May 8, 2013

Archaeopteryx Haqqında...

Bu yazımızda elm düşmənlərinin tez-tez, əslində çox da elmi bir termin olmayan "ara növ" termini daxilində hücum etdikləri Archaeopteryx'i ələ alacağıq.








Bir çox elmdən kənar qaynaqlarda Archaeopteryx'in sürünənlərlə quşlar arası bir keçid olmadığı bildirilir. Səbəb kimi isə bunları göstərirlər:

1) Uçan canlılarda olan sinə sümüyü (sternum) tapılmır;

2) Tüklərin quruluşu canlının bir keçid forması kimi deyil, bir quş kimi "mükəmməl" uça bildiyini göstərir;

3) Qanadlardakı pəncələr və ağzındakı dişlər ara keçid növü olmadığını göstərir;

4) Qulaq quruluşu dövrümüzün müasir quşları ilə eynidir;

5) Qanadları ara keçid növü olmasına dəstək olmur;

6) Fosilin yaşadığı dövrlə əlaqədar "zamanlama səhvi" var.


Bu tip iddialarla, bu qalığın saxta olduğunu "sübut edirlər", ən pis ehtimalla da Təkamül Nəzəriyyəsini "darmadağın" etdiklərini düşünürlər. Guya "hər hansı" bir jurnalın "hər hansı" bir sayında "hər hansı" bir alim bu fosilin ifşa olunduğunu irəli sürübmüş. Bu fikirlərinin dayaqsız olduğunu ortaya qoyan çoxlu kitab və dəyərli elm adamı var. Gəlin əldə olan məlumatlar və bu elm adamlarının yazıları daxilində bu iddialara bir-bir nəzər salaq:



1) Wellnhofer'in araşdırdığı və yazdığı kimi (1993), Archaeopteryx'in bir sternum sümüyü var idi, amma digər fosillər kimi fosilləşmədiyi üçün, Archaeopteryx ilk tapıldıqda bu sümük ayırd edilməmişdi. Elmdən anlayışı olmayan şəxslər aktual olmayan və yalnış qaynaqlardan yola çıxaraq öz istədikləri istiqamətdə dəlilləri təhrif edirlər.

2) Speakman & Thomas (1994) müasir quşların asimmetrik tük quruluşu ilə guya
Archaeopteryx'in tük quruluşunu müqayisə ediblər. "Asimmetriya Dərəcəsi" deyilən və ortalığı qarışdıran bir ölçü metodu var. Bu metodu istifadə edən Speakman & Thomas Archaeopteryx'in bu ölçümə görə 1.25 dəyərində bir asimmetriya nisbətinə sahib olduğunu iddia etmişlərdir. Bu dəyəri isə, hal-hazırda tamamilə tərk edilmiş bir metod olaraq, quşların "uça bilmə tutumu" ilə nisbətləmiş və səhvə yol vermişlər. Nəticədə bu dəyərin müasir və uçan bir quşunkuna görə (ən pisi belə 2.2 'dir) çox aşağı, müasir və uça bilməyən bir quşunkuyla isə az qala eyni olduğunu ifadə etmişlər. Elm düşmənlərinin yalan qurduqları araşdırma budur. Bu dırnaqarası elm adamlarının iddiasına görə Archaeopteryx yalnız uça bilməyən müasir bir quşdur və bir keçid növü deyil. Ancaq sonradan edilən araşdırmalarda, Speakman & Thomasın bir Archaeopteryx tükü ilə belə müqayisə etmədikləri məlum olmuşdur və elm səhnəsindən silinmişlərdir. Təbii ki dövrümüzün elm düşmənləri bunu görməzlikdən gəlirlər. Lakin araşdırmalar bunu açıqca ortaya qoymaqdadır. İlk olaraq Norberg (1995), Speakman & Thomasın qanad qıvrımını hesaba qatmadan nəticələr tapdıqlarını isbat etmişdir, ki bir quşun uça bilməsindəki ən əhəmiyyətli faktorlardan biri də elə qanadın qıvrımıdır (curvature). Paul Davis 1996-ci ildə Speakman & Thomasın qanaddaki tükləri belə səhv sayaraq hesablar etdiklərini sübut etmişdir. Daha sonradan edilən araşdırmalarda, Speakman & Thomasın araşdırmasına ən ağır zərbə enmişdir: Asimmetriya Dərəcəsi'nin bir quşun "uçuş tutumu" ilə əlaqədar olmadığı təsdiq edilmişdir. Asimmetriya Dərəcəsi, yalnız uçan quşlarda manevr qabiliyyətini ölçmək və dırmaşma uçuşlarındakı yetkinliyi təyin etmək üçün istifadə edilir (JMV Rayner). Bu səbəbdən əldə edəcəyimiz nəticə, Archaeopteryx'in müasir quşlardakından fərqli olaraq aşağı asimmetriyaya sahib olduğu, ancaq müasir quşlarınkından fərqli olaraq bu aşağı asimmetriyanın (ki uçmaq üçün normalda yüksək asimmetriya lazımdır, müasir quş tükləri xeyli asimmetrikdir) Archaeopteryx'in uçmasına maneə olmadığıdır. Bu da onun bir keçid növü olduğunu sübut edir.

3) Bu iddiada elm düşmənləri hədəf çaşdırma taktikasını istifadə edirlər. Archaeopteryx'in pəncələrinin olması, elm adamlarına görə bir ara keçid növü olduğunun sübutudur. Elm düşmənləri isə, Archaeopteryx'in pəncələri olmasının sürünənlərlə bir əlaqəsi olmadığını söyləyirlər və baş qarışdırırlar. Tezisi dəstəkləmək üçün də elmi bir gerçək olan və hələ də var olan Touraco corythaixOpisthocomus hoazin növlərini göstərərək, bu uça bilməyən quşların da pəncələri olduğunu, lakin bu iki növün sürünənlərlə heç bir əlaqəsi olmadığını söyləyirlər. Onsuz da elm adamları bu növlərin sürünənlərlə bir əlaqəsi olduğunu iddia etmirlər. Bəhs edilən növlər tamamilə fərqli növlərdir və bir növün sürünənlərlə əlaqəsi olmaması, bənzər xüsusiyyətlərə sahib olan, amma əlaqəsi olmayan bir başqa növün də sürünənlərlə əlaqəsi olmadığını göstərmir. Yəni elm düşmənləri, məntiq səhvini istifadə edərək baş qarışdırırlar.

4) Ostrom'un 1976-cı ildə nəşr etdiyi və hələ də çökdürülməmiş olan tədqiqatının 132-ci səhifəsinə baxdığımızda görə biləcəyimiz kimi, Archaeopteryx'in qulaq quruluşunda olan və tibb elmində "Stout quadrate" olaraq təyin olunan və bunun titrəşməsi nəticəsində "eşitmə" hadisəsini reallaşdıran sümük, sürünənlərdəkinə görə olduqca böyük idi, lakin sürünənlərinkində olduğu kimi üst çənə bölgəsinə bitişik idi. Bu da, elm düşmənlərinin bu iddiasının əsasını təşkil edən Prof. Duane Gish'in qulaq quruluşu iddiasının yalan olduğunu sübut etmişdir.

5) Elm düşmənlərinin saxtakarlıqları, istifadə etdikləri qaynaqlarını yeniləməmədiklərindən və dəqiq araşdırmadıqlarından aydın ola bilər. Çünki SpringerLink, Web of Science, Google academics kimi elmi mənbə axtarış mühərriklərində etdiyimiz kiçik bir araşdırma nəticəsində, elm düşmənlərinin, elm adamının adını belə doğru yazmadığı ortaya çıxmışdır. Prof. J. Richard Hinchcliffe, tüklü dinozavrlar üzərinə araşdırma edən və Təkamül Nəzəriyyəsini qəbul edən, həmçinin Archaeopteryx'in bir keçid növü olduğunu da qəbul edən bir elm adamıdır. Bunu, məqaləsindən görə bilərik: "... Çində əldə edilən son tapıntılar da gözlər önünə sərmişdir ki, tüklü dinozavr təkamülünün pillələrindən biri olan Archaeopteryx ... ". Həmçinin eyni professor, Təkamül Nəzəriyyəsini dəstəkləyən "Əza Təkamülünün İnkişaf Bazası" (Developmental Basis of Limb Evolution) başlıqlı məqalənin də müəllifidir. Elm düşmənləri Təkamül Nəzəriyyəsinə hücum edir və onlarla ilini, hətta ömürlərini bu işə həsr edən elm adamlarının işlərini görməməzlikdən gələrək, onları Təkamül Əleyhdarı olaraq çatdırırlar və elmdən kənar yazılarında qaynaq olaraq utanmadan bunu istifadə edirlər. Çox təəssüf ki insanlarımız, bu işin mütəxəssislərinə güvənməkdənsə, elmdən anlayışı olmayanların yalanlarına üz tuturlar. Bu, bir az da, təhsilin aşağı səviyyədə olmasından qaynaqlanır.

6) Həmin elm düşmənləri, "zamanlama səhvi" olaraq Eoalulavis (120 milyon il əvvəl yaşamışdır) adlı bir növü göstərirlər və Archaeopteryx'dən (150 milyon il əvvəl yaşamışdır) daha gənc olmasına baxmayaraq günümüzdəki müasir quşlara aid qanad quruluşuna sahib olduğunu iddia edirlər. Elm düşmənləri, burada da, öz cahilliklərinə qurban gedərək bir söz oyununa müraciət edirlər və insanları çaşdırırlar. Təkamül Nəzəriyyəsini çürütmək üçün irəli sürdükləri Eoalulavis, onsuz da Archaeopteryx'dən təkamülləşmiş olan bir növdür və onun davamçısıdır. Eynilə Homo neanderthalensis ilə Homo erectus'un eyni zamanlarda yaşadığı kimi, bu növlər də eyni zamanlarda yaşamış, ancaq biri digərindən təkamülləşmiş olan növlərdir. Elm düşmənləri, Təkamül Təlimi daxilində heç bir elmi məlumata sahib olmadıqları kimi öz aləmlərində yalanlarla yaşamaqda olduqları üçün, təkamülü bir zəncir olaraq düşünmələrindən və "ara növ" olaraq bir zənciri tamamlayan hər növ canlının var olması lazım olduğuna inanmalarından irəli gəlir. Halbuki təkamül müddəti bir "zəncir" olaraq deyil, bir "ağac" olaraq düşünülməlidir. Bu ağac daxilində, tək bir populyasiyadan iki ya da daha çox istiqamətə doğru təkamülləşən yeni növlər bir yerdə, eyni zamanda yaşaya bilərlər. Yəni Archaeopteryx'dən təkamülləşən Eoalulavis, əcdadı ilə bir yerdə bir müddət yaşamışdır və bu kifayət qədər elmi, təbii və həqiqidir. Lakin elm düşmənləri bu növü sanki tamamilə fərqli bir növ kimi göstərərək söz oyunu nümayiş etdirirlər və saxtakarlıqlarını bir daha ortaya qoyurlar.



Nəticə olaraq; sürünənlərdən quşlara keçid, onlarla fərqli fosillə sübut edilmişdir və "əskiksiz" bir keçid ortaya qoyulmuşdur. Təkcə Archaeopteryx belə bu keçidi təsdiqləyə biləcək bir növdür, lakin yaşamış olan tək tüklü dinozavr deyil. Elm düşmənləri, hər səfərində öz qazdıqları yalan quyusuna düşürlər. Dünyada hələ də yüz minlərlə elm adamı, ömürlərini həqiqətlərə həsr edərək bu tip əhəmiyyətsiz şəxslərə baş qoşmurlar və gerçək haradadırsa mütləq tapıb çıxarırlar.
Yazını dostlarla bölüş

0 şərh var:

Post a Comment

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top