May 17, 2013

İtlərin təkamülü 32.000 il əvvəl başladı

İnsanlarla itlər yaxşı dostdurlar. Yeni araşdırmalar bu iki növün təkamül tarixlərinin birlikdə başladığını göstərir. 3 gün əvvəl Çin Elm Akademiyası tərəfindən aparılan tədqiqata görə, 32 min il əvvəl qurdlardan ayrılan itlər, bu zamandan etibarən beyin və həzm sistemi orqanlarının inkişafında insanlara bənzər dəyişikliklər sərgilədi.

Nature Communications jurnalında yer alan araşdırmada eyni zamanda, itlərin düşündüyümüzdən daha qədim zamanlarda əhilləşdirildiyi fikri müdafiə edildi. İtlər və insanlar, ortaq həyat sahəsi mənimsəmələri sayəsində təkamül proseslərində də bənzərliklər ortaya qoymuşdurlar.

Tədqiqatçılar, "Əhilləşmə, əhali sıxlığının artması və sıx mühitlərdə həyatın önə çıxardığı bir anlayış olaraq, insan və itlərin içində olduğu çətin həyat şərtləri, hər iki növün də şəriklik tapdığı bir "seçmə təzyiqi" ortaya çıxarmış ola bilər" deyə bildirdilər.

Elm adamları, qurdların dəqiq olaraq nə vaxt əhilləşdirildiklərini və insanın ən yaxın dostu halına çevrildiklərini bilmirdilər. Sibir dağlarında tapılan it kəllə sümüyü fosili, itlərin qurdlardan ayrılaraq ilk dəfə təxminən 32 min il əvvəl əhilləşdirilmiş ola biləcəyinə dair məlumatlar verir. Genetik analizlər isə itlərin Çində ilk olaraq 16 min il əvvəl əhilləşdirildiklərinii ortaya qoyur. Elm dünyasında qəbul edilən ümumi görüş isə itlərin insan həyatına 10 min il əvvəl yaxşıca uyğunlaşma təmin etdiyi istiqamətində idi.

Çinli genetik alim Guo-dong Wang və həmkarları, dörd qurd, üç Çin iti, bir Alman çoban iti, Belçika Malinoisi və Tibet çoban iti növlərinin DNT-ni yaxşıca araşdırdı. DNT analizləri, itlərin qurdlardan 32 min il əvvəl ayrıldığını və yeni bir təkamül cığırına daxil olduğunu göstərdi.

NBC News'un yaydığı xəbərə görə, tədqiqatçılar, Çinə xas olan itlərin, itlərin ümumi əhilləşdirilmə müddətində əskik hissəni təmsil edə biləcəyini bildirdilər.

32 min il əvvəlindən etibarən itlərin mərhələli olaraq insan həyatına girdiyi və zaman içində it populyasiyalarında ani enişlər yaşanmadığı bilinərkən, insanların verdikləri qida artıqlarıyla bəslənməyə başlayan itlər həyatımızın bir hissəsi oldular.

Guo-dong və onun qrupu, əldə etdikləri nəticələri insan və it genləriylə müqayisə etdi. Nəticələr, iki növün həzm orqanları və metabolizmində bənzər genetik dəyişikliklər göstərdiyinə işarə etdi. Nümunə olaraq, it və insanlarda olan kolestrol daşıyıcı genin bənzər olduğu məlum oldu. Bu əhəmiyyətli tapıntının, insan və itlərin bir yerdə yaşadığı mühitlərdə heyvan sayına müqayisədə bitki nisbətinin azalmasından qaynaqlanmış ola biləcəyi də həmçinin bildirildi. 

Araşdırmada, beynin də təkamül müddətində bəzi oxşarlıqlar olduğu kəşf edildi. Belə ki, beyində olan kimyəvi maddə - serotoninə təsir edən genlərin bənzər olduğu aydın oldu. İnsanlarda serotoninə təsir edən genlərin fərqliliyi aqressivlik ölçüsünü təyin edir.


Qaynaq: Nature
Yazını dostlarla bölüş

0 şərh var:

Post a Comment

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top