May 16, 2013

Klonlama üsuluyla ilk insan kök hüceyrəsi yaradıldı

ABŞ-dan olan elm adamları bu gün ilk dəfə klonlama üsuluyla insan kök hüceyrəsi yaratdıqları xəbərini yaydılar. Bunun üçün klon qoyun Dolly'nin inkişaf etdirilməsini təmin edən bir metodu istifadə etdiklərini bildirən Portland'daki Oregon Sağlamlıq və Elm Universitetindən olan alimlər, hədəflərinin insan klonlamaq olmadığını isə xüsusilə vurğuladılar.

Yaradılan kök hüceyrələrin hər cür hüceyrə istehsalında istifadə edilə bilmə ehtimalı səbəbiylə, gələcəkdə xəstə və ya yaralanmış hüceyrələri əvəz edərək istifadə edilməsi hədəflənir.

"Cell" adlı elm jurnalında nəşr olunan tədqiqatı aparan Şokrat Mitalipov başçılığındakı qrup, təcrübəni parkinson, skleroz (MS), ürək xəstəlikləri və onurğa iliyi yaralanmaları kimi bir çox narahatlığın müalicəsi istiqamətində böyük bir addım olaraq görür.

Elm adamları bir dəri hüceyrəsindən alınan genetik materialı, hüceyrə nüvəsi çıxarılmış bir yumurta hüceyrəsiylə birləşdirməyə nail oldular.  

Şokrat Mitalipov, "Edilən detallı araşdırma bu üsulla əldə edilən kök hüceyrələrin normal embrionik kök hüceyrələr kimi digər bir çox fərqli hüceyrə tipinə çevrilə bildiyini təsdiqləmişdir" deyə açıqlama verdi.

Qaynaq: ntvmsnbc
Yazını dostlarla bölüş

2 şərh var:

  1. Anonymous5/16/2013

    klonlamaq yaratmaq demek deildir. gucunuz varsa. yoxdan yaradin . bir tek huceyre olmadan yoxdan . yara bilmezsiniz. cunki ALLAh`in mohtewemliyini teqlid edirsiniz

    ReplyDelete

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top