September 29, 2013

Richard Dawkins: Belyayevin Boz Tülküləri

Məşhur bioloq Richard Dawkins'in "The Greatest Show on Earth: The Evidence for Evolution" kitabından tərcümə olunmuşdur.


Gümüşü-qara tülkü adi narıncı tülkünün, Vulpes vulpes'in sadəcə gözəl kürkünə görə qiymətləndirilən rəng variasiyasıdır. Rus genetiki Dmitriy Belyayev 1950-ci illərdə tülkü kürkü firmasında istehsal rəhbəri seçilmişdi. O, sonradan qovulmuşdu, çünki onun elmi genetikası Stalinin rəğbətini qazanaraq hakimiyyətə gəlib bütün sovet genetikasını və kənd təsərrüfatını 20 ilə qismən məhv edən bioloq-şarlatan Lisenkonun anti-elmi ideologiyasına zidd idi. Belyayev tülkülərə və Lisenkodan azad, həqiqi genetikaya qarşı sevgisini saxladı və sonradan özünün bu və ya digər tədqiqatlarını Sibirdə Genetika İnstitutunda direktor kimi bərpa etməyi bacardı. Vəhşi tülkülərlə bacarmaq çox çətindir və Belyayev qəsdən əhliləşdirilmə seleksiyası ilə məşğul oldu. O zamanın istənilən heyvandarı və ya bitkiçisi kimi onun üsulu təbii
daha ətraflı...

September 28, 2013

"Təkamülçülərin Etirafları?"

Çox vaxt elm düşmənləri "Təkamülçülərin etirafları!" adı altında təkamülçü alimlərin sözlərini paylaşırlar. Əsas diqqət yetiriləcək məqam budur: Onlar özlərinə sərf edən hissələri kəsib götürürlər. Məsələn, Aziz Nesinin məşhur bir ifadəsi var:

"Mən tanrıya inanıram" desəm, bilin ki, ağlımı itirmişəm.


Gəlin "desəm, bilin ki, ağlımı itirmişəm." hissəsini kəsib ataq, təkcə "Mən tanrıya inanıram" hissəsini saxlayaq. Görək nə alınır.


"Mən tanrıya inanıram." 


Bəli! Aziz Nesin ateist olmağına baxmayaraq tanrıya inanırmış!

daha ətraflı...

İnsanlara Meydan Oxuyan Şimpanze

Ağlı insanlardan, demək olar ki, fərqlənməyən şimpanze "Nataşa" elm dünyasını təəcübləndirir. Nataşa insanlar və heyvanlar arasında müəyyən etdiyimiz fərqlilikləri alt-üst edir.

Uqandada yerləşən bir zoo-parkda yaşayan Nataşa adlı 22 yaşındakı şimpanze, insanın zəkasından geri qalmayan ağlı ilə hamını heyrətləndirməyi bacarır.

"Dahi şimpanze" olaraq qiymətləndirilən Nataşa, yalnız insanlara xas olduğu hesab edilən empatiya qurma, anlayış göstərmə və əməkdaşlıqla çətinlikləri həll etmə bacarıqlarına sahibdir. Nataşa'nın xüsusi bir heyvan olduğu, 1998-ci ildə Uqandada eynən insan kimi əl və ayaqlarını dənizdə yuyarkən baxıcısının onu izləməsi ilə məlum oldu.
daha ətraflı...

September 27, 2013

Toyuqların Rudiment Barmaqları

Rudiment orqanlara hər növdə rast gələ bilərik. Bu orqanların təkamül müddəti ərzində necə dəyişildiyinin uğurlu nümunələrindən biri isə toyuqlardaki korlaşmış və inkişafdan qalmış ayaq barmağı və qanad sümükləri strukturlarıdır.

Toyuqların qanadlarında, yəni əslində "əl" olan strukturlarında 3 barmaq, ayaqlarında isə 4 barmaq var. Amma quşlar da, digər yerdə yaşayan onurğalılar kimi tetrapodlardan, yəni 4 üzvlü heyvanlardan təkamülləşmişdir.
daha ətraflı...

September 26, 2013

İnanclı İnsanlar İntellektual Baxımdan Geridədirlər

80 il ərzində ilk dəfə olaraq Rochester və North-Eastern Universitetlərindən olan alimlər (ABŞ) elmi işlər apararaq dindarlıqla intellektuallıq arasında olan əlaqələri müəyyən etməyə çalışdılar. Araşdırmaların nəticələrinə görə inanclılar intellekt testlərindən aşağı ballar aldılar. İntellekt sözü altında "planlaşdırma, məsələləri həll etmə, qəliz ideyaları qavrama, düşünmə və tez öyrənmə bacarığı" nəzərdə tutulur. Başqa sözlə - məntiqlə düşünmək və təhlil etmək.

Bu araşdırmada alimlərə arxivlər və sorğular yardım etdi. Mindən çox insandan müsahibə alındı, tarixi sənədlər gözdən keçirildi.

Müasir insanlarla birlikdə keçmişdə yaşamış insanların da məktəb attestatları yoxlanıldı. Həmçinin IQ-testlərinin nəticələri də toplanıldı.

Nəticədə ateizmlə yüksək intellekt arasında yaxın əlaqə olduğu məlum oldu. Yaşadıqları dövrdən asılı olmayaraq, dini inanclı insanlar intellekt testlərində aşağı ballarla qiymətləndirildilər.

Sorğunu aparan Ipsos GmbH kompaniyası oldu. Araşdırmanın gözlənilməz nəticəsinə görə inanclı insanların daha çox yayıldığı ölkələr son zamanlar inkişaf edən ölkələrdir. Buna baxmayaraq intellektual bacarıqla birlikdə ateizmin ən geniş yayıldığı ölkə Yaponiya oldu.

Qaynaq: informing.ru
daha ətraflı...

September 25, 2013

19-cu Əsrin Dahisinin Ölümü

 

Mixail Enqelqardın (1861-1915) “Çarlz Darvin, onun həyatı və elmi fəaliyyəti”(rus) kitabındandır.

Onun ağlı qocalmadı. İllər keçsə də, onun zehni itmədi və şübhəsiz ki, onun öz işıqlı fikirləri kütlənin digər üzvlərinin qaranlıqda batmamasına kömək edəcəkdi. Təbii ki, əgər ölüm onun işlərini yarımçıq kəsməsə idi. “Mən arzu edirdim ki, yenə də gənc və qüvvəli olum, çünki mən araşdırmaların hansı istiqamətdə getməli olduğunu artıq görürəm.” Bunu Darvin ölümündən bir qədər əvvəl demişdir.
daha ətraflı...

İnsanın Əcdadı "Lucy" Yeniləndi

Elmi araşdırmalar nəticəsində kəşf edilən yeni fosillər sayəsində "Lucy" adı verilən məşhur fosilin həyatdakı həqiqi görünüşü yeniləndi. 3.2 milyon yaşındakı insanabənzər növün rekonstruksiya edilmiş halı ötən Cümə günü sərgiləndi. Yeni görünüş əvvəlkinə görə daha cılızdır, diqqətə çarpan bir boya, daha nəzik biləyə və əyri ayaq quruluşuna sahibdir. Qabırğalarına və müasir dövrdə yaşayan şimpanze və qorilla kimi Afrika meymunlarına söykənərək hazırlanan əvvəlki rekonstruksiyalarında konus şəklində bir qarına və qabarıq bir göbəyə sahib idi. Bu da, Australopithecus afarensis növündən olan Lucy'nin eynilə şimpanzelər kimi ağaclarda daha çox vaxt keçirdiyini bildirirdi.

Lakin ötən bir neçə il içərisində A. afarensis növünə aid olan yeni qabırğa sümükləri və bir ədəd ayaq sümüyü kəşf edildi. Qabırğa sümükləri qıvrım idi və bu da, müasir insanlar kimi "çəllək" tipli qarını olduğuna dair məlumatlar verirdi.

Cümə günü keçirilən konfransa qatılan Kolumbiya Missuri Universitetindən olan paleoantropoloq Carol Ward fosili və yeni rekonstruksiyanı tanıtdı. Lucy'nin yeni rekonstruksiyasında ayaq sümüyünün diqqətə çarpan xüsusiyyətləri elmi konfransa qatılanlara izah edildi. Bu vəziyyət Lucy və qohumlarının uzun müddət vaxtını yerdə keçirdiyini göstərir. Amma yenə də Lucy ehtimalla ağaclara asanlıqla dırmaşa, hətta ağaclarda yata da bilirdi.

Şəkildə gördüyünüz rekonstruksiya Cleveland Təbiət Tarixi Muzeyindən olan paleoantropoloq Yohannes Haile-Selassie və fosil rekonstruksiyası ilə məşğul olan John Gurche tərəfindən konfrans əsnasında, muzeydəki İnsan Təkamülü bölməsində sərginin iştirakçılarına nümayiş etdirildi.

Qaynaq: Sciencemag
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top