October 17, 2015

Təkamül Nəzəriyyəsi hər hansı siyasi ideologiya ilə əlaqəlidirmi?


Xeyr, Təkamül Nəzəriyyəsi heç bir siyasi ideologiya ilə bilavasitə əlaqəli deyil. Doğrudur, çox sayda və hətta bir-birinə zidd olan siyasi ideologiyalar Təkamül Nəzəriyyəsindən istifadə edərək elmin bu əhəmiyyətli sahəsinin məlumatlarından faydalanmışdır. Bu ideologiyalar, Təkamül Nəzəriyyəsini özlərinə vasitə olaraq istifadə etmiş və hələ də istifadə etməyə davam etməkdədirlər. Təkamül Nəzəriyyəsi isə, bütün elm sahələri kimi, bu ideologiyaların heç birinə digərlərindən daha yaxın və ya uzaq deyil. Başqa sözlə, digər elmi nəzəriyyələr bu ideologiyalara nə qədər "yaxındırsa" Təkamül Nəzəriyyəsi də bir o qədər "yaxındır"!

Təbiət elmləri və bu elmlər tərəfindən kəşf edilən həqiqətlər, bu həqiqətlərə əsaslanaraq yaradılan nəzəriyyələr, hər hansı bir siyasi ideologiya ilə əlaqədar olaraq bilavasitə nəticə çıxara bilməz; bu düzdür və ya bu səhvdir deyə bilməz. Elmin vəzifəsi həqiqəti ortaya qoymaqdır. Ondan necə istifadə ediləcəyi artıq insanların işidir. İnsanların mənfəətləri və tətbiqlərinə görə elm əsla məsuliyyət daşımır. Çünki biz o tətbiqi etsək də, etməsək də və ya etdiyimiz hər hansı bir tətbiqi bu və ya digər şəkildə etsək də, həqiqət hər zaman "həqiqət" olaraq qalacaqdır. Elm, bizim anlayış, davranış və qabiliyyətlərimizdən qətiyyən asılı deyil. Təkamül də bir təbiət qanunu olması baxımından, onun necə istifadə ediləcəyindən asılı olmayaraq, gələcəyə işıq saçan və təbiətin qəlbində yatan bir həqiqətdir. Bütün digər canlılarla birlikdə insanların da mənşəyinin və saysız xüsusiyyətlərinin necə və hansı səbəbdən o şəkildə olduğuna müvəffəqiyyətlə aydınlıq gətirir. İnsanın yaratdığı siyasi ideologiyaların da öz təbiətini əks etdirdiyi düşünülsə; Təkamül Nəzəriyyəsi daxilində bu ideologiyalara istiqamətli bəzi dəstəkləyici fikirlərin tapılmasında qeyri-adi bir hal yoxdur. Bu, nəzəriyyənin çatışmazlığı, səhvi və ya günahı deyil; tam əksinə, insanın təbiətini müvəffəqiyyətlə açıqlaya bildiyinin parlaq göstəricisidir.

Məsələn Sosial Darvinizm, Çarlz Darvinin təkamül təliminin yaradılmasında bir əsas olaraq istifadə etdiyi "Mühitə uyğunlaşmaqda çətinlik çəkən zəif canlılar müəyyən zaman ərzində öz yerlərini, mühitə daha asan uyğunlaşa bilən daha güclü canlılara verirlər" fikrinin, bəzi mütəfəkkirlər tərəfindən Sosiologiyada arqument olaraq qəbul edilməsiylə doğulmuşdur. Bu sadə həqiqətdən yola çıxan bəzi insanlar öz cəmiyyətləri səviyyəsində bu cümləni əsas götürərək Faşizm, İrqçilik, Millətçilik, Sosial Darvinizm kimi siyasi ideologiyalara, müəyyən dərəcələrdə vasitə olaraq istifadə etmişlər. Eyni fikirdən yola çıxan digər insanlar isə, bunu iqtisadi əlaqələrə də uyğunlaşdıraraq Kapitalizmin bəzi cərəyanlarında olduğu kimi əzən-əzilən qrupları məqbul və normal görən fikirləri dəstəkləmək üçün istifadə etmişlər. Ancaq burada gözdən qaçan (və ya qaçırılan) məqam, Təkamül Nəzəriyyəsinin "ən güclünün həyatda qalması" deyil, "uyğunlaşa bilənin, dəyişməyə ən açıq olanın həyatda qalması" olduğu gerçəyidir. Bu qısa izahatı "güclü" olaraq istifadə edən ilk adam, eyni zamanda Sosial Darvinizmi yaradan Herbert Spencer olmuşdur. Lakin Darvin, israrla doğru fikrin "güclü" deyil, "dəyişməyə açıq və uyğun" olduğunu vurğulamış və bunu əvvəldən müdafiə etmişdir. Hətta öz əmisi oğlu Francis Galtonun Təkamül Nəzəriyyəsinə əsaslanan və yalnız ən sağlam insanların çoxalmasına icazə verilib, digərlərinə mane olaraq daha müvəffəqiyyətli insan cəmiyyətləri yaradılması lazım olduğunu irəli sürən Yevgenika fikirinə də həyatı boyu sərt və qəti şəkildə qarşı çıxmışdır. Belə ki Galton yalnız Darvinin ölümündən sonra bu fikirlərini inkişaf etdirmiş və həyata keçirə bilmişdir.

Təkamül Nəzəriyyəsi yalnız var olma mübarizəsini deyil, eyni zamanda bu mübarizə içərisindəki strategiyaları da araşdırmaqdadır. Bu araşdırmalar göstərir ki, sosial həmrəylik, paylaşma və altruizm kimi insani baxımdan "əxlaqlı" ola biləcək xüsusiyyətlərə sahib olan populyasiyalar; qapalı, fərdçi, təcrid edici strategiyalara sahib populyasiyalara uzun müddətdə hər zaman üstün gəlməkdədir. Bu fikir, asanlıqla Sosial Darvinizmə, Sosializm və Kommunizmə zidd olan ideologiyalara vasitə olaraq istifadə edilə bilər. Təkliyin və qapalılığın qısa müddətdə ən üst səviyyədə fayda təmin edəcək olması Fərdiçilik, Təcridçilik, Pragmatizm, Materializm, Naturalizm kimi düşüncələri və hətta siyasi ideologiyaları dəstəkləməkdə istifadə edilə bilər. Təkamül Nəzəriyyəsinin bir çox digər məzmunu da, bəzi ideologiya və fəlsəfi düşüncələri dəstəkləmək üçün vasitə olaraq görülə bilər.

Göründüyü kimi siyasi ideologiyalar, elmi məlumatları, öz fikir və nəzəriyyələrini dəstəkləmək üçün -normal olaraq- istifadə etməkdədirlər. Təkamül Nəzəriyyəsini istifadə edərək insan əxlaqına zidd, insan haqqlarına qarşı çıxan ideologiyaları müdafiə edən insanları səbəb göstərərək elmi həqiqətlərə göz yummaq və ya onları qaralamaq qətiyyən düzgün deyil. Əhəmiyyətli olan bu ideologiyalarla (əgər ehtiyac olarsa) mübarizə aparılması və ya mümkündürsə daha insani olacaq şəkildə düzəldilməsi, inkişaf etdirilməsi, dəyişdirilməsi və ya tamamilə tərk edilməsidir. Bu ideologiyaların varlığına görə elm heç bir məsuliyyət daşımır və günahkar deyil. Sosial Darvinizmin qurucusu Çarlz Darvin olmadığı kimi, bu təkamül qanunlarının insan cəmiyyətlərinə də tətbiq olunması lazım olduğu və ya tətbiq oluna biləcəyi düşüncəsi də Darvinə aid deyil. Əgər elə olsaydı belə bu vəziyyət, təkamülün bir təbiət qanunu, Təkamül Nəzəriyyəsinin bu təbiət qanununu açıqlayan bir elmi nəzəriyyə olduğu gerçəyini əsla dəyişdirməzdi. Çünki elm adamları ilə bu insanların elmdən kənar mövzulardakı fikirləri, elmin iş metodologiyalarından fərqildir. Əgər ki elm adamı bir nəzəriyyəni öz şəxsi ideologiyalarını dəstəkləmək üçün irəli sürmüş olsa, bu, digər elm adamları tərəfindən çox qısa müddətdə fərq edilər və sıradan çıxar. Çünki elmdə, nəzəriyyəçilərin ideologiyalarına deyil, irəli sürdükləri fikirlərə və onu hansı üsullarla, nə şəkildə, nə qədər güclü dəlillərlə dəstəkləyə bildiklərinə baxılır. Bu baxımdan Təkamül Nəzəriyyəsi, zamanın və elmin bütün imtahanlarını dəqiq və müvəffəqiyyətlə keçmiş çox güclü bir nəzəriyyədir. Heç bir şəxsi ideologiyadan da asılı deyil.

Atomun parçalana biləcəyinin əvvəlcə nəzəri olaraq kəşfi, sonra isə praktik olaraq həyata keçirilməsi, elmin böyük uğurlarından biridir. Ancaq bundan necə istifadə ediləcəyi insanların əxlaqına, keçmişinə, humanizm anlayışına, niyyətlərinə bağlıdır. Atomun parçalanmasından istifadə edən alimlər milyonlarla insanın həyatını xilas edən radiologiya və radioqrafiya kimi texnologiyalar icad etmiş, hətta daha irəli gedərək kainatın sirlərini ortaya çıxarmağı bacarmışdır. Ancaq eyni sadə gerçəyi, atomun parçalana bilər olduğu gerçəyini istifadə edən bəzi insanlar, bir neçə saniyədə yüz minlərlə və ya milyonlarla insanı məhv edə biləcək silahlar inkişaf etdirmişlər. Hər iki tətbiq də, atomun parçalana bilər olduğu həqiqətini dəyişdirməməkdədir. Elmin vəzifəsi bu həqiqəti tapmaq və insanlığa təqdim etməkdir. Ondan necə istifadə ediləcəyi, insanlığın gələcəyini şəkilləndirəcək olan qərardır. Bunun nəticələrinə görə elm əsla məsul tutula bilməz. Bu səbəbdən hər hansı bir siyasi ideologiyadan ötəri Təkamül Nəzəriyyəsi əsla qınana, kiçildilə və tənqid edilə bilməz!
daha ətraflı...

12 il ərzində hamiləlik prosesini araşdıran fotoqrafdan inanılmaz şəkillər!

İsveçli fotoqraf Lennart Nilsson, 12 il ərzində ana bətnindəki dölləri araşdırmış və bu zaman bir-birindən gözəl şəkillər ortaya çıxmışdır! 


Spermatozoidin uşaqlıq borusuna doğru hərəkəti

Görəsən yumurtahüceyrə ilə görüş baş tutacaqmı?




2 spermatozoid yumurtahüceyrəyə daxil olmağa çalışır

Qalib gələn spermatozoid

Qalibiyyətdən sonrakı anlar

8-ci gün: rüşeymin uşaqlığa implantasiyası 

Embrionun beyni inkişaf etməyə başlayır

24-cü gün: embrionda 18-ci gündən etibarən döyünməyə başlayan ürəkdən başqa heç bir sistem inkişaf etməyib

4-cü həftə

5-ci həftə: üz yavaş-yavaş formalaşır və göz, ağız, burun dəlikləri inkişaf etməyə başlayır

40-cı gün: artıq cift formalaşır

8-ci həftə: sürətlə böyüyən embrion qoruma altındadır

16-cı həftə: döl artıq hərəkətlənməyə başlayır

16-cı həftə

Qığırdaqlardan sümüklər inkişaf etməyə başlayır

Döl artıq xaricdən gələn səsləri qavraya bilir

19-cu həftə

20-ci həftə: dölün boyu artıq 20sm civarındadır və tükləri uzanmağa başlayır 

24-cü həftə

26-cı həftə

6-cı ay: körpəmiz artıq uşaqlığı tərk etməyə hazırlaşır

36-cı həftə: Dünya ilə tanış olmağa cəmi 4-5 həftə qalıb...
daha ətraflı...

October 12, 2015

Homoseksuallıq və genlər arasında əlaqə tapıldı

Los-Ancelesdəki Kaliforniya Universitetinin alimləri hesab edirlər ki, cinsi oriyentasiyada müşahidə olunan variasiyalarda epigenetik amillər, xüsusilə DNT-nin tamlığını pozmadan bəzi genlərin aktivliyini dəyişən kimyəvi modifikasiyalar həlledici rol oynaya bilər. Araşdırmanın nəticələri "homoseksuallıq geni"nin hansı səbəbdən indiyə qədər tapılmamasına aydınlıq gətirir.  

1993-ci ildə Dean Hamerin rəhbərliyi altında ABŞ Milli Elmi-Tədqiqat İnstitutunda çalışan bir qrup alimin homoseksuallıq geninin 8-ci xromosomun Xq2 bölgəsində yerləşdiyini bəyan etməsindən sonra bütün elm dünyası tezliklə bu genin tapılacağına ümid edirdi. Lakin indiyədək Hamerin qeyd etdiyi bölgədəki araşdırmalar heç bir nəticə vermədi. Amma identik genoma sahib olan eyni yumurta əkizləri üzərində aparılan araşdırmalar göstərdi ki, əgər onlardan biri homoseksualdırsa digərində də bu ehtimal yalnız 20-50% arasındadır. 

Bundan sonra mövzu barəsində epigenetik yanaşmalar işlənməyə başladı. Məsələ burasındadır ki, xüsusi kimyəvi proseslər DNT-də nukleotid ardıcıllığına təsir etmədən ayrı-ayrı genləri "dayandıra" ya da "işlədə" bilər. DNT-nin konkret bölgələrinə metil qruplarının birləşməsi ilə müşayiət olunan metilləşmə prosesi bunun məşhur nümunəsi sayılır. Bu "epi-markerlər" bütün həyatı boyu öz yerində qalır və bir qayda olaraq, yumurtahüceyrənin spermatozoidlə mayalanması prosesində silinib gedir. Lakin bir sıra son araşdırmalar göstərib ki, markerlər növbəti nəslə ötürülə bilir.  

Professor William Rice və həmkarları 2012-ci ildə apardıqları tədqiqata əsasən belə  hesab edirlər ki, bu "silinməmiş" epi-markerlər qızın atasından və ya oğlanın anasından övladlarına ötürülür. Nəticədə, dölün testosterona qarşı həssaslığını tənzimləyən markerlər, qadını "kişiləşdirib"  kişiləri də "qadınlaşdıraraq" öz həmcinslərinə qarşı cinsi meyl yarada bilər.

Nəticələri araşdıran professor Tuck Ngun, 37 kişi (bunlardan 10-da hər iki, 27-də bir qardaş homoseksual) eyni yumurta əkizinin 140 min DNT sahəsində metilləşmə qanunauyğunluqlarını təhlil etmək qərarına gəlir. Bir neçə təhlil mərhələsindən sonra alimlər proqramlaşdırılmış xüsusi texnikanın tətbiqi sayəsində genomda cinsi oriyentasiya ilə bağlı 5 sahə aşkar edib. Bu sahələr iki gendə lokalizasiya olunub: Genlərdən biri sinir keçiriciliyini, o biri isə immun reaksiyaları təmin edir.

Bu 5 sahənin əhəmiyyətini bilmək üçün, tədqiqatçılar 1-i homoseksual olan əkizləri iki qrupa bölür. Əvvəl bir qrupda konkret epi-markerlər və cinsi oriyentasiya arasındakı əlaqə öyrənilir. Sonra isə əldə edilən nəticələrin digər qrup üzvlərinin cinsi oriyentasiyası haqqında nə dərəcədə informativ olacağı öyrənilir. Və nəticədə bu məlumatlar 67% dəqiqliklə özünü doğruldur.

Eyni yumurta əkizlərinin hansı səbəbdən fərqli metilləşmiş genoma sahib olduğu məlum deyil. Əgər Rice-ın fərziyyəsi doğrudursa, onda ola bilər ki ananın epi-markerləri bir oğlu üçün silinmiş, amma digəri üçün qalmışdır. Və yaxud da, onlar hər iki oğulda silinmiş, ancaq hansısa bir şəkildə ana bətnində olarkən bərpa olunmuşdur. Ngun və Eric Vilain-ın əvvəlki araşdırmaları göstərmişdir ki, dölün ana bətnindəki vəziyyəti, qan dövranı və digər ətraf mühit dəyişiklikləri metilləşmənin xarakterinə ciddi təsir göstərə bilər.

Ekspertlər tədqiqat qrupunun işini yüksək qiymətləndirmiş və eyni zamanda bildirmişlər ki, nəticələr daha çox sayda əkizlər üzərində yoxlanılmalıdır.

Tədqiqatçılar qeyd edirlər ki, nəticələr homoseksualizmin "müalicəsi" və ya hansısa sınaqların keçirilməsi üçün istifadə edilməməlidir. Hər halda, yaxın vaxtlarda uşağın cinsi oriyentasiyasını tənzimləyən preparatların yaranması hələlik gözlənilmir.

daha ətraflı...

October 11, 2015

İnsan və Meymunlarda 2-ci Xromosom: Digər Meymun Növləriylə Qohumluğa Yönəlmiş Mübahisəyə Yer Buraxmayan Dəlil!



Elm 21-ci əsrdə sürətlə irəliləyərkən, sizcə də bu "meymun məsələsini" geridə buraxmaq vaxtı gəlmədimi? Bəli, yəqin ki bir aslandan, pələngdən, qartaldan və digər ucaldılmış heyvanlardan təkamülləşmiş olsaydıq, bu mübahisələrin çoxunu yaşamamış olacaqdıq. Ancaq mövzu "yaramaz meymunlar" olduğu zaman, qəbul etmək ağır olur. İlk anda belə bir reaksiyanın verilməsi son dərəcə anlaşılandır; ancaq bu reaksiyanın uzadılması qəbul edilə bilən deyil. Kainatda sürət sərhəddi olduğunu öyrənmək sizi dərin xəyal qırıqlığına uğrada bilər; ancaq inadla "Xeyr, işıq sürəti keçilə bilər, fiziklər yalan danışır." deyə bilməzsiniz, deməzsiniz. Eyni şey, bioloqlar üçün də keçərlidir. Hətta bütün bioloqlar bir yerdə yalan danışmağa qərar verəcək olsa belə, genlər yalan danışmaz. Əgər ki milyonlarla fizioloji, anatomik, genetik, paleontoloji, morfoloji dəlil sizə çatmırsa (ki bu sizin probleminizdir, elmin deyil), xromosomlarımızın təqdim etdiyi gerçəyi qəbul etmək məcburiyyətindəsiniz: 

Ən yaxın qohumlarımız olan meymunların 48, bizim 46 xromosomumuzun olması, təkamül müddətində əcdadlarımızdakı 48 xromosomdan 2 dənəsinin bir-birinə qarışmaq/birləşmək məcburiyyətində olduğunu göstərməkdədir. Əks halda xromosomlardakı say fərqi izah edilə bilməz. Yəni, ya hüceyrələrimizin içərisində bir-birinə qarışmış kimi görünən xromosomlar tapmamız lazımdır, ya da insanın digər meymunlarla ən yaxın qohum olduğu iddiasında bir səhv var deməkdir. Elm adamları, bunu "təkamülün keçmək məcburiyyətində olduğu ən böyük imtahan" olaraq təyin etmişdir. Və təkamül, bu imtahanı mübahisəyə yer buraxmadan böyük uğurla keçmişdir: 

Şimpanzelərdə, qorillalarda və oranqutanlarda 2A və 2B olaraq adlandırılan iki ayrı xromosom, insanda bir-birinə qarışaraq bir xromosom olmuşdur. Bizdəki bu xromosom, "2-ci Xromosom" olaraq bilinir. Bu bir hekayə və ya təkamülü doğru göstərmək üçün uydurulmuş iddia deyil! Hər xromosomun ən uc qismində telomerlər, orta qismində isə sentromer adı verilən xüsusi gen qrupları yerləşir. Şəkildə göstərdiyimiz 2A və 2B xromosomlarında bunu görürük. Ucdakı qırmızılar telomerlər, ortadakı mavilər isə sentromerlərdir. Heç bir xromosomda bu düzüm pozulmur. Məsələn insanın digər bütün xromosomları bu şəkildədir. "Təsadüfə baxın" ki 2-ci xromosomumuz istisnadır! Bu xromosomumuz, şəkildə sağ tərəfdə göstərdiyimiz kimi "anormal" (ancaq təkamül tərəfindən nəzərdə tutulan) şəkildədir: Əcdadlarımızdakı iki xromosomun təkamül müddətində qarışmasıyla yaranan bu xromosomun uclarında telomerlər, hər iki uc ilə orta qisim arasında, heç olmaması lazım olan yerdə isə bir cüt sentromer (mavilər) vardır. Daha sonra, orta qisimdə heç olmaması lazım olan bir yerdə, qarışmadan ötəri təxminən 2 qat uzun bir telomer bölgəsi vardır! Həm də şimpanze, qorilla və oranqutanlardakı 2A və 2B xromosomları daha yaxından araşdırıldığında, həqiqətən də bunların üzərində olan genlərin vəzifələrinin, bizim 2-ci xromosomumuzdakı ilə eyni olduğu görülmüşdür; yəni bizdəki 2-ci xromosomun, başqa bir qarışma ya da səhvin məhsulu olması mümkün deyil! Həm də bu xromosomdakı səhv yerləşmiş sentromerlər və ortadakı telomerlər, yenə təkamülün nəzərdə tutduğu kimi, funksiyasız hala gəldikləri üçün rudimentləşmişdir! Yəni tək bir xromosom, demək olar ki 100% dəqiqliklə təkamül gerçəyini təsdiqləməkdədir!

İndi düşünməmiz lazım olan, şimpanzelərlə qohum olub olmadığımız deyil, onlara layiq olduqları hörməti göstərib göstərmədiyimizdir. Yəni problem, onların bizə layiq olub olmadığı deyil; bizim onlara layiq olub olmadığımızdır. 

daha ətraflı...

October 10, 2015

Futbolda aldadıcı zərbələrin sirri


Futbolçular qapıçını çaşdırıb qol vura bilmək üçün xüsusilə cərimə vəziyyətləri zamanı topa havada istiqamət dəyişdirəcək şəkildə zərbə vurmağa çalışırlar. İstedadlı idmançılara xas olan bu zərbələrin reallaşmasını təmin edən isə topun dönməsi və üzərinə təsir edən aerodinamik qüvvələrdir. Aerodinamik qüvvələr, hava (qaz) molekullarının cismin ətrafında hərəkət edərkən bu cismə təsiri ilə təyin olunur.

Top havada hərəkət edərkən havanı meydana gətirən molekullar topun ön tərəfinə çırpılır və cismi əhatə edərək geriyə doğru hərəkət edir. Əgər top havada hərəkət edərkən eyni zamanda öz ətrafında fırlanırsa topun ətrafında hərəkət edən hava da onunla birlikdə fırlanır. Bu səbəblə hava topun bir tərəfində digər tərəfinə nisabətən daha sürətli hərəkət edir. Yəni topun dönmə istiqaməti ilə havanın hərəkət istiqaməti eynidirsə, hava topun o tərəfində daha sürətli axır. Havanın topun ətrafında fərqli sürətlərdə hərəkət etməsi təzyiq fərqinə gətirib çıxarır. Bu, Bernulli qanunu olaraq bilinir. Havanın daha sürətli hərəkət etdiyi hissədə təzyiq aşağıykən, yavaş hərəkət etdiyi hissədə təzyiq yüksəkdir. Ətrafındakı təzyiq fərqi səbəbiylə topun üzərinə təsir edən qüvvələr balanslı deyil və təzyiqin az olduğu tərəfə doğru dəqiq bir qüvvə ortaya çıxır. Bu qüvvə Maqnus qüvvəsi (effekti) olaraq adlandırılır.

Fırlanan cisimlərə təsir edən Maqnus qüvvəsinin istiqamətini fırlanma istiqaməti təyin edir. Məsələn top, fırlanma oxu yerə paralel şəkildə saat istiqamətindədirsə havada sağa doğru, saatın əksi istiqamətindədirsə sola doğru hərəkət edəcəkdir. Fırlanma oxu yerə perpendikulyardırsa topun üzərinə -dönmə istiqamətinə görə- aşağı ya da yuxarı istiqamətli qüvvə təsir edir. Təbii ki sonda Braziliya milli komandasının məşhur müdafiəçisi Roberto Karlosun 1997-ci ildə cərimə zərbəsindən Fransa komandasının qapısına vurduğu möhtəşəm qolu xatırlatmaq tam yerinə düşər.
daha ətraflı...

September 25, 2015

Genlərimiz, xəyanət üçün fürsət axtarır



Görəsən xəyanət davranışı genlərimizlə əlaqədar ola bilərmi? Əgər genlərimizlə əlaqədardırsa bunda hansı genlər məsuliyyət daşıyır?

Evlilik; qarşılıqlı cinsi istəyi, bərabərliyi, həmrəyliyi və nəslin davamını təmin edən əlaqə formasıdır. Hər nə qədər nəslimizin davamını təmin etmək üçün evlilik lazım olmasa da ictimai və mədəni səviyyəmiz evliliyi, bir zərurət olaraq bizə təqdim etməkdədir. Buna əks bir davranış sərgiləsək ictimai qınağa məruz qala bilərik.

Xəyanət

Təbiətə baxdığımız zaman, çoxnigahlı (poliqam) və birnigahlı (monoqam) bir çox canlıya rast gələrik. Bu canlıların bəzilərində erkəklər bəzilərində isə dişilər poliqamdır. İnsanlara baxsaq; bioloji olaraq poliqam olmamızın qarşısında heç bir maneə yoxdur. Lakin qeyd etdiyimiz kimi, mədəni və ictimai quruluş buna çox da müsbət yanaşmır. Hər cəmiyyət olmasa da bir çox cəmiyyət birnigahlılığı mənimsəmişdir. Bunun ən əhəmiyyətli səbəbi isə; çoxnigahlılığın ailə həssaslığına və övladların inkişafına pis istiqamətdə təsir göstərməsidir.

Çoxnigahlılığın erkəklər üçün təkamül üstünlüyü olduğunu söyləyə bilərik. Çünki erkəklər dişilərdən daha artıq çoxalma qabiliyyətinə malikdir. Buna görə də daha çox törəyərək genlərini daha çox balaya köçürə bilirlər. Lakin məhdud çoxalma qabiliyyətinə sahib olan dişinin, poliqam əlaqə davranışı sərgiləmə meylində olmasının təkamül üstünlüyü hələ tam olaraq dəqiq deyil.

Cəmiyyətimizdə və digər cəmiyyətlərdə xüsusilə kişilərin daha çox xəyanət etməsinin səbəbi əslində çoxalma instinktdidir. Bu instinkt xəyanətin ən əsas səbəbi olan sədaqətsizliyə gətirib çıxarır. Yekunlaşdırmaq lazım olsa; xəyanətin səbəbi sədaqətsizlik, sədaqətsizliyin səbəbi instinktlərimiz, instinktlərimizin səbəbi isə genlərimizdir. Bəli, bir çox davranışın təməlində olduğu kimi bu davranışın da təməlində genlərimiz yatmaqdadır.

Queensland Universitetində aparılan bir araşdırma xəyanətin yalnız ətraf mühit amilləri ilə açıqlana bilməyəcəyini, bu davranış üzərində genlərin də böyük ölçüdə təsirinin olduğunu göstərdi. Yaşları 18-49 arasında dəyişən və ən azı 1 il nigah münasibətlərinə sahib 7737 Finlandiyalının qatıldığı araşdırmada, araşdırmaçılar kişi sədaqətsizliyinin 62%-nin, qadın sədaqətsizliyinin isə 40%-nin genlərdən qaynaqlandığını ifadə etdilər.

                                                   


Xəyanət Genlərimizlə Əlaqədardırsa Bu Davranışdan Hansı Genlər Məsuldur?

Xəyanət kimi kompleks davranışlar üçün müəyyən bir gen tərif etmək çox çətin olsa da; qadınlarda və kişilərdə bəzi hormonların və bu hormonların reseptorlarının (qəbuledicilərinin) sədaqət duyğusunda təsirli olduğunu söyləyə bilərik. Təbii ki bu hormon və reseptorları anlamamız üçün bunların sintezini tənzim edən genləri araşdırmaq lazımdır.

AVP geni 20-ci xromosomda, AVPR1A geni 12-ci xromosomda yerləşir. AVP geni vazopressin adlanan hormonun sintezini, AVPR1A geni isə vazopressin hormonunun reseptorlarının sintezini tənzim edir.

Bu reseptorların beyində olduğu mövqeyə görə, sədaqət davranışı təsirlənə bilir. Tarla siçanları və dağ siçanlarıyla edilən bir araşdırmada Vazopressin hormonu və reseptorları araşdırılmışdır. Vazopressin hormonu hər iki tip siçanın bədənində mövcud olsa da reseptora bağlanmadığı müddətdə vəzifəsini yerinə yetirə bilmir. Reseptoru olmayan hormon, açarı olmayan kilid kimidir. Monoqam siçanlarda reseptorlar beynin zövq mərkəzindədir və erkək tarla siçanı cinsi əlaqəyə girdiyində bu hormonu reseptorlar qəbul edir. Beləcə erkək duyduğu zövqü eyni bir dişi ilə əlaqələndirməyi öyrənir və davamlı olaraq onunla birlikdə olmaq istəyir. Dağ siçanı erkəklərində isə reseptorlar beynin başqa bir qismində olduğu üçün eyni bir dişi ilə davamlı cinsi əlaqə yaşaya bilmir.

Stokholmda yerləşən Karolinska İnstitutunda aparılan başqa bir araşdırmada, AVPR1A - 334 allelindən 2 dənə olan kişilərin, yoldaşlarına bağlılıq mövzusunda böyük problemlər yaşadığı təsbit edildi. Ayrıca Queensland Universitetində edilən araşdırma, AVPR1A geninin qadınlarda da aldatma meylini gücləndirdiyini göstərdi.

OXT geni oksitosin hormonunun sintezini, OXTR geni isə bu hormonun reseptorlarının sintezini tənzim edir. OXT ilə göstərilən və oksitosin geni olaraq adlandırılan gen 20-ci xromosomda, OXTR geni isə 3-cü xromosomda yerləşir.

Oksitosin hormonu; sevgi bağlarının bərkiməsini, analıq duyğularının oyanmasını, ictimailəşməyi və köməkləşməyi təmin edir. Oksitosin qadınlarda çoxalmada rol oynayan hormon olaraq daha çox bilinməkdədir. Bu hormon doğum əsnasında və sonra ana bədənindəki bir sıra təsirləri səbəbiylə ən əhəmiyyətli analıq hormonları arasında göstərilir. Edilən araşdırmalarda bədəndə oksitosin hormonunun miqdarının artması insanı; sevgi dolu, etibarlı, anlayışlı, mərd və mərhəmətli edərkən, hormonun miqdarındakı azalma bu xüsusiyyətlərdən məhrum bir vəziyyətə gətirir. Ayrıca oksitosin "qucaqlaşma" hormonu olaraq da bilinir və qarşı cinsə bağlanmağı təmin edir. Oksitosini buna görə sədaqət hormonu olaraq da adlandıra bilərik. Oksitosin də reseptorların beyində olduğu yerlərə görə sədaqətliliyə fərqli təsir edə bilir.

DBH geni, 9-cu xromosomda yerləşir və dofamin adı verilən bir maddənin sintezini təmin edir. Dofamin, "xoşbəxtlik hormonu" olaraq da adlandırılır. Aparılan bir araşdırmada, eyni partnyorla davamlı əlaqədə dofamin artımının heç olmadığı və ya çox az olduğu müşahidə edilmişdir. Lakin partnyor dəyişdiyi zaman, beynin daha çox dofamin ifraz etdiyi görülmüşdür. Seks düşkünlərinin həddindən artıq partnyor dəyişdirmə meyli də bu şəkildə açıqlanır. 2010-cu ildə edilən başqa bir araşdırmada isə, 11-ci xromosomda olan və dofamin reseptorlarından birininin sintezini tənzimləyən DRD4 geninin müəyyən bir variantını daşıyanların (DRD4-7R alleli), xəyanətə və bir gecəlik əlaqələrə daha meylli olduğu görüldü. DRD4 geninin bu variantına sahib olanların 50%-i yoldaşlarını aldatmışkən, bu nisbət digərlərində 22%-dir.

Nəticə

Sevgi bağlanmadır. Xəyanət isə bu bağın zəifləyib qopmasıdır. Bu səbəbdən sevgiyə təsir edən hormon-reseptor komplekslərini meydana gətirən genlər, bilavasitə ya da birbaşa olaraq sədaqət duyğusunu və aldatma meylinə də təsir edir. Vazopressin, oksitosin, dofamin və bunlar kimi bir neçə hormon bizim sevgi həyatımızı və yoldaşımıza qarşı sədaqətimizi təşkil edir. Bundan ötəri də insanların və digər canlıların yoldaşlarına hansı səbəbdən sadiq qalıb qalmadığını anlamanın sirri bu bir neçə hormonu və bu hormonların reseptorlarını meydana gətirən genlərdə yatır. Bunu qəti şəkildə unutmamalıyıq; Genlərimiz, xəyanət üçün fürsət axtarır.
daha ətraflı...

September 22, 2015

Kainatın qarşımıza çıxardığı ən maraqlı 7 fakt


  7. Almaz Planet ( 55 Cancri e )
                                              

30 avqust 2004-cü ildə kəşf olunub. Bu planet Yerdən təxminən 2 dəfə böyük və 40 işıq ili uzaqlıqdadır. Planetin ən nəzərəçarpan xüsusiyyəti tamamən almazdan ibarət olmasıdır. Səth temperaturunun təxminən 1600°S olduğu ehtimal olunur. Çox sürətlə fırlandığı üçün, bu planetdə 1 il 18 saata bərabərdir. Alimlərin planet haqqında dedikləri belədir: “Planetə baxdığınızda qayalıqlarla örtülü bir səth görünür. Lakin kimyəvi strukturu fərqlidir. Su və Qranit təbəqəsi əvəzinə Almaz ilə örtülüdür.”

6. Qaynar Buz Planeti ( Gliese 436 b )


2004-cü ildə Dr.Paul Butler və Geoffrey Marcy'nin rəhbəri olduqları araşdırma qrupu tərəfindən kəşf edilmişdir. Səth temperaturu 400°S -dən çox olmasına baxmayaraq, cazibə qüvvəsinin çox böyük olması, böyük bir təzyiq yaratmaqdadır. Bu təzyiq, su buxarını səth üzərində qatılaşdırıb isti buz kütləsinə çevirir. Bunun nəticəsidir ki, planetin səthində 400°S -də çox qaynar buz kütləsi mövcuddur.

5. Qaranlıq Planet ( Tres 2b )


Tres-2b bizim Günəş sistemimizdən 750 işıq ili uzaqlıqdadır. 21 avqust 2006-cı ildə Kepler Kosmik Peyki tərəfindən aşkar edilmişdir. 2011-ci ildə, bilinən ən qaranlıq planet olaraq qeyd edilmişdir.  Bunun səbəbi, səthinə düşən işığın sadəcə 1%-ni əks etdirib, qalanını udmasıdır. Ətrafında işıq qaynaqları olmasına baxmayaraq, səthi zülmət qaranlıqdır. 

4. Bilinən Ən Böyük Su Kütləsi


Yerdən 12 işıq ili uzaqlıqda olan bu su kütləsi, 2011-ci ildə NASA tərəfindən kəşf olunmuşdur. Aparılan araşdırmalara görə; Bu planetdə, Yerin bütün okeanlarındakı suyun 140 trilyon qatı qədər su mövcuddur. Buxar halında olan su kütləsinin ətrafını, "Kuasar" adlandırılan və ortasında qara dəlik olan cisim bürüyür. Araşdırmanı icra edən qruplardan birinin prezidenti Bradford; etdikləri bu kəşfin, düşünülənin əksinə suyun kainatda hətta ən qədim zamanlardan bəri mövcud olduğu fikrini dəstəklədiyini vurğuladı.

3. Nəhəng Alkohol Buludları ( Sagittarius B )


Sagittarius B adlı bu bulud, 2001-ci ildə kəşf edilmişdir. Qaz və Toz buludlarından ibarət olan Sagittarius B'nin tərkibində milyonlarla litr alkohol mövcuddur. Araşdırma aparan qrupun üzvü Barry Turner, Sagittarius'da tapdıqları bu alkoholun olduqca mühüm olduğunu, kosmosda sərbəst halda mövcud olan mürəkkəb tərkibinin öyrənilməsinin bir çox elmi araşdırmaya təkan verəcəyini vurğulamışdır. Bu buludların yeganə mənfi tərəfi Yerdən olduqca çox, təxminən 26 min işıq ili uzaqlıqda olmasıdır.

2. Bilinən Ən Böyük Quruluş


Kuasar, kainatın uzaq küncündə, ağlasığmaz enerji ilə parıldayan adalara verilən addır. Böyük Kuasar qrupu isə 73 ədəd Kuasardan ibarət olan və təxminən 4 milyard işıq ili genişliyində olan bir struktura sahibdir. Südyolu qalaktikasından 40.000 dəfə böyük olan bu quruluş o qədər böyükdür ki, hal-hazırda bilinən astronomiya modelləri bu quruluşu izah etməkdə aciz qalır.

1. Qaranlıq Maddə və Qaranlıq Enerji


Kainatda müşahidə etdiyimiz bütün cisimlər, planetlər, ulduzlar, kuasarlar və ya qalaktikalar kainatın sadəcə 5%-ni əhatə etməkdədirlər. Digər 95%-lik hissənin; qoxlaya, dada, toxuna, duya və görə bilmədiyimiz, qısaca olaraq, 5 hissiyat orqanımız ilə qəbul edə bilmədiyimiz qaranlıq maddə və qaranlıq enerjidən ibarət olduğu düşünülür. Haqqında yox deyiləbiləcək qədər az məlumata sahib olduğumuz qaranlıq maddə və qaranlıq enerjini müşahidə, test edə bilməsək də, müşahidə olunan cisimlər üzərində yaratdıqları təsir səbəbindən mövcud olduğu qəbul edilir. Qaranlıq maddə və qaranlıq enerji, bilinən fizika qanunlarını və astronomiya teoremlərini sarsıdacaq dərəcədə sirlərlə dolu ola bilər.


daha ətraflı...

September 19, 2015

Bir Mutasiya, Təkhüceyrəlilikdən Çoxhüceyrəliliyə Təkamüldə Əhəmiyyətli Rol Oynadı!

Təkamül tarixinin ən əhəmiyyətli pillələrindən olan çoxhüceyrəli həyatın təkamülünə doğru atılan ilk addımın, bir gen üzərində meydana gələn nöqtə mutasiya (DNT-nin tərkibində olan azot əsaslarından -T,S,A,Q- birinin digəri ilə əvəz olunması) ilə tətiklənə bildiyi göstərildi. Minnesota Universitetinin Bioloji Elmlər Bölümünün alimləri William Ratcliff ve Michael Travisano tərəfindən 2012-ci ildə nəşr olunmuş çoxhüceyrəli həyatın təkamülünə dair bir araşdırmada, təkhüceyrəli maya göbələklərindən, çoxhüceyrəli primitiv (‘qar dənəsi' adı verilən) strukturların təkamülünün, uyğun şərtlərdə, yalnız 60 gün içində reallaşa bildiyi göstərilmişdi. Araşdırma aparan qrup, işlərinə davam edərək 2015-ci ilin Yanvar ayında yeni məqalə dərc etdilər. Yeni məqalədə, laboratoriyada təkamülləşmiş "qar-dənəsi" hüceyrə yığınlarında ana-bala hüceyrələrin bir-birlərinə birləşmələrinə səbəb olan mutasiyalardan ən əsas olanını təyin edirlər.
Laboratoriyada təkamülləşən çoxhüceyrəli strukturlarda, hüceyrə yığınının, ana-bala hüceyrənin bölünmə sonrası - təkhüceyrəli əcdadlardan fərqli olaraq- ayrılmaması nəticəsində meydana gəldiyi müşahidə edilmişdi.
Yeni araşdırmada alimlər, əcdad təkhüceyrələri və təkamülün ilk 7 günündə seçilmiş sadə çoxhüceyrəli yığınları müqayisə etdilər. Bunu edə bilmək üçün, təcrübə əsnasında hər gün yaranan hüceyrələrin bir qismi "canlandırıla bilər fosil qeydi" şəklində -80 santiqrad dərəcəli dondurucuda saxlanmışdı. Təkamülün iki fərqli mərhələsini təmsil edən, yeni təkhüceyrəli və 7 günlük sadə çoxhüceyrəli yığınlar arasında, hansı genlərin ifadəsinin(*) dəyişdiyinə baxdılar.
Məqalədə, gen ifadəsi nisbətləri təkamül müddətində ən çox azalan 10 gendən 7-sinin, hüceyrələrin səthinə yerləşən və ana-bala hüceyrə ayrılmasında rol oynayan zülalları sintez edən genlər olduqları göstərilir.
Bu 7 gen, təkhüceyrəli əcdadlarda əhəmiyyətli dərəcədə ifadə edilməkdədir. Gen ifadəsi nəticəsində sintez edilən zülallar, ana-bala hüceyrələrin xarici səthlərinin bir-birlərindən fiziki olaraq ayrılmasını təmin edir. Təkamülün yalnız 7-ci günündə seçilmiş sadə çoxhüceyrəli yığınlarda isə, bu 7 gen, əcdad hüceyrələrdəki nümunələrlə müqayisə edildikdə, 3-16 qat arasında, daha az ifadə edilməkdədir. Bunun nəticəsində də 7-ci gün seçilmiş hüceyrə yığınlarında ana-bala hüceyrə ayrılması reallaşmayıb, çoxhüceyrəli strukturlar təkamülləşməyə başlayır.
Araşdırmaçılar, 7 genin ifadə səviyyələrini təşkil edən ACE2 adlı ortaq bir gen olduğunu müəyyən edirlər. ACE2 adlı genin DNT ardıcıllığı araşdırıldıqda, fərqli təcrübə balonlarında müstəqil olaraq təkamülləşən qar-dənəsi strukturlarından yarısında, bu genin mutasiyaya uğramış olduğu göstərilir. Bu mutasiyalar nəticəsində, ACE2 geninin kodlaşdırdığı Ace2 zülalının quruluşu dəyişməkdədir. Quruluşu dəyişən mutant Ace2-zülalı, ifadələrinə nəzarət etdiyi hədəf genləri əvvəlki kimi aktivləşdirmir. Bu genlərdən, ana-bala ayrılmasında rol oynayan 7 ədəd hədəf zülalın miqdarları da böyük nisbətdə düşür.
Bu tapıntı təcrübi olaraq da sübut edilir. Bunun üçün araşdırmaçılar, təkhüceyrəli əcdadlarda ACE2 genini genetik üsullarla tamamən sildilər. Bu təkhüceyrəli strukturların, təcrübədə təkamülləşən sadə çoxhüceyrəli yığınlarda olduğu kimi bir-birlərinə yapışdıqlarını, yəni "çoxhüceyrəliləştikləri" görüldü.
Bununla da kifayətlənməyib, 7 günlük seçmə nəticəsində təkamülləşən sadə çoxhüceyrəli yığınlarda mutasiyaya uğramış funksiyasız ACE2 genini, bu dəfə, mutasiyaya uğramamış əcdad ACE2 gen kopyası ilə dəyişdirən araşdırmaçılar, təkamülləşmiş çoxhüceyrəli yığınların, təkhüceyrəli əcdadlar kimi davrandıqlarını göstərirlər.
Qısaca olaraq, çoxhüceyrəli yığınların təkamülündə yalnız bir gen üzərində meydana gələn tək bir hərf dəyişməsi ilə, çox əhəmiyyətli bu təkamül "sıçramasının" ilk addımının, təxminlərdən daha sadə bir genetik dəyişmə ilə atıla biləcəyini göstərməkdədir.
Qeydlər:
Şəkil: Sol-üst şəkildə ACE2 geninin funksional oldugu (mutasiyaya uğramamış) əcdad təkhüceyrələr görünməkdədir. Sağ-üst şəkildə, əlaqədar gen mutasiyaya uğradıldıqda (silindikdə), 'qar-dənəsi' strukturlarına bənzər şəkildə, hüceyrələrin sadəcə bir-birlərinə yapışdığı müşahidə edilməkdədir. Sol-alt şəkildə, 7 gün seçilmə nəticəsində təkamülləşməyə başlayan sadə çoxhüceyrəli 'qar-dənəsi' görülməkdədir - bu hüceyrələrdə ACE2 geni nöqtə mutasiyası ehtiva edir. Sağ-alt şəkildə, 7 gün sonunda təkamülləşmiş soldakı strukturlardan, ACE2 geni funksiyalı (mutasiyaya uğramamış) bir kopya ilə dəyişdirildiyində, təkamülləşmiş yığınlar, əcdad təkhüceyrəli strukturlar kimi (təkhüceyrəli fərdlər olaraq) davranmağa başlayır.
(*) Gen ifadəsi: Genlər DNT üzərində təyin olunmuş hərf (nukleotid) silsiləsidır. Bu hərf silsiləsi, funksional (məsələn ana-bala hüceyrə ayrılmasına cavabdeh) vahidlər olan zülallar sintez edərkən, əvvəlcə ara molekul olan, mRNT (məlumat RNT-si) molekulu sintez edilməkdədir. Əlaqədar mRNT molekulunun sintez edilməsinə ‘gen ifadəsi' adı verilir. mRNT molekulları miqdarındakı artım və ya azalmalar bilvasitə olaraq zülal molekulları miqdarındakı artım və ya azalmalara uyğun gəlməkdədir. Bir zülal miqdarının azalması isə, bu araşdırmada göstərildiyi kimi, əlaqədar funksiyanın (ana-bala hüceyrə ayrılması) reallaşmamasına səbəb olur.
daha ətraflı...

Mpemba Effekti: İsti su soyuq sudan daha tez donur

1963-cü ildə Tanqanika Respublikasından (hal-hazırda Tanzaniyanın tərkibindədir) olan şagird Erasto Mpemba və yoldaşları məktəbdə dondurma hazırlamaq üçün qaynar südə şəkər əlavə etdilər. Normal halda Erasto qaynar südü soyuducuya qoymadan əvvəl gözləməli idi. Amma o tələsik davranaraq qaynar südü soyuducuya yerləşdirdi. Gözlənilməz şəkildə soyuducuda ən əvvəl Erastonun qaynar qarışığı dondu.

Erasto hadisəni müəlliminə izah etdi amma müəllimi ona inanmadı. Lakin Erasto ruhdan düşməyərək təcrübələrinə davam etdi. Məktəblərində fizika mövzusunda keçirilən konfransda iştirak edən professordan "eyni qablarda 35°S və 100°S-də olan sudan niyə isti olanın daha əvvəl donduğunu" soruşdu. Fizika professoru Dr. Osborne əvvəl sualın səhv olduğunu düşünüb Erastodan sualı təkrarlamasını istədi. Erasto sualı doğru soruşduğunu və bu mövzuda təcrübələr etdiyini bildirdikdə, Dr. Osborne bir təcrübə etməyi qəbul etdi.

Dr. Osborne Dar es Salaam Universitetinə geri döndükdə gənc bir texnikdən bu mövzuyla əlaqədar bir təcrübə etməsini istədi. Texnik təcrübə nəticəsində isti suyun daha əvvəl donduğunu müəyyən etdi. İsti suyun əvvəl donmasına heyrətlənən texnik Dr. Osborneyə "doğru nəticəni(!) alana qədər təcrübəni təkrarlayacağını" söylədi.

Təkrarlanan təcrübələr Erasto Mpembanı haqlı çıxardı və Erasto Dr. Osborne ilə birlikdə bir məqalə dərc etdi. Bu məqalə nəşr olunduqdan bəri isti suyun soyuq sudan əvvəl donması Mpemba Effekti olaraq xatırlanır.

Mpembanın araşdırması bu hadisəni öyrənən ilk araşdırma deyil. Aristotelin 2000 il əvvəl eyni mövzuyla maraqlandığını və bu mövzunu Meteorologica-da yazdığını, 17-ci əsrdə Frensis Bekon və Dekartın da bu mövzuyla əlaqədar təcrübələr etdiyini bilirik.

Mpemba Effekti Hansı Səbəbdən Meydana Gəlir?

Mpemba Effektinə səbəb olan bir çox amil var. Yalnız bir amil və ya fərqli amillərin birləşməsi Mpemba Effektinin baş verməsinə səbəb olur.

Buna səbəb olan amillərdən biri mayelərin kütləsidir. 30°S və 70°S-də eyni qablardakı bərabər kütləli mayelər soyuduqda 70°S olan maye buxarlanma səbəbiylə kütləsinin bir hissəsini itirir. Kütləsini itirən maye daha qısa müddətdə donur. Ayrıca isti suyun buxarlanması zamanı itirilən buxarlanma istiliyi mayenin daha sürətli soyumasına səbəb ola bilər. Ancaq Mpemba Effektini açıqlamaq üçün bu istilik itkisi də təkbaşına yetərli deyil.

Bir başqa təsir suyun qabdakı istilik paylanması səbəbiylə yaranan konveksional axındır. Konveksional istilik ötürülməsi səbəbiylə sabit 30°S-dəki su ilə 100°S-den 30°S-yə qədər soyumuş suyun qabdakı istilik paylanması fərqlilik göstərir. İstilik paylanmasındakı fərq suyun istilikvermə sürətini artıracaq təsirlərə səbəb olur.

Soyuq və isti su gözə eyni görünsələr də fərqli miqdarda həll olmuş qaz ehtiva edə bilərlər. İsti su soyuq suya nisbətən daha az həll olmuş qaz saxlayır. Həll olmuş qaz miqdarı təcrübələrdə istifadə edilən mayelərin əslində eyni olmadığını göstərir. Ancaq həll olmuş qaz miqdarı bərabər olan mayelərdə də Mpemba Effekti müşahidə edilir.

2013-cü ildə dərc olunan bir məqalə Mpemba Effektinə fərqli bir yanaşma gətirdi. Bu məqaləyə görə Mpemba Effektinin səbəbi su molekulları arasındakı hidrogen rabitələridir. Hidrogen rabitələri su molekullarını bir-birlərinə yaxınlaşdırır. Bu səbəblə kovalent rabitələr eynilə yay kimi gərilərək enerji yığırlar.

Su istiləşməyə başlayınca hidrogen rabitələri uzanır və su molekulları arasındakı məsafə də artır. Nəticədə kovalent rabitələr qısalır. Kovalent rabitələrin qısalması enerji itkisinə səbəb olur. Bu enerji itkisi suyun soyuması əsnasında baş verən enerji itkisiylə eynidir. İsti suyun soyuq sudan daha sürətli donmasının səbəbi istilik səbəbiylə qısalmış kovalent rabitələr ola bilər.

Nəticə olaraq başlanğıc parametrlərə və mayenin xüsusiyyətlərinə görə bir çox fərqli səbəb Mpemba Effektinə səbəb olur. Böyük ehtimalla yaxın gələcəkdə bu effekti izah edən daha əhatəli şərhlər tapılacaqdır. Bu təsirin bizə göstərdiyi ən əhəmiyyətli nəticə gündəlik həyatdakı fizikanın öyrəndiyimiz nəzəri məlumatlardan çaşdırıcı şəkildə fərqlilik göstərə bildiyidir.
daha ətraflı...

İşığı Maddəyə Çevirmənin Yolu Kəşf Edilmiş Ola Bilər

"Imperial College London"da çalışan fiziklər, 80 il əvvəl edilə biləcəyi qeyd edildikdə çoxları tərəfindən rədd edilən bir hadisəni reallaşdırmanın yolunu tapmış ola bilər: işıqdan maddə əldə etmək! Fiziklər 1934-cü ildə Breit və Wheeler tərəfindən ilk dəfə irəli sürülən nəzəriyyənin isbat edilə biləcəyini ortaya qoydular.

Breit və Wheeler, yalnız 2 işıq hissəciyini (fotonu) toqquşduraraq bir elektron və pozitron yaradıla biləcəyini irəli sürmüşdülər. Bu, işığı maddəyə çevirmənin təxmin edilə biləcək ən asan yoludur. Hesablamaları nəzəri olaraq güclü görünürdü; ancaq Breit və Wheeler bu təxminlərinin təcrübi olaraq göstərilə biləcəyini düşünmürdülər. Bu laboratoriyalarda heç vaxt müşahidə edilmədi və əvvəlki təcrübələrdə, böyük kütləli yüksək enerjili hissəciklərin təcrübəyə əlavə olunmasına ehtiyac duyulmuşdu.

Nature Photonics jurnalında dərc olunan bir məqalə, tarixdə ilk dəfə Breit və Wheeler tərəfindən irəli sürülən nəzəriyyənin praktikada isbat edilə biləcəyini göstərir. "Foton-foton çarpışdırıcı", mövcud texnologiyamızı istifadə edərək işığı maddəyə çevirə biləcək. Bu təcrübə, kainatın yaranmasının ilk 100 saniyəsi içərisində baş verən prosesləri yenidən yaratmamızı təmin edəcək. Bu çevrilmə həmçinin qamma şüası partlamalarında da müşahidə edilir. Qeyd edilən partlamalar, kainatda bilinən ən güclü partlamalardır və elm adamları tərəfindən həllini gözləyən bir sirrdir.

Alimlər nüvə enerjisindəki maraqsız problemləri bir müddətdir araşdırmaqda idilər. Ancaq yaxın keçmişdə, çalışdıqları mövzuların Breit-Wheeler Nəzəriyyəsinə tətbiq oluna biləcəyini fərq etdilər. Bu kəşf, Maks Plank Nüvə Fizikası İnstitutundakı nəzəri fiziklərin Imperial College London araşdırmaçılarıyla əməkdaşlığı sayəsində edildi.

Elm adamlarının irəli sürdüyü toqquşma testi iki mərhələdən ibarətdir. İlk öncə araşdırmaçılar həddən artıq güclü və yüksək şiddətli lazer istifadə edərək elektronları işıq sürətinə yaxın bir sürətə çatdıracaqlar. Sonra elektronları qızıl lövhəyə doğru istiqamətləndirəcəklər. Bu sayədə, görə bildiyimiz işıqla müqayisədə milyardlarla qat daha enerjili foton şüaları yaranacaq. Təcrübənin sonrakı mərhələsi isə hohlraum (Alman dilində "boş otaq" deməkdir) deyilən çox kiçik bir qızıl qutu ilə əlaqədardır. Alimlər bu yüksək enerjili lazeri qutunun iç səthinə doğru istiqamətləndirəcək və eynilə ulduzlarda yaranana bənzər bir işıq meydana gətirəcəklər. Sonra isə ilk mərhələdəki foton şüasını bu qızıl qutunun mərkəzindən keçəcək şəkildə istiqamətləndirəcəklər. Beləcə bu iki qaynaqdan gələn fotonlar toqquşacaq, nəticədə elektron və pozitronlar yaranacaqdır. Bunlar da qutunu tərk edərkən təsbit ediləcəklər. Plazma fizikası sahəsində çalışan baş araşdırmaçı Oliver Pike belə deyir:

"Hər nə qədər nəzəriyyə konsept olaraq sadə olsa da, bunu təcrübi olaraq göstərmək çox çətindir. Bu çarpışdırıcı üçün lazım olan fikirləri asanlıqla inkişaf etdirdik. İrəli sürdüyümüz təcrübi dizayn mövcud texnologiya ilə qismən sadə bir şəkildə qurula bilər. Hohlraumların nüvə araşdırmalarındakı ənənəvi istifadələrinin xaricində necə istifadə edilə biləcəkləri üzərində düşünməklə, bir foton çarpışdırıcı üçün lazım olan şərtləri möcüzəvi şəkildə təmin etdiklərini təsbit etdik. Bu təcrübəni reallaşdırma və tamamlama yarışı başladı!"
daha ətraflı...

Homo naledi: İnsanın Təkamül Ağacına Əlavə Olunan Yeni Növ!

Witwtersrand Universiteti, National Geographicin köməyi ilə reallaşdırdığı bu kəşfi açıqlayarkən, tapılan yeni növün Homo cinsinə aid olduğunu ifadə etdi. Fəxrlə, budur qarşınızda... Homo naledi!
Bu inanılmaz fosil Afrikada kəşf edildi. Əslində H.naledi 2 il əvvəl kəşf edilmişdir. Fosil ilk olaraq, həvəskar mağara araşdırmaçıları tərəfindən Cənubi Afrikanın məşhur Rising Star mağaralar sistemindəki bir mağarada tapılmışdır. Beləcə Rising Star araşdırmaları başlamış oldu. 21 gün davam edən bu araşdırmalara alimlər və könüllülərin daxil olduğu 60 nəfərlik bir qrup qatıldı. Tədqiqatçılar skeletin tamamlanacağına ümid etdikləri halda üç gün ərzində bundan daha çoxuna sahib olduqlarını fərq etdilər və qrup rəhbəri Lee Berger bu müddəti "çox dəyişik və fövqəladə" olaraq xarakterizə etdi.
Mağara girişindən 90 metr məsafədə yerləşən otaqda yalnız bir növə aid 15 fərdi meydana gətirən 1500 fosil parçası tapıldı. Cənubi Afrikada danışılan yerli Sesotho dilində "ulduz" mənasını verən "naledi" adı, fosillərin tapıldığı otağa hörmət əlaməti olaraq verildi. 1500 sayı çox görünsə də qrup daha minlərlə fosilin orada olduğunu təxmin edir. Berger otağın döşəməsinin fərdlərin sümüklərindən meydana gəldiyini qeyd edir.
Tapılan sümüklər uşaqdan yaşlıya qədər bir çox fərqli yaş qrupunu təmsil edir. Məlumatlar yeni növün primitiv primatlarla müasir primatların mükəmməl bir qarışığına sahib olduğunu göstərir. İki ayaq üzərində dayanan bu hominidin təxminən 150 sm boya sahib olduğu düşünülür. Əlavə olaraq H. naledi, incə, güclü və əzələli oynaqlara sahibdir. İncə quruluşu və uzun qıçları, növün çox çəkiyə sahib ola bilməyəcəyini göstərir. Araşdırmaçılar yeni növün çəkisinin 45 kq. civarında olduğunu təxmin edirlər.
Çox kiçik olan beyinləri, beyni 450 - 550 kubsantimetr olan şimpanze beynindən bir az daha böyük olan bir avstralopit dişisininki ilə az qala eyni böyüklükdədir. Fərdlərinin dişisi və erkəyi arasındakı fiziki ölçü fərqi də çox azdır. Berger fərdlər arasındakı bənzərliyin, əkiz insanların bir-birinə bənzədiyi dərəcədə olduğunu ifadə edir. Buna görə də tapılan fərdlərin yaxın qohum olduğu düşünülür.
H.naledinin üzvlərinə başdan aşağı baxdıqda primitiv primatlardan müasir primatlara keçid görülə bilir. Çiyinlərə və qalça sümüyünə baxıldığında primitiv bir primata bənzədilə biləcək olan növ, sahib olduğu əl və ayaqlar ilə yüksək dərəcədə insana bənzəyir. Ancaq barmaqları bizimkilərdən daha qatlanmışdır. Bu da yeməkləri və ovları daha yaxşı qavramalarına köməkçi olmuş ola bilər. Çiyinlərini isə bizim hərəkət etdirdiyimizdən daha rahat hərəkət etdirə bilirdilər, bu da dırmaşmaq ilə məşğul olduqlarının bir göstəricisidir. Yerə təmas edən ayaqları isə bizimki ilə çox oxşardır.
Yaxşı, bu fərdlər təcrid olunmuş və çatılması bir o qədər çətin olan yerə necə keçdilər? Qrupun söylədiyinə görə ora çatıla biləcək tək açıqlıq 17.5 sm enindədir və başqa da giriləcək yer yoxdur. Orada hər hansı gəmirici ya da quş növünün sümükləri də tapılmır. Nə qədər çətin bir yer olduğunu siz düşünün!
Təbii fəlakət nəticəsində kütləvi ölüm, vəhşi heyvanlar və su vasitəsilə daşınma kimi bütün mümkün variantlar istisna edildikdən sonra alimlər bir variant üzərində dayanmışlar: onlar ölüləri düşünülmüş şəkildə və dəfələrlə bura gətirmişlər. İndiyə qədər bunun yalnız Homo sapiensə aid olduğunu düşünürdük!
"Bu bizlər üçün nə ifadə edir? Həyat ağacımızda var olan ölü basdırmaq bizlərə miras qaldı? Ya da belə soruşaq, ölü basdırmağı onlar icad etdi?" deyə Berger suallar verir.
Növün ən az 2 milyon il, hətta 3 milyon il əvvələ yaxın bir müddətdə yaşamış olduğu düşünülür. Hətta Berger H. naledinin cinsimizin ilk növü olmağa namizəd olduğunu ifadə edir.
daha ətraflı...

Sualtı Mağarada Milyon İllik Meymun Fosili Aşkar Edildi

İnsan Təkamülü Jurnalında (Journal of Human Evolution) dərc olunan məqaləyə əsasən, Dominikan Respublikasında yerləşən bir sualtı mağarada aşkar edilən və demək olar ki dəyişməz qalan milyon illik baldır sümüyü fosili Antillothrix bernensis adlandırılan nəsli kəsilmiş meymuna aiddir. 

Fosil bir neçə il əvvəl Dominikan Respublikasının Altaqrasiya əyalətində aşkar edilmişdir. Melburn Universitetində çalışan Robyn Pickering və həmkarları mağaradakı əhəng daşı qayalarında olan uran, torium, qurğuşun elementlərinin miqdarını ölçməklə fosilin 110 min il xəta nəzərə alınmaqla 1.32 milyon yaşlı olduğunu müəyyən etmişlər.

Sonra, üçölçülü həndəsi morfometriya üsulundan istifadə edərək, qrup təsdiq etdi ki, daşlaşmış baldır fosili həqiqətən Dominikan primatı Antillothrix bernensis-ə məxsusdur. Ayaq formasının modelləşdirilməsi, alimlərə meymunun ətraf mühitdə necə hərəkət etməsini müəyyənləşdirməyə və digər fosillərlə müqayisə etməyə imkan verdi. Kiçik pişik ölçüsündə olan bu ağacda yaşayan meymunun qida rasionunu əsasən meyvələr və yarpaqlar təşkil edirdi. Növ ilk dəfə 1977-ci ildə təsvir edilsə də, tədqiqatçılar indiyə qədər onun haqqında çox az məlumata sahib idi. İnsanların Karib dənizində yerləşən Böyük Antil adalarını yaşayış yerinə çevirməyə başladıqları zamanlarda növün orada mövcud olduğu ehtimal olunur.
daha ətraflı...

June 4, 2015

Saturnun peyki Enseladda həyat mümkündürmü?

Ötən il alimlər Saturnun peyklərindən biri Enseladın qalın buz örtüyü altında maye sudan ibarət böyük okeanın mövcud olduğunu aşkar etmişdilər. Elə həmin andaca elm ictimaiyyəti hipotetik yadplanetlilərin yaşaya biləcəyi səma cismlərinin siyahısına Enseladı da aid etdi. Enseladın nüvəsini qızdıracaq Saturnun cazibə qüvvəsi, dərin okean, atmosfer təbəqəsini əvəz edə biləcək qalın buz örtüyü və s. şərtlər səbəbindən bir çox mütəxəssislər yadplanetli canlıları çox uzaqda deyil, elə kosmik ölçülərlə hesabladıqda bir addımlığımızda yerləşən peykdə axtarmağımızın daha məqsədəuyğun olduğunu irəli sürmüşdülər. Amma sözsüz ki iddilar fərziyyədən o yana keçmirdi. Elə isə Enseladda həyatın inkişafı nə dərəcədə mümkündür?

Bir ay əvvəl Kanada və ABŞ-dan olan planetoloqlar nəhayət rəsmi açıqlama verərək, Enseladın həyatın yaranması və inkişafı üçün bütün şərtlərə malik olduğunu bildiriblər. Əldə edilmiş məlumatlar Saturnun peykini Günəş sistemində yerdənkənar həyat nümunəsini tapmaq üçün ən real namizəd edir.

Avtomatik kosmik cihaz "Cassini-Huygens"-in təqdim etdiyi məlumatlar göstərir ki, Enseladdaki qeyzerlər yüksək tərkibli karbon qazı və bir sıra digər birləşmələri ilə fərqlənir. Mütəxəssislər güman edir ki, Saturnun peykindəki sular mineral maddələrlə zəngindir. Məlumatlardan yararlanaraq, alimlər Enselad sularının kimyəvi xüsusiyyətlərinin modelini hazırlayıblar. Hesab edilir ki, duz tərkibinə görə okeanı Yer okeanları ilə müqayisə etmək olar. Enseladın okeanı bundan başqa böyük soda qatılığı və yüksək qələvilik səviyyəsi ilə də fərqlənir.

Bütün bunlar peykin yanar süxurları ilə okean sularının qarşılıqlı əlaqəsindən xəbər verir. Bizim planetdə oxşar şərtlərə Şimali Amerikadakı Mono gölü malikdir. Orada balıqlar yoxdur, amma çubuqşəkilli ekstremofil bakteriyalar olan GFAJ-1 yaşayır. Yerdə varsa, Saturnun peyki Enseladda niyə oxşar mikroorqanizmlər mövcud olmasın?

Enselad Saturnun altıncı ən iri peykidir. Diametri 500 km-ə bərabərdir. 2005-ci ildə "Cassini-Huygens" aparatı oraya yaxınlaşdıqdan sonra peykə maraq daha da artmağa başlamışdı. Saturnun peyklərinin öyrənilməsi işinə həm də NASA və ESA TSSM-in birgə layihəsi həsr edilib. Mütəxəssislər 2030-cu illərdə növbəti dəlillərə yiyələnəcəklərini qeyd edirlər.

"Saturnun peyki Enseladda həyat mümkündürmü?" sualına hələlik verilə biləcək ən doğru cavab nə ola bilər? Mümkündür, amma bunu da nəzərə almaq vacibdir ki, həyatı mümkün edə biləcək şərtlər onu hökmən mövcud etməli də deyil. Yalnız bir şeyi dəqiqliklə qeyd etmək olar ki, tezliklə çox mühim tapıntıların şahidi olacağıq. Bunu, NASA və SETI kimi nüfuzlu kosmik araşdırma mərkəzləri də təsdiqləyir.

Həmçinin oxuyun:

Saturnun peyki Enseladda okean tapıldı
Yadplanetliləri "Dayson kürəsi" köməyilə tapa bilərik
Həyat ola biləcək planetlərin sayı daha çoxdur
daha ətraflı...

Suyun Yerə asteroidlərlə gətirildiyinin sübutu əldə edilib

Almaniya və Böyük Britaniyadan olan astronomlar əvvəllər hesab edildiyinin əksinə olaraq, suyun Yerə kometlər vasitəsilə deyil, asteroidlər sayəsində düşdüyünü təsdiq etdikləri xəbərini yayıblar.

Alimlər SDSS J1242+5226 adlı ağ cırtdan ulduzu araşdırdıqdan sonra belə qənaətə gəliblər. Ağ cırtdan və sub-cırtdan ulduzların içinə aldığı materiya elə paylanır ki, elementlərdən bəziləri "batır", digərləri isə, əksinə, "üzə çıxır". Beləliklə də ulduzların spektrində baş vermiş dəyişikliklər alimlərə udulmuş materiyanın tərkibini analiz etmək şansı yaradır.

"Spitzer" kosmik teleskopunun imkanlarından yararlanaraq, mütəxəssislər SDSS J1242+5226-ın cırtdan planet statuslu Serera ağırlığındanki nəhəng bir asteroidi necə "canına çəkdiyini" müşahidə ediblər. Alimlərin gözlədiyinin əksinə olaraq, asteroidin 40%-in, Yer okeanlarının üçdə birini doldurmağa bəs edəcək miqdarda sudan ibarət olduğu aydın olub. Yəni, əgər Yerin bu günki su ehtiyatını əldə etmək istəsəydik, belə asteroidlərdən cəmi üçünə ehtiyacımız olardı.

Bir müddət əvvəl isə "Hubble" kosmik teleskopu köməyilə Yupiterin peyki Qanimeddə Yerdəkindən də artıq miqdarda su aşkar edilmişdi. Nəhəng okeanı təxminən 100 km qalınlığındakı buz örtüyü qapayırdı. Qanimed Günəş sistemindəki ən iri peykdir.

Əldə edilmiş yeni məlumatlar su ehtiyatı ilə zəngin asteroidlərin qalaktikada nadir hadisə olmadığını göstərir. Bu fakt, öz növbəsində, lazımi miqdarda maye suya malik və Yerə oxşar ekzoplanetləri tapmaq şansımızı artırır, alimlər hesab edir.

Həmçinin oxuyun:

Yerdəki suyun mənşəyi kometlər deyildi?
Asteroidin peyki tapıldı

Yerlə toqquşmuş asteroid okeanları turşulaşdırdı
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top