimi qarşısında bir maneə ola bilərmi? Əlbəttə ki, iki problemin də cavabı xeyirdir. İndi bunları bir az araşdıraq:

Statistik olaraq bir növə aid 1 milyon fərddən yalnız 1 dənəsi fosilləşir. İndiki vaxtda, yüz minlərlə fərqli növün milyonlarla qalığı kəşf edilmişdir. Yenə statistik olaraq bu qalıqlar arasında, orta hesabla 1 milyon fosildən yalnız 1 dənəsi saxta çıxır. Bu, böyük dərəcədə kiçik bir nisbətdir. Lakin təbii ki, elm adamları məsələnin elm tərəfində, elm düşmənləri isə işin manipulyasiya, təhrif etmə, yalan və saxtakarlıq tərəfində olduqları üçün, televiziya xəbərlərində və qəzetlərdə tapılan və təkamülü təsdiqləyən yüz minlərlə yeni qalıqlardan bəhs edilmir (reytinq qazandırmayacağı üçün), amma bir dənə belə saxta qalıq olsa bu böyük başlıqlar halında bütün kanallarda, bir anda bütün jurnalistlərin "alim kəsilməsiylə" duyurulur. Bu səbəblə də, insanların beyinləri yuyulur və onların elmə şübhəylə yanaşmaları sığortalanır.

Bu saxta fosillər nədir və haradan gəlirlər?

Fosil saxtakarlığını ikiyə ayıra bilərik: İlk qrup, bir çox ölkədə olan "toplu fosil bazarları"nda yalnız pul qazanmaq məqsədilə saxta fosillərin alış və verişindən qaynaqlanmaqdadır. Eynilə almaz saxtakarlığı kimi, qalıqların saxtaları hazırlanır və həqiqiymiş kimi kolleksiyaçılara ucuz qiymətlərə (məsələn adi bir balıq fosilini bizim pulla 5 manata ala bilərsiniz) satılır. Bu qalıqlar bazarda yığılır və bəzən bəzi kəslər tərəfindən alınıb kütləyə tədqim edilir (fosilin saxta olduğu bilinmədən və elm adamları tərəfindən araşdırılmadan). Bunlar, kolleksiyaçıları aldatmağa çalışan ilk qrupu meydana gətirir.

Xəbər buraxılışlarına ilk xəbər kimi girməyi bacaran qalıq saxtakarlıqları yalanları bir yerə qədər davam edir və əlbəttə, elm ən etibarlı məlumat növü olduğu üçün bu saxtakarlıqların ortaya çıxarılması uzun sürmür (çünki elm, dünya səviyyəsində etibarlı olan tək məlumat növüdür və hər cür məzmunu sorğu-sual edilib, nəzarət edilə bilər); lakin bəzən "elm adamları"nın da arzu və duyğularına xitab edən saxtakarlıqlar edilməkdədir və bu da, bu səbəblə, gerçəyin ortaya çıxma müddətini uzadır. Piltdown Adamı da buna bir nümunədir. Bir az araşdıraq:

Həvəskar bir elm adamı (sahə üzrə təhsili olmayan) və qalıq kolleksiyaçısı olan Charles Dawson, 1953-cü ildə bir oranqutan çənəsi ilə insan kəllə sümüyünü birləşdirərək bir fosil yaratmış və bunu bir "ara növ fosili" olaraq irəli sürmüşdür. Saxtakarlığı 40 il ərzində aşkar edilməmiş, yalnız Bournemouth Universitetindən olan arxeoloq Miles Russell tərəfindən aparılan yenidən-tədqiqatlar nəticəsində saxtakarlıq ortaya çıxarılmışdır.

Bəzi digər fosil saxtakarlıqları isə belə sıralana bilər: Nebraska Adamı (Hesperopithecus haroldcooki), Archaeoraptor (Archaeoraptor liaoningensis) (Archaeopteryx deyil!), Eozoon (Eozoon canadense). Onsuz da bundan çoxunu da tapmaq çətindir. Bundan başqa səhv təyin edilən, lakin yenə də əhəmiyyətli olan qalıqlar da var: Basilosaurus, Hallucigenia, Peytoia, Anomalocaris. Bunların da sayını bir az artırmaq mümkündür, amma "doğru tapılan qalıqlar" ilə müqayisədə sayları olduqca azdır. Bir tərəfdə milyonlarla qalıq, digər bir tərəfdə isə bir neçə və ya bir neçə on dənə fosil...


Archaeoraptor (Archaeoraptor liaoningensis)

Burada əhəmiyyətli olan məsələ budur: Bəli, bəziləri, hər zaman olduğu kimi saxtakarlıq arxasındadırlar və bunu bəzən müvəffəqiyyətlə yerinə yetirə bilirlər. Lakin bu saxtakarlıqları, o qədər dillərinə salmalarına və əllərində bayraq kimi istifadə etmələrinə baxmayaraq ortaya çıxaranlar nə qatı dinçilər və elm düşməni olan Təkamül əleyhdarlarıdır, nə də bir başqa məlumat növüdür. Saxtakarlıqları üzə çıxaran məlumat növü elmdir. Bu da elmin nə qədər etibarlı olduğunu bizlərə xatırladır. Lakin, elmin öz səhvlərini düzəltmə, təkrar etmə və yeniləmə mexanizmləri var. Digər heç bir məlumat növündə bu mexanizmlər tapılmır. Bu səbəblə də heç biri etibarlı deyil. Yəni elmdə saxtakarlıqlar milyonda birlərlə ölçülür, digər məlumat növlərinin isə bəzən hamısı saxtakarlıq üzərində qurulur.

Dediyimiz kimi, elmdə hər zaman kiçik səhvlər olur. Saxta (və ya bəzən səhv qiymətləndirilən) qalıqlar statistik olaraq çox azdırlar. Bu eynilə bir dərmanın bəzi digər təsirlərinin bilinmədən ya da kifayət qədər test edilmədən bazara çıxarılması nəticəsində edilən səhvlər kimidir. Belə hallar çox az olur, lakin bundan qorxaraq dərman almaqdan imtina etmirik. Onsuz da, dediyimiz kimi, bu problem və saxtakarlıqları da ortaya çıxaran yenə elmdir (səmimi səhvlərə yol verərək), sonradan səhvlər aradan qaldırılır. Bu səbəblə, bu qədər az olan səhvlər üzündən böyük bir elm sahəsinin və ya bütöv elmin saxta olduğunu iddia etmək, cahil, elm düşməni və ikiüzlü olan Təkamül Əleyhdarlarının acizlik və çarəsizliklərinə bariz nümunə hesab olunmalıdır.
Yazını dostlarla bölüş

0 şərh var:

Post a Comment

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top