Günəş sisteminin ən böyük planeti olan Yupiter son günlər elm ictimaiyyətinin diqqət mərkəzindədir. "Yunona" adlı avtomatik planetlərarası stansiya beş il davam edən kosmik səyahətin nəticəsi olaraq 5 iyul 2016 tarixində planetin orbitinə çatdıqdan sonra, Yerə dərəyli fotoşəkillər göndərmişdi. Kosmik cihaz nəhəng qaz planeti olan Yupiter ətrafında elliptik orbitlə dövrə vurur (atmosferindən beş min kilometr uzaqlıqdan) və oradan yeni məlumatlar ötürməyə davam edir.
Yupiter əbəs yerə nəhəng adlandırılmır. Əgər qaz planetinin içi boş olsaydı oraya 1300 Yer ölçüsündə planet sığdırmaq olardı. Kütləsi Günəş sisteminin bütün digər planetlərinin toplam kütləsindən 2,5 dəfə artıqdır. Onlarla peyki ətrafında fırladır, çox güclü maqnit sahəyə malikdir və beləliklə də özü üçün bir növ "miniatür Günəş sistemi" formalaşdırır.
Gəlin dürüst olaq: Yupiter səfər üçün elə də yaxşı məkan deyil. Bundan başlayaq ki, "qaz şarına" eniş etməyə doğru-düzgün bir yer belə tapa bilməzsiniz. O, praktiki olaraq hidrogen və helium kimi yüngül elementlərdən təşkil olunub.
Əgər səthi olaraq onun strukturunu təsvir etməyə cəhd etsək, təxminən belə görünəcək: qalın və hərəkətli buludlar altında 25 kilometrlik qalınlıqda olan helium qatqılı hidrogen təbəqəsi uzanır. Getdikcə artan təzyiq və temperaturun təsirilə qaz halından maye fazaya keçid alır. Fazalar arasında dəqiq sərhədlər yoxdur və bütün bunlar daha çox od üstündə qaynamaqda olan hidrogen qazanını xatırladır. Planetin atmosferi elə bir səviyyədə "coşğundur" ki, istənilən kosmik gəmini asanlıqla qaranlığa qərq edə bilər.
Yupiterin xarici görünüşünün xarakterik özəllikləri zolaqları və ammiak buludlarından ibarət dəhşətli qasırğalarıdır. Planetin diski artıq bir neçə yüz ildir ki Yer ölçülərində olan nəhəng ləkəni tamamlayaraq, onun görkəmini zənginləşdirir. Bu məşhur atmosfer formasiyası Böyük qırmızı ləkə adlanır. Yupiteri cənginə alan bu qasırğa haqda hələ 17-ci əsrdən məlumdur.
Əsasən helium və hidrogendən təşkil olunmuş Yupiter atmosferi zəhərlidir. Planetdəki radiasiya səviyyəsi isə insan üçün ölümcül hesab olunan miqdardan 1000 dəfə çoxdur. Alimlərin fikrinə görə, Yupiterin "ürəyi" olan nüvəsi Yerdən 1,5 dəfə böyük və kütləcə 10-15 dəfə ağırdır. Hesablamalara əsasən, nüvənin temperaturu 50 000 dərəcəyə qədər qalxa bilər.
Yupiterin, məlum olduğu qədərilə, 67 peyki var ki, bu da Günəş sistemi planetləri arasında mütləq rekorddur. Lakin astronomlar bu peyklərdən yalnız ən böyük dördü ilə yaxından maraqlanır - İo, Europa, Qanimed və Kallisto. Bu peyklər Qalileo Qaliley tərəfindən 16-cı əsrdə kəşf olunub.
Bu dördlü haqqında bu gün bildiklərimizi eşitsəydi, məşhur italyan alim heyrətə gələrdi. Məsələn, İoda aktiv vulkanlar müşahidə olunur, Kallisto presslənmiş buz və qayalıqlar qarışığından təşkil olunub, Europa isə yaraşıqlı buz səthinin altında gizlədiyi maye okeanı ilə fəxarət hissi duya bilər.
Həmçinin oxuyun:
* Yer Yupiterin qoyub getdiyi "tullantılardan" yaranıb
* Fantastikanın belə təxmin edə bilmədiyi 5 qeyri-adi planet
* Qanimeddə həyat ehtimalı yüksəkdir

0 şərh var:
Post a Comment