Başda Con Çjan olmaqla tədqiqatçılar prosesdə ikinci donor anadan alınmış genetik informasiyadan yararlanıblar. ABŞ-da müdaxilə metodu qadağan olunduğundan mütəxəssislər işi Meksika klinikalarının birində davam etdiriblər.
Abrahim Hassan adı verilmiş uşaq beş ay əvvəl dünyaya gəlib. Mütəxəssislər onun doğumunu inqilabi adlandırırlar. Belə üsul sayəsində genetik xəstəliklər daşıyan qadınlar dünyaya tam sağlam körpələr gətirə biləcək.
İkinci donor ana da daxil olmaqla üç valideyndən süni mayalandırma üsulu ilə uşaq dünyaya gətirmə metodu ilk dəfə 2015-ci ildə Böyük Britaniyada qanuniləşdirilib. Alimlərin dediyinə görə, yeni və təhlükəsiz doğuş texnikası mitoxondrial xəstəliklərdən əziyyət çəkən pasientlərin uşaq həsrətinə son qoyur.
Gözlənildiyi kimi təşəbbüs bir sıra mübahisələr doğurub. Daha əvvəldən adıgedən metodikanı dəstəkləməyənlər ehtiyat edir ki, bu gedişlə insanlar üzərində genetik modifikasiyalar erası başlayacaq.
Həmçinin oxuyun:
* Britaniya üç valideynli uşaqları qanuniləşdirdi
* Üç valideyndən olan uşaqlar gəlir
* Alimlər: "Tezliklə insanlar özlərini mayalandıra biləcəklər"
0 şərh var:
Post a Comment