Alimlər 1983-cü ildə aşkar edilmiş qalıqları araşdıraraq onların Yer tarixində mövcud olmuş ən böyük quşa aid olduğu qənaətinə gəliblər. Quş yeni Pelagornis sandersi növünə aid edilib.
Uçan dəniz quşunun qanadlarının açılması 6-7,5 metr təşkil edirdi, bu da müasir Yerin ən uzun qanadlı quşu olan albatrosdakından 2 dəfə uzundur.
Mütəxəssislər bu quş növünün paleogen dövründə meydana çıxdığı, təxminən 4 milyon il əvvəl isə nəslinin kəsildiyi qənaətindədirlər. Quş havada rahat uça bilsə də, bədən və qanad ölçülərinin uçuşda və enişdə maneələr törətdiyi istisna olunmur.
Flight 1.25 proqramlı kompüter modeli növün çəkisi, forması və qanad strukturu xüsusiyyətləri nəticələri əsasında P. sandersi-nin böyük ehtimalla uçuşa cəhd etdikdə qanadlarından faydalanmadığını göstərib: uçmaq üçün bu quş, eynən deltaplaneristlər kimi qaçaraq hündür sıldırım qayalardan tullanırdı. Ardından isə hava axınları köməyilə irəliyə istiqamətlənirdi.
Bununla yanaşı alimlər növün suda uçuşa cəhd edə bilmədiyini qeyd edirlər. Bu səbəbdən dəniz quşu qida axtarışına çıxdıqda suya sürətli eniş etməyib, su səthindəki balıq və kalmarları ələ keçirərək yoluna davam edirdi.
Həmçinin oxuyun:
Lələklərin sirli mənşəyi: uçuş yoxsa "cazibədarlıq"?
Ən qədim pterodaktil tapıldı
Quşların qanadlarının təkamülü aydınlaşdırıldı
daha ətraflı...
Livermor Milli Laboratoriyası insan beyninə implantasiya edildikdə yaddaşı bərpa edən minikompüter hazırlayacağına dair kontrakt bağlayıb. Laboratoriya mütəxəssisləri unikal münüatür kompüter qurğusunu hazırlamaq üçün artıq maliyyə dəstəyi alıblar.
Minikompüter insan beyninə köçürüldükdə xəstəliklər və travmalar səbəbindən zədələnmiş neyron şəbəkələrini bərpa edərək, yaddaş pozğunluğunu tamamilə aradan qaldıracaq.
Livermor Laboratoriyası biomühəndislik mərkəzinin müdiri Satinderpall Pannu qrupunda yer alan tərcübəli mütəxəssislərin belə bir qurğunu 4 ilə yarada və kliniki təcrübələr üçün hazır vəziyyətə gətirə biləcəyini bildirir. Bunun üçün isə amerikalı alimlər ilk öncə kiçik kompüter modellərini inkişaf etdirmək məcburiyyətindədirlər. İstehsal ediləcək implantat gələcəkdə yaddaş pozğunluğu ilə yanaşı həm də Altshaymer və ağır depressiya kimi xəstəliklərin doğurduğu nevroloji problemləri olan xəstələrin müalicəsində istifadə edilə bilər.
Statistikaya əsasən 270 000-dən çox ABŞ silahlı qüvvə iştirakçısı Yaxın Şərqdəki əməliyyatlar zamanı beyin travması alıb. 1,7 milyon amerikalı isə travma və nevroloji xəstəliklərin səbəb olduğu yaddaş pozğunluğundan əziyyər çəkir.
Həmçinin oxuyun:
Həbləri ataraq biliklərə yiyələnəcəyik
daha ətraflı...
MIT Media Laboratoriyasının təsisçisi, ixtiraçı və futurist Nikolas Neqroponte çox yaxın gələcəkdə insanların "ağıllı həbləri" ataraq istədikləri dilə və ya biliyə yiyələnə biləcəkləri ilə bağlı proqnoz verib.
TED-konfrans zamanı məşhur ixtiraçı və futurist ilk öncə sonradan həyata keçmiş bütün texnoloji proqnozlarını xatırladıb. Ardından isə yeni proqnozunu irəli sürüb: növbəti 30 il ərzində insanlar həqiqi mənada "informasiyanı uda biləcəklər".
Futurist bildirir ki, biokimyəvi örtüklərə qablaşdırılmış informasiyalar qan damarları ilə beyinə ötürülərək, yaddaşa nəzarət edən nahiyyələrə paylanacaq.
"Təsəvvür edin ki, həbləri atır və ingiliscə danışmağa başlayırsınız. Və ya bircə həb sizin Şekspiri başdan sonra kimi əzbər bilməyinizi təmin edir", - Neqroponte qeyd edir.
Neqropontenin yeni proqnozu kütlə tərəfindən heyranlıqla qarşılanıb. Buna baxmayaraq ideyanın realizasiyası məhsulları ilə böyük ehtimalla artıq növbəti nəsillər faydalanacaq. Belə bir prosedurun dəqiq texnologiyası ciddi şübhələr doğursa da, mütəxəssislər MIT Media Laboratoriyası təsisçisinin ideyasına laqeyd yanaşmamağın lazım olduğunu deyirlər.
Həmçinin oxuyun:
"Emosional" robot təqdim edildi
Yaponiya kosmosdan enerji əldə edəcək
"Genetik GPS" hazırlandı
daha ətraflı...
Alimlər yosunlarda canlı orqanizmləri erkək və dişi cinslərinə bölən ibtidai geni aşkar etməyə nail olublar. Məlum olub ki, çoxhüceyrəli yosunların cinsini müəyyən edən yeganə gen cinsi bölünməyə sahib olmayan təkhüceyrəli yosunlarda tapılmış daha primitiv versiyadan inkişaf edib.
Vaşinqton Universitetindən olan təkamülçü bioloq Ceyms Yumen qeyd edir ki, çoxhüceyrəli orqanizmdə erkək və dişi cinsləri təkhüceyrəli analoqlarındaki iki fərqli tipdən təkmilləşib. Lakin belə bir hipotezi təsdiq etmək heç də asan deyil, çünki heyvanlar və bitkilərin cinsləri yarım milyard ildən bir qədər artıq müddət əvvəl bölünüb və cinslərin delimitasiya izləri qorunmayıb.
Xoşbəxtlikdən Volvox carteri növündən olan çoxhüceyrəli yosunlar mövcuddur, hansıların ki erkək və dişi fərdləri təkhüceyrəli əcdadları olan Chlamydomonas reinhardtii-dən cəmi 200 milyon il əvvəl bölünüb.
Alimlər MID deyə işarə edilən bir geni diqqət mərkəzində saxlayıblar, hansı ki C. reinhardtii növünün "plyus" tipli cütləşməsində iştirak edir, "minus" tiplidə isə etmir. V. carteri növünün dişilərindən fərqli olaraq, erkək fərdlərində də həmçinin MID versiyası var.
Mütəxəssislər nəticələri genetik sekvensiyalardaki (ardıcıllıqlar) cüzi fərqliliklər üzərində toplayaraq MID-genin C. reinhardtii-dən qaynaqlandığını aydınlaşdırdılar. Onlar, MID-i V. carteri dişisinin orqanizminə yeritdikdən sonra, dişinin cinsi hüceyrələrinin bu prosesdə "erkəkləşdiyini" aşkar etdilər.
"Faktiki olaraq bircə geni manipulə edərək orqanizmin cinsini dəyişdirməyə nail olduq", - Yumen deyir.
Həmçinin oxuyun:
Cinsi seçmə
Çoxhüceyrəlilər inkişaf üçün oksigenə ehtiyac duymurdu
Təkamül nəzəriyyəsinə əlavələr edilə bilər
daha ətraflı...
Astronomlar Yerdən 3000 işıq ili uzaqlıqda yerləşən unikal ekzoplaneti aşkar etməyə nail olublar: səma cismi böyük ehtimalla superyer kateqoriyasına aiddir və iki ulduzlu sistemin bir ulduzu ətrafında dövr edir. Yerdən təxminən 2 dəfə ağır olan ekzoplanet öz ulduzlarından Yerin Günəş arasındaki məsafəsi qədər uzaqlıqdadır.
Lakin planetdə həyatın yaranmasını dəstəkləməyən amillər gözə dəyir - ulduzları qırmızı cırtdanlara aiddir və Günəşdən dəfələrlə soyuqdur. Bu isə planetin qayalıq səthi temperaturunun təxminən Yupiterin peyki Europadaki kimi -200 dərəcə Selsi olduğundan xəbər verir.
Başda Oqayo Universitetindən olan Endrü Quld olmaqla, dörd beynəlxalq tədqiqatçı qrupun müşahidə və hesablama nəticələri Yerə oxşar planetlərin iki ulduzlu sistemlərdə 1 astronomik vahid məsafəsində dövr edə biləcəyini sübut edir. Tapılmış konkret ekzoplanetin soyuq olmasına baxmayaraq, sarı cırtdanlardan olan ikili ulduz sistemlərində dövr edən belə bir cismin həyata əlverişli ola biləcəyi güman edilir.
Bu tapıntı vacib hesab olunmalıdır, çünki qalaktika ulduzlarının yarısından çoxu iki ulduzlu sistemlərdən ibarətdir. Dolayısı ilə yadplanetli həyatını aşkar etmə şansımız xeyli artır.
OGLE-2013-BLG-0341LBb adı ilə etiketlənmiş planetin öz mövcudluğu barədə iki fərqli iz qoyduğu aydınlaşdırılıb. Birincisi, ulduzunun diskindən keçdikdə ulduz işığında qısamüddətli qaranlıq titrəyiş müşahidə edilir. İkincisi isə işıq siqnalının ümumi təhrifinə səbəb olur ki, bu da çox maraqlı bir hadisədir.
"Birinci sübutu fərq etməsəydik belə, işığın təhrifini qeydə alaraq ekzoplaneti yenə tapmış olardıq. Bu effekt gözlə görülmür, lakin informasiyanı kompüter modelinə ötürdükdə hər şey aydın olur", - Quld qeyd edir.
Planetin digər bir qeyri-adiliyi də bundan ibarətdir ki, iki ulduzlu sistemdə yerləşsə də, bunlardan yalnız biri ətrafında uzaq məsafədə dövr edir. Astronomlar planetin daxil olduğu sistemin iki cırtdan ulduzu arasındaki məsafənin Yerlə Günəş arasındaki məsafədən 10-15 dəfə çox olduğu qənaətindədirlər. Qeyd etmək lazımdır ki, indiyəcən əksər astrofiziklər iki ulduzlu sfera şərtlərinin planetlərin formalaşması üçün əlverişsiz olduğunu düşünürdü. Amma yeni tapılmış qayalıq planet hər necə olubsa formalaşa bilib - demək qalaktikanı təmsil edən oxşar planetlərin sayı daha çoxdur.
Alimlər əldə edilmiş nəticələrlə bildirirlər ki, etdikləri kəşf Samanyolu qalaktikasında Günəş sisteminin tipik olmadığını göstərir. Həyat əlamətləri daşıdığı və hələlik digər sistemlərdə yaşayış qeydə alınmadığı üçün Günəş sistemi özünə məxsus şəkildə unikaldır, lakin Yer və Günəş orqanizmlərin yaranması üçün heç də ən optimal mühit hesab olunmamalıdır. Nəzəri olaraq təkcə bizim qalaktikada Yerdəkindən daha əlverişli şərtləri olan daha artıq planet mövcud ola bilər.
Həmçinin oxuyun:
"Sinxron" planetlərin qaranlıq üzündə həyat ola bilər
Kapteyn ulduz sistemindən iki yeni ekzoplanet
Həyat zonasında yerləşən daha 3 "superyer" tapıldı
daha ətraflı...
Fransada 1500 il əvvəl ölmüş ən qədim Daun sindromlu insana aid skelet tapılıb. Elmə məlum belə tapıntılar arasında bu nümunə ən qədimi hesab olunur. Skelet Sona çayı üzərində yerləşən Şalon-sür-Son (Chalon-sur-Saône) şəhərində aşkar edilib.
Şəhərdə yerləşən erkən orta əsr qəbristanlığında arxeoloqlar ümumilikdə 94 insan qalığına rast gəlib, hansıların ki arasında 1500 il əvvəl ölmüş uşaq skeleti də olub. Alimlər burada braxisefaliya izlərini ayırd etməyə və uşağın nazik kəllə sümüklərini qeydə almağa nail olublar.
Braxisefaliya (qısabaşlılıq) - başın uzunluğu və eninin elə nisbətidir ki, en uzunluğun 80,9%-dən artığını təşkil edir. Braxisefallara ənənəvi olaraq baltidlər, alpinidlər, armenoidlər və monqoloidlər aid edilir.
Bordo Universitetindən olan arxeoloq Maite Rivolun sözlərinə görə, oxşar anatomik cizgilər Daun sindromuna xarakterikdir. Daun sindromu - genom patologiyası formalarından biridir, hansında ki adətən kariotip normal olan 46 xromosom əvəzinə 47 xromosomla təmsil olunur. Bu belə izah olunur ki, 21-ci cütlüyün xromosomları 2 yox 3 kopiyayla təmsil olunurlar. Sindrom ingilis həkimi Con Daunun xəstəliyi ilk dəfə izah etdiyinə görə 1866-cı ildə onun şərəfinə adlandırılıb.
Uşaq, digər bütün şəhər sakinləri kimi beli üstə, başı qərbə doğru basdırılmışdı. Rivol hesab edir ki, o dövrdə belə xəstəlikləri olan uşaqlara sindromdan əziyyət çəkməyən digərləri ilə eyni münasibət göstərilirdi.
Həmçinin oxuyun:
Tapılmış çənə sümüyü fosili məməlilərin mənşəyinə işıq tutur
Tapılmış əl sümüyü təkamül boşluğunu doldurur
Bala dinozavr fosili tapıldı
daha ətraflı...
Alimlər ilk dəfə beynin müəyyən bir nahiyyəsinə cərəyanla təsir göstərərək insanın şüurunu "söndürməyə" nail olublar. Epilepsiyadan əziyyət çəkən qadın üzərində aparılan təcrübə insan şüurunun harada gizləndiyini aşkar edir. Beləliklə insan beyninin sirlərini açığa çıxarmaq üçün çalışan neyrofizioloqlar əsas suallardan birini cavanlandırmağa çox yaxınlaşıblar: insanın şüurunu necə söndürmək olar?
Beynin müxtəlif hissələri üzərində blok və stimulyasiya təcrübələri artıq uzun illərdir ki aparılır, lakin indiyəcən heç bir alim lazımlı bölgəyə təsir göstərərək şüuru süni olaraq söndürməyi bacarmamışdı. On il əvvəl şüurun funksionallığı üçün cavabdeh olan hissənin klaustrum adlanan kiçik beyin bölgəsi olduğu irəli sürülmüşdü.
Bu bölgənin şüurun vəzifəsində rol oynadığını ilk olaraq neyrofizioloqlar Frensis Krik və Kristof Kox iddia etmişdi. Onlar, bu orqanın bizim bütün daxili və xarici duyğularımızı birləşdirdiyini hesab edirdilər. Alimlərin bu versiyasının doğruluğunu sağalmaz epilepsiya formasından əziyyət çəkən 54 yaşlı qadın üzərində aparılmış təcrübə sübut etdi.
Vaşinqton Universitetindən olan Muhamməd Kubeysi qadının beyninə kiçik elektrodlar taxaraq, onun qıc olmalarının haradan qaynaqlandığını anlamağa çalışıb. Bu elektrodlardan biri klaustrum adlanan hissənin yanına yerləşdirilmişdi. Kubeysi elektroda yüksək frekanslı cərəyan verdikdə qadın həqiqi mənada "söndü". Kənar təsir aradan qaldırıldıqda isə qadın özünə gələrək, heç bir şeyi xatırlamadığını dedi. Alim belə halların hər 10 "sönmədən" bir baş verdiyini bildirir.
Lakin bu hələ son deyil. Cərəyan təsirinin nitq pozğunluğu (afaziya) və ya süni iflicə səbəb olmadığına, sadəcə şüuru söndürdüyünə əmin olmaq üçün cərəyan verildikdən əvvəl qadından eyni sözü təkralamasını və barmaqlarını tərpətməsini xahiş ediblər. Əgər bu stimulyasiya hərəkət və nitqə nəzarət edən beyin hissəsini iflic etsəydi qadın dərhal dayanmalı və susmalı idi. Lakin təcrübədə qadının nitqi və hərəkəti sadəcə yavaşladı. Kubeysi təcrübəsinin insan şüurunun əsasən klaustrumdan qaynaqlandığını sübut etdiyinə əmindir.
"Mən bunu maşının hərəkəti ilə müqayisə edərdim. Onun yolda hərəkətinə bir çox şey cavabdehdir: benzin, transmissiya, mühərrik. Lakin cəmi bir işə salma açarı var, hansı ki onunla maşını hərəkətə gətiririk. Şüur, bir çox struktur və şəbəkələrin təmin etdiyi mürəkkəb proses olsa da, biz, onun anlaşılmaz açaranı tapdıq", - doktor Kubeysi qeyd edir.
Həmçinin oxuyun:
İradə azadlığı illüziyadır?
Hüceyrə səviyyəsində yaddaş necə formalaşır?
İnsanı heyvanlardan fərqləndirən beyin nahiyyəsi tapıldı
daha ətraflı...