Beynəlxalq Kosmik Stansiya (BKS) idarəsi ammonyak sızıntısı ilə bağlı yalan həyəcan xəbərindən sonra, ABŞ astronavtlarına öz seqmentlərinə geri qayıtmağa icazə verib. Bu barədə NASA məlumat yayıb.
Amerika aerokosmik təşkilatının hesabatında qeyd edilir ki, "bortdaki müxtəlif sistem qaynaqlarından əldə edilən məlumatlar gün ərzində öyrənilib və bunlar, stansiyada ammonyak sızıntısı olmadığını göstərir".
Yanvarın 14-də BKS-in ABŞ seqmentindən ammonyak sızıntısı ilə bağlı həyəcan siqnalı alınmışdı. Astronavtlar təcili olaraq BKS-in Rusiyaya aid hissəsinə köçürülmüş və rus astronavtların köməyilə qaz sızıntısının qarşısını almaq üçün tədbirlər görməyə çalışmışdılar. Lakin NASA-daki BKS proqramı meneceri Maykl Saffordininin sözlərinə görə, həyəcan xəbəri böyük ehtimalla yalan olub. NASA nümayəndəsi Rob Nevis bildirir ki, "heç bir ammonyak əlamətlərinə rast gəlinməyib və ekipaj maskaları çıxararaq, işlərə davam edib".
Araşdırma nəticəsində yanlış zəhərli qaz həyəcanı siqnalının bort kompüterindən alındığı aydın olub. Səbəbin hələlik nə olduğu bilinmir. Hal-hazırda BKS-də amerikalı Barri Uilmor və Terri Verts, rusiyalı Aleksandr Samokutyayev, Anton Şkaplerov və Yelena Serova növbə çəkirlər.
Həmçinin oxuyun:
* Yarımkilometrlik asteroid Yerə yaxınlaşır
* "Yerlilərdən" Marsa 90 min məktub
* "Fila"dan pis xəbər var: Əlaqə kəsildi

0 şərh var:
Post a Comment