August 25, 2013

7500 illik ayaqqabı

İran, Ermənistan və Türkiyə sərhədinə yaxın bir ərazi olan Vayots Dzor'da bir mağarada ən qədim dəri ayaqqabısı tapılmışdır. Miladdan əvvəl 5500-ci ilə aid olan ayaqqabı mağarada torpağa basdırılmış halda idi. Torpaq altında qaldığı üçün ayaqqabının bağları dövrümüzə qədər möhkəm qala bilmişdir.

Ayaqqabının bir qadına aid olduğu hesab edilir. Ayaqqabının ölçüləri araşdırıldıqdan sonra 38 nömrə olduğu məlum olmuşdur.

Cork Universitetindən olan arxeoloq Ron Pinhasi "Əvvəl ayaqqabı qalıqlarının Miladdan əvvəl 600 ya da 700 il əvvəlinə aid olduğunu düşünürdük. Çünki ayaqqabı çox yaxşı qorunmuş vəziyyətdə idi" deyir. Karbon testi nəticəsində e.ə. 5500-ci ilə tarixlənən ayaqqabının tapıldığı Vayots Dzor bölgəsindəki dağlarda o dövrdə xırda əkinçilik birlikləri mövcud idi.
daha ətraflı...

August 24, 2013

Timsahların Təkamülü

Bəzi elmdən kənar qaynaqların iddialarında tez-tez müraciət etdikləri bu arqumentlərə yəqin ki rast gəlirsiniz: timsahlar və tarakanlar milyon illər ərzində "təkamülləşməyiblər", bu səbəbdən də Təkamül Nəzəriyyəsi etibarsızdır. Bu yazımızda timsahlara və timsahların təkamülünə toxunmaq istəyirik, daha sonrakı yazılarımızda isə tarakanlardan da bəhs edəcəyik.

İlk olaraq terminlər haqqında bir məlumatlandırma ilə başlayaq: "timsah" əslində yalnızca bir ailədir.
daha ətraflı...

Tiktaalik roseae timsah deyil!

Tiktaalik roseae 2004-cü ildə Kanadanın şimalındakı Ellesmere adasında tapılmışdır. Tiktaalik'in balıqlar kimi primitiv çənəsi, pulları və üzgəcləri var idi, üzgəclərini quruda hərəkət etmək üçün istifadə edirdi. Quruda yaşayan heyvanlar kimi inkişaf etmiş bir sinə qəfəsi, boynu və müasir timsahlardakına oxşayan başı var idi. Yəni həm suda, həm də quruda yaşayan canlılara aid bir çox xüsusiyyətin qarışıq halına sahib idi.

Təkamül əleyhdarları Tiktaalik'in başının Alligator sinensis timsahına aid olduğunu və fosilin digər hissələrinin eyni yer qatında tapılan balıqlara aid olduğunu deyirlər. Tiktaalik'in başı bu timsahınkına oxşasa da, çənə quruluşu olduqca primitivdir. Həmçinin bir neçə institut və universitetlərdə aparılan araşdırmalarda fosilin bütün parçalarının bir-biriylə uyğun olduğu və qətiliklə tək bir növə və eyni canlıya aid olduğu təsdiq edilmişdir. Diqqət ediləcək başqa bir məqam da budur ki, Tiktaalik fosili 375 milyon illikdir, timsahlar isə ilk dəfə müasir dövrümüzdən 84 milyon il əvvəl yaranmışdırlar. Bu səbəbdən Tiktaalik cinsinin heç bir timsah ilə əlaqəsi olmadığını, amma dənizlərdən quruya çıxan ilk canlıların çox dəqiq bir nümayəndəsi olduğunu rahatlıqla deyə bilərik.

Qaynaqlar: 

Edward B. Daeschler, Neil H. Shubin and Farish A. Jenkins, Jr (6 April 2006). "A Devonian tetrapod-like fish and the evolution of the tetrapod body plan". Nature 440 (7085): 757–763. doi:10.1038/nature04639. PMID 16598249

Jennifer A. Clack, Scientific American, Getting a Leg Up on Land

John Noble Wilford, The New York Times, Scientists Call Fish Fossil the Missing Link

Niedzwiedzki, G., Szrek, P., Narkiewicz, K., Narkiewicz, M and Ahlberg, P., Nature 463(7227):43–48, 2010, Tetrapod trackways from the early Middle Devonian period of Poland, 7 January 2010.
daha ətraflı...

Kembri Partlayışı

900 - 635 milyon il əvvəl

Kembri dövründən əvvəlki dövr Yer tarixinin ən uzun dövrüdür və Yer kürəsinin ilk meydana gəldiyi zaman olan 4.6 milyard il əvvəlindən, 542 milyon il əvvəlinə qədər davam etmişdir. Bu, dünyanın dövrümüzə qədərki bütün ömrünün 88%-ə bərabərdir. Canlılıq (ilk konservatlar), Yer kürəsinin meydana gəlməsindən təxminən 600-800 milyon il sonra, 3.8-4 milyard il əvvəl ortaya çıxmışdır. Çox uzun illər (Kembri dövrünə qədər) dünyaya yalnız tək hüceyrəli bakteriyalar hökm etmişdir. Ən qədim bakteriyalar 3.8-3.46 milyard il əvvəlinə aiddir.

İlk çox hüceyrəli canlılara isə ilk dəfə təxminən 700-900 milyon il əvvəl rast gəlirik. Yəni təxminən
daha ətraflı...

August 5, 2013

Qeyri-adi dinozavr növü tapıldı

Bir qrup Amerikalı paleontoloq, ABŞ-ın Utah ştatında apardıqları qazıntı işlərində yeni bir dinozavr növünə aid fosilə rast gəldi.

75 milyon il əvvəl Təbaşir (Kretase) Dövrünə aid olan, Şimali və Mərkəzi Amerikada yaşadığı düşünülən, dimdik formasında böyük bir burnu və buynuzlarıyla diqqət çəkən yeni
bir dinozavr növünə aid fosillər elm dünyasına təqdim edildi. Boyu 4,5 metr, çəkisi isə 1,8 tonna çatan "Nasutoceraptops Titus" adı verilən yeni dinozavr növü Nature adlı məşhur elmi jurnalda yayımlandı.

Dinozavr haqda məlumat yayan Utah Universitetinin "Milli Utah Muzeyi" işçiləri yeni növün xüsusilə çox böyük, dimdikvari burnu və gözlərinin üzərində qeyri-adi ölçülərdə uzun, irəliyə doğru uzanan buynuzları olduğunu bildirdilər. Triceratops ailəsinə mənsub olan yeni növə uzun illər fəaliyyət göstərən paleontoloq Alan Titus'un soyadı birləşdirilərək qoyuldu.

Nature'da yayımlanan tədqiqatda yer alan Denver Təbiət və Elm Muzeyindən olan paleontoloq Scott Sampson, Nasutoceratops növünün asta yeriyən, qorunmaq üçün gur kolluqların arasında gəzişən bir dinozavr olduğunu dedi. Erkəklərinin, dişilərlə birlikdə olmaq üçün "başlarıyla döyüşdüklərini" (marallar kimi) bildirən Sampson, həmçinin qıvrım buynuzlarını döyüşlərdə qalib gəlmək üçün istifadə etdiklərini də açıqladı. Fosilin kəllə sümüyü hissəsi istifadə edilərək 3 ölçülü vizual rekonstruksiya proqramlarıyla fotoşəklin sağında görülən model yaradıldı.

Qaynaq: Nature
daha ətraflı...

August 3, 2013

Təkamül Nöqteyi-nəzərindən Dinlər və Tanrılar

Bu dəfə sizlərə təkamül nəzəriyyəsi nöqteyi-nəzərindən dinin inancların və tanrıların varlığını, insanların təkamülündə hansı əhəmiyyətə sahib olduqlarını ətraflı şəkildə izah etməyə çalışacağıq. Başlamadan əvvəl, düşünürük ki, bunları əlavə etməliyik.

Niyə belə bir yazı hazırlayırıq?

Bu suala çox əhatəli, heç bir müzakirəyə girmədən və heç bir şəxsi inanca və bu inancların spesifik iddialarına toxunmadan cavab verəcəyik. Biz işin elmi tərəfindəyik və əlbəttə ki, bu mövzu da, bizə görə, təbiətdəki hər bir fakt kimi elmi olaraq açıqlana bilər. Dediyimiz kimi, bu yazıda heç bir elmdən kənar müzakirəyə girməyəcəyik.

daha ətraflı...

Tısbağa çanaqlarının təkamülü

Tısbağaların çanaqlarının necə bir təkamül müddəti sonunda meydana gəldiyi elm adamlarını uzun müddətdir maraqlandıran bir elmi sirr idi.

Nature jurnalında nəşr olunan yeni bir tədqiqat, 'bağa​​' adı verilən sümük çanağının formalaşması haqqında yeni məlumatlara çatılmasını təmin etdi. Tədqiqatçılar, nəsli tükənmiş bir Cənubi Afrika sürünəninin fosilləşmiş skeletinin 30-55 milyon illik təkamül dövrüylə əlaqədar məlumatlar verdiyini açıqladılar.

Təxminən 260 milyon illik olduğu hesab olunan fosil, tısbağaların əcdadı olaraq təyin olunan Eunotosaurus'a aiddir. Bu fosilin eyni nəsildən gələn bir başqa fosillə diqqətə çarpan fərqliliklər göstərdiyi bildirilir.

Eunotosaurus təxminən yüz il əvvəl kəşf edilmişdi, lakin son tədqiqata qədər bu sürünənin digər tısbağa fosilləriylə hər hansı bir müqayisəsi edilməmişdi. Tısbağaların çanaqları təxminən 50 sümükdən ibarətdir. Qabırğalar, çiyin sümükləri və onurğalar bir-birinə bağlanaraq bu bərk çanağı meydana gətirir.

Bu çanağın necə meydana gəldiyi tısbağa embrionları araşdırıldığında açıq şəkildə görülür. Əvvəl çiyin sümükləri genişlənir, ardından da onurğaların genişlənməsi tamamlanır. Son olaraq bütün bu sümüklər bir xarici membrana ilə sarılır və bərkiyir.

Tədqiqatı aparan qrupun lideri "Yale Universiteti"ndən olan prof. Tyler Lyson "Tısbağa çanaqları olduqca kompleks bir quruluşa sahibdir. İlk dəfə 260 milyon il əvvəl Perm Dövründə meydana gəlməyə başladığı məlumdur" dedi.

Bundan 210 milyon il əvvəl yaşamış bir tısbağa fosili, meydana gəlmə prosesini tamamlamış bir çanağa sahibdir. Amma təxminən bu tısbağadan 10 milyon il əvvəl yaşamış və Çində tapılmış, Odontochelys semitestac olaraq adlandırılmış bir başqa fosildə isə çanağın tam meydana gəlmədiyi açıq-aşkar görülür.

Tyler Lyson, "Eunotosaurus'un kürəyində eynilə indiki vaxtda yaşayan tısbağalardakına bənzər T şəklində 9 böyük qabırğa sümüyü var idi. Amma Eunotosaurus'un onurğaları ilə qabırğaları bir-birinə bağlanmamışdı və qabırğaların arasında digər heyvanlarda müşahidə edilən əzələlər tapılmırdı" deyə fikirlərini açıqlayır.

Qabırğaların tənəffüs sistemində əhəmiyyətli bir funksiyaya sahib olduğunu deyən Lyson, "Özünü qorumaq üçün qabırğalarından imtina edən tısbağaların nəfəs almaq üçün başqa bir yol tapmaları lazım idi. Bunu da qarın hissəsində bənzəri olmayan bir əzələ bağı inkişaf etdirərək bacarmışdılar. Bu bağ, tısbağa ağciyərləri ilə digər orqanlarını sararaq nəfəs almalarına  dəstək təmin edirdi" deyə həmçinin bildirdi. Lyson, qorunma təmin edən çanağın eyni zamanda ehtiva etdiyi dəmir, kalium və maqneziumun laktik turşu yığılmasını önləməsi nəticəsində tısbağanın digər onurğalılara nisbətdə su altında daha uzun müddət qalmasına dəstək olduğunu da açıqladı.


Qaynaq: YaleNewsCellNCBI
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top