May 15, 2013

Oranqutan Zəkası və Təqlid Etmə Bacarığı

Bu möhtəşəm fotoşəkil 2008-ci ildə nəşr olunan "Meşənin Mütəfəkkirləri: Oranqutan Hesabatı" adlı kitabda yayımlanmışdır. Kitabın müəllifləri Schuster, Smits və Ullal ilk dəfə bu qədər dəqiq üsulla, bir alət istifadə edərək ov edən bir oranqutan fotoşəklinin çəkildiyini deyirlər:

"...Bir erkək oranqutan budaqlardan tutunaraq suyu bir çubuqla qarışdırır və bu şəkildə balıqları ovlamağa çalışır. Bu qeyri-adi və Dünya səviyyəsində olduqca yayılan fotoşəkil, Borneo'da yerləşən Kaja adasında çəkilmişdir. Bu fərd bölgədə, Gohong çayı
üzərində balıq tutan balıqçıları görmüşdü. Hər nə qədər bu qabiliyyət, özünün bunu ustalıqla edə bilməsi üçün olduqca mürəkkəb və çətin olsa da, sonradan, izlədiyi balıqçıları təqlid edərək bir çubuq istifadə etmişdi və balıqları tutmağa çalışmışdı..."

Bu fotoşəkil, ağlın yaddaş ilə birlikdə ən əhəmiyyətli komponenti olan "təqlid etmə" bacarığının təkamül sayəsində yaxın qohum növlərimizdə də üst səviyyələrə çatdığını göstərir. İnsanı da "insan" edən məhz təqlid etmə bacarığı və yaddaş xüsusiyyətidir. 

Yaxşıca düşünsək, bəzi instinktiv davranışlarımız xaricində sahib olduğumuz bütün idrak xüsusiyyətlərinin güclü yaddaşımıza əlavə olunan, təqlid etməklə (müşahidəyə söykənən təkrarlarla) qazanılan bacarıqlar olduğunu fərq edə bilərik. Doğulduğu andan etibarən fərd, gedərək inkişaf edən beyninə izlədiklərini, müşahidə etdiklərini yazır və bunları təqlid edə bildiyi səviyyədə özünü inkişaf etdirir. Bundan sonra da, yaddaşına yazılan məlumatları bir-biriylə səbəb-nəticə, məqsəd-nəticə və s. əlaqələr daxilində analiz edərək öz fikirlərini bildirməyə başlayır. Danışmaqdan başlayaraq, yeriməyə və mədəni davranışları öyrənməyə qədər hər davranışımızı təqlid etmə bacarığımız sayəsində yerinə yetiririk. Lakin yaddaş və təqlid etmə bacarığı olmadan idrak funksiyalarından bəhs etmək qeyri-mümkün və ya çox məhdud imkanlar daxilində ola bilərdi.


Qaynaq: Science İs Awesome
Yazını dostlarla bölüş

0 şərh var:

Post a Comment

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top